Xocalı soyqırımı Peru mətbuatında geniş işıqlandırılıb
Dünya
Oxunub: 356
26 Şub 2021 | 10:44
Xocalı soyqırımı Peru mətbuatında geniş işıqlandırılıb Perunun ən nüfuzlu KİV-lərindən olan “La Razón” və “Prensa 21” qəzetlərində bu ölkədəki səfirimiz Məmməd Talıbovun “Faciəvi gecədən 29 il sonra: Xocalı soyqırımı - Azərbaycan xalqına qarşı cinayət” başlıqlı məqaləsi dərc olunub.
Məqalədə 1992-ci ilin 26 fevral tarixində Ermənistan silahlı qüvvələri tərəfindən Xocalıda törədilmiş soyqırımı haqda məlumat verən səfir, bu amansız qətliam zamanı onlarla azyaşlı uşaq və qadınlar da daxil olmaqla 613 nəfər mülki azərbaycanlının xüsusi qəddarlıqla qətlə yetirildiyi, yüzlərlə soydaşımızın yaralandığı və itkin düşdüyünü bildirib və bu qətliamın bir sıra aparıcı beynəlxalq media qurumları tərəfindən əyani sübutlarla işıqlandırıldığını qeyd edib.
Ermənistan tərəfinin Xocalını işğal etməkdə məqsədinin həyata keçirdiyi təcavüz prosesinin gedişində strateji üstünlük əldə etmək və növbəti işğallar üçün yeni imkanlar yaratmaq olduğun deyən səfir, təcavüzkar dövlətin 1994-cü ilə qədər Dağlıq Qarabağ və yeddi ətraf rayon olmaqla Azərbaycan ərazisinin 20 faizini işğal etdiyini, Xocalı soyqırımının da bu prosesdəki ən qanlı qətliam olaraq tarixə düşdüyünü bildirib. Eyni zamanda, Xocalıda dinc əhaliyə qarşı misilsiz amansızlıq törədilməsinin Azərbaycan xalqında qorxu yaratmaq məqsədi güddüyünü söyləyib və bu xüsusda, Ermənistanın keçmiş prezidenti, soyqırımının başlıca təşkilatçılarından olan Serj Sarkisyanın erməni tərəfinin Xocalıdakı cinayətlərinə dair etiraflarını xatırladıb.
İşğal edilmiş Azərbaycan ərazilərinin azad edilməsini tələb edən BMT qətnamələrinə 30 ilə yaxın bir dövr ərzində Ermənistan tərəfindən məhəl qoyulmaması və ATƏT çərçivəsində aparılan danışıqların Ermənistanın destruktiv mövqeyi səbəbindən nəticəsiz qalmasından sonra yenə də məhz Ermənistanın növbəti təxribatı səbəbindən meydana gəlmiş 44 günlük müharibə nəticəsində Azərbaycanın işğalda olan ərazilərini azad etməyə nail olduğunu bildirib. Qeyd edib ki, Ermənistan rəhbərliyinin qeyri-humanist xisləti və dövlət səviyyəsində terror siyasəti növbəti dəfə özünü göstərmiş, sözügedən müharibə ərzində Ermənistan silahlı qüvvələri yenə mülki insanları hədəf almış, münaqişə bölgəsindən kənarda yerləşən şəhərlərimizə endirdiyi ballistik raket zərbələri nəticəsində yüzlərlə dinc sakinimiz həlak olmuş və yaralanmışdır. Erməni vandalizminin azad olunmuş ərazilərimzdə də müşahidə olunduğunu deyən səfir, şəhər və qəsəblərimizdəki mülki infrastruktur və Azərbaycana aid tarixi-mədəni irsin 30 il ərzində Ermənistan tərəfindən tamamilə məhv edildiyini diqqətə çatdırıb.
Qeyd olunanların fonunda regionda barışığın müşkül olmasına baxmyaraq, ərazisində 40-a yaxın müxtəlif etnik mənsubiyyətə malik insanların və fərqli dini etiqadların birlikdə sülh içində yaşadığı və bütün dünyada çoxmədəniyyətlilik ənənələri ilə tanınan Azərbaycanın sülh, dialoq və əməkdaşlıq xəttinə sadiq qaldığını, regionda tərəqqinin yeganə yolunun davamlı sülh olduğunu və bunun üçün Ermənistanın qonşularına qarşı ərazi iddiaları və təcavüzkar siyasətindən əl çəkməli olduğunu qeyd edib.
