Dünyanın bu günü
Maraqlı
Oxunub: 301
25 Ağu 2020 | 10:31
Dünyanın bu günü

XALİDƏ SƏFƏROVA

(1926-2005)

Azərbaycanın xalq rəssamı Xalidə Ələkbər qızı Səfərova 25 avqust 1926-cı ildə Gəncə şəhərində anadan olub. 1941-1944-cü illərdə Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbində, 1949-1955-ci illərdə isə Moskvadakı Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun rəssamlıq fakültəsində təhsil alıb. Yaradıcılığında əsas yeri peyzaj və natürmort janrlarında çəkilmiş rəsm əsərləri tutub. Əsərləri ABŞ, Almaniya, Rusiya, Türkiyə, Çexiyada bir sıra muzeylərdə və şəxsi kolleksiyalarda saxlanılır. Xalidə Səfərova 23 dekabr 2005-ci ildə Bakıda vəfat edib.

ƏLİ ƏKBƏR HAŞİMİ RƏFSƏNCANİ

(1934-2017)

İranın dördüncü prezidenti Əli Əkbər Haşimi Rəfsəncani 1934-cü il avqustun 25-də İranın Kirman vilayətinin Rəfsəncan Behreman kəndində dünyaya gəlib. 1948-ci ildə Qum şəhərinə dini təhsil almağa gedib. Burada dini təhsillə bərabər, siyasi dünyagörüşünü artırıb. 1958-ci ildə ayətullah Ruhulla Xomeyninin müridi, 1979-1980-cı illərdə İranın daxili işlər naziri, 1980-1989-cu illərdə Məclisin sədri, 1989-1997-ci illərdə İran prezidenti olub. 1980-1988-ci illər İran-İraq müharibəsinin son ilində İran Silahlı Qüvvələrinin baş komandanı təyin edilib və müharibənin bitməsində mühüm rol oynayıb. Əli Əkbər Haşimi Rəfsəncani 8 yanvar 2017-ci ildə vəfat edib və Tehranda dəfn olunub.

FİKRƏT QOCA

(1935)

Azərbaycanın xalq şairi, əməkdar incəsənət xadimi, Dövlət Mükafatı laureatı Fikrət Qocanın doğum günüdür. Fikrət Göyüş oğlu Qocayev 1935-ci ilin bu günü Ağdaş rayonunun Kotanarx kəndində anadan olub. 1956-cı ildən şeirləri mətbuatda çap olunmağa başlayıb. 1964-cü ildə Moskvada Maksim Qorki adına Ədəbiyyat İnstitutunu bitirib. Azərbaycan Radio və Televiziya Verilişləri Komitəsində, "Azərbaycan gəncləri" qəzetində, "Azərbaycan" jurnalında fəaliyyət göstərib. Azərbaycan Yazıçılar Birliyinin beynəlxalq əlaqələr üzrə məsul katibi, "Qobustan" incəsənət toplusunun baş redaktoru olub. Azərbaycan komsomolu mükafatına və "Humay" milli mükafatına layiq görülüb. "Şöhrət" və “İstiqlal” ordenləri ilə təltif olunub. Fikrət Qoca 1998-ci ildən Azərbaycan Yazıçılar Birliyinin birinci katibidir.

DAVUD NƏSİB

(1942-2003)

Şair, publisist, tərcüməçi, Azərbaycan və Ümumittifaq komsomolu mükafatı laureatı Davud Məcid oğlu Nəsib 25 avqust 1942-ci ildə Qazax rayonunda anadan olub. Burada 2 saylı orta məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Universitetinin Kitabxanaçılıq fakültəsində təhsil alıb. Ədəbi fəaliyyətə 1956-cı ildə "Qalibiyyət bayrağı" adlı rayon qəzetində dərc edilən "Mənim doğma çayım - Mənim Kür çayım" adlı şeiri ilə başlayıb. Moskvada "Sovetski pisatel" nəşriyyatı tərəfindən "Anama məktublar", "Ocaq daşları" şeirlər kitabları çap olunub. Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin incəsənət redaksiyasında redaktor işləyib. SSRİ Yazıçılar İttifaqı nəzdində ikiillik ali ədəbiyyat kursunu bitirdikdən sonra Bakıya qayıdaraq "Ədəbiyyat və incəsənət" qəzeti redaksiyasında ədəbi işçi, təsviri sənət və poeziya şöbələrinə rəhbərlik edib. Davud Nəsib 26 mart 2003-cü ildə avtomobil qəzası nəticəsində dünyasını dəyişib.

