Xüsusi karantin rejimində hansı hərəkətlər cəzaya səbəb olur? - HÜQUQİ ŞƏRH
Siyasət
Oxunub: 252
8 Nis 2020 | 16:36
Xüsusi karantin rejimində hansı hərəkətlər cəzaya səbəb olur? - HÜQUQİ ŞƏRH Xüsusi karantin rejimində hansı hərəkətlər cəzaya səbəb olur? - HÜQUQİ ŞƏRH Azərbaycanda koronavirus infeksiyasının geniş yayılmasının qarşısının alınması məqsədilə tətbiq edilən xüsusi karantin rejiminə uyğun olaraq məhdudiyyətlər müəyyən olunub. Bu məhdudiyyətlərlə bağlı xeyli yorumlar, açıqlamalar olduğu üçün bəzən fikir ayrılıqları ilə də rastlaşırıq.
Əvvəla, onu qeyd etmək yerinə düşər ki, məhdudiyyətlərin tətbiqi ilə bağlı Nazirlər Kabineti yanında Operativ Qərargah və digər dövlət qurumları izahat veriblər.

Ya xidməti vəsiqə, ya da arayış

Pandemiya dövründə bir sıra ölkələrdə sərt qadağalar tətbiq edildi, bəziləri isə fövqəladə vəziyyət rejimi elan etdi. Bütün bunlar isə virusa yoluxmanın qarşısını almaq, mübarizənin effektivliyi üçündür.
Azərbaycanda Nazirlər Kabineti tərəfindən fəaliyyəti zəruri olan bəzi sahələrin əməkdaşlarının sərbəst hərəkət etməsi ilə bağlı məhdudiyyət yoxdur. Hazırda mərkəzi və yerli icra hakimiyyəti orqanı rəhbərləri və müavinləri, hüquq-mühafizə, məhkəmə, hərbi strukturlar, Kütləvi İnformasiya Vasitələri əməkdaşları, səhiyyə işçiləri, diplomatlar, vəkillər və s.-in hərəkət sərbəstliyi var. Qərarın tələbinə əsasən, bu şəxslərin şəxsiyyət vəsiqəsi və xidməti vəsiqə və ya iş yerindən təqdim olunmuş arayışla sərbəst hərəkət etmələrinə icazə verilir. Bəzən sosial mediada polisin bu kateqoriyadan olan şəxslərdən icaze.e-gov.az portalından qeydiyyatdan keçmələrini tələb etdiyi barədə məlumatlara rast gəlinir. Lakin bu tələb qərara ziddir.
Eyni zamanda, bəzən bu şəxslərdən xidməti vəsiqə ilə yanaşı, arayış da tələb olunur. Bu da qərara ziddir. Şəxsin üzərində müddəti göstərilən xidməti vəsiqə varsa, onun heç bir arayış təqdim etməsinə ehtiyac yoxdur. Amma hər iki halda şəxsiyyət vəsiqəsinin olması zəruridir.

Məhdudiyyətə əməl etməyəndə…

Xüsusi karantin rejiminin tələblərinə görə, ölkədə hazırda məhdudiyyətlər belədir:
- 65 yaşından yuxarı şəxslər evdən çıxmamalıdırlar;
- Fəaliyyətinə icazə verilmiş sahələrdə çalışan bir qisim dövlət qulluqçusu, publik hüquqi şəxslərin və özəl müəssisələrin yalnız “icaze.e-gov.az” saytından qeydiyyatdan keçirilmiş əməkdaşlarının yaşadıqları şəhər (rayon) daxilində, (Bakı və Sumqayıt şəhəri, Abşeron rayonu ərazisində hərəkəti sərbəstdir) hərəkət məhdudiyyəti yoxdur.
- Hərəkət məhdudiyyəti tətbiq edilən digər şəxslər isə yalnız 8103 nömrəsinə pulsuz SMS göndərməklə evlərini icazə verilmiş vaxt ərzində tərk edə bilərlər. Yalnız məişət tullantılarını atmaq üçün evdən çıxarkən hər hansı icazəyə ehtiyac yoxdur.
Məhdudiyyətlərə əməl edilməməsi İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsinə görə məsuliyyət yaradır. Bu maddəyə əsasən, DİN əməkdaşları tərəfindən protokol tərtib edilir. Polisin protokol əsasında şəxsi yalnız cərimə etmək səlahiyyəti var. Eyni zamanda protokol məhkəməyə göndərilə bilər. Məhkəmə isə şəxs barəsində cərimə və ya həbs inzibati tənbeh tədbiri seçmək, əməli sübut edilmədikdə isə məsuliyyətdən azad etmək səlahiyyətinə malikdir.
Fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır.
İnzibati Xətalar Məcəlləsinin 30.1-ci maddəsinə əsasən, inzibati həbs, yalnız müstəsna hallarda, inzibati xətaların ayrı-ayrı növlərinə görə üç ay müddətinədək hakim tərəfindən tətbiq edilir.

Maska və əlcək məsələsi…

Sosial şəbəkələrdə müzakirə olunan məsələlərdən biri də maska və ya əlcəkdən istifadə ilə bağlıdır. Ümümdünya Səhiyyə Təşkilatının (ÜST) və həkimlərin tövsiyələrinə əsasən, küçədə və insanların sıx olduğu digər yerlərdə maska və əlcəkdən istifadə etmək zəruridir. Bu, virusdan qorunmaq üçün hazırda ən vacib üsullardandır.
Qanunvericiliyin tələbinə görə isə maska və əlcək istifadə etməmək karantin rejimini pozmaq anlamına gəlmir. Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarında da bununla bağlı göstəriş yoxdur.
Eyni zamanda şəxsi maşında maska taxmamaq da məsuliyyətə səbəb olmur.
Lakin bu dövr ərzində maska və əlcək taxmaq, gigiyena qaydalarına daha çox əməl etmək, mütəmadi olaraq dezinfeksiya məhsullarından istifadə etmək bizim sağlamlığımız üçün vacibdir!

