“ABEL MENDOZA” şərabı və bizim ABEL… – Rektor və səfir oğlu necə şərab biznesmeni oldu?
Gündəm
Oxunub: 600
18 Kas 2018 | 14:10
“ABEL MENDOZA” şərabı və bizim ABEL… – Rektor və səfir oğlu necə şərab biznesmeni oldu?

Bakı Dövlət Universitetinin dünəndən etibarən keçmiş rektoru Abel Məhərrəmovun dini tolerantlıq adı altında keçirilən, Qafqaz Müsəlmanları İdarəsinin rəhbəri Allahşükür Paşazadənin qudası Əli Evsenin təşkil etdiyi beynəlxalq konfransda şərabın güdazına getdiyi artıq məlumdur.

Rektor-akademik Madriddə Azərbaycandan onunla birlikdə gedən nümayəndə heyətinin də iştirak etdiyi yeyib-içmək məclisində nəinki şərabdan içib məst olub və dava salıb, eyni zamanda bəlli olub ki, A.Məhərrəmov həm də səfir oğlunun adına çəlləklərlə dolu Azərbaycan şərabını diplomatik yük adı altında Bakıdan daşıyıb. Qayıdanda isə ispan şərabı adı altında bu dəfə butulkalarda Bakıya gətirib. Və özünün restoranlarında, şadlıq evlərində satdırırmış.

Virtualaz.org qeyd edir ki, bu iddialar hələ təkzib olunmayıb. Hərçənd rəsmi KİV-lərdə ayrı-ayrı vaxtlarda dərc edilmiş materiallara əsasən şərab sözü Abel Məhərrəmova və səfir oğluna tamamilə doğmadır.“ABEL MENDOZA” şərabı və bizim ABEL… – Rektor və səfir oğlu necə şərab biznesmeni oldu?

Belə ki, Azərbaycanın İspaniyadakı fövqəladə və səlahiyyətli səfiri Anar Məhərrəmov 2016-cı ildə Madridə təyinat aldıqdan dərhal sonra şərab işi ilə yaxından məşğul olmağa başlayıb. Hərçənd bu həmin dövr idi ki, neft kəskin ucuzlaşmışdı və Azərbaycanın valyuta gəlirlərində ciddi azalma baş vermişdi, dalbadal iki devalvasiya olmuşdu. Və Azərbaycandan qeyri-neft məhsullarının, o cümlədən şərabın ixracını artırmaq, ölkəyə başqa mənbələrdən valyuta gətirmək məsələsi ciddi aktuallaşmışdı.

Nəticədə səfir Məhərrəmovu Madriddə Azərbaycan şərablarının satışını həyata keçirən mağazaların açılış mərasimlərində görmək olurdu. Üstəlik deyilənlərə görə Azərbaycand da ispan şərablarının satışı biznesi ona və atasına aid idi.

Məsələn, “AzərTAC”ın materiallarına əsasən səfir Anar Məhərrəmov 2018-ci ilin oktyabr ayında İspan

Mərasimdə İspaniyada akkreditə olunmuş diplomatik nümayəndəliklərin rəhbərləri və əməkdaşları, dövlət rəsmiləri, ictimaiyyət nümayəndələri və yerli kütləvi informasiya vasitələrinin, İspaniyanın şərabçılıq üzrə tanınmış şirkətlərinin, habelə A.Məhərrəmovun biznes ortaqlığı ilə Qəbələdə yaradılan (unikal.org saytı belə iddia edir) “Aspi Agro” MMC şirkətinin təmsilçiləri iştirak ediblər.

Tədbiri açan Madrid Rioxa Mərkəzinin prezidenti Xose Antonio Ruperes Kanyo Azərbaycan şərablarının füsunkar dada və keyfiyyətə malik olduğunu deyib və məhz bu səbəbdən İspaniyanın əsas şərabçılıq bölgələrindən sayılan Rioxa şərabları ilə Azərbaycan şərablarının birgə təqdimat mərasiminin keçirilməsinin təsadüfi olmadığını bildirib.

Daha sonra “Aspi Agro” MMC şirkətinin nümayəndəsi tərəfindən “Savalan” brendinə məxsus şərablarla bağlı təqdimat edilib.



Tədbirdə Azərbaycan şərabı adı ilə yalnız bu şirkətin istehsalı olan 3 çeşiddə şərabın təqdimatı, eləcə də dequstasiyası keçirilib. Bu da Azərbaycanda şərab istehsalı ilə məşğul olan digər şirkətlərin ciddi narazılığına səbəb olub.

Unikal.org belə yazır ki, təqdimatdan sonra, Madriddə “Savalan” brendinə məxsus şərabların satışına da böyük təlabat yaranıb. Bunun üçün təlabatın artıdğını səfir oğul atasına bildirib. Abel Məhərrəmov da bunu nəzərə alaraq bu dəfə özü Bakıdan şeyxin təyyarəsi ilə Madridə şərab çəlləkləri aparmaq qərarına gəlib.

Lakin ata-oğul Məhərrəmovlar, İspaniya və şərab əhvalatında bir maraqlı ştrix də var. Belə məlum olur ki, İspaniyada “Abel Mendoza” adlı şərab da buraxılır və saytlar dərhal belə qənaətə gəliblər: bu ki, bizim Abeldir! Yəni BDU rektoru şəraba və şərab biznesinə o qədər aludə olub ki, İspaniyada öz adına şərab da buraxdırıb?!

