Dövlət Gömrük Komitəsində 1 ay müddətində TIR-EPD sistemi tətbiq ediləcək ?
İqtisadiyyat
Oxunub: 410
9 Ara 2018 | 13:53
Dövlət Gömrük Komitəsində 1 ay müddətində TIR-EPD sistemi tətbiq ediləcək   ?Ümumdünya Gömrük Təşkilatının (ÜGT) Bakı şəhərindəki Potensialın Gücləndirilməsi üzrə Avropa Regional Ofisində Beynəlxalq Yük Daşıması Kitabçası tətbiq edilməklə Beynəlxalq Yük Daşımaları haqqında Gömrük Konvensiyası (BYD Konvensiyası) ilə tənzimlənən prosedurlar çərçivəsində həyata keçirilən daşımalar zamanı BYD ilkin məlumat mübadiləsi sisteminin - TIR-EPD sisteminin tətbiqinə dair seminar keçirilib.

Dövlət Gömrük Komitəsindən (DGK) “Report”a verilən məlumata görə, seminarda DGK-nın rəsmiləri ilə yanaşı, daşıyıcı şirkətlərin təmsilçiləri də iştirak ediblər.

Tədbirdə çıxış edən DGK Gömrük Nəzarətinin Təşkili və Ticarətin Asanlaşdırılması Baş İdarəsinin əməkdaşı Anar Məmmədov bildirib ki, Azərbaycanın tranzit potensialının artırılması istiqamətində ölkə rəhbəliyi tərəfindən müəyyən olunmuş siyasətə və qəbul olunmuş proqramlara uyğun olaraq, gömrük orqanları bu sahəyə öz töhfəsini verməkdədir. Bu çərçivədə, ölkəmizdə TIR EPD sisteminin tətbiqinin tranzit daşımaların asanlaşdırılması və sürətləndirilməsi işində mühüm addımlardan biridir. İdarə rəisi qeyd edib ki, TIR-EPD sisteminin Dövlət Gömrük Komitəsi sistemində tətbiqi ilkin mərhələdə 2018-ci ilin 10 dekabr tarixindən 2019-cu ilin 10 yanvar tarixinədək pilot qaydada tətbiq ediləcək.

DGK Risklərin İdarə Olunması və Risk Analizləri İdarəsinin əməkdaşı Ziya Ağayev isə vurğulayıb ki, layihədən faydalanan daşıyıcılar tərəfindən mal və nəqliyyat vasitələri barədə məlumatların əvvəlcədən gömrük orqanlarına TIR-EPD sistemi vasitəsilə təqdim edilməsi nəticəsində gömrük risklərinin təhlili sisteminin fəaliyyətinin səmərəliliyi daha da artacaq. Bu da BYD proseduru altında həyata keçirilən daşımalar zamanı gömrük-sərhəd buraxılış məntəqələrində bu nəqliyyat vasitələrinin prioritet qaydada keçidini təmin etməklə, gömrük rəsmiləşdirilməsi və gömrük nəzarətnin optimallaşdırılmasına gətirib çıxaracaq.

Daha sonra DGK Gömrük Nəzarətinin Təşkili və Ticarətin Asanlaşdırılması Baş İdarəsinin əməkdaşı Fərid Vəliyev təqdimatla çıxış edib. Bildirib ki, Azərbaycanın tərəfi olduğu BYD konvensiyasının imkanlarından daha geniş istifadə edilməsi vasitəsilə tranzit əməliyyatlarının sadələşdirilməsi gömrük orqanlarının diqqətdə saxladığı prioritet məsələlərdən biridir. Bu çərçivədə BYD daşımaları zamanı mal və nəqliyyat vasitələri barədə məlumatların əvvəlcədən TIR EPD sistemi ilə təqdim edilməsi, həm ilkin məlumat mübadiləsi üzrə qanunvericiliyin tələblərinə riayət olunmasını təmin edəcək, həm də əvvəlcədən gömrük orqanlarına təqdim edilmiş məlumatlar əsasında gömrük nəzarətinin həyata keçirilməsi zamanı məlumatlandırma və qeydiyyat mərhələsində, eləcə də risklərin analizi sahəsində səmərəliliyin artırılmasına gətirib çıxaracaq. Bu da, öz növbəsində, BYD kitabçası ilə həyata keçirilən daşımalar zamanı pritoritet qaydada sərhəd keçidinə nail olunması istiqamətində əsas addımlardan birini təşkil edir.

Qeyd edək ki, TIR EPD sisteminin 1 ay müddətini əhatə edəcək pilot fazası ərzində Komitənin aidiyyəti struktur bölmələri tərəfindən proseslərin monitorinqi aparılmaqla, təkmilləşdirilməsinə ehtiyac olan sahələr müəyyən olunacaq və sistemin tam şəkildə BYD prosedurundan istifadə edən xarici daşıyıcılara da şamil edilməsi üçün zəruri tədbirlər görüləcək.

Seminarda iştirak edən daşıyıcı şirkətlərin nümayəndələri digər dövlətlərdə həyata keçirilən daşımalar zamanı TIR EPD sistemindən istifadə ilə bağlı təcrübələrini bölüşüb, bu sahədə ətraflı müzakirələr aparıblar.

