“Şuşaya hücum əmri veriləndə, sevincdən uşaq kimi ağladıq” – Vətən müharibəsi döyüşçüsü Lent.az-a DANIŞIB
Sosial
Oxunub: 350
2 Ara 2020 | 13:37
 “Şuşaya hücum əmri veriləndə, sevincdən uşaq kimi ağladıq” – Vətən müharibəsi döyüşçüsü Lent.az-a DANIŞIB “Gecəni səhərə kimi yatmadıq. Həyəcanla “irəli” əmrini gözləyirdik. O xəbəri eşidən kimi hamımız sevincdən ağladıq. Başa düşdük ki, o gün bu gündür”.
Bunları Vətən müharibəsinin iştirakçısı, hərbçi Seymur Abdullayev deyir. Seymur Fikrət oğlu Abdullayev 1996-cı il 16 sentyabrda Şəki rayonunda anadan olub. 2012-ci ildə Cəmşid Naxçıvanski adına Hərbi Liseyə daxil olur. 2015-ci ildə oranı bitirib sənədlərini Azərbaycan Ali hərbi məktəbinə verir. Aviasiya üzrə mühəndis ixtisasına qəbul olur. Amma bu ixtisasdan imtina edərək motoatıcı ixtisası üzrə təhsil almaq qərarı verir. Seymur deyir ki, bu qərarı ailəsi və qohumları müsbət qarşılamayıb:
“Kənardan olan reaksiyalara baxmayaraq, qərarımın arxasında dayandım. Təhsili bölük birincisi olaraq başa vurdum. Əslində Azərbaycan Ali hərbi məktəbində qalmaq şansım var idi. Amma qalmadım”.
O, 2019-cu ildə təhsilini başa vurur və könüllü olaraq xidmətini davam etdirməyə başlayır. Seymurgil ailədə 3 qardaşdırlar. Amma nə ailədə, nə də qohumlar arasında hərbiçi yoxdur. Deyir ki, bu sahədə ilkəm:
“Kişi sənəti olduğu üçün marağım olub. Elə uşaqlıqdan hərbi forma geyinirdim. Oyuncaq silahlar aldırırdım”.
Bəli, bu sənətə sevərək yiyələnən Seymur döyüşə də sevinərək gedir:
“27 sentyabr gecəsi səhərə kimi yatmadıq. Həyəcanla “irəli” əmrini gözləyirdik. O xəbəri eşidən kimi hamımız sevincdən ağladıq. Başa düşdük ki, o gün bu gündür. Təbii ki, bundan evimizin xəbəri yox idi. Zəng edib danışanda deyirdim ki, narahat olmayın yerimdəyəm. Atam şəkərli diabet xəstəsi olduğuna görə bunu ona deməkdən ehtiyat edirdim. Amma bir gün atamla danışanda dedi ki, “niyə yerinizdəsiniz, nəyi gözləyirsiniz?”. Bundan sonra artıq gizlədə bilmədim. Dedim ki, mən də döyüşdəyəm. Onlara bunu deyəndə artıq döyüşün başlanmasından 15 gün keçmişdi”.
Mübarizəyə Füzulidən başlayır. Daha sonra Hadrut istiqamətində gedən döyüşlərdə də iştirak edir. Daşaltı əməliyyatında və Şuşa uğrunda vuruşduğunu deyən Seymur bildirir ki, ən çətini də elə bu olub:
“Şuşa əməliyyatı demək olar ki, ən çətini idi. Şuşa döyüşlərinin əsasını Daşaltı əməliyyatı təşkil edirdi. Həmin gün yüngül yağış yağırdı. Sonra gözlədiyimiz hücum əmri gəldi. Hücuma keçdiyimiz anda da ermənilərin şəhəri necə qoyub qaçdığını gördük. Bu bizi həqiqətən də sevindirdi. Düşməni mühasirəyə salaraq əməliyyatı başa çatdırdıq. Şuşa mühasirəyə düşdü. Düzdü, qarşı tərəf bizimlə döyüşürdü. Amma yaxına gəlməkdən ehtiyat edirdilər. Ən son imkanları o oldu ki, qaçdılar. Biz şəhərə girəndə tamamilə boşaldılmışdı”.
