Əli Həsənovun oğlu Şamxalın Vüqar Səfərli ilə birgə ələ keçirdiyi milyonluq mənimsəmə - İstintaq materialları
Gündəm / Siyasət
Oxunub: 397
1 Eyl 2021 | 13:42
Əli Həsənovun oğlu Şamxalın Vüqar Səfərli ilə birgə ələ keçirdiyi milyonluq mənimsəmə - İstintaq materialları

capar.info : - KİVDF-nin hazırda həbsdə olan keçmiş icraçı direktoru Vüqar Səfərlinin və digər şəxslərin cinayət işi üzrə məhkəmə prosesi davam edir.

“Kriminalqafqaz” istintaq materiallarına istinadən V.Səfərlini həbsə aparan və Prezidentin sabiq köməkçisi Əli Həsənovun oğlu Şamxal Həsənli ilə birgə həyata keçirdiyi cinayət əməllərinə dair bəzi yeni məlumatlar əldə edib.

İstintaq araşdırması zamanı məlum olub ki, Vüqar Səfərli Fondun rəhbəri olduğu müddətdə Prezidentin sabiq köməkçisi, KİVDF-nin kuratoru Əli Həsənovun oğlu Şamxal Həsənli ilə əlbir olaraq dövlət büdcəsindən külli miqdarda pul vəsaitini mənimsəyiblər.

İttihama görə, Vüqar Səfərli KİVDF-nin ofisini daha ucuz qiymətə icarəyə götürə biləcəyi halda Əli Həsənovun oğlu Şamxal Həsənliyə əlavə qazanc vermək üçün ona məxsus binadan baha qiymətə icarəyə yer götürüb.

Belə ki, Əli Həsənova məxsus və rəsmi sənədlərdə oğlu Şamxal Həsənlinin xüsusi mülkiyyətində olan Beynəlxalq Mətbuat Mərkəzindən KİVDF üçün ofis kirayələmək məqsədilə 1 kvadratmetrə görə ödəniş 12 manat nəzərdə tutulduğu halda, müqavilə 18 manatdan bağlanıb. Vüqar Səfərli öz yaxın adamlarının nəzarətində olan “Azərmətbuatyayım” ASC və “Kaspi Az” MMC-nin də həmin binadan ofislər icarəyə götürməsinə nail olub.

Ümumi üç ofis icarəyə götürülüb, onlardan biri 371, ikisi isə 421 kvadratmetr olub. Bu üç ofis üçün Şamxal Həsənli ilə bağlanmış müqaviləyə görə ona aylıq 1 kvadratmetrinə 18 manat olmaqla, ümumilikdə, hər ay 21 min 834 manat icarə haqqı ödənilib. Hər üç ofis üçün müqavilələr 2011-2019-cu illər ərzində bağlanıb.

Digər maraqlı epizod isə Prezidentin sərəncamı ilə 2019-cu ildə ləğv edilən Bilik Fondu üçün həmin binadan götürülən 419 kvadrtametrlik ofislə bağlıdır.

Fond ləğv edilsə də, bundan sonra əlavə 8 ay da icarə haqqı ödənişi davam etdirilib. Bu yolla hər ay 12 600 manat ödəniş etməklə, 100 800 manat pulu ələ keçiriblər.

İttihama görə, təkcə Şamxal Həsənlinin xüsusi mülkiyyətində olan BMM-də götürülən ofislərin icarə haqqı şişirdilərək 812 min 585 manat ələ keçirilərək mənimsənilib. Bütün bu əlavə gəlirlər birbaşa Şamxal Həsənliyə ödənilib, müqavilələr onunla bağlanıb.

Təqsirləndirilən şəxslərdən bəziləri ifadələrində mənimsəmə əməlləri ilə bağlı göstərişləri birbaşa Əli Həsənovdan aldıqlarını deyiblər.

Xatırladaq ki, Vüqar Səfərli istintaq zamanı vurduğu zərərdən 200 min manatını geri qaytarıb. Jurnalistlər binasının tikintisində iştirak edən “Portos” MMC-nin direktoru Ədalət Vəliyev isə 1 milyon manat ödəyib.

Qeyd edək ki, bu iş üzrə V.Səfərlinin bir çox əmlaklarına həbs qoyulub. Vüqar Səfərlinin “Rabitəbank” ASC-də olan 300 min manat, eyni bankda oğluna məxsus isə 550 min manat əmanətin üzərinə məhkəmə qərarı ilə həbs qoyulub.