VƏFA FƏTULLAYEVA

(1945-1987)

Azərbaycanın əməkdar artisti, aktrisa Vəfa Nüsrət qızı Fətullayeva 1945-ci il avqustun 25-də Bakıda anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət İnstitutunun rejissorluq fakültəsində Məhərrəm Haşımovun kursunda təhsil alıb. 1970-ci ildən Azərbaycan Dövlət Dram Teatrında çalışıb. "Mahnı dağlarda qaldı", "Məhəbbət əfsanəsi", "Sən yanmasan", "Heç nədən hay-küy", "Göz həkimi", "Alov", "Atayevlər ailəsi" və başqa televiziya tamaşalarında yaddaqalan obrazlar yaradıb. Vəfa Fətullayeva 21 may 1987-ci ildə Bakıda vəfat edib. Atası Azərbaycan teatr sənətinin ilk tərtibatçı-rəssamı, xalq rəssamı Nüsrət Fətullayev, anası xalq artisti, aktrisa Hökumə Qurbanova, əmisi aktyor Fateh Fətullayev, əmisi oğlu musiqişünas Hafiz Fətullayevdir.

ABBAS QƏHRƏMANOV

(1960)

Azərbaycanın əməkdar artisti, aktyor Abbas Əhməd oğlu Qəhrəmanov 1960-cı ilin bu günü İrəvan şəhərində anadan olub. Orta məktəbi bitirdikdən sonra 1981-ci ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun Dram və kino aktyorluğu fakültəsində təhsilini davam etdirib. 1991-ci ildən Akademik Milli Dram Teatrında çalışır. Bir sıra tamaşalarda rəngarəng rollar oynayıb. Bir sıra televiziya tamaşalarında və seriallarda da çəkilib. Abbas Qəhrəmanov 7 may 2020-ci ildə Prezident Mükafatına layiq görülüb.

HÜSEYN HƏŞİMLİ

(1965-2020)

Azərbaycanın əməkdar elm xadimi, filologiya üzrə elmlər doktoru, professor Hüseyn Məmməd oğlu Həşimli 25 avqust 1965-ci ildə Naxçıvan Muxtar Respublikası Culfa rayonunun Teyvaz kəndində anadan olub. Orta məktəbi həmin kənddə bitirdikdən sonra 1982-1986-cı illərdə Naxçıvan Dövlət Pedaqoji İnstitutunda Azərbaycan dili və ədəbiyyatı ixtisası üzrə ali təhsil alıb. 1986-2019-cu illərdə Naxçıvan Dövlət Universitetində müəllim, baş müəllim, dekan müavini və tədris işləri üzrə prorektor vəzifələrində işləyib. 2019-cu ildən ömrünün sonunadək Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsinin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun elmi işlər üzrə direktor müavini vəzifəsində çalışıb. Naxçıvan MR Ali Məclisinin III, IV, V və VI çağırış deputatı, 30 kitabın, 350 elmi məqalənin müəllifi olub. Hüseyn Həşimli 2020-ci il iyunun 20-də Naxçıvanda vəfat edib.

