Abel Məhərrəmovun milyonluq mülkləri və bahalı avtomobilləri...– Akademik də villabaz imiş!
Bakı Dövlət Universitetinin (BDU) rektoru, akademik Abel Məhərrəmovun noyabrın 15-də gözlənilmədən və qeyri-adi səbəblər üzündən vəzifəsindən azad olunması gündəmin ən əsas müzakirə mövzusu olaraq qalmaqdadır.Yarımrəsmi (Hökumət TV və digər KİV-ləri tərəfindən tirajlanan) versiyaya görə, A.Məhərrəmov İspaniyada dini tolerantlıq mövzusunda keçirilən beynəlxalq konfransdan əvvəl möhkəm içib, Allahşükür Paşazadə ilə mübahisə etdiyinə və bu zaman bəzi siyasi səhvlərə yol verdiyinə görə ali rəhbərliyin qəzəbinə gəlib. İnandırıcı olan və olmayan bir xeyli başqa iddialar da var. Bu versiyaların hansının tam həqiqətə söykəndiyini hələ ki, müəyyənləşdirmək mümkün olmasa da, bir məsələ qətidir ki, Abel Məhərrəmov məhz siyasi rəhbərliyi qəzəbləndirdiyi üçün vəzifəsindən azad olunub, üstəlik müşahidələr belə deməyə əsas verir ki, onunla bağlı cəza tədbirləri davam etdiriləcək.
Azərbaycanda son illərdə formalaşmış ənənəyə görə isə, “vurulan” məmurlara qarşı tətbiq olunan əsas cəza onların vəzifədə olarkən əldə etdikləri var-dövlətin – daşınar və daşınmaz əmlakların, nağd pul vəsaitlərinin əllərindən alınmasıdır. Bu ənənənin Abel Məhərrəmova münasibətdə də aktuallığını qoruyacağı ehtimalı xeyli yüksəkdir. Belə olacağı halda bu “elm fədaisinin” itirəcəkləri isə heç də az deyil – illərdir məlum olan və yeni üzə çıxan məlumatlar dəyəri on milyonlarla ölçülən əmlaklardan xəbər verir.
Artıq saytlarda, sosial şəbəkələrdə Abel Məhərrəmova məxsus olduğu iddia olunan əmlakların siyahısı da yayılmağa başlayıb. Bu siyahı ilə tanışlıqdan belə məlum olur ki, hörmətli rektorumuz əməlli-başlı villabaz olub: ölkənin dörd bir tərəfinə səpələnən villaların sahibidir. Təkcə Bakı şəhərində 6 olmaqla, ümumilikdə 10-dan artıq villası var.
Artıq mediada yayılmış siyahı budur:
- Binəqədidə, Varovski deyilən ərazidə – iki villa;
– Quba rayonunda – 1 villa;
– Xızı rayonunda – 1 villa;
– Nabranda – 1 villa;
– Şüvəlan qəsəbəsində – 1 villa;
– Mərdəkan qəsəbəsində – 1 villa;
– Milli Elmlər Akademiyası yaxınlığında yerləşən milyonerlər məhəlləsində – 1 villa;
– Nərimanov rayonunda yerləşən – “Mona Liza” şadlıq sarayı;
– 8 mikrorayonda restoran.
– Paytaxtın ən bahalı yerlərində hündürmərtəbəli binalarda çoxsaylı mənzillər…
mona-liza-sadliq-sarayi-restorani-_1_1
Abel Məhərrəmovun daşınar və daşınmaz əmlakları ilə bağlı daha bir siyahı isə “AzPolitika”ya daxil olub. Siyasi elmlər üzrə fəlsəfə doktoru, AMEA-nın əməkdaşı, dosent Şahin Bağırovun təqdim etdiyi bu siyahı əvvəlki siyahını bir qədər də tamamlayır:
1. “ALFERO” istirahət mərkəzi – Nabranda 200 hektar ərazidə inşa edilib, dəyəri 61 milyon manat civarında qiymətləndirilir. Qzı İzabellanın adına qeydiyyatdan keçib.
2. “MONA LİZA” şadlıq sarayı – Bakıda ən bahalı və məşhur şadlıq saraylarından biridir. Dəyəri 12 milyon manat civarında ölçülür.
3. “İZABELLA” Şadlıq Sarayı – Bakıda Elmlər Akademiyası Metrostansiyasının yaxınlığında yerləşir, dəyəri 23 milyon manat civarında ölçülür.
3. BDU-nun 20-yə yaxın bufet və yeməkxanalarının icarəsindən hər il əldə olunan 1 milyon 200 min manat gəlir.
5. Bakıda 11 müxtəlif ərazidə SPA idman salonlarından əldə olunan gəlirlər. Hər birinin dəyəri 4-7 milyon arasında qiymətləndirilir.
6. “RAMSEY” mağazası – Sahil Ticarət Mərkəzində yerləşir. İtaliya-Türkiyə istehsalı olan brend marka kişi kostyumları mağazaları şəbəkəsi.
