İsmayıllıda Şəhid Ailəsi ÇƏTİN DURUMDA... - Prezidentə müraciət olundu
Gündəm / Sosial
Oxunub: 459
11 Ağu 2021 | 11:31
İsmayıllıda Şəhid Ailəsi ÇƏTİN DURUMDA... - Prezidentə müraciət olundu

Capar info: - İsmayıllı rayonu Quşencə kənd sakini, şəhid ailəsi Firəngiz Babayeva KİV vasitəsilə rayon rəhbərliyi və ölkə başçısından kömək istəyir.
Mən İsmayıllı rayonu Quşencə kənd sakini Babayeva Firəngiz Həlim qızı.
Həyat yoldaşım Babayev Yadigar Əhmədağa oğlu,1993-cü il yanvarın 4-də könüllü olaraq Qarabağ müharibəsinə gedib. Həyat yoldaşım 1994- cü ildə yanvar ayının 31- də Füzuli bölgəsində gedən döyüşlərdə şəhid olub. Fevral ayının 1-də onu Quşencə kəndində dəfn elədik.



Həyat yoldaşım şəhid olduqdan sonra may ayında oğlu dünyaya gəlib. Yoldaşım övladının üzünü görmədi.
Bu illər ərzində çox əzab-əziyyətlərə tab gətirmişəm. Ancaq indi yaşlaşmışam, bacarmıram.Hazırda ata ocağında yaşamaq məcburiyyətindəyəm. Çünki bacım birinci qrup əlildir və yataq xəstəsi olduğu üçün ona da mən baxıram. Yaşadığım mənzil ilə kəndin bulağının arasında cəmisi 100-150 metr məsafə olar.Mən məcbur olub araba ilə su daşıyıram. Kənd icra nümayəndəsindən xahiş etdim ki,qapıma yaxın yerə suyun çəkilməsi üçün kömək etsin. Məni nümayəndə, müavini və bələdiyyə sədri aldatdılar. Mənə dedilər ki, qapının ağzına şəhid bulağı adı ilə su çəkərik. Hətta bir il bundan əvvəl kauçuk borular da alındı. Ancaq suyu çəkmədilər və artıq həmin borular baxımsızlıqdan yararsız hala düşüb. Mən sabiq icra başçısının da qəbulunda olub problemimi demişəm. Onlar da icra nümayəndəmizə tapşırıblar ki, şəhid ailəsinin problemi həll olunmalıdır. Ancaq hələ də həll olunmayıb. Axırıncı dəfə mən icra nümayəndəmiz və müavininə dedim ki, gedirəm icra hakimiyyətinin başçısı cənab Nahid Bağırovun qəbuluna. Nümayəndənin müavini Qamət Məmmədov mənə lağ edərək, cavab verir ki, hara istəyirsən get, əgər yol pulun yoxdursa gəl,sənə iki manat pul da verim. Bunlar şəhid ailəsini ələ salırlar. Məgər mənim həyat yoldaşım buna görə vuruşaraq şəhid olub ki, bu günkü gün onun ailəsi lağa qoyulsun?
Oğlum hazırda işsizdir. Məktəbimiz həyat yoldaşımın adınadır. Dəfələrlə təhsil sahəsində olub, müdirdən xahiş etmişəm ki, oğluma orada bağban, qarovulçu və sair bir iş versinlər. Ancaq heç kim kömək etmək istəmir. Rayonda qaz, işıq, su və sair idarələrdə iş olan vaxtlarda da müraciət etmişəm. Ancaq oğluma, bir şəhid oğluna kömək edəcək şəxs tapmamışam. Axı atası şəhid olub, oğlunu bu məmləkətə, bu millətə əmanət qoyub gedib.
Mən eşitmişəm ki, rayonumuzun yeni icra başçısı Nahid Bağırov cənabları yaxşı insandır, şəhid ailələrinə, qazilərə, aztəminatlı ailələrə kömək edir. Böyük ümidlə gedəcəm onun qəbuluna.
Mən rayonumuzun rəhbərliyindən, ölkə başçısından kömək istəyirəm. Xahiş edirəm mənə dəstək olun. Bu neçə illərdir ki, nə rayon rəhbərliyi, nə də ki, kənd rəhbərliyi qapımı açıb soruşmayıb ki, necəsiniz, nəyə ehtiyacınız var? Bu qədər bayramlar olub, heç kimdən bir kibrit də görməmişəm. Bizə görə həyat yoldaşımın ruhu narahatdır.

Tofiq Cəbiyev. Mən Firəngizin əmisi oğluyam. Bu ailənin problemini niyə həll etmirlər? Niyə belə hörmətsizlik, səhlənkarlıq edirlər? Sabiq icra başçısı lağlağı edirdi. Kim qəbuluna gedirdisə anekdotla, lağlağı ilə yola salırdı. Ancaq vallah bele olmaz.Gələcək nəsillər, yetişməkdə olan nəslin nümayəndələri bizi, dövlətimizi, rəhbərliyimizi qınayar. Bəyəm 150 metr məsafəyə su çəkmək, şəhid övladına bir iş vermək nə böyük problemdir? Təsəvvür edirsiniz, şəhid ailəsi imkansızlıqdan oğlunu, şəhidin bizə, dövlətimizə əmanət qoyub getdiyi övladını evləndirə bilmir. Mən də icra hakimiyyətinin başçısı cənab Nahid Bağırovdan və sair dövlət qurumlarından xahiş edirəm ki, bu ailəyə dəstək olsunlar.