Qeyd edək ki, hazırda BYD konvensiyasının 74 tərəf dövləti olmasına baxmayaraq, bunlardan yalnız 62-də BYD proseduru tətbiq olunmaq üçün açıqdır və yalnız 36 ölkədə TIR EPD sistemi tətbiq olunur.

Ölkəmizdə bu sistemin tətbiqi, BYD proseduru çərçivəsində daşımaların tam elektronlaşdırılmasını nəzərdə tutan eTIR pilot layihələrinin həyata keçirilməsi məqsədilə görülən mühüm hazırlıq tədbirlərindən biridir.
7-12-2018, 15:39
Səfər Mehdiyev “Broker Əbülfəz”ə yüksək vəzifə verdi
6-12-2018, 16:33
Ölkəyə qanunsuz yolla 125 telefon keçirmək istədilər - VİDEO
30-11-2018, 13:27
Gürcüstandan gələn avtomobildə pirotexniki vasitələr aşkarlanıb - FOTO
22-11-2018, 14:02
Ölkəyə qanunsuz yolla çox sayda mobil telefon keçirmək istədilər - VİDEO
7-11-2018, 16:15
Əbülfəz Məlikovun ermənilərlə ticarət tərəfdaşlığı var? Araşdırmalar başlayıb
Bugün, 21:45
Avtobus uçuruma düşdü,20-dən çox ölü var
Bugün, 21:42
Nazim Bəydəmirlinin məhkəməsi başladı
Bugün, 21:38
Həkim qadındırsa, xəstənin sağ qalma ehtimalı daha yüksəkdir
Bugün, 21:36
Kişinin gözündə onu əvəzolunmaz edən qadın vərdişləri
Bugün, 21:21
“Barselona”ya qayıtmaq istəyir
Bugün, 21:17
"Huawei" smartfonlarında insanları “soyundurmaq” funksiyası tapıldı
Bugün, 21:15
Lidersən, yoxsa yaradıcı - Şəxsiyyət testi
Bugün, 21:11
Maştağada 33 yaşlı kişi özünü asdı
Bugün, 21:10
Sabirabadda DƏHŞƏT: 11-ci sinif şagirdi özünü asdı
27-04-2024, 15:44
Ana xəstə oğlunu səhv müalicə ilə öldürdü
27-04-2024, 15:40
Ən çox serial qatillərin olduğu 10 ÖLKƏ
27-04-2024, 15:32
Kişi ondan küsən arvadını bıçaqladı
27-04-2024, 15:28
Britni Spirs əsəbindən maşının şüşəsini sındırdı
27-04-2024, 15:25
Şuşada mina partladı, xəsarət alan var
27-04-2024, 15:22
Bu şəxslərə "Tərəqqi" medalı verildi
27-04-2024, 15:20
Ali Məhkəmənin hakimi özünü öldürdü
26-04-2024, 14:26
Yaxşı yatmaq üçün axşamlar BUNLARI YEYİN
26-04-2024, 14:23
Bakıda gənc model faciəli şəkildə öldü
26-04-2024, 14:20
Dünyanın ən məşhur moda brendinin adı açıqlandı
26-04-2024, 14:11
Polis xilas etməyə getdiyi şəxsi öldürdü - ŞOK OLAY
26-04-2024, 14:07
Bakıda DƏHŞƏT: 4 aylıq körpə binadan düşüb öldü
26-04-2024, 14:04
Ailəyə atalarının yerinə başqa meyit verdilər
26-04-2024, 13:59
Fransada Ramazan ayında sevgilisini öpən oğlanı döydülər
26-04-2024, 13:57
Dünyanın sonu: Günəş nə vaxt öləcək və o zaman nə olacaq?
25-04-2024, 15:06
Xalq artisti burnuna pirsinq taxdırdı
25-04-2024, 15:04
Harri Kasparov həbs olundu
25-04-2024, 15:01
Laçına da şəxsi avtomobillərlə getməyə icazə verildi
25-04-2024, 14:58
Bakıda qadın yaşadığı evdə ölü tapıldı
25-04-2024, 14:53
Tələbə qız tualetdə doğduğu körpəsini doğradı - dəhşətli OLAY
25-04-2024, 14:49
Bir mövsümdə buraxılan qollara görə Premyer Liqa rekordu
25-04-2024, 14:45
Polis idarəsinin rəisi işçilərlə birgə HƏBS OLUNDU
25-04-2024, 14:44
"Barselona"dan Xavi ilə bağlı SON QƏRAR
25-04-2024, 14:37
İlk Ombudsman Elmira Süleymanova vəfat etdi
25-04-2024, 14:35
Bakıda ŞOK İNTİHAR: tənha kişi küçədə özünü asdı
23-04-2024, 15:26
Britaniyadan Ukraynayayarım milyardlıq yardım
23-04-2024, 15:22
58 yaşlı məşhur aktrisa hovuzda foto paylaşdı
23-04-2024, 15:19
21 yaşlı volybolçu qız intihar etdi
23-04-2024, 15:12
Polis ad günündə özünü öldürdü
23-04-2024, 15:04
Azyaşlı binadan yıxılıb sağ qaldı