RAMİL SƏFƏROV

(1977)

Azərbaycan Silahlı Qüvvələrinin zabiti, polkovnik-leytenant Ramil Sahib oğlu Səfərov 1977-ci ildə avqustun 25-də Cəbrayıl rayonunda dünyaya gəlib. Orta məktəbin 8-ci sinfini başa vurduqdan sonra 1991-ci ildə Cəmşid Naxçıvanski adına Hərbi Liseyə daxil olub. 1992-ci ilin sentyabrında təhsilini davam etdirmək üçün Türkiyənin İzmir şəhərinə göndərilib. Maltəpə Hərbi Liseyini müvəffəqiyyətlə bitirdikdən sonra Türkiyə Quru Qoşunları Məktəbinə daxil olub və hərbi təlim kursları keçib. 2001-ci ilin may ayından 2002-ci ilin mart ayına qədər Gədəbəydəki "N" saylı hərbi hissədə taqım komandiri vəzifəsində qulluq edib. 2002-ci ilin mart ayında Heydər Əliyev adına Ali Hərbi Məktəbə göndərilib. Qulluq etdiyi müddətdə baş leytenant rütbəsinə qədər yüksəlib. 2004-cü ilin yanvar ayında NATO proqramları çərçivəsində Macarıstanın Budapeşt şəhərində keçirilən 3 aylıq ingilis dili kurslarına ezam olunub. Fevralın 19-da Azərbaycan bayrağını təhqir etdiyinə görə kurslarda iştirak edən Qurgen Markaryan adlı erməni zabitini qətlə yetirib. Budapeşt Şəhər Məhkəməsinin 13 aprel 2006-cı il tarixli hökmü ilə ömürlük azadlıqdan məhrum edilib. Həbsdə olduğu müddətdə macar dilini də öyrənib və iki əsəri orijinaldan Azərbaycan dilinə tərcümə edib. Ramil Səfərov 31 avqust 2012-ci ildə Bakıya ekstradisiya edilib. Elə həmin gün Azərbaycan Prezidentinin imzaladığı əfv sərəncamı ilə cəza çəkməkdən azad edilib və Azərbaycan Silahlı Qüvvələrində xidmətə bərpa olunub.

NİL ARMSTRONQ

(1930-2012)

ABŞ Hərbi Dəniz Donanmasının zabiti, astronavt Nil Armstronqun xatirə günüdür. O, 5 avqust 1930-cu ildə Birləşmiş Ştatların Ohayo ştatında anadan olub. 1962-ci ildən ABŞ Aeronavtika və Kosmik Fəzanın Tədqiqi üzrə Milli İdarəsinin (NASA) astronavtlar qrupuna qəbul olunub. 16 mart 1966-cı ildə "Cemini-8" gəmisinin komandiri kimi D.Skotla birlikdə kosmosa uçub. 16-24 iyul 1969-cu ildə E.Oldrin və M.Kollinzlə birlikdə "Apollon-11" gəmisinin komandiri qismində tarixdə ilk dəfə Aya uçub. Ayın səthinə iyulun 21-də enib və bununla da Aya ayaq basmış ilk insan kimi tarixə düşüb. NASA-nın “Müstəsna xidmətlərə görə” qızıl medalı, ABŞ Konqresinin aeronavtika üzrə Fəxri medalı, bir çox ölkələrin ordenləri ilə təltif edilən Nil Armstronq 25 avqust 2012-ci ildə vəfat edib. Aydakı kraterlərdən birinə onun adı verilib.

YAŞAR QARAYEV

(1936-2002)

Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, əməkdar elm xadimi, tənqidçi, ədəbiyyatşünas, filologiya elmləri doktoru, professor, Dövlət Mükafatı laureatı Yaşar Vahid oğlu Qarayevin anım günüdür. O, 1936-cı il martın 5-də Şəki şəhərində anadan olub. Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsində təhsil alıb. Ədəbi fəaliyyətə 1955-ci ildə "Lenin tərbiyəsi uğrunda" və "Azərbaycan gəncləri" qəzetlərində çıxan ilk ədəbi qeydləri ilə başlayıb. Azərbaycan EA-nın Nizami adına Dil və Ədəbiyyat İnstitutunda baş laborant, elmi işçi, nəzəriyyə və ədəbi proses şöbəsinin müdiri, elmi işlər üzrə direktor müavini, direktor, Azərbaycan Yazıçılar Birliyinin tənqid və ədəbiyyatşünaslıq şurasının rəhbəri, katibi, jurnallarda redaktor və başqa məsul vəzifələrdə çalışıb. Yaşar Qarayev 2002-ci il avqustun 25-də vəfat edib və Fəxri Xiyabanda dəfn olunub.