Seymur döyüş günlərindən qürurla danışır. Deyir ki, hamı sevinirdi, hamının sevincinin həddi-hüdudu yox idi:
“Hər şey bizim xeyrimizə idi. Dumanlı, yağışlı havalar belə. Mən özümə belə inanmırdım. O güc-qüvvət sanki Allah tərəfindən verilirdi. Həmişə deyirdilər ki, Daşaltında yatmış ruhlarımız var. Orda uzun, dağ-dərəli yollar qət edib, şəhəri mühasirəyə aldıq və düşmənin qaçdığını görəndə başa düşdüm ki, yatmış ruhlar oyanıb. Bizə gücü də verən sanki o ruhlar idi. Hamı sevinirdi. Hamı bir polad idi elə bil. Əsgərlərin gözündən nur yağırdı. Bu sevinci görəndə adamda fəxr hissi yaranırdı. Döyüşə davam etmək, sona qədər getmək istəyirdik. Qət etdiyimiz yollar çətin, məsafələr uzun və adətən gecələr yola çıxmağımıza baxmayaraq nə yorulurduq, nə də bezirdik. Sanki yuxuda idik. O dağları qalxıb bulaqlardan su içmək sadəcə xəyallarımız idi və biz həmin gün o xəyalları gerçəkləşdirirdik. Bir sözlə düşmən geri qaçdıqca bizə güc-qüvvət gəlirdi”.
Bu döyüşlərdən yaralanmadan çıxmır qəhrəmanımız. Qolundan qəlpə yarası almağına baxmayaraq Seymur son günə qədər orda qalmaq qərarına gəlir:
“Noyabrın 7-si Şuşa-Xankəndi yolunda yaralandım. Amma ayın 10-a qədər orda qaldım. İndi səhhətim yaxşıdır. Yenidən xidmət edə biləcəyəm. Bundan sonrakı həyatımda hər bir Azərbaycan övladına ölkəmin necə qəhrəman igid övladları olduğundan danışmaq, böyük rütbəli zabit olmağı planlayıram”.
 “Şuşaya hücum əmri veriləndə, sevincdən uşaq kimi ağladıq” – Vətən müharibəsi döyüşçüsü Lent.az-a DANIŞIB  “Şuşaya hücum əmri veriləndə, sevincdən uşaq kimi ağladıq” – Vətən müharibəsi döyüşçüsü Lent.az-a DANIŞIB  “Şuşaya hücum əmri veriləndə, sevincdən uşaq kimi ağladıq” – Vətən müharibəsi döyüşçüsü Lent.az-a DANIŞIB  “Şuşaya hücum əmri veriləndə, sevincdən uşaq kimi ağladıq” – Vətən müharibəsi döyüşçüsü Lent.az-a DANIŞIB  “Şuşaya hücum əmri veriləndə, sevincdən uşaq kimi ağladıq” – Vətən müharibəsi döyüşçüsü Lent.az-a DANIŞIB  “Şuşaya hücum əmri veriləndə, sevincdən uşaq kimi ağladıq” – Vətən müharibəsi döyüşçüsü Lent.az-a DANIŞIB  “Şuşaya hücum əmri veriləndə, sevincdən uşaq kimi ağladıq” – Vətən müharibəsi döyüşçüsü Lent.az-a DANIŞIB  “Şuşaya hücum əmri veriləndə, sevincdən uşaq kimi ağladıq” – Vətən müharibəsi döyüşçüsü Lent.az-a DANIŞIB  “Şuşaya hücum əmri veriləndə, sevincdən uşaq kimi ağladıq” – Vətən müharibəsi döyüşçüsü Lent.az-a DANIŞIB  “Şuşaya hücum əmri veriləndə, sevincdən uşaq kimi ağladıq” – Vətən müharibəsi döyüşçüsü Lent.az-a DANIŞIB
4-11-2020, 10:06
Dünyada bu gün
4-09-2020, 09:49
Dünyada bu gün
25-08-2020, 10:31
Dünyanın bu günü
29-01-2019, 12:35
Şəhidin həyat yoldaşı: Azərbaycanda şəhid ailələrinə qayğı dövlətin diqqət mərkəzindədir
23-12-2018, 16:17
Cəmşid Naxçıvanski adına Hərbi Liseydə intellektual bilik yarışı təşkil olunub
29-11-2018, 12:48
DAHA ÇOX ƏSGƏR YOXSA DAHA ÇOX SƏRVƏT...!?