5
3

Bu Abelin soyadı Məhərrəmov deyil…

Bəlkə misilsiz korrupsiya əməlləri ilə məşhurlaşan və bu günlərdə vəzifəsini itirən Rüfət Aslanlı-Maliyyə Bazarlarına Nəzarət Palatasının keçmiş rəhbəri də Abel müəllimin “adına olan” şərabdan ilhamlanıb və Fransada öz adına “Maison d` Aslanlı” markası ilə şərab buraxdırıb?



Əslində isə belə deyilmiş. Yəni İspaniyada buraxılan “Abel Mendoza” markalı şərabın Abel Məhərrəmova birbaşa aidiyyatı yox imiş! Amma bu o demək deyil ki, Abel Məhərrəmovun Madriddəki “Eurostar Madrid” otelindəki həmin içki məclisində bərk sərxoş olmasının səbəbkarlarından biri də “Abel Mendoza” olmayıb. İnternet mənbələrində göstərilir ki, Abel Mendoza ad-soyadlı şəxs İspaniyada tanınmış şərab ustasıdır və “Abel Mendoza” onun şərab markalarından biridir. Növündən asılı olaraq “Abel Mendoza” şərablarının qiyməti 8-47 avro arasında dəyişir.

Doğrudan da mistikadır, BDU rektoru Abel, ispan şərab ustası Abel, Madriddə içki məclisi və dava-dalaş. Axırda da belə…
18-11-2018, 13:24
Qara Qarayev adına İncəsənət Məktəbi ilə Sankt-Peterburq Musiqi Liseyi arasında əlaqələr genişlənir
8-11-2018, 15:21
Yusif Yusibov Gəncədə dönəmin dəyişdiyinin hələ də fərqində deyil... - İDDİA
7-11-2018, 16:17
Lalə Şövkət ad gününü niyə qeyd etmir? - Oğlu səbəbi açıqladı
7-11-2018, 16:16
Arzu Rəhimov kadrının oğlunun ölüm işini necə bağladı? - İlginc iddialar
5-11-2018, 18:33
İlahiyyat İnstitutunun məzunları üçün iş imkanları yaradılacaq
Bugün, 23:05
Ceyranbatanda yanğın: uşaq özünü binadan atdı
Bugün, 23:03
Sabah 40 dərəcə isti olacaq
Bugün, 23:02
Bu ərazilərdə 3 gün su olmayacaq
Bugün, 23:00
Putin İlham Əliyevə zəng etdi
Bugün, 22:56
Hasil Abbasov şöbə müdirini işdən çıxardı
Bugün, 22:54
Müəllimini güllələyən şagirdə hökm oxundu
Bugün, 22:53
Ronaldo serialda rol alacaq
Bugün, 22:51
İran Ukraynaya hücuma hazırlaşır
Bugün, 22:50
“Qarabağ”dan ayrıldı, bu kluba keçdi
Bugün, 22:27
İstirahət mərkəzinin rəhbəri böyük məbləğdə cərimə olundu
Dün, 17:47
Cərimə meydançasına aparılan avtomobilə görə xərclər nə zaman QAYTARILIR?
Dün, 17:42
Türkiyə bu ölkəyə F-16 qırıcılarını göndərir
Dün, 17:41
Saleh Məmmədovun Almaniyadakı tikinti layihəsi ilə bağlı yeni iddia
Dün, 17:39
Bu şəxslər 7 min manatadək cərimələnəcək
Dün, 17:36
Əlilliyi olan 2 mindən çox şəxs işlə təmin edildi
Dün, 17:33
AB-dən iranlı hakimlərə sanksiya..
Dün, 17:30
Qarsa yeni baş konsul təyin edildi
Dün, 17:21
Günəşdə güclü alışma baş verib
Dün, 17:18
Sərnişin təyyarəsi zolaqdan çıxdı - Qorxulu anlar
23-07-2026, 16:04
Neft bahalaşmaqda davam edir
23-07-2026, 16:03
Britaniya diplomatlarını İrandan çıxardı
23-07-2026, 15:59
Bakıda 48 yaşlı kişi evində ölü tapıldı
23-07-2026, 15:57
Türkiyədə güclü zəlzələ
23-07-2026, 15:54
Türkiyədə həyat İFLİC OLDU
23-07-2026, 15:49
Nabranda dənizdə batan 17 yaşlı qızın meyiti tapıldı
23-07-2026, 15:47
Peşə təhsili müəssisələrində illik təhsil haqqı: 6500 AZN...
23-07-2026, 15:45
Ermənistan prezidenti xəstəxanaya yerləşdirildi
23-07-2026, 15:41
Bu ərazilərdə qaz olmayacaq
21-07-2026, 15:36
Portuqaliyalı hücumçudan "Qarabağ"a gözlənilməz cavab
21-07-2026, 15:35
3000 erməni bir anda İrana axışdı - Səbəbi bu imiş
21-07-2026, 15:32
Azərbaycanlılar bu ölkədən deport olundu
21-07-2026, 15:30
Rusiyada benzin gizlədənlərin "ovuna başlanıldı"
21-07-2026, 15:28
İş sistemi dəyişir: “Çevik iş rejimi” nə deməkdir?
21-07-2026, 15:18
İrandan Hörmüzlə bağlı xəbərdarlıq
21-07-2026, 15:16
Azərbaycan neftinin qiyməti 94 dollara yaxınlaşır
21-07-2026, 15:14
Cəlilabadda avtomobil aşıb, 4 nəfər xəsarət alıb
21-07-2026, 15:12
Dünya çempionu olan qapıçı "Zirə"yə keçdi
21-07-2026, 15:09
Ərdoğana qarşı sui-qəsd planı... – General açıqladı
20-07-2026, 13:06
Mədəniyyətimizin səssiz qəhrəmanı ağır vəziyyətdə...