Kəlbəcərə qayıdanda BUNU APARMAYAQ... - NARAZILIQ!
Gündəm / Siyasət
Oxunub: 202
7 Ağu 2021 | 09:50
Kəlbəcərə qayıdanda BUNU APARMAYAQ... - NARAZILIQ!

Çapar.info: - Əslən Kəlbəcərdən olan iş adamı Əli İbrahimov icra başçısı Azər Qocayevin qanunsuz və məntiqsiz əməllərinə məəttəl qaldığını bildirib. İş adamı icra başçısının vəzifədən hədə-qorxu ilə, zorla qovduğu icra nümayəndəsi haqqında belə deyib:“Elnur Xudaquliyevi yaxından tanıyıram, dostluq münasibətimiz var. Martın sonlarında Kəlbəcər rayonunda hərbi hissələri çörəklə təmin edən sexin şkiflərinin remenləri-qayışları sındı və iş iflic oldu, əsgərlər çörəksiz qala bilərdi. Mən də məcbur qalıb Elnurdan xahiş etdim ki, sexin avadanlığını təmir etmək üçün təcili remenlər alıb gətirsin. Etiraz etmədi, poilisdən də onun gəlməsi üçün razılıq aldım və aprelin 2-də Elnur Kəlbəcərə gəldi, remenləri mənə çatdırdı. Ancaq nədənsə elə həmin gün polislər onu özlərilə götürüb apardılar, dedilər qanunsuz keçib gəlmisən. Təəccübləndim ki, bu nə deməkdir? Elnur axı postları icazə ilə keçib, Toğanadan bura 80 km yolu da maşınla gəlib. Sonra eşitdim ki, 200 manat cərimələyiblər, hətta icra başçısının ürəyi soyumayıb Elnuru işdən də çıxardıb...”.
Həqiqətən də iş adamı deyən kimi məəttəl qalmalı məsələdir. Bu adam Kəlbəcərə kefə, istirahətə getməyib. Əsgərlərimiz üçün zəruri olan çörək problemini həll etmək üçün lazımi avadanlıqları alaraq icazəli şəkildə Kəlbəcərə gedib və ən əsası əsgərlərimizin çörək problemi həll olunub. Buna görə, icra nümayəndəsinə ən azı təşəkkür düşür, mükafat düşür.
Ulu Öndər deyirdi ki, dövlət iki şeydən sarsılır: cinayətkar cəzası qalanda və günahsıza cəza veriləndə.
Cənab icra başçısı Azər Qocayev, sən bunları başa düşmürsən ?
Bu insana mükafat verməyin, təşəkkür etməyin sənin özünə qalsın, hələ bu adama cəza da verirsən. Neçə il nöqsansız işləmiş dövlət qulluqçusuna hədə-qorxu gəlib, zorla işdən qovursan.
Həmən icra nümayəndəsi əziyyət çəkib, öz şəxsi maşını ilə Kəlbəcərə avadanlıq aparanda sən yəqin ki, isti kabinetində mürgüləyirdin. Ona görə də icra nümayəndəsinin atası yana-yana deyir ki, Azər Qocayev nankor adamdır. Bundan artıq adama nə deyərlər, cənab Azər Qocayev ?
Onu da qeyd edək ki, Azər Qocayev icra başçısı təyin olunan kimi məktəb direktorlarını, müəllimləri çağırıb hədə-qorxu gəlib, işdən çıxaracağını deyib.
Bu adam özünü “vışibala” kimi aparır.
Bu adama başa salan yoxdur ki, bura dövlət qurumudur, icra hakimiyyətidir, sənin üçün gecə klubları-zad deyil, ay yoldaş…
Bu adamın deyəsən tərbiyyəsində ciddi problemlər var, atası-anası yaşda müəllimlərə hədə-qorxu gəlir.
Bu adam, icra başçısı olduğu 1 ildən artıq müddətdə öz müavinlərinə özünü “sevdirə” bilməyib, Kəlbəcər camaatının hörmətini necə qazana bilər ?
İcra başçısı olan kimi özünə təzə köməkçi, təzə katibə götürüb, elə bilir ki, islahat-zad budur.
Ümumiyyətlə, bu adamın “razmeri” icra başçısı olmağa layiq deyil.
İş adamı öz şəxsi pulunu xərcləyib əsgərlərə çörək sexi açıb, əsgərlərimizi çörəklə təmin edir, sən isə kimlərisə işdən çıxardıb pul qazanmaq istəyirsən. Əslində sənin kimiləri deyil, məhz elə fədakar iş adamları icra başçısı olmalıdır. İcra başçısı olmağa sən layiq deyilsən. Kəlbəcərdə icra başçısı olmağa layiqli xeyli insanlar var.
Bu adam insanlarla danışanda tez-tez barmağını silkələyir. Vallah gülməli və gülməli olduğu qədər də ağlamalı vəziyyətdir.
Ömründə bircə saat idarəetmə təcrübəsi olmayan, hətta etik qaydaları pozan adam 100 minlik rayonun necə rəhbəri ola bilər. Bunun özünü idarə edən lazımdır.
Ən gülməlisi odur ki, bu adam “barama”nın nə olduğunu bilmir.
Ölkə başçısının aqrar sahənin inkişafı ilə bağlı təşəbbüslərini saya salmır.
“Kəlbəcər hara, barama hara deyir” və onun bu sözləri Kəlbəcər camaatı arasında az qala lağlağıya çevrilib.
Bütün bunlar azmış kimi, icra başçısı Azər Qocayev, onun müavini Eldəniz Mehdiyev və Kəlbəcər Rayon Mərkəzi Xəstəxanasının Baş direktoru Səadət Əliyeva əlbir olaraq, Qarabağ qazisi Rüstəm Süleymanovun öz əvvəlki işinə bərpa olunmasına imkan vermirlər.
