Qalmaqalla işdən çıxarılan icra başçısının başı yenə dərddə - cinayət işi açıldı
Gündəm
Oxunub: 458
12 Ara 2018 | 15:28
Qalmaqalla işdən çıxarılan icra başçısının başı yenə dərddə - cinayət işi açıldıİnşaat sektorunda yol verilmiş qanun pozuntularının qarşısının alınması, bu sahədə aşkar edilmiş korrupsiya hüquqpozmalarına qarşı mübarizə çərçivəsində Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi ilə birgə tədbirləri davam etdirir.

capar.info xəbər verir ki, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və Baş Prokurorluğun birgə yaydığı məlumata görə, Bakı şəhəri, M.Mehdizadə küçəsi 2-4 saylı ünvanda yaşamış vətəndaşların kollektiv müraciəti əsasında Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən aparılmış araşdırma nəticəsində “İnşaat Konstruksiyaları” MMC-nin vəzifəli şəxsləri tərəfindən Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin müddəaları pozulmaqla sözügedən ünvanda mövcud olan yaşayış və qeyri-yaşayış bina və qurğularının sökülmə işlərinin təşkili layihəsi hazırlanmadan və sökülmə işlərinin aparılmasına dair icazə alınmadan 46 sayda mənzil və 3 qeyri-yaşayış obyektinin söküldüyü müəyyən edilərək bu barədə toplanmış materiallar aidiyyəti üzrə Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə göndərilib.

Aparılmış araşdırmalarla “İnşaat Konstruksiyaları” MMC-nin vəzifəli şəxslərinin qeyd edilən qanunsuz hərəkətlərlə vəzifə səlahiyyətlərindən sui-istifadə etmələrinə və özbaşına tikinti işləri aparmalarına əsaslı şübhələr müəyyən edildiyindən Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 222-1.1-ci (özbaşına tikinti işləri aparma) maddələri ilə cinayət işi başlanıb.

Hazırda cinayət işi üzrə qeyd olunan qanunsuz halların tam və hərtərəfli araşdırılmaqla təqsirkar şəxslərin dairəsinin müəyyənləşdirilərək məsuliyyətə cəlb olunmaları istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi və Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tikinti fəaliyyəti ilə məşğul olan fiziki və hüquqi şəxslərə bir daha müraciət edərək, şəhərsalma qanunvericiliyinin bütün tələblərinə riayət etməyə çağırır. Müvafiq icra hakimiyyəti orqanlarından tikintiyə icazə sənədi və tikinti işlərinə başlanılmasına dair xüsusi nişan alınmadan hər hansı tikinti və ya söküntü işlərinin aparılması qadağandır və bu sahədə mövcud qanunvericiliyin tələblərini pozan şəxslərə qarşı ən ciddi tədbirlər görüləcək.

Virtual.org isə xəbər verir ki, Nazirlər Kabinetinin pilot layihələri çərçivəsində Xətai rayonu, Mehdi Mehdizadə küçəsində yerləşən 2 nömrəli arxitekturalı bina ötən ilin yayında sökülüb. Binada yerləşən46 mənzilin sakinləri “İnsaat Konstruksiyalari MMC” ilə alqı-satqı müqavilələri bağlayaraq evlərini tərk ediblər və kirayə mənzillərə köçürülüblər. Sakinlərə bildirilib ki, onların mənzillərinin yerində “pilot layihə” çərçivəsində yeni 18 mərtəbəli yaşayış binası inşa ediləcək və onlara da həmin binada mənzillər veriləcək.

Lakin söküntüdən uzun müddət keçməsinə baxmayaraq həmin ünvanda bina tikintisi həyata keçirilməyib. Sakinlərin bildirdiklərinə görə, ötən il onlara şirkətin nümayəndəsi qismində Rəsul Əhmədov müraciət edərək iki il müddətinə binanı hazır edərək sakinləri ora köçürəcəklərini deyib. Lakin evlərin sökülməsindən xeyli vaxt keçsə də, həmin ərazidə bina tikilməyib. Bundan narahat olan sakinlər ötən il Xətai Rayon İcra Hakimiyyətinə müraciət edərək binada tikinti işlərinin nə vaxt başlanacağı ilə maraqlanıblar. Sakinlər deyiblər ki, həmin vaxt bina demək olar ki, sökülmüşdü, yalnız fasadı qalmışdı. Amma yeni binanın heç özülü də qazılmamışdı, ərazi inşaat materiallarının tullantılarının qalaqlandığı zibilliyə çevrilmişdi.

“İnşaat Konstruksiyaları” MMC-nin rəhbəri Rəsul Əhmədov bu dəfə sakinlərə tikinti ilə bağlı sənədlərdə gecikmə olduğunu etiraf edib. Bildirib ki, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin yeni rəhbərliyindən tikinti icazəsini almayıblar: “Hər şey hazırdır, bu gün-sabah məsələ həll olunacaq və sürətlə tikintiyə başlayacağıq” .

Lakin narazı sakinlər bu dəfə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə şikayət edib. Məlum olub ki, Mehdizadə küçəsindəki 2 nömrəli binanın yerində pilot layihə həyata keçirilməyəcək. Komitəsinin sədri Samir Nuriyev Xətai İH-nin nümayəndələrini çağıraraq sakinlərin yanında onlara tapşırıb ki, tikinti şirkətinin nümayəndələrinin əhalini aldatmalarına imkan verməsinlər. Çünki onların evlərinin yerində çoxmərtəbəli binanın tikintisi mümkün deyil.

