Meksika telekanalı və radiosunda Xocalı soyqırımı və regionda müharibədən sonrakı vəziyyət haqqında danışılıb
Meksikanın çoxmilyonlu izləyici kütləsinə malik “Canal Once” dövlət televiziyasında və nüfuzlu “ABC” radiosunda bu ölkədəki səfirimiz Məmməd Talıbovun Xocalı soyqırımı və regionda müharibədən sonrakı durum haqda tanınmış siyasi şərhçi Federiko Lamonta verdiyi müsahibələr efirə gedib.Müsahibələrdə 29 il əvvəl, 26 fevral tarixində Xocalı şəhərində Ermənistan-Azərbaycan münaqişəsi tarixinin ən qanlı qətliamının törədildiyini deyən səfir, bu insanlıq əleyhinə cinayət zamanı uşaqlar və qadınlar da daxil olmaqla 613 mülki sakinimizin erməni silahlı qüvvələri tərəfindən xüsusi amansızlıqla qətlə yetirildiyi, yüzlərlə soydaşımızınsa yaralandığı və itkin düşdüyünü söyləyib.
Xocalı soyqırımının dünyanın bir çox ölkələrinin qanunverici orqanları tərəfindən tanındığını qeyd edən səfir, 10 il bundan öncə Meksika Deputatlar Palatasında da bu soyqırmı tanıyan və pisləyən sənədin qəbul edildiyini, eləcə də payaxt Mexikonun görkəmli parklarından birində Xocalı qurbanlarının xatirəsinə həsr olunmuş abidənin ucaldıldığını xatırladıb və ölkəmiz üçün belə bir həssas məsələdə göstərdiyi həmrəyliyə görə Meksika xalqına təşəkkürünü ifadə edib.
Dağlıq Qarabağ münaqişəsinin Sovet İttifaqının son illərində Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları ilə başladığını bildirən səfir, təcavüzkar dövlətin 1991-94-cü illərdə Dağlıq Qarabağ və yeddi ətraf rayon olmaqla Azərbyacanın 20 faiz ərazisini işğal etdiyini və bu ərazilərə etnik təmizləmə apararaq 1 milyona yaxın soydaşımızı məcburi köçkünə çevirdiyini məlumat verib.
Ermənistanın növbəti təxribatı ilə başlanmış 44 günlük müharibənin yekununda ərazilərimizin böyük hissəsinin azad edildiyini, 10 noyabr tarixli üçtərəfli bəyanatla isə Ermənistanın işğalda qalan digər Azərbaycan torpaqlarını boşaltdığını, növbəti mərhələdə 30 ilə yaxındır məcburi köçkün həyatı yaşayan yüz minlərlə soydaşımızın qarşıdakı zamanda öz yurdlarına qayıtmalı olduğunu, ancaq azad edilmiş ərazilərin Ermənistan tərəfindən tamamilə viran qoyulduğunu və bu səbəbdən Azərbaycan tərəfindən bu ərazilərdə kütləvi yenidənqurma və bərpa işlərinə start verildiyini diqqətə çatdırıb.
Beynəlxalq ictimaiyyətin münaqişəyə reaksiyası ilə bağlı suala dair təmsiçimiz Azərbaycanın ərazi bütövlüyünün hər zaman beynəlxalq qaydada dəstəkləndiyini bildirib, bu xüsusda BMT TŞ-nin işğal edilmiş Azərbaycan ərazilərinin azad olunmasını tələb edən dörd qətnaməsi haqda məlumat verib və Ermənistan tərəfinin onilliklər ərzində həmin sənədlərə məhəl qoymadığını vurğulayıb.
Azərbaycan, Rusiya və Ermənistan liderlərinin 11 yanvar tarixli bəyanatının mahiyyəti və bölgədə sülhün davamlılığının başlıca şərtinə dair suala münasibətdə səfir Ermənistanın, xüsusilə də oradakı qisasçı qüvvələrin qonşularına qarşı ərazi iddialarından və təcavüzkar siyasətindən əl çəkməli və öz xalqını barışığa hazırlamalı olduğunu bildirib. Azərbaycanın daim dinamik iqtisadi siyasət yürütdüyünü və regionun digər ölkələri ilə birlikdə BTC, Cənub Qaz Dəhlizi, BTK kimi layihələrə imza atmaqla bölgənin inkişafına vacib töhfə verdiyini, bu xüsusda 11 yanvar bəyanatının da regionda mövcud nəqliyyat-kommunikasiya imkanlarının genişləndirilməsinə önəmli rol oyanaycağına ümidvar olduğumuzu qeyd edib.