Qazi cənab Prezident, Ali Baş Komandan İlham Əliyevdən xahiş edir ki, ona kömək etsin.
Sözün qısası, 1 ildən artıqdır ki, Kəlbəcərin icra başçısı olan Azər Qocayevin “istifadə müddəti” başa çatıb.
Yəqin ki, möhtərəm ölkə başçısı kəlbəcərlilərin narazılığını nəzərə alıb, konkret addımlar atacaq.
Axı, cənab Prezidentimiz dəfələrlə məmurlara deyib ki, təvazökar olun, xalqa yuxarıdan aşağı baxmayın.
Görünən odur ki, Azər Qocayev bu kriteriyalar heç uyğun gəlmir.
Get, özünə uyğun iş tap, cənab Qocayev. İcra başçısı olmaq sənlik deyil…
P.S. Sumqayıtdakı gecə barları, restoranlar və boz araq dil olub dillənir ki, bizimlə olan macəraları nə vaxt yazacaqsınız? //gundelik-baku.com//
25-11-2020, 11:57
Kəlbəcərə ayaq basan ilk hərbçilərimiz - Video
18-11-2020, 10:35
Kəlbəcərə yol hansı istiqamətdən olacaq? - Təkliflər
17-11-2020, 10:55
Kəlbəcərdən son xəbər: Onlarla ev yanır
10-08-2020, 12:55
Havanı çirkləndirən sexin sahibi cəzalandı
11-07-2020, 15:57
Daha bir icra başçısı tutduğu vəzifədən azad edildi
20-06-2020, 15:12
"Valideynlərimin təqaüdü ilə dolanıram" - Elnur
Dün, 20:57
Dostunu diri-diri yandırdı: 20 dollara görə
Dün, 20:46
Bakıda kişi özünü turnikdən asdı
Dün, 20:42
Sərnişinin xuliqanlığına görə metroda qatarların hərəkəti yubandı
Dün, 20:35
"Barselona"nın keçmişq baş məşqçisi vəfat edib
Dün, 20:30
Qazaxıstanlı milyarder İngiltərə futbol klubunu aldı
Dün, 20:25
Dörd bürcü uğursuzluq və məyusluq gözləyir – XƏBƏRDARLIQ
Dün, 15:03
Madonna çimərlikdə 1,6 milyon insana pulsuz konsert verdi
Dün, 15:00
“Bayer” “Benfika”nın rekordunu təkrarladı
Dün, 14:59
Ronaldonun 2016-cı ildən bəri ən məhsuldar mövsümü
Dün, 14:50
“6 ay ayaqlayın gəzmişəm”- Çingiz Mustafayev
Dün, 14:47
Qar, leysan, güclü külək - Sabahın HAVASI
Dün, 14:42
Azərbaycanda Məhərrəmlik ayı BU TARİXDƏ BAŞLAYACAQ
5-05-2024, 19:14
Küçədə qadının boğazını kəsib öldürdü
5-05-2024, 19:11
"Mançester Yunayted" Qrinvudu heyətində istəmir
5-05-2024, 19:09
Trampın qızı mini ətəkdə ictimaiyyət qarşısına çıxdı
5-05-2024, 19:06
Runi futbol əfsanələri ilə işləyəcək
5-05-2024, 19:02
Tibb bacısı qocalar evində 17 yaşlı insanı öldürüb
5-05-2024, 18:58
Hacıqabulda FACİƏ: 17 yaşlı qız qlzılcadan öldü
5-05-2024, 18:55
Başı örtülü model geyimi ilə hamını təəccübləndirdi
5-05-2024, 18:53
“Qarabağ”da yeni müqavilə
5-05-2024, 18:50
May beş bürcə böyük xoşbəxtlik gətirəcək
5-05-2024, 17:37
XƏBƏRDARLIQ- Bakıda və rayonlarda külək güclənəcək, yağış yağacaq
4-05-2024, 14:33
"iPhone 15 Pro Max" ucuzlaşdı
4-05-2024, 14:29
"Jirona" bu transferə görə Sequndaya düşəcək
4-05-2024, 14:25
Bakıda evdən qadın meyiti tapıldı
4-05-2024, 14:24
Ən çox içki içən uşaqların olduğu ÖLKƏ: Ən çox qızlar...
4-05-2024, 14:19
60 ukraynalı uşaq Azərbaycanda istirahət edəcək
4-05-2024, 14:16
Alimlər küləkləri olan planet kəşf ediblər
4-05-2024, 14:13
Salyanda DƏHŞƏT: 22 yaşlı oğlan özünü asdı
4-05-2024, 14:11
Bakıda "cip" 5-10 km sürətlə kişini vurub öldürdü
4-05-2024, 14:09
Üç günlük hava ilə bağlı meteohəssas insanlara XƏBƏRDARLIQ
4-05-2024, 14:07
13-cü mərtəbədən yıxılan uşaq sağ qaldı
4-05-2024, 14:05
"Bavariya" və "Mançester Yunayted" baş məşqçilərini dəyişir
3-05-2024, 22:14
Dilan Polat həbsxanada özünü doğradı
3-05-2024, 22:12
"Bəziləri efirə özlərinə hədiyyə göndərirlər" – Nura Suri
3-05-2024, 22:09
Polis kapitanı faciəvi şəkildə öldü
3-05-2024, 22:07
Sürücü yol polisinə bıçaq çəkdi
3-05-2024, 22:04
İtkin düşən hamilə qadının meyiti tapıldı
3-05-2024, 21:57
"Mançester Yunayted"dəki gələcəyi ilə bağlı qərar verildi