Perunun ən çox oxunan qəzetində erməni təcavüzündən danışılıb
Dünya
Oxunub: 210
23 Kas 2020 | 10:54
Perunun ən çox oxunan qəzetində erməni təcavüzündən danışılıb Perunun ən çox oxunan “El Comercio” qəzetində bu ölkədəki səfirimiz Məmməd Talıbovun Ermənistan-Azərbaycan münaqişəsi və atəşkəs bəyanatı haqda müsahibəsi efirə gedib.
Azərbaycanın Meksikadakı Səfirliyindən verilən məlumata görə, münaqişənin tarixindən danışan səfir, Azərbaycanın Dağlıq Qarabağ və 7 ətraf rayon olmaqla beynəlxalq qaydada tanınmış ərazilərinin beşdə birinin 30 ilə yaxındır Ermənistan tərəfindən hərbi işğalda saxlanıldığını və Ermənistanın bu ərazilərdə etnik təmizləmə apararaq 1 milyon azərbaycanlını öz evlərindən qovduğunu bildirib. Azərbaycanın daim münaqişənin danışıqlar yolu ilə həllinə tərəfdar olduğunu deyən səfir, Ermənistanın məqsədininsə hər zaman Dağlıq Qarabağdakı işğalın nəticələrini gücləndirmək olduğunu, bu səbəbdən BMT Təhlükəsizlik Şurası tərəfindən qəbul edilmiş və Ermənistandan işğal etdiyi əraziləri dərhal azad etməsini tələb edən qətnamələrin tələblərinə bu günə kimi məhəl qoymadığını və Minsk qrupu çərçivəsində aparılan danışıqlarda da heç bir nəticə əldə olunmadığını qeyd edib.
Təmsilçimiz bildirib ki, Ermənistanda 2018-ci ildə milliyətçi qüvvələrin hakimiyyətə gəlməsindən sonra bu ölkənin Azərbaycana qarşı təxribat əməlləri artmış, 27 sentyabr tarixindən etibarənsə Ermənistan silahlı qüvvələri dinc əhaliyə qarşı geniş miqyaslı hücumlar həyata keçirməyə başlamış, bu hücumlar mülkü əhali arasında çoxsaylı itkilərə səbəb olmuş, nəticədə Azərbaycan ordusu özünümüdafiə hüququ çərçivəsində mülkü əhalinin təhlükəsizliyini təmin etmək, BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icrasına nail olmaq və ölkəmizin ərazi bütövlüyünü bərpa etmək üçün əks-hücum əməliyyatları aparmağa başlayıb.
İşğaldan azad edilmiş Azərbaycan şəhərlərinin 30 il ərzində Ermənistan tərəfindən tamamilə məhv edildiyini deyən səfir, işğalçı ölkənin törətdiyi bu talanlarla bağlı Azərbaycanın beynəlxalq məhkəmə instansiyalarına müraciət edəcəyini söyləyib.
İmzalanan bəyanatın münaqişəyə tam son qoyması haqda sualla bağlı təmsilçimiz Ermənistanın hərbi əməliyyatlar ərzində üç dəfə razılaşdırılmış humanitar atəşkəs rejimini dərhal pozduğunu, hazırda isə bölgədə sülhməramlı qüvvələrin yerləşdirildiyini, əldə olunan razılaşmanın davamlı olacağına ümidvar olduğumuzu, hər bir halda Ermənistanın öz ərazi iddialarından və təcavüzkar siyasətindən əl çəkib öz xalqını barışığa hazırlamalı olduğunu bildirib.
Azərbaycan çoxmədəniyyətli ölkə olduğunu, burada 40-a yaxın müxtəlif etnik mənsubiyyətdən olan insanların, o cümlədən on minlərlə erməninin yaşadığını, bu baxımdan Dağlıq Qarabağ ərazisində məskunlaşmış ermənilərlə də heç bir problemimiz olmadığını deyən səfir, ermənilərin insanlıq əleyhinə cinayətlər törətmiş olmasına, bu səbbədən birgə yaşayışın xeyli müşküllüyünə baxmayaraq bir milyona yaxın azərbaycanlının öz doğma yurdlarına qayıtmasından sonra iki xalqın birlikdə barışıq içində yaşaması gərəkdiyini qeyd edib.
Türkiyənin müharibə ərzində Azərbaycana yardımına dair suala münasibətdə səfir Türkiyənin Azərbaycana qardaş ölkə olduğunu, iki ölkə arasında olduqca sıx tarixi-mədəni və iqtisadi bağlar mövcud olduğunu, birgə həyata keçirdiyimiz layihələrinin Avropanın da enerji təhlükəsizliyinə önəmli töhfə verdiyini, bununla belə Azərbaycanın haqlı mövqeyini dəstəkləyən digər ölkələr kimi Türkiyənin də beynəlxalq hüquqa istinad edərək bu mövqedən çıxış etdiyini vurğulayıb.