7. Avtomobil qarajında ümumi dəyəri 5 milyon manatdan artıq olan son model bahalı avtomobillər…
abel
Məhərrəmovun şəxsi avtomobil qarajında dünyanın ən müasir son model avtomobillərinin siyahısı:
1) “Lamborghini”
2) “Bentley”
3) “Porsche Cayenne”
4) “Land Rover”
5) !Mercedes AMG” (son model, zirehli, dəyəri 1 milyon 800 min manat avro dəyərində ölçülür)
ÐаÑÑинки по запÑоÑÑ bahalı avtomobillÉr
6) “Audi Q7”
7) “Audi Q8” (Son model, qiyməti 450 min avro)
8 ) “Mercedes Geländewagen” (qiyməti 250 min avro)
9) “BMW X6” (son model – qiyməti 200 min avro)
10) “BMW -760” (qiyməti 400 min avro)
Onu da qeyd edək ki, 6 günlük susqunluqdan sonra Abel Məhərrəmov bu gün tək-tənha Fəxri Xiyabanda peyda olub və orda onu gözləyən (?!) jurnalistlərə açıqlama verib. Akademik deyib ki, bir neçə gündür barəsində yazılanların heç bir əsası yoxdur, o hələ 1969-cu ildən, yəni 19 yaşından Heydər Əliyevçidir və Prezident İlham Əliyev onu vəzifədən çıxarmaqla düz edib.
23-11-2018, 13:07
Azərbaycan ədliyyəsinin 100 illik yubileyi Yasamal rayonunda qeyd olunub
19-11-2018, 12:05
Əli Həsənov: Polis üçün əsas ictimai asayişin təmin edilməsidir
18-11-2018, 14:10
“ABEL MENDOZA” şərabı və bizim ABEL… – Rektor və səfir oğlu necə şərab biznesmeni oldu?
16-11-2018, 16:27
Azad Rəhimov: VIII Forumda Azərbaycan gəncliyi üçün çox vacib məsələlər müzakirə olunacaq
7-11-2018, 16:17
Lalə Şövkət ad gününü niyə qeyd etmir? - Oğlu səbəbi açıqladı
Dün, 17:47
Cərimə meydançasına aparılan avtomobilə görə xərclər nə zaman QAYTARILIR?
Dün, 17:42
Türkiyə bu ölkəyə F-16 qırıcılarını göndərir
Dün, 17:41
Saleh Məmmədovun Almaniyadakı tikinti layihəsi ilə bağlı yeni iddia
Dün, 17:39
Bu şəxslər 7 min manatadək cərimələnəcək
Dün, 17:36
Əlilliyi olan 2 mindən çox şəxs işlə təmin edildi
Dün, 17:33
AB-dən iranlı hakimlərə sanksiya..
Dün, 17:30
Qarsa yeni baş konsul təyin edildi
Dün, 17:21
Günəşdə güclü alışma baş verib
Dün, 17:18
Sərnişin təyyarəsi zolaqdan çıxdı - Qorxulu anlar
23-07-2026, 16:04
Neft bahalaşmaqda davam edir
23-07-2026, 16:03
Britaniya diplomatlarını İrandan çıxardı
23-07-2026, 15:59
Bakıda 48 yaşlı kişi evində ölü tapıldı
23-07-2026, 15:57
Türkiyədə güclü zəlzələ
23-07-2026, 15:54
Türkiyədə həyat İFLİC OLDU
23-07-2026, 15:49
Nabranda dənizdə batan 17 yaşlı qızın meyiti tapıldı
23-07-2026, 15:47
Peşə təhsili müəssisələrində illik təhsil haqqı: 6500 AZN...
23-07-2026, 15:45
Ermənistan prezidenti xəstəxanaya yerləşdirildi
23-07-2026, 15:41
Bu ərazilərdə qaz olmayacaq
21-07-2026, 15:36
Portuqaliyalı hücumçudan "Qarabağ"a gözlənilməz cavab
21-07-2026, 15:35
3000 erməni bir anda İrana axışdı - Səbəbi bu imiş
21-07-2026, 15:32
Azərbaycanlılar bu ölkədən deport olundu
21-07-2026, 15:30
Rusiyada benzin gizlədənlərin "ovuna başlanıldı"
21-07-2026, 15:28
İş sistemi dəyişir: “Çevik iş rejimi” nə deməkdir?
21-07-2026, 15:18
İrandan Hörmüzlə bağlı xəbərdarlıq
21-07-2026, 15:16
Azərbaycan neftinin qiyməti 94 dollara yaxınlaşır
21-07-2026, 15:14
Cəlilabadda avtomobil aşıb, 4 nəfər xəsarət alıb
21-07-2026, 15:12
Dünya çempionu olan qapıçı "Zirə"yə keçdi
21-07-2026, 15:09
Ərdoğana qarşı sui-qəsd planı... – General açıqladı
20-07-2026, 13:06
Mədəniyyətimizin səssiz qəhrəmanı ağır vəziyyətdə...
20-07-2026, 12:58
Biləcəridə hoteldə meyit tapılıb
20-07-2026, 12:32
İranda 5 dəqiqədə 2 güclü zəlzələ...
20-07-2026, 12:14
Qanun icazə verir, marketlər “olmaz” deyir - Azərbaycanda qalmaqallı qadağa
20-07-2026, 12:11
Özbəkistanın Baş prokuroru Azərbaycanda səfərdədir
20-07-2026, 12:01
Avropaya kəskin istilər gəlir: 50 dərəcəyə çatacaq!
20-07-2026, 12:01
Avropaya kəskin istilər gəlir: 50 dərəcəyə çatacaq!
20-07-2026, 11:30
Neft qiymətləri kəskin dönüş etdi
20-07-2026, 11:29
Bu əməliyyatı da rəqs ilə məşhurlaşan “Dr. Gülü” edibmiş
20-07-2026, 11:26
Bakı və Astaranın bir hissəsində işıq kəsiləcək
18-07-2026, 23:21
Bu ölkə tamamən boşaldılır