ƏDALƏT PAŞAYEV

(1956-1992)

Şəhid Ədalət Sabir oğlu Paşayev də bu gün xatırlanır. O, 20 iyun 1956-cı ildə Tərtər rayonunun Balakəngərli kəndində dünyaya gəlib. Tərtər şəhərindəki 2 saylı orta məktəbi bitirib. 1972-77-ci illərdə Azərbaycan Politexnik İnstitutunda təhsil alıb. 1991-ci ildə yaranan “Tərtər” özünümüdafiə batalyonuna zabit kimi daxil olub. Cəbhədə “Topçu Ədalət” adı ilə tanınıb. 1992-ci il avqustun 23-də Ağdərənin Drmbon kəndi uğrunda döyüşlərdə yaralanıb və avqustun 25-də xəstəxanada vəfat edib. Azərbaycan Prezidentinin 16 sentyabr 1994-cü il tarixli fərmanı ilə Baş leytenant Ədalət Paşayev ölümündən sonra “Azərbaycan Bayrağı” ordeni ilə təltif olunub.

XUDAVERDİ ABBASOV

(1957-1992)

Şəhid Xudaverdi Məhəmməd oğlu Abbasovun xatirə günüdür. O, 9 noyabr 1957-ci ildə Ağcabədi rayonunun Kəhrizli kəndində anadan olub. Kənd orta məktəbində təhsil aldıqdan sonra Bakı şəhərindəki texniki peşə məktəblərinin birində elektrik qaynaqçısı peşəsinə yiyələnib. Moldovada hərbi xidmətdə olub. 1992-ci ilin fevral ayında "Qarabağ müdafiə şahinləri" dəstəsində döyüşməyə başlayıb. Xanabad, Ortakənd, Kasaped, Dəmirlər, Aterk əməliyyatlarında, Canyataq və Gülyataq kəndlərinin müdafiəsində böyük qəhrəmanlıqlar göstərib. 24 avqust 1992-ci ildə Ağdərə rayonunun Mehmanə kəndinin azad edilməsi uğrunda döyüşdə qəhrəmancasına şəhid olub və doğulduğu kənddə torpağa tapşırılıb. Azərbaycan Prezidentinin 16 sentyabr 1994-cü il tarixli fərmanı ilə Xudaverdi Abbasov ölümündən sonra "Hərbi xidmətlərə görə" medalı ilə təltif edilib.

RAMAZAN QULİYEV

(1961-1993)

