Alı Qocayevin saxtakarlıqları bitmir ki bitmir… - NARAZILIQ VAR!
Siyasət
Oxunub: 220
6 May 2022 | 18:34
Alı Qocayevin saxtakarlıqları bitmir ki bitmir… - NARAZILIQ VAR!
capar.info - Binəqədi rayon sakini Əsgərova Almaz İsa qızı “Aktualxeber.az”ın redaksiyasına şikayət edərək bildirib ki, Samux Rayon İcra Hakimiyyətinin başçısı Alı Qocayev vaxtilə Binəqədinin icra başçısı vəzifəsində çalışarkən ondan 20000 manat alaraq rayon ərazisindəki torpaq sahəsinin onun mülkiyyətinə keçirəcəyinə söz verib. Daha sonra A.Qocayev onlara həmin pulun müqabilində saxta sənədlər verərək cinayət törədib. Məsələnin üstü Almaz Əsgərovanın həmin ərazidə tikinti işi aparmasından sonra açılıb.
O da Binəqədi Rayon Polis İdarəsinin 7-ci Polis Bölməsinin əməkdaşlarının sayəsində. Yəni bu polis qardaşlarımız hər dəfə gəlib “şirinlik” istəməsəydilər, Almaz xanım da məcbur qalıb sənədləri yoxlatdırmasaydı onların saxta olduğu bilinməyəcəkdi. O gündən bəri Alı Qocayev bu ailəni “pulu bu gün verəcəm sabah verəcəm” metodu ilə aldadır. Üstündən 10 ildən çox keçməsinə baxmayaraq şikayətçi pulunu ala bilmir.
Amma Alı Qocayevin saxta sənəd qalmaqalı bununla bitmir…
Vaxtilə Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı olarkən qudası- Milli Məclisin keçmiş sədri Oqtay Əsədovun yüksək vəzifə tutması səbəbindən özünü “toxunulmaz” kimi hiss edən Alı müəllim demək olar ki, torpaqları saxta sənədlərlə satıb. Misal üçün, bir neçə il əvvəl “Yeni Müsavat” qəzetində dərc edilən materiallarda oxuyuruq:
“Söhbət əsnasında aydın oldu ki, Binəqədi rayonunun icra başçısı Alı Qocayev neft ərazilərinin 80 faizə yaxınını satıb. İcra başçısının göstərişi ilə neft sahələrində bir sot torpaq sahəsi 1000 manata vətəndaşlara satılır. Buna görə vətəndaşlara heç bir rəsmi sənəd vermir. Vətəndaşı razı salmaq üçün icra nümayəndələri bələdiyyə sədrlərinə tapşırıq verib ki, onlar vətəndaşlara saxta sənədlər versin. Hətta bu sənədlərin saxta olduğu ARDNŞ əməkdaşlarının araşdırmaları zamanı üzə çıxıb. Belə görünməsin ki, başçı təkcə Rəsulzadə qəsəbəsində torpaq alveri ilə məşğuldur. Rayonun boş qalan bütün torpaqları satışa çıxarılıb. Bura 7-ci mikrorayon, Xarici Dairəvi küçəsi, Sulutəpə və Xocahəsən qəsəbələri də aiddir. Qəsəbənin II mədən 78-ci korpus ünvanında yaşayanlar isə sosial problemlərdən şikayətçidir. Deyirlər ki, kanalizasiya, su və qaz xətləri yerdən keçir. Ona görə də avtobus keçəndə kommunikasiya xətləri tez-tez partlayır. Kərim adlı sakin köhnə kanalizasiya xəttinin üfunət qoxusu yaydığını söyləyir: “Pəncərələri aça bilmirik. Bütün ölən heyvan cəsədləri və məişət tullantıları da ora atılır. Antisanitariya şəraitində yaşayırıq. Yay aylarında heç dayanmaq olmur”.
“Yeni Müsavat” qəzetində də dərc edilən digər məlumat belə deyilir:
“A.Qocayev 7-ci mikrorayon ərazisində yeni inşa edilməkdə olan “Azadlıq” metrostansiyasının yaxınlığında yerləşən parkı hissələrə bölərək satır. Ərazidə yaşayan sakinlərin sözlərinə görə, metro tikintisindən istifadə edən icra başçısı bağdakı ağacları kökündən çıxartdırır. Buna etiraz edən sakinlər deyir ki, çıxarılmış ağacların hava limanına gedən yolun kənarlarına əkildiyi bildirilir: “Bizə deyirlər ki, bağdan çıxarılan ağaclar prezident İlham Əliyevin hər gün keçdiyi hava limanına gedən yolun kənarlarına əkilir. 20-dən artıq yaşı olan iri palıd ağaclarının harasa aparılıb əkilməsi mümkün deyil axı. Sadəcə olaraq, Alı Qocayev prezidentin adından istifadə edir”.
Alı Qocayevin Binəqədidə işlədiyi dövrdə qanunsuz əməllərinin o dövrdə mətbuatda geniş müzakirə olunması onun işdən azad edilməsi məsələsini gündəmə gətirsə də, Milli Məclisin sabiq spikeri Oqtay Əsədovun sayəsində ucqar bir rayona sürgünə yolladılar…
Hazırda Samux rayonunda başçı vəzifəsini daşıyarkən də öz qanunsuz əməllərindən əl çəkmir. Bu barədə isə yaxın günlərdə dərc edəcəyimiz materialda ətraflı bəhs edəcəyik.
Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.
19-11-2021, 05:23
“İcra başçısı aşağı təbəqədən olanları qəbul etmir“ – İcra Hakimiyyətindən cavab
29-09-2021, 12:21
Kəlbəcərə gərək dəmiryolçu başçılıq etsin?.. - Bu nə əhval, cənab Qocayev...
24-09-2021, 10:32
“İcra başçısı bələdiyyə torpaqlarını satır” - GİLEY
7-08-2021, 09:50
Kəlbəcərə qayıdanda BUNU APARMAYAQ... - NARAZILIQ!
19-02-2021, 13:48
Ötən ildən bağlı qalan oğurluq hadisəsinin üstü açılıb
5-02-2021, 14:47
Binəqədi Rayon İcra Hakmiyyətində nələr baş verir?
Dün, 14:27
"Vaşinqtona etimad göstərmirik" - İran
Dün, 11:37
Təbiəti çirkləndirənlərə ağır cəza: Azərbaycanda 7 min manatadək yeni cərimə
Dün, 11:16
TƏBİB-in icraçı direktoru Şuşada vətəndaşları qəbul edəcək
Dün, 11:04
“Tehran bir sıra məsələlər üzrə razılıq əldə edib”
Dün, 11:02
Hörmüz boğazını İran idarə edəcək - Qalibaf
Dün, 10:55
Toyda SİLAHLI İNSİDENT: yeniyetmə 11 nəfəri güllələdi
Dün, 10:52
Qızıl və gümüş ucuzlaşdı
Dün, 10:47
Keçmiş icra başçısına yeni vəzifə verildi - Foto
Dün, 10:44
“Azeri Light” 80 dollara satılır
Dün, 10:39
Mərdəkanda dənizdə 4 nəfər batdı: Üçünün meyiti tapıldı
22-06-2026, 23:50
Bu həftə 4 gün işləyəcəyik
22-06-2026, 23:47
Yeni Android smartfonu alanda dərhal dəyişdirməli olduğunuz 4 parametr
22-06-2026, 23:40
Özbəkistan Prezidenti Azərbaycanın səfirini qəbul edib
22-06-2026, 23:35
Azərbaycanda qadınların pensiya yaşı artırılır – gələn həftədən
22-06-2026, 23:26
Azərbaycan Gürcüstandan avtomobil idxalını 2 dəfəyə yaxın azaldıb
22-06-2026, 23:20
Argentina və Fransa növbəti oyunlarına çıxacaqlar
22-06-2026, 23:11
Müəllimlər üçün vahid forma, yoxsa dres-kod?
22-06-2026, 23:03
Sosial müavinət və təqaüd alanlarla bağlı ŞAD XƏBƏR
22-06-2026, 22:56
Orduda xidmət edən hərbçilərin saçları ilə bağlı mühüm qərar
18-06-2026, 19:05
Rusiya Ukraynanın PUA mərkəzini vurdu
18-06-2026, 19:03
Koreyalılar Azərbaycana vizasız gələcək? - XİN açıqladı
18-06-2026, 18:59
İran uranı zənginləşdirməkdən çəkilir
18-06-2026, 18:57
Keçmiş vəkil hakim qarşısında
18-06-2026, 18:54
Milli Qəhrəman Mübariz İbrahimovun şəhid olmasından 16 il ötür
18-06-2026, 18:45
Nazirlik 3548 müəllimlə bağlı məlumat yaydı
15-06-2026, 18:24
Trampdan İrana sərt xəbərdarlıq: Ya razılaşma, ya da zərbələr
15-06-2026, 18:21
Lukaşenko və Vladimir Putin yaxın vaxtlarda görüşəcək
15-06-2026, 18:16
Rusiyanın Xarkova hücumu nəticəsində 5 xilasedici ölüb, yaralananlar var
15-06-2026, 18:13
Bu şəxslər hərbi xidmətə çağırışdan azad olunacaq - SİYAHI
15-06-2026, 18:05
Putinə görüş təklif edib
15-06-2026, 17:59
Almaniya ümid edir ki, İlham Əliyev bu il Berlinə gələcək – Səfir
15-06-2026, 11:52
Köçəryan ölkədən qaçmaq istədi
15-06-2026, 11:20
Şimali Koreya nüvə silahından imtina etməyəcək
15-06-2026, 11:12
2 min il əvvəl itən əfsanəvi qızılı parça yenidən yaradıldı
15-06-2026, 11:04
Azərbaycandan tranzit keçməklə Ermənistana buğda göndəriləcək
13-06-2026, 11:22
6 gün leysan olacaq - XƏBƏRDARLIQ
13-06-2026, 11:19
Azərbaycanın bu rayonlarında zəlzələ oldu (YENİLƏNİB)
13-06-2026, 11:12
Azərbaycanın bütün məktəblərində "Son zəng" çalınır
13-06-2026, 10:59
Azərbaycanda yeni cərimələr müəyyənləşir - 50 min manatadək