9-10-2020, 11:40
"Qarabağ"ın kapitanı Henrix Mxitaryanın cavabını verdi
28-09-2020, 16:56
“Ermənistan Dağlıq Qarabağ əhalisinin təxliyəsi planı üzərində iş aparır” - Səfir
14-09-2020, 14:33
Azərbaycan XİN Livandan ermənilərin Dağlıq Qarabağa köçürülməsi ilə bağlı ciddi etirazını həmsədrlər qarşısında qaldırıb
17-07-2020, 13:14
ERMƏNİSTAN-AZƏRBAYCAN SƏRHƏDDİNDƏ SON QARŞIDURMALAR İLƏ ƏLAQƏDAR GUAM PA-NIN SƏDRİ CƏNAB ELNUR ALLAHVERDİYEVİN BƏYANATI
12-07-2020, 15:03
XİN: Bölgədə artan gərginliyin məsuliyyəti bilavasitə işğalçı Ermənistanın üzərindədir
6-05-2020, 08:50
Səfir Məmməd Əhmədzadə italyan jurnalistin Dağlıq Qarabağla bağlı qərəzli yazısına cavab verib
Dün, 21:45
Avtobus uçuruma düşdü,20-dən çox ölü var
Dün, 21:42
Nazim Bəydəmirlinin məhkəməsi başladı
Dün, 21:38
Həkim qadındırsa, xəstənin sağ qalma ehtimalı daha yüksəkdir
Dün, 21:36
Kişinin gözündə onu əvəzolunmaz edən qadın vərdişləri
Dün, 21:21
“Barselona”ya qayıtmaq istəyir
Dün, 21:17
"Huawei" smartfonlarında insanları “soyundurmaq” funksiyası tapıldı
Dün, 21:15
Lidersən, yoxsa yaradıcı - Şəxsiyyət testi
Dün, 21:11
Maştağada 33 yaşlı kişi özünü asdı
Dün, 21:10
Sabirabadda DƏHŞƏT: 11-ci sinif şagirdi özünü asdı
27-04-2024, 15:44
Ana xəstə oğlunu səhv müalicə ilə öldürdü
27-04-2024, 15:40
Ən çox serial qatillərin olduğu 10 ÖLKƏ
27-04-2024, 15:32
Kişi ondan küsən arvadını bıçaqladı
27-04-2024, 15:28
Britni Spirs əsəbindən maşının şüşəsini sındırdı
27-04-2024, 15:25
Şuşada mina partladı, xəsarət alan var
27-04-2024, 15:22
Bu şəxslərə "Tərəqqi" medalı verildi
27-04-2024, 15:20
Ali Məhkəmənin hakimi özünü öldürdü
26-04-2024, 14:26
Yaxşı yatmaq üçün axşamlar BUNLARI YEYİN
26-04-2024, 14:23
Bakıda gənc model faciəli şəkildə öldü
26-04-2024, 14:20
Dünyanın ən məşhur moda brendinin adı açıqlandı
26-04-2024, 14:11
Polis xilas etməyə getdiyi şəxsi öldürdü - ŞOK OLAY
26-04-2024, 14:07
Bakıda DƏHŞƏT: 4 aylıq körpə binadan düşüb öldü
26-04-2024, 14:04
Ailəyə atalarının yerinə başqa meyit verdilər
26-04-2024, 13:59
Fransada Ramazan ayında sevgilisini öpən oğlanı döydülər
26-04-2024, 13:57
Dünyanın sonu: Günəş nə vaxt öləcək və o zaman nə olacaq?
25-04-2024, 15:06
Xalq artisti burnuna pirsinq taxdırdı
25-04-2024, 15:04
Harri Kasparov həbs olundu
25-04-2024, 15:01
Laçına da şəxsi avtomobillərlə getməyə icazə verildi
25-04-2024, 14:58
Bakıda qadın yaşadığı evdə ölü tapıldı
25-04-2024, 14:53
Tələbə qız tualetdə doğduğu körpəsini doğradı - dəhşətli OLAY
25-04-2024, 14:49
Bir mövsümdə buraxılan qollara görə Premyer Liqa rekordu
25-04-2024, 14:45
Polis idarəsinin rəisi işçilərlə birgə HƏBS OLUNDU
25-04-2024, 14:44
"Barselona"dan Xavi ilə bağlı SON QƏRAR
25-04-2024, 14:37
İlk Ombudsman Elmira Süleymanova vəfat etdi
25-04-2024, 14:35
Bakıda ŞOK İNTİHAR: tənha kişi küçədə özünü asdı
23-04-2024, 15:26
Britaniyadan Ukraynayayarım milyardlıq yardım
23-04-2024, 15:22
58 yaşlı məşhur aktrisa hovuzda foto paylaşdı
23-04-2024, 15:19
21 yaşlı volybolçu qız intihar etdi
23-04-2024, 15:12
Polis ad günündə özünü öldürdü
23-04-2024, 15:04
Azyaşlı binadan yıxılıb sağ qaldı