Şəhid Ramazan Dünyamalı oğlu Quliyevin anım günüdür. O, 9 mart 1961-ci ildə Zəngilan rayonunun Məmmədbəyli kəndində anadan olub. 1967-1978-ci illərdə kənd orta məktəbində oxuyub, sürücülük ixtisası üzrə peşə məktəbində təhsil alıb. 1981-1983-cü illərdə Rusiyada hərbi xidmətdə olub və 9 il Rusiya Federasiyasının Kazan şəhərində yaşayıb. 1992-ci ildə Milli Orduya yazılıb və hərbi hissənin kəşfiyyatçı manqasının komandiri olub. 1992-ci ilin iyun ayında 2 erməni quldurunu əsir götürüb və rayonun Kolluqışlaq kəndində gedən döyüş zamanı 1 tank ələ keçirib. 23 avqust 1993-cü ildə Cəbrayıl rayonunun Minbaşı kəndində ağır yaralanan baş çavuş Ramazan Quliyev 25 avqust 1993-cü ildə Mərcanlı hospitalında vəfat edib və Zəngilan rayonunun Şəhidlər Xiyabanında dəfn olunub. Azərbaycan Prezidentinin 16 sentyabr 1994-cü il tarixli fərmanı ilə ölümündən sonra “Hərbi xidmətlərə görə” medalı ilə təltif olunub.
8-08-2020, 13:57
Azərbaycana şöhrət gətirən rənglər
2-08-2020, 11:22
Dünyada bu gün
27-07-2020, 19:33
Yeni Təhsil nazirini yaxından tanıyaq
21-06-2020, 12:23
Dünyada bu gün
10-06-2020, 12:08
Aqşin Babayev vəfat edib
10-05-2020, 12:01
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 97-ci ildönümüdür
Bugün, 16:29
31 yaşlı kişi tövlədə özünü ASDI
Bugün, 16:25
Dünyanın ən dağıdıcı tornadosu: 80 min insan evsiz qalıb
Bugün, 16:21
Qadınlar, 45 yaşdan sonra belə qidalanın
Bugün, 16:17
Azərbaycanlı gənc parkinqə görə adam öldürdü
Bugün, 16:15
Kişi arvadının boşanmaq istəyinə görə uşaqlarını öldürdü
Bugün, 16:10
Külli miqdarda rüşvət alan müstəntiq axtarışa verildi
Bugün, 16:07
Keçmiş polis rəisinin evləri və bahalı maşını əlindən alındı
Bugün, 16:04
Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi də fəaliyyətini dayandırır
Bugün, 15:56
Ucuz və sağlam qidalanmanın YOLLARI
Bugün, 15:55
Bakıda DƏHŞƏT: hamamda qızla oğlanın meyiti tapıldı
Dün, 22:22
Akif Ələkbərov həbsdə öldü
Dün, 22:13
Sabah 28 dərəcə isti olacaq - HAVA PROQNOZU
Dün, 22:01
Çingiz Abdullayev evə buraxıldı
Dün, 21:51
“Barselona”nın Çempionlar Liqasındakı antirekordu
Dün, 21:49
Həddindən artıq su içib öldü
Dün, 21:46
“Hamıya pul verib toyuna çağırır, məndən pul istəyir” - Xalq artisti
Dün, 21:42
Rüşvət alan yol polisi rəisi işdən QOVULDU
Dün, 21:39
Ana və oğlu göldə boğuldular
16-04-2024, 22:03
Klublarımız “Bayer”dən geri qalır: “Qarabağ”ın qapıçısı
16-04-2024, 22:00
Bakı həbsxanasında ÖLÜM
16-04-2024, 21:58
Kartofu mükəmməl qızartmaq üçün bunları bilmək lazımdır
16-04-2024, 21:53
Qısqanc kişi dostu ilə yatan arvadını çarpayıda yandırdı
16-04-2024, 21:48
Festivalda "Qırğın" - faciədən sağ çıxan 50 nəfər intihar etdi
16-04-2024, 21:46
Dünyanın ən gözəl idmançısı dekolteli kombinezonda poza verdi
16-04-2024, 21:42
Niyə təyyarələr Tibet üzərindən uçmur?
16-04-2024, 21:39
Varlı kişiləri cəlb etməyi bacaran 4 BÜRC QADINI
16-04-2024, 21:31
Bakıda 47 yaşlı kişi özünü EVİNDƏ ASDI
16-04-2024, 18:04
Kişilərin diqqətinə, bu xərçəng növü SÜRƏTLƏ ARTIR
16-04-2024, 10:36
Naftalanda narkotik vasitə satan və alan şəxslər saxlanılıblar - FOTO
16-04-2024, 10:33
Doktorantura səviyyəsi üzrə elektron sənəd qəbuluna başlanılır
16-04-2024, 10:29
Çexiyada göy öskürək kabusu: Rekord sayda yoluxma var
16-04-2024, 10:28
Cəbrayılda minalar aşkarlanıb
16-04-2024, 10:26
Ələt-Astara magistralında təhlükəli vəziyyət - FOTO
16-04-2024, 10:23
İnflyasiya enib: Ərzaq ucuzlaşacaq?
16-04-2024, 10:20
Bakıda 10 yaşlı oğlan itkin düşüb
16-04-2024, 10:19
Bakıda kişi yataq otağının pəncərəsindən özünü atdı
16-04-2024, 10:16
Bakıda İran vətəndaşı idarə etdiyi yük maşını ilə piyadanı vuraraq öldürüb
16-04-2024, 09:51
Azərbaycan Respublikasının Prezidenti Hörmətli İlham Əliyev Cənablarına
16-04-2024, 09:31
Rusiyada böyük bir şəhərin sakinləri təcili təxliyə edilir