Polkovnik-leytenant açıqladı - Hazırda yolumuz Zəngilan və Qubadlıyadır
Gündəm / Siyasət
Oxunub: 377
20 Ekm 2020 | 11:11
Polkovnik-leytenant açıqladı - Hazırda yolumuz Zəngilan və Qubadlıyadır Azərbaycanın şanlı Ordusu 1993-cü il, 23 avqust işğal tarixinin üstündən bir xətt çəkərək, üzərinə 2020-ci il, 17 oktyabr zəfərini yazdı.
Bəli, Ordumuz Füzuli şəhərini öz sahiblərinə qaytardı və 27 il qəvi düşmənin tapdağı altında olan qədim bölgə işğaldan tamamilə azad edilib.
1993-cü il, 23 avqust həm də eyni gündə Cəbrayıl şəhərinin işğal olunması tarixi idi.
Cəbrayılın üstündən bu tarix daha erkən - oktyabrın 4-də götürüldü, şəhərimiz azad edildi, daha 23 avqust yoxdur, 4 və 17 oktyabrlar var...
Əslində çoxdan gözlənilən Füzulinin azad edilməsi böyük perspektivlərdən xəbər verir. Çünki bu şəhər işğal olunanda deyilirdi ki, Cəbrayıl, Zəngilan və Qubadlı mühasirəyə salınır.
Madam belədir, o halda Füzulinin azad olunması Ordumuzun Zəngilan və Qubadlının da tezliklə işğaldan qurtarması üçün əlverişli imkanlar açılır.
Füzulinin işğal olunaraq darmadağın edilməsi ilə dünya növbəti erməni vandalizminin klassik nümunəsinin şahidi olmuşdu.
İşğal edilən Füzulinin 51 kəndi və rayon mərkəzi ermənilər tərəfindən viran qoyulmuşdu, 55 min nəfərə yaxın sakin doğma yurdundan didərgin düşmüşdü.
Bu gün Füzulidən yayılan videokadrlardan da görünür ki, 27 il ərzində düşmən daşı daş üstündə qoymayıb...
Arazboyu ərazilərin düşməndən geri alınmasının Silahlı Qüvvələrimizə böyük strateji üstünlüklər qazandırdığı deyilir.
Ehtiyatda olan polkovnik-leytenant, hərbi ekspert Üzeyir Cəfərov "Yeni Müsavat”a bildirdi ki, Füzulinin işğaldan azad olunması avtomatik olaraq Qubadlı və Zəngilanın da azad edilməsi üçün böyük imkanlar açır. Onun sözlərinə görə, bu sırada əsas əhəmiyyət Cəbrayıla verilmişdi və ardınca Füzulinin azad edilməsi həmin rayonların qısa zamanda nəzarətimizə keçməsi deməkdir.
"Çünki ermənilər Araz boyunca uzun müddət davam gətirə bilməzlər. Bu istiqamətdə əsas yol Füzulidən keçirdi.
Oranın relyefi elə idi ki, silah, yanacaq, sürtkü materialları, ərzaq Füzulinin ərazisindən ermənilərə gedirdi.
Artıq Füzuli azad olunubsa, düşmən məcbur qalaraq ya İran ərazisindən hansısa çarə qılmalıdır, ya da orada məhv olacaqlar. Odur ki, Füzulinin azad edilməsinin böyük əhəmiyyəti bundan ibarətdir", - deyə Ü.Cəfərov açıqladı.
Ekspert qeyd etdi ki, Hadrut, Tuğ və strateji əhəmiyyətli digər ərazilərin, indi isə Füzulinin azad edilməsi Şuşaya yaxınlaşmaq deməkdir: "Bunun açıqlaması belədir. İnşallah, tezliklə müzəffər ordumuz Şuşada bayrağımızı dalğalandıracaq.
Ümumiyyətlə, Füzuli böyük rayondur. Qubadlı və Zəngilan ərazisinə görə Füzulidən balacadır. Düşmən Füzulidə qarnizon yaratmışdı, ətrafları bununla təmin edirdi. İndi o imkanlar olmayacaq".