26-02-2021, 10:44
Xocalı soyqırımı Peru mətbuatında geniş işıqlandırılıb
26-02-2021, 10:36
Birinci vitse-prezident Mehriban Əliyeva: Xocalı soyqırımı kimi faciələr unudula bilməz
24-02-2021, 10:56
Ermənistan cəmiyyəti Xocalı soyqırımını törədənləri ədalətə təslim etmədiyi müddətdə, bu cinayətin ağır yükünü çəkməyə davam edəcək - Səfir
23-02-2021, 11:30
Deputat azad edilmiş yerlərdə Xocalı soyqırımı ilə bağlı abidə qoyulmasını təklif edib
19-02-2021, 13:19
Floridanın Hollondeyl Biç şəhər meri Xocalı soyqırımı ilə bağlı bəyannamə imzalayıb
28-08-2020, 11:17
XİN Ballıqaya qətliamının 28-ci ildönümü ilə əlaqədar bəyanat yayıb
28-07-2026, 23:05
Ceyranbatanda yanğın: uşaq özünü binadan atdı
28-07-2026, 23:03
Sabah 40 dərəcə isti olacaq
28-07-2026, 23:02
Bu ərazilərdə 3 gün su olmayacaq
28-07-2026, 23:00
Putin İlham Əliyevə zəng etdi
28-07-2026, 22:56
Hasil Abbasov şöbə müdirini işdən çıxardı
28-07-2026, 22:54
Müəllimini güllələyən şagirdə hökm oxundu
28-07-2026, 22:53
Ronaldo serialda rol alacaq
28-07-2026, 22:51
İran Ukraynaya hücuma hazırlaşır
28-07-2026, 22:50
“Qarabağ”dan ayrıldı, bu kluba keçdi
28-07-2026, 22:27
İstirahət mərkəzinin rəhbəri böyük məbləğdə cərimə olundu
27-07-2026, 17:47
Cərimə meydançasına aparılan avtomobilə görə xərclər nə zaman QAYTARILIR?
27-07-2026, 17:42
Türkiyə bu ölkəyə F-16 qırıcılarını göndərir
27-07-2026, 17:41
Saleh Məmmədovun Almaniyadakı tikinti layihəsi ilə bağlı yeni iddia
27-07-2026, 17:39
Bu şəxslər 7 min manatadək cərimələnəcək
27-07-2026, 17:36
Əlilliyi olan 2 mindən çox şəxs işlə təmin edildi
27-07-2026, 17:33
AB-dən iranlı hakimlərə sanksiya..
27-07-2026, 17:30
Qarsa yeni baş konsul təyin edildi
27-07-2026, 17:21
Günəşdə güclü alışma baş verib
27-07-2026, 17:18
Sərnişin təyyarəsi zolaqdan çıxdı - Qorxulu anlar
23-07-2026, 16:04
Neft bahalaşmaqda davam edir
23-07-2026, 16:03
Britaniya diplomatlarını İrandan çıxardı
23-07-2026, 15:59
Bakıda 48 yaşlı kişi evində ölü tapıldı
23-07-2026, 15:57
Türkiyədə güclü zəlzələ
23-07-2026, 15:54
Türkiyədə həyat İFLİC OLDU
23-07-2026, 15:49
Nabranda dənizdə batan 17 yaşlı qızın meyiti tapıldı
23-07-2026, 15:47
Peşə təhsili müəssisələrində illik təhsil haqqı: 6500 AZN...
23-07-2026, 15:45
Ermənistan prezidenti xəstəxanaya yerləşdirildi
23-07-2026, 15:41
Bu ərazilərdə qaz olmayacaq
21-07-2026, 15:36
Portuqaliyalı hücumçudan "Qarabağ"a gözlənilməz cavab
21-07-2026, 15:35
3000 erməni bir anda İrana axışdı - Səbəbi bu imiş
21-07-2026, 15:32
Azərbaycanlılar bu ölkədən deport olundu
21-07-2026, 15:30
Rusiyada benzin gizlədənlərin "ovuna başlanıldı"
21-07-2026, 15:28
İş sistemi dəyişir: “Çevik iş rejimi” nə deməkdir?
21-07-2026, 15:18
İrandan Hörmüzlə bağlı xəbərdarlıq
21-07-2026, 15:16
Azərbaycan neftinin qiyməti 94 dollara yaxınlaşır
21-07-2026, 15:14
Cəlilabadda avtomobil aşıb, 4 nəfər xəsarət alıb
21-07-2026, 15:12
Dünya çempionu olan qapıçı "Zirə"yə keçdi
21-07-2026, 15:09
Ərdoğana qarşı sui-qəsd planı... – General açıqladı
20-07-2026, 13:06
Mədəniyyətimizin səssiz qəhrəmanı ağır vəziyyətdə...