Həftəsonu iki günlük qadağada zibil də atmaq olmaz - RƏSMİ
Dünən gecə saat 00:00-dan etibarən 8 iyun saat 06:00-dək Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron rayonu ərazisində hərəkətinə icazə verilmiş şəxslərdən başqa, vətəndaşların olduğu yeri tərk etməsinə icazə verilmir. Bu qərarın icrasına da Daxili İşlər Nazirliyi nəzarət edəcək.Nazirliyin Mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov açıqlamasında bildirib ki, qeyd edilən rayon və şəhərlərdə şənbə və bazar günləri müvafiq icazəsi olan vətəndaşlardan başqa digər vətəndaşlara yaşayış yeri və olduğu yeri tərk etmək qadağan olunacaq: "Bu tələbləri pozan vətəndaşlar İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsinə əsasən 100 manat cərimə ediləcəklər. Polis əməkdaşları və Daxili Qoşunların hərbi qulluqçuları karantin rejiminə nəzarəti mütəmadi və gücləndirilmiş formada həyata keçirəcəklər.
Qərarın tətbiq edildiyi rayon və şəhərlərdə yalnız mərkəzi hissələr deyil, hər yerdə, məhəllələrdə də polis nəzarəti olacaq. Vətəndaşları həftənin iki günü evdə olmağa, küçəyə çıxmamağa çağırırıq. Çünki bizim məqsədimiz vətəndaşları cərimələmək deyil, onların sağlamlığının qorunması üçün atılan addımdır. Buna görə də inanırıq ki, vətəndaşlarımız bu tələbləri anlayışla qarşılayıb cəmi iki gün evdə qalacaqlar”.
E.Zahidov əlavə edib ki, vətəndaşlar qeyd olunan iki gün ərzində zibil atmağa da gedə bilməzlər: "Buna icazə verilmir. Nazirlər Kabineti yanında operativ qərargah bu iki gün ərzində evdən çıxmaq üçün iki hal müəyyən edib. Birincisi, vətəndaşın həyatı üçün real təhlükə yaradarsa, onda evi tərk edə bilər. İkincisi, yaxın qohumunun dəfnində iştirak etmək istəyən şəxs Daxili İşlər Nazirliyinin 102 Xidməti-Zəng mərkəzinə, yaxud 012 590 80 20 Qaynar xəttinə müraciət edib məlumat verəcək.
Qısa müddət ərzində həmin şəxsin müraciəti araşdırılacaq. Verilən məlumat həqiqətə uyğun olarsa, onun evdən çıxmasına, dəfndə iştirakına icazə veriləcək. Bu barədə həmin şəxsə və onun getdiyi istiqamətdə xidmət aparan polis əməkdaşlarına məlumat veriləcək. Həmçinin, bu barədə polislərin istifadəsində olan planşetlərə qeyd göndəriləcək. Yalnız bu iki halda evdən çıxmağa icazə verilir. Vətəndaşlar digər hallarda evdə oturub istirahət etməlidir. Həftənin birinci günündən etibarən isə vətəndaşlar qoruyucu maskalardan istifadə edərək sərbəst işə gedib-gələbiləcəklər”.
7-06-2020, 12:26
Sərtləşdirilmiş karantin rejimini 1168 nəfər pozub - RƏSMİ
6-06-2020, 12:35
BDYPİ: Yollarda karantin qaydalarını pozan sürücülər saxlanılır
5-06-2020, 12:22
Həftəsonu icazəsiz küçəyə çıxan sürücülərə XƏBƏRDARLIQ
3-05-2020, 08:53
Sərnişin qatarlarının hərəkətinə qoyulan məhdudiyyətin vaxtı uzadılır
13-04-2020, 12:08
Karantin rejimini pozan şəxslərdən narkotik vasitə aşkarlandı
8-04-2020, 16:36
Xüsusi karantin rejimində hansı hərəkətlər cəzaya səbəb olur? - HÜQUQİ ŞƏRH
Dün, 17:47
Cərimə meydançasına aparılan avtomobilə görə xərclər nə zaman QAYTARILIR?