Hərbi ekspert Ramil Məmmədlinin sözlərinə görə, məqsəd Azərbaycan-İran dövlət sərhədini tamamilə işğalçılardan azad etməkdir:
"Ümumiyyətlə, Cəbrayıl rayonu strateji cəhətdən Qarabağın cənub hissəsində yerləşən çox vacib rayonlardan biridir, strateji əhəmiyyətinə görə Füzuli ilə eyni səviyyədədir.
Cəbrayıl rayonu işğal altında olan ərazilərdə cənub-qərbdən Zəngilan, qərbdən Qubadlı, şimaldan Xocavənd rayonu ilə həmsərhəddir.
Bu, onu deməyə əsas verir ki, Azərbaycan Ordusunun Cəbrayıl istiqamətində həyata keçirdiyi sürətli əməliyyat əbəs deyil.
Məqsəd Azərbaycan-İran dövlət sərhədini tamamilə işğalçılardan azad etmək və bu istiqamətdə Azərbaycanın konstitusion qayda-qanunlarının tətbiq olunmasını həyata keçirməkdir".
Ekspert qeyd edib ki, Arazboyu istiqamətdə həyata keçirilən əməliyyatlar məhz mərhələli şəkildə Zəngilan və Qubadlı istiqamətində Azərbaycan Ordusunun möhkəmlənməsinə xidmət edir:
"Ermənistan hərbi komandanlığı gözləyirdi ki, Azərbaycan Ordusu əvvəlcə bütün qüvvələrini Füzuliyə cəmləşdirəcək, sonra bu proses Cəbrayıla yönələcək və ona görə də onlar Füzuli istiqamətində mövqelərini həddən artıq gücləndirmişdilər.
Lakin Azərbaycan Ordusu manevr edərək hər iki istiqamətdən düşmənin müdafiə eşelonunu darmadağın etdi, Cəbrayılda ardıcıl uğurlu hərbi əməliyyatlar keçirdi və strateji mövqeləri geri qaytardı.
Hazırda əlbəttə ki, yolumuz Zəngilan və Qubadlıyadır. Hesab edirəm ki, qısa zamanda Azərbaycan Silahlı Qüvvələri cənub istiqamətindəki Zəngilanın son nöqtəsinədək gedəcək və Azərbaycan bayrağını orada da ucaldacaqlar.
Artıq hərbi əməliyyatlar Qubadlı istiqamətinə keçdikdə Ermənistan ordusunun qərbdəki halqası daralmağa başlayacaq".
Bu arada Rusiya mətbuatı yazıb ki, Ermənistan ordusu özünün 20-ci əsrin 80-ci illərinə aid taktika və silahları ilə Azərbaycanın 21-ci əsrə aid silahlara məxsus, yüksək döyüş ruhu və başlanan işi sona çatdırmaq niyyəti olan ordusunu dayandıra bilməz.
Qeyd olunur ki, Azərbaycan Dağlıq Qarabağda parlaq qələbə qazanıb, Ermənistan isə məğlub olub və onun Qarabağdan çıxması an məsələsidir: "Aradakı fərqi ortaya çıxaran əsas amil müdafiə planlaşdırmasına yeni yanaşma, idarəçilik və kəşfiyyatın, o cümlədən kosmik kəşfiyyatın keyfiyyəti, havada üstünlük, hava hücumundan müdafiə sistemlərinin məhv edilməsi taktikası olub.
Ermənistan artıq 700-dən çox hərbçisinin həlak olduğunu açıqlayıb. Bu, yaralılar da nəzər alınmaqla erməni döyüş bölmələrinin qüvvəsini itirdiyini göstərir. Həm də onların pilotsuz uçuş aparatları probleminə qarşı həlli yoxdur".
19-10-2020, 11:18
Prezident: "Cəbrayıl rayonunun 13 kəndi işğaldan azad edilib"
14-10-2020, 19:17
Prezident İlham Əliyev: Azərbaycan Ordusu Füzuli rayonunun 3, Xocavənd rayonunun 5 kəndini işğaldan azad edib
13-10-2020, 12:44
İranlı general: Qarabağ işğaldan azad edilməlidir
4-10-2020, 10:17
"Tərtər, Füzuli və Cəbrayıl rayonlarının bir sıra kəndləri işğaldan azad edilib" - Prezident
1-10-2020, 10:15
Döyüşlər Füzulinin işğal edilmiş rayon mərkəzinə aparan yollarında gedir
31-08-2020, 11:22
Ceyhun Bayramov: "Azərbaycanın bütün işğal olunmuş əraziləri azad ediləcək"
Dün, 14:34
Türkiyəli müğənninin "Namus" mahnısına rəqsi müzakirə yaratdı
Dün, 14:30
Son 150 ilin ən güclü El Ninosu gəlir: Dünyanı nə gözləyir?