Fərdi avtomobil icazəsi

Xüsusi karantin rejimi dövründə hərəkət məhdudiyyəti tətbiq olunmayan şəxslər, həmçinin, “icaze.e-gov.az” portalında qeydiyyatdan keçənlər və 8103 nömrəsindən SMS-lə icazə alanlar şəxsi avtomobildən istifadə edə bilərlər. Bunun üçün əlavə icazə almaq tələb olunmur. Amma fərdi avtomobilindən istifadə edən şəxs nəzərə almalıdır ki, hərəkət məhdudiyyəti olan şəxsi (o cümlədən ailə üzvünü) həmin avtomobildə daşıya bilməz. Bu, hüquqi məsuliyyət yaradır.

Şamil Paşayev
hüquqşünas
8-04-2020, 16:31
Bu şəxslərə də xüsusi karantin rejimi müddətində aylıq təqaüd veriləcək
7-04-2020, 20:09
"İndi Azərbaycandakı "beşinci kolon" bunu icra etməkdədir" - Əli Hüseynli
7-04-2020, 19:57
BŞBPİ: “İcazə olmadan hərəkət edən şəxslər, avtomobillərin sürücü və sərnişinləri yoxlanılır”
7-04-2020, 19:47
Azərbaycanda xüsusi karantin dövründə iş rejiminin tənzimlənməsi barədə qərar qəbul olunub
7-04-2020, 19:45
Jurnalistlər xüsusi karantin rejimində hansı sənədlə hərəkət edə bilərlər? - AÇIQLAMA
7-04-2020, 19:38
Qərargah: Bəzi KİV xüsusi karantin rejimi qaydalarını pozaraq saxta vəsiqələr verir
Bugün, 15:44
Ana xəstə oğlunu səhv müalicə ilə öldürdü
Bugün, 15:40
Ən çox serial qatillərin olduğu 10 ÖLKƏ
Bugün, 15:32
Kişi ondan küsən arvadını bıçaqladı
Bugün, 15:28
Britni Spirs əsəbindən maşının şüşəsini sındırdı
Bugün, 15:25
Şuşada mina partladı, xəsarət alan var
Bugün, 15:22
Bu şəxslərə "Tərəqqi" medalı verildi
Bugün, 15:20
Ali Məhkəmənin hakimi özünü öldürdü
Dün, 14:26
Yaxşı yatmaq üçün axşamlar BUNLARI YEYİN
Dün, 14:23
Bakıda gənc model faciəli şəkildə öldü
Dün, 14:20
Dünyanın ən məşhur moda brendinin adı açıqlandı
Dün, 14:11
Polis xilas etməyə getdiyi şəxsi öldürdü - ŞOK OLAY
Dün, 14:07
Bakıda DƏHŞƏT: 4 aylıq körpə binadan düşüb öldü
Dün, 14:04
Ailəyə atalarının yerinə başqa meyit verdilər
Dün, 13:59
Fransada Ramazan ayında sevgilisini öpən oğlanı döydülər
Dün, 13:57
Dünyanın sonu: Günəş nə vaxt öləcək və o zaman nə olacaq?
25-04-2024, 15:06
Xalq artisti burnuna pirsinq taxdırdı
25-04-2024, 15:04
Harri Kasparov həbs olundu
25-04-2024, 15:01
Laçına da şəxsi avtomobillərlə getməyə icazə verildi
25-04-2024, 14:58
Bakıda qadın yaşadığı evdə ölü tapıldı
25-04-2024, 14:53
Tələbə qız tualetdə doğduğu körpəsini doğradı - dəhşətli OLAY
25-04-2024, 14:49
Bir mövsümdə buraxılan qollara görə Premyer Liqa rekordu
25-04-2024, 14:45
Polis idarəsinin rəisi işçilərlə birgə HƏBS OLUNDU
25-04-2024, 14:44
"Barselona"dan Xavi ilə bağlı SON QƏRAR
25-04-2024, 14:37
İlk Ombudsman Elmira Süleymanova vəfat etdi
25-04-2024, 14:35
Bakıda ŞOK İNTİHAR: tənha kişi küçədə özünü asdı
23-04-2024, 15:26
Britaniyadan Ukraynayayarım milyardlıq yardım
23-04-2024, 15:22
58 yaşlı məşhur aktrisa hovuzda foto paylaşdı
23-04-2024, 15:19
21 yaşlı volybolçu qız intihar etdi
23-04-2024, 15:12
Polis ad günündə özünü öldürdü
23-04-2024, 15:04
Azyaşlı binadan yıxılıb sağ qaldı
23-04-2024, 14:58
ABŞ senatoru oğurluğa görə həbs olundu
23-04-2024, 14:50
Azərbaycanda zəlzələ oldu
23-04-2024, 14:45
Aprelin 23-nün ən xoşbəxt BÜRCÜ: Uğur qazanmaq üçün hər şansınız var
23-04-2024, 14:40
Dövlət binasının qabağında qətl törətmişdi, həbsdə öldü - BAKIDA
23-04-2024, 14:37
Narkotik artıq məktəblərə yol tapıb - Siyavuş Novruzov
22-04-2024, 14:18
Ən bahalı boşanma arvadın qələbəsi ilə başa çatdı: 180 milyon dollar və...
22-04-2024, 14:12
Vaqif Sadıqov Bakı həbsxanasında öldü
22-04-2024, 14:09
Zəncirvari qəzada 10 nəfər yaralandı
22-04-2024, 13:51
Yük maşını dirəyə çırpıldı, ölənlər var