Dün, 17:42
Türkiyə bu ölkəyə F-16 qırıcılarını göndərir
Dün, 17:41
Saleh Məmmədovun Almaniyadakı tikinti layihəsi ilə bağlı yeni iddia
Dün, 17:39
Bu şəxslər 7 min manatadək cərimələnəcək
Dün, 17:36
Əlilliyi olan 2 mindən çox şəxs işlə təmin edildi
Dün, 17:33
AB-dən iranlı hakimlərə sanksiya..
Dün, 17:30
Qarsa yeni baş konsul təyin edildi
Dün, 17:21
Günəşdə güclü alışma baş verib
Dün, 17:18
Sərnişin təyyarəsi zolaqdan çıxdı - Qorxulu anlar
23-07-2026, 16:04
Neft bahalaşmaqda davam edir
23-07-2026, 16:03
Britaniya diplomatlarını İrandan çıxardı
23-07-2026, 15:59
Bakıda 48 yaşlı kişi evində ölü tapıldı
23-07-2026, 15:57
Türkiyədə güclü zəlzələ
23-07-2026, 15:54
Türkiyədə həyat İFLİC OLDU
23-07-2026, 15:49
Nabranda dənizdə batan 17 yaşlı qızın meyiti tapıldı
23-07-2026, 15:47
Peşə təhsili müəssisələrində illik təhsil haqqı: 6500 AZN...
23-07-2026, 15:45
Ermənistan prezidenti xəstəxanaya yerləşdirildi
23-07-2026, 15:41
Bu ərazilərdə qaz olmayacaq
21-07-2026, 15:36
Portuqaliyalı hücumçudan "Qarabağ"a gözlənilməz cavab
21-07-2026, 15:35
3000 erməni bir anda İrana axışdı - Səbəbi bu imiş
21-07-2026, 15:32
Azərbaycanlılar bu ölkədən deport olundu
21-07-2026, 15:30
Rusiyada benzin gizlədənlərin "ovuna başlanıldı"
21-07-2026, 15:28
İş sistemi dəyişir: “Çevik iş rejimi” nə deməkdir?
21-07-2026, 15:18
İrandan Hörmüzlə bağlı xəbərdarlıq
21-07-2026, 15:16
Azərbaycan neftinin qiyməti 94 dollara yaxınlaşır
21-07-2026, 15:14
Cəlilabadda avtomobil aşıb, 4 nəfər xəsarət alıb
21-07-2026, 15:12
Dünya çempionu olan qapıçı "Zirə"yə keçdi
21-07-2026, 15:09
Ərdoğana qarşı sui-qəsd planı... – General açıqladı
20-07-2026, 13:06
Mədəniyyətimizin səssiz qəhrəmanı ağır vəziyyətdə...
20-07-2026, 12:58
Biləcəridə hoteldə meyit tapılıb
20-07-2026, 12:32
İranda 5 dəqiqədə 2 güclü zəlzələ...
20-07-2026, 12:14
Qanun icazə verir, marketlər “olmaz” deyir - Azərbaycanda qalmaqallı qadağa
20-07-2026, 12:11
Özbəkistanın Baş prokuroru Azərbaycanda səfərdədir
20-07-2026, 12:01
Avropaya kəskin istilər gəlir: 50 dərəcəyə çatacaq!
20-07-2026, 12:01
Avropaya kəskin istilər gəlir: 50 dərəcəyə çatacaq!
20-07-2026, 11:30
Neft qiymətləri kəskin dönüş etdi
20-07-2026, 11:29
Bu əməliyyatı da rəqs ilə məşhurlaşan “Dr. Gülü” edibmiş
20-07-2026, 11:26
Bakı və Astaranın bir hissəsində işıq kəsiləcək
18-07-2026, 23:21
Bu ölkə tamamən boşaldılır