Bakı Şəhər İcra Hakimiyyətindən isə əhaliyə bildirilib ki, hökumət paytaxtda 12 mərtəbədən yüksək binanın tikilməsinin qadağan edib. Nəticədə onların binasının yerində 18 mərtəbəli bina tikilməyəcək, sakinləri köçürən şirkətə isə 12 mərtəbəli bina tikmək sərf eləmir.

Araşdırma zamanı məlum olub ki, həmin tikinti şirkəti Yasamal Rayon İcra Hakimiyyətinin keçmiş başçısı İbrahim Mehdiyevə məxsusdur.

Qeyd edək ki, ötən il prezident İlham Əliyevin qərarı ilə Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyətinin başçısı İbrahim Mehdiyev tutduğu vəzifədən azad olunub. Buna səbəb icra başçısının “Hacı Cavad” məscidini özbaşına sökdürməsi olub.
“Yeni Müsavat”
9-12-2018, 13:53
Dövlət Gömrük Komitəsində 1 ay müddətində TIR-EPD sistemi tətbiq ediləcək ?
1-12-2018, 13:13
“Qadına qarşı şiddətə son” şüarı ilə sosial aksiya keçirilib
1-12-2018, 13:06
Dövlət başçısı sərəncam imzaladı
28-11-2018, 13:19
Azərbaycan ilə Rusiya arasında sərhəd nəzarətinin daha da gücləndirilməsinə dair müzakirələr aparılıb
18-11-2018, 13:33
İcra başçısının yeyintilərinə görə sələmçi maliyyə rəisi təşvişdə - Beyləqan dosyesi...
Dün, 15:06
Xalq artisti burnuna pirsinq taxdırdı
Dün, 15:04
Harri Kasparov həbs olundu
Dün, 15:01
Laçına da şəxsi avtomobillərlə getməyə icazə verildi
Dün, 14:58
Bakıda qadın yaşadığı evdə ölü tapıldı
Dün, 14:53
Tələbə qız tualetdə doğduğu körpəsini doğradı - dəhşətli OLAY
Dün, 14:49
Bir mövsümdə buraxılan qollara görə Premyer Liqa rekordu
Dün, 14:45
Polis idarəsinin rəisi işçilərlə birgə HƏBS OLUNDU
Dün, 14:44
"Barselona"dan Xavi ilə bağlı SON QƏRAR
Dün, 14:37
İlk Ombudsman Elmira Süleymanova vəfat etdi
Dün, 14:35
Bakıda ŞOK İNTİHAR: tənha kişi küçədə özünü asdı
23-04-2024, 15:26
Britaniyadan Ukraynayayarım milyardlıq yardım
23-04-2024, 15:22
58 yaşlı məşhur aktrisa hovuzda foto paylaşdı
23-04-2024, 15:19
21 yaşlı volybolçu qız intihar etdi
23-04-2024, 15:12
Polis ad günündə özünü öldürdü
23-04-2024, 15:04
Azyaşlı binadan yıxılıb sağ qaldı
23-04-2024, 14:58
ABŞ senatoru oğurluğa görə həbs olundu
23-04-2024, 14:50
Azərbaycanda zəlzələ oldu
23-04-2024, 14:45
Aprelin 23-nün ən xoşbəxt BÜRCÜ: Uğur qazanmaq üçün hər şansınız var
23-04-2024, 14:40
Dövlət binasının qabağında qətl törətmişdi, həbsdə öldü - BAKIDA
23-04-2024, 14:37
Narkotik artıq məktəblərə yol tapıb - Siyavuş Novruzov
22-04-2024, 14:18
Ən bahalı boşanma arvadın qələbəsi ilə başa çatdı: 180 milyon dollar və...
22-04-2024, 14:12
Vaqif Sadıqov Bakı həbsxanasında öldü
22-04-2024, 14:09
Zəncirvari qəzada 10 nəfər yaralandı
22-04-2024, 13:51
Yük maşını dirəyə çırpıldı, ölənlər var
22-04-2024, 13:49
Daha tez arıqlamağın yolu - SADƏ ÜSUL
22-04-2024, 13:42
"Səhnədə inildəyənə ürəyim parça- parça olur" - Tarın sınsın...
22-04-2024, 13:37
Bu gün Mələkxanım Eyubovanın qızının toyudur
22-04-2024, 13:31
Aytən Səfərovanı efirdə o əvəz etdi
22-04-2024, 13:24
İlham Əliyev Moskvaya getdi
22-04-2024, 13:18
Bakıya yağış, bu ərazilərə qar yağacaq - Sabahın HAVASI
21-04-2024, 15:28
Bir mesajla arvadını aldadıb öldürdü
21-04-2024, 15:23
XƏBƏRDARLIQ: Sabahın havası bu insanlara pis təsir edəcək
21-04-2024, 15:18
Universitet müəllimi binadan yıxılıb öldü
21-04-2024, 15:15
Ermənistanda evdən hərbçinin meyiti tapıldı
21-04-2024, 15:11
"Neftçi" bu dəfə "Zirə"yə uduzdu
21-04-2024, 15:10
Sevgilisinin körpə qızını qaçırıb vəhşicəsinə öldürdü
21-04-2024, 15:07
"Arsenal" qələbə qazanaraq liderliyə yüksəldi
21-04-2024, 15:05
Şübhəlini döyən polislər saxlanıldı
21-04-2024, 15:02
"Real"ın kapitanı klubu tərk edir