Həmçinin, Vüqar Səfərlinin 637 min manat dəyərində olan əmlakları - Nobel prospektində yerləşən mağaza, Bakının Binəqədi, Novxanı, Əhmədli qəsəbəsində, İsmayıllı rayonu, Ticran kəndində torpaq sahələri, Lütfü Zadə küçəsində yerləşən mənzil və “Mercedens Benz ML 350”, “Wolksvagen Tuareg”, “Toyota land Gruser” markalı lüks avtomobillərinin üzərinə də həbs qoyulub.capar.info
21-08-2021, 14:22
Vüqar Səfərlinin cinayət işində Əli Həsənova qarşı ifadələr var- “Tenderin qalibini qeyri-rəsmi Əli Həsənov müəyyənləşdirir, ..."
17-08-2021, 14:20
Mehrac Babayev HƏBS OLUNACAQMI? - İTTİHAM
16-08-2021, 15:12
Eldar Həsənovdan XƏBƏR VAR - cinayət işinin istintaqı tamamlanıb
15-01-2021, 09:58
Vüqar Səfərli həbs edildi - ŞOK DETALLAR
27-01-2020, 13:10
Eldar Mahmudovun əmisi oğlu hakim qarşısında
15-01-2020, 19:20
Əli Həsənovun FETO ilə ortaqlığı ortaya cıxdı - FOTOFAKT
Dün, 14:34
Türkiyəli müğənninin "Namus" mahnısına rəqsi müzakirə yaratdı
Dün, 14:30
Son 150 ilin ən güclü El Ninosu gəlir: Dünyanı nə gözləyir?
Dün, 14:27
Ürək sağlamlığı üçün ən faydalı qəlyanaltı - Diyetoloqlar açıqladı
Dün, 14:23
Azərbaycanda bu şəxslərin pensiyası ARTIRILIB
Dün, 14:21
İşdən 10 dəqiqə tez çıxan əməkdaşa müdirdən gələn mesaj müzakirələrə səbəb oldu
Dün, 14:17
Sakit okeanda itkin düşən dənizçinin bir ay sağ qalmasının sirri məlum olub
Dün, 14:08
Bakıdakı bu universitet bağlandı
28-07-2026, 23:05
Ceyranbatanda yanğın: uşaq özünü binadan atdı
28-07-2026, 23:03
Sabah 40 dərəcə isti olacaq
28-07-2026, 23:02
Bu ərazilərdə 3 gün su olmayacaq
28-07-2026, 23:00
Putin İlham Əliyevə zəng etdi
28-07-2026, 22:56
Hasil Abbasov şöbə müdirini işdən çıxardı
28-07-2026, 22:54
Müəllimini güllələyən şagirdə hökm oxundu
28-07-2026, 22:53
Ronaldo serialda rol alacaq
28-07-2026, 22:51
İran Ukraynaya hücuma hazırlaşır
28-07-2026, 22:50
“Qarabağ”dan ayrıldı, bu kluba keçdi
28-07-2026, 22:27
İstirahət mərkəzinin rəhbəri böyük məbləğdə cərimə olundu
27-07-2026, 17:47
Cərimə meydançasına aparılan avtomobilə görə xərclər nə zaman QAYTARILIR?
27-07-2026, 17:42
Türkiyə bu ölkəyə F-16 qırıcılarını göndərir
27-07-2026, 17:41
Saleh Məmmədovun Almaniyadakı tikinti layihəsi ilə bağlı yeni iddia
27-07-2026, 17:39
Bu şəxslər 7 min manatadək cərimələnəcək
27-07-2026, 17:36
Əlilliyi olan 2 mindən çox şəxs işlə təmin edildi
27-07-2026, 17:33
AB-dən iranlı hakimlərə sanksiya..
27-07-2026, 17:30
Qarsa yeni baş konsul təyin edildi
27-07-2026, 17:21
Günəşdə güclü alışma baş verib
27-07-2026, 17:18
Sərnişin təyyarəsi zolaqdan çıxdı - Qorxulu anlar
23-07-2026, 16:04
Neft bahalaşmaqda davam edir
23-07-2026, 16:03
Britaniya diplomatlarını İrandan çıxardı
23-07-2026, 15:59
Bakıda 48 yaşlı kişi evində ölü tapıldı
23-07-2026, 15:57
Türkiyədə güclü zəlzələ
23-07-2026, 15:54
Türkiyədə həyat İFLİC OLDU
23-07-2026, 15:49
Nabranda dənizdə batan 17 yaşlı qızın meyiti tapıldı
23-07-2026, 15:47
Peşə təhsili müəssisələrində illik təhsil haqqı: 6500 AZN...
23-07-2026, 15:45
Ermənistan prezidenti xəstəxanaya yerləşdirildi
23-07-2026, 15:41
Bu ərazilərdə qaz olmayacaq
21-07-2026, 15:36
Portuqaliyalı hücumçudan "Qarabağ"a gözlənilməz cavab
21-07-2026, 15:35
3000 erməni bir anda İrana axışdı - Səbəbi bu imiş
21-07-2026, 15:32
Azərbaycanlılar bu ölkədən deport olundu
21-07-2026, 15:30
Rusiyada benzin gizlədənlərin "ovuna başlanıldı"