26-02-2021, 10:48
Meksika telekanalı və radiosunda Xocalı soyqırımı və regionda müharibədən sonrakı vəziyyət haqqında danışılıb
26-02-2021, 10:41
Xarici İşlər Nazirliyi Xocalı soyqırımının 29-cu ildönümü ilə əlaqədar bəyanat yayıb
24-02-2021, 10:56
Ermənistan cəmiyyəti Xocalı soyqırımını törədənləri ədalətə təslim etmədiyi müddətdə, bu cinayətin ağır yükünü çəkməyə davam edəcək - Səfir
7-12-2020, 11:03
Ermənistan və Azərbaycan arasındakı atəşkəs Peru mətbuatında
23-11-2020, 10:54
Perunun ən çox oxunan qəzetində erməni təcavüzündən danışılıb
28-08-2020, 11:17
XİN Ballıqaya qətliamının 28-ci ildönümü ilə əlaqədar bəyanat yayıb
28-07-2026, 23:05
Ceyranbatanda yanğın: uşaq özünü binadan atdı
28-07-2026, 23:03
Sabah 40 dərəcə isti olacaq
28-07-2026, 23:02
Bu ərazilərdə 3 gün su olmayacaq
28-07-2026, 23:00
Putin İlham Əliyevə zəng etdi
28-07-2026, 22:56
Hasil Abbasov şöbə müdirini işdən çıxardı
28-07-2026, 22:54
Müəllimini güllələyən şagirdə hökm oxundu
28-07-2026, 22:53
Ronaldo serialda rol alacaq
28-07-2026, 22:51
İran Ukraynaya hücuma hazırlaşır
28-07-2026, 22:50
“Qarabağ”dan ayrıldı, bu kluba keçdi
28-07-2026, 22:27
İstirahət mərkəzinin rəhbəri böyük məbləğdə cərimə olundu
27-07-2026, 17:47
Cərimə meydançasına aparılan avtomobilə görə xərclər nə zaman QAYTARILIR?
27-07-2026, 17:42
Türkiyə bu ölkəyə F-16 qırıcılarını göndərir
27-07-2026, 17:41
Saleh Məmmədovun Almaniyadakı tikinti layihəsi ilə bağlı yeni iddia
27-07-2026, 17:39
Bu şəxslər 7 min manatadək cərimələnəcək
27-07-2026, 17:36
Əlilliyi olan 2 mindən çox şəxs işlə təmin edildi
27-07-2026, 17:33
AB-dən iranlı hakimlərə sanksiya..
27-07-2026, 17:30
Qarsa yeni baş konsul təyin edildi
27-07-2026, 17:21
Günəşdə güclü alışma baş verib
27-07-2026, 17:18
Sərnişin təyyarəsi zolaqdan çıxdı - Qorxulu anlar
23-07-2026, 16:04
Neft bahalaşmaqda davam edir
23-07-2026, 16:03
Britaniya diplomatlarını İrandan çıxardı
23-07-2026, 15:59
Bakıda 48 yaşlı kişi evində ölü tapıldı
23-07-2026, 15:57
Türkiyədə güclü zəlzələ
23-07-2026, 15:54
Türkiyədə həyat İFLİC OLDU
23-07-2026, 15:49
Nabranda dənizdə batan 17 yaşlı qızın meyiti tapıldı
23-07-2026, 15:47
Peşə təhsili müəssisələrində illik təhsil haqqı: 6500 AZN...
23-07-2026, 15:45
Ermənistan prezidenti xəstəxanaya yerləşdirildi
23-07-2026, 15:41
Bu ərazilərdə qaz olmayacaq
21-07-2026, 15:36
Portuqaliyalı hücumçudan "Qarabağ"a gözlənilməz cavab
21-07-2026, 15:35
3000 erməni bir anda İrana axışdı - Səbəbi bu imiş
21-07-2026, 15:32
Azərbaycanlılar bu ölkədən deport olundu
21-07-2026, 15:30
Rusiyada benzin gizlədənlərin "ovuna başlanıldı"
21-07-2026, 15:28
İş sistemi dəyişir: “Çevik iş rejimi” nə deməkdir?
21-07-2026, 15:18
İrandan Hörmüzlə bağlı xəbərdarlıq
21-07-2026, 15:16
Azərbaycan neftinin qiyməti 94 dollara yaxınlaşır
21-07-2026, 15:14
Cəlilabadda avtomobil aşıb, 4 nəfər xəsarət alıb
21-07-2026, 15:12
Dünya çempionu olan qapıçı "Zirə"yə keçdi
21-07-2026, 15:09
Ərdoğana qarşı sui-qəsd planı... – General açıqladı
20-07-2026, 13:06
Mədəniyyətimizin səssiz qəhrəmanı ağır vəziyyətdə...