Dün, 14:27
Ürək sağlamlığı üçün ən faydalı qəlyanaltı - Diyetoloqlar açıqladı
Dün, 14:23
Azərbaycanda bu şəxslərin pensiyası ARTIRILIB
Dün, 14:21
İşdən 10 dəqiqə tez çıxan əməkdaşa müdirdən gələn mesaj müzakirələrə səbəb oldu
Dün, 14:17
Sakit okeanda itkin düşən dənizçinin bir ay sağ qalmasının sirri məlum olub
Dün, 14:08
Bakıdakı bu universitet bağlandı
28-07-2026, 23:05
Ceyranbatanda yanğın: uşaq özünü binadan atdı
28-07-2026, 23:03
Sabah 40 dərəcə isti olacaq
28-07-2026, 23:02
Bu ərazilərdə 3 gün su olmayacaq
28-07-2026, 23:00
Putin İlham Əliyevə zəng etdi
28-07-2026, 22:56
Hasil Abbasov şöbə müdirini işdən çıxardı
28-07-2026, 22:54
Müəllimini güllələyən şagirdə hökm oxundu
28-07-2026, 22:53
Ronaldo serialda rol alacaq
28-07-2026, 22:51
İran Ukraynaya hücuma hazırlaşır
28-07-2026, 22:50
“Qarabağ”dan ayrıldı, bu kluba keçdi
28-07-2026, 22:27
İstirahət mərkəzinin rəhbəri böyük məbləğdə cərimə olundu
27-07-2026, 17:47
Cərimə meydançasına aparılan avtomobilə görə xərclər nə zaman QAYTARILIR?
27-07-2026, 17:42
Türkiyə bu ölkəyə F-16 qırıcılarını göndərir
27-07-2026, 17:41
Saleh Məmmədovun Almaniyadakı tikinti layihəsi ilə bağlı yeni iddia
27-07-2026, 17:39
Bu şəxslər 7 min manatadək cərimələnəcək
27-07-2026, 17:36
Əlilliyi olan 2 mindən çox şəxs işlə təmin edildi
27-07-2026, 17:33
AB-dən iranlı hakimlərə sanksiya..
27-07-2026, 17:30
Qarsa yeni baş konsul təyin edildi
27-07-2026, 17:21
Günəşdə güclü alışma baş verib
27-07-2026, 17:18
Sərnişin təyyarəsi zolaqdan çıxdı - Qorxulu anlar
23-07-2026, 16:04
Neft bahalaşmaqda davam edir
23-07-2026, 16:03
Britaniya diplomatlarını İrandan çıxardı
23-07-2026, 15:59
Bakıda 48 yaşlı kişi evində ölü tapıldı
23-07-2026, 15:57
Türkiyədə güclü zəlzələ
23-07-2026, 15:54
Türkiyədə həyat İFLİC OLDU
23-07-2026, 15:49
Nabranda dənizdə batan 17 yaşlı qızın meyiti tapıldı
23-07-2026, 15:47
Peşə təhsili müəssisələrində illik təhsil haqqı: 6500 AZN...
23-07-2026, 15:45
Ermənistan prezidenti xəstəxanaya yerləşdirildi
23-07-2026, 15:41
Bu ərazilərdə qaz olmayacaq
21-07-2026, 15:36
Portuqaliyalı hücumçudan "Qarabağ"a gözlənilməz cavab
21-07-2026, 15:35
3000 erməni bir anda İrana axışdı - Səbəbi bu imiş
21-07-2026, 15:32
Azərbaycanlılar bu ölkədən deport olundu
21-07-2026, 15:30
Rusiyada benzin gizlədənlərin "ovuna başlanıldı"