28-07-2026, 23:05
Ceyranbatanda yanğın: uşaq özünü binadan atdı
28-07-2026, 23:03
Sabah 40 dərəcə isti olacaq
28-07-2026, 23:02
Bu ərazilərdə 3 gün su olmayacaq
28-07-2026, 23:00
Putin İlham Əliyevə zəng etdi
28-07-2026, 22:56
Hasil Abbasov şöbə müdirini işdən çıxardı
28-07-2026, 22:54
Müəllimini güllələyən şagirdə hökm oxundu
28-07-2026, 22:53
Ronaldo serialda rol alacaq
28-07-2026, 22:51
İran Ukraynaya hücuma hazırlaşır
28-07-2026, 22:50
“Qarabağ”dan ayrıldı, bu kluba keçdi
28-07-2026, 22:27
İstirahət mərkəzinin rəhbəri böyük məbləğdə cərimə olundu
27-07-2026, 17:47
Cərimə meydançasına aparılan avtomobilə görə xərclər nə zaman QAYTARILIR?
27-07-2026, 17:42
Türkiyə bu ölkəyə F-16 qırıcılarını göndərir
27-07-2026, 17:41
Saleh Məmmədovun Almaniyadakı tikinti layihəsi ilə bağlı yeni iddia
27-07-2026, 17:39
Bu şəxslər 7 min manatadək cərimələnəcək
27-07-2026, 17:36
Əlilliyi olan 2 mindən çox şəxs işlə təmin edildi
27-07-2026, 17:33
AB-dən iranlı hakimlərə sanksiya..
27-07-2026, 17:30
Qarsa yeni baş konsul təyin edildi
27-07-2026, 17:21
Günəşdə güclü alışma baş verib
27-07-2026, 17:18
Sərnişin təyyarəsi zolaqdan çıxdı - Qorxulu anlar
23-07-2026, 16:04
Neft bahalaşmaqda davam edir
23-07-2026, 16:03
Britaniya diplomatlarını İrandan çıxardı
23-07-2026, 15:59
Bakıda 48 yaşlı kişi evində ölü tapıldı
23-07-2026, 15:57
Türkiyədə güclü zəlzələ
23-07-2026, 15:54
Türkiyədə həyat İFLİC OLDU
23-07-2026, 15:49
Nabranda dənizdə batan 17 yaşlı qızın meyiti tapıldı
23-07-2026, 15:47
Peşə təhsili müəssisələrində illik təhsil haqqı: 6500 AZN...
23-07-2026, 15:45
Ermənistan prezidenti xəstəxanaya yerləşdirildi
23-07-2026, 15:41
Bu ərazilərdə qaz olmayacaq
21-07-2026, 15:36
Portuqaliyalı hücumçudan "Qarabağ"a gözlənilməz cavab
21-07-2026, 15:35
3000 erməni bir anda İrana axışdı - Səbəbi bu imiş
21-07-2026, 15:32
Azərbaycanlılar bu ölkədən deport olundu
21-07-2026, 15:30
Rusiyada benzin gizlədənlərin "ovuna başlanıldı"
21-07-2026, 15:28
İş sistemi dəyişir: “Çevik iş rejimi” nə deməkdir?
21-07-2026, 15:18
İrandan Hörmüzlə bağlı xəbərdarlıq
21-07-2026, 15:16
Azərbaycan neftinin qiyməti 94 dollara yaxınlaşır
21-07-2026, 15:14
Cəlilabadda avtomobil aşıb, 4 nəfər xəsarət alıb
21-07-2026, 15:12
Dünya çempionu olan qapıçı "Zirə"yə keçdi
21-07-2026, 15:09
Ərdoğana qarşı sui-qəsd planı... – General açıqladı
20-07-2026, 13:06
Mədəniyyətimizin səssiz qəhrəmanı ağır vəziyyətdə...