Redaksiyadan: Yazıda adları çəkilən şəxslərin də mövqeyini dərc etməyə hazırıq. Ümidvarıq ki, rayon rəhbərliyi bu məsələni müsbət yöndə həll edəcək. Mövzunu diqqətdə saxlayacağıq. Sonda videonu izləyin və paylaşın. Kanalımıza abunə olmağı unutmay
11-08-2021, 11:44
Qaxda Şəhid ailəsi bu evdə yaşayır... - Başçı bu evdə 1 saat da oturmaz...
10-08-2021, 13:02
Şəhid ailəsi: NAZİRLİK BİZİ ƏLƏ SALIB... - NARAZILIQ!
5-08-2021, 12:20
İsmayıllıda dövlətin malına DƏDƏ MALI KİMİ BAXANLAR... - İTTİHAM
4-08-2021, 14:35
Qaxda Şəhid ailəsi ÇƏTİN DURUMDA... - Maraqlanan da yoxdur...
3-02-2021, 15:55
Bu kəndin şəhidlərinə 4 aydır başdaşı qoyulmayıb
25-12-2020, 13:46
Şəhid futbolçu İlqar Burcəliyev
Dün, 14:34
Türkiyəli müğənninin "Namus" mahnısına rəqsi müzakirə yaratdı
Dün, 14:30
Son 150 ilin ən güclü El Ninosu gəlir: Dünyanı nə gözləyir?
Dün, 14:27
Ürək sağlamlığı üçün ən faydalı qəlyanaltı - Diyetoloqlar açıqladı
Dün, 14:23
Azərbaycanda bu şəxslərin pensiyası ARTIRILIB
Dün, 14:21
İşdən 10 dəqiqə tez çıxan əməkdaşa müdirdən gələn mesaj müzakirələrə səbəb oldu
Dün, 14:17
Sakit okeanda itkin düşən dənizçinin bir ay sağ qalmasının sirri məlum olub
Dün, 14:08
Bakıdakı bu universitet bağlandı
28-07-2026, 23:05
Ceyranbatanda yanğın: uşaq özünü binadan atdı
28-07-2026, 23:03
Sabah 40 dərəcə isti olacaq
28-07-2026, 23:02
Bu ərazilərdə 3 gün su olmayacaq
28-07-2026, 23:00
Putin İlham Əliyevə zəng etdi
28-07-2026, 22:56
Hasil Abbasov şöbə müdirini işdən çıxardı
28-07-2026, 22:54
Müəllimini güllələyən şagirdə hökm oxundu
28-07-2026, 22:53
Ronaldo serialda rol alacaq
28-07-2026, 22:51
İran Ukraynaya hücuma hazırlaşır
28-07-2026, 22:50
“Qarabağ”dan ayrıldı, bu kluba keçdi
28-07-2026, 22:27
İstirahət mərkəzinin rəhbəri böyük məbləğdə cərimə olundu
27-07-2026, 17:47
Cərimə meydançasına aparılan avtomobilə görə xərclər nə zaman QAYTARILIR?
27-07-2026, 17:42
Türkiyə bu ölkəyə F-16 qırıcılarını göndərir
27-07-2026, 17:41
Saleh Məmmədovun Almaniyadakı tikinti layihəsi ilə bağlı yeni iddia
27-07-2026, 17:39
Bu şəxslər 7 min manatadək cərimələnəcək
27-07-2026, 17:36
Əlilliyi olan 2 mindən çox şəxs işlə təmin edildi
27-07-2026, 17:33
AB-dən iranlı hakimlərə sanksiya..
27-07-2026, 17:30
Qarsa yeni baş konsul təyin edildi
27-07-2026, 17:21
Günəşdə güclü alışma baş verib
27-07-2026, 17:18
Sərnişin təyyarəsi zolaqdan çıxdı - Qorxulu anlar
23-07-2026, 16:04
Neft bahalaşmaqda davam edir
23-07-2026, 16:03
Britaniya diplomatlarını İrandan çıxardı
23-07-2026, 15:59
Bakıda 48 yaşlı kişi evində ölü tapıldı
23-07-2026, 15:57
Türkiyədə güclü zəlzələ
23-07-2026, 15:54
Türkiyədə həyat İFLİC OLDU
23-07-2026, 15:49
Nabranda dənizdə batan 17 yaşlı qızın meyiti tapıldı
23-07-2026, 15:47
Peşə təhsili müəssisələrində illik təhsil haqqı: 6500 AZN...
23-07-2026, 15:45
Ermənistan prezidenti xəstəxanaya yerləşdirildi
23-07-2026, 15:41
Bu ərazilərdə qaz olmayacaq
21-07-2026, 15:36
Portuqaliyalı hücumçudan "Qarabağ"a gözlənilməz cavab
21-07-2026, 15:35
3000 erməni bir anda İrana axışdı - Səbəbi bu imiş
21-07-2026, 15:32
Azərbaycanlılar bu ölkədən deport olundu
21-07-2026, 15:30
Rusiyada benzin gizlədənlərin "ovuna başlanıldı"