Azərbaycan səfiri İspaniyanın Diplomatiya Akademiyasının fəxri akademiki adına layiq görülüb VİDEO
Siyasət
Oxunub: 550
18 Ara 2018 | 12:26
Azərbaycan səfiri İspaniyanın Diplomatiya Akademiyasının fəxri akademiki adına layiq görülüb VİDEOİspaniya Krallığı Diplomatiya Akademiyasının Madrid şəhərindəki mənzil-qərargahında bu akademiyanın yeni fəxri akademiklərinin təltif olunması mərasimi keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə akademiyanın icraçı prezidenti Santiyaqo Velo de Antelo, idarə heyətinin üzvləri, İspaniya Xarici İşlər, Avropa İttifaqı və Əməkdaşlıq Nazirliyinin yüksəkvəzifəli şəxsləri, İspaniyanın xarici ölkələrdəki səfirləri, bu ölkədə akkreditə olunmuş diplomatik nümayəndəliklərin rəhbərləri və digər tanınmış şəxslər iştirak ediblər.

İspaniyanın xarici ölkələrdəki səfirləri və İspaniya Krallığının xarici işlər nazirlərinin təşəbbüsü və səyləri nəticəsində təsis edilmiş akademiya diplomatiya və beynəlxalq münasibətlər sahəsində ölkənin ən mötəbər qurumlarından biridir.

Tədbiri açan akademiyanın icraçı prezidenti Santiyaqo Velo de Antelo həm İspaniyanın xarici ölkələrdəki səfirləri, həm də bu ölkədə akkreditə olunmuş diplomatik nümayəndəliklərin rəhbərləri üçün akademiyanın ən ali - fəxri akademik mükafatının təsis edildiyini bildirib. O qeyd edib ki, xarici ölkələrin İspaniyada akkreditə olunmuş səfirlərinin öz ölkələri ilə İspaniya arasında əlaqələrin inkişafına verdikləri töhfə fəxri akademik mükafatla təltif edilərkən əsas meyar kimi götürülür.

Tədbir zamanı İspaniyada akkreditə olunmuş dörd ölkənin – Azərbaycan, Avstriya, Rumıniya, Ekvatorial Qvineyanın səfirləri akademiyanın yeni fəxri akademiki adına layiq görülüblər. S.Velo de Antelo İspaniya ilə digər dövlətlər arasında münasibətlərdən bəhs edərək, Azərbaycanda hərtərəfli inkişaf fonunda əldə olunan nailiyyətlərin ölkələrimiz arasında münasibətlərin daha da inkişafına xidmət etdiyini vurğulayıb.

Azərbaycanın İspaniyadakı səfiri Anar Məhərrəmov fəxri akademik adına layiq görüldüyü üçün İspaniya Krallığı Diplomatiya Akademiyasının icraçı prezidentinə və idarə heyətinin üzvlərinə minnətdarlığını bildirib. O, Azərbaycan Respublikası Prezidentinin müəyyən etdiyi strategiyaya uyğun olaraq ölkəmizlə İspaniya arasında münasibətlərin bu gün yüksələn xətt üzrə inkişaf etdiyini söyləyib.

Sonda fəxri akademik adına layiq görülmüş şəxslərə İspaniya Krallığı Diplomatiya Akademiyasının fəxri diplomu və nişanları təqdim edilib.
18-12-2018, 13:40
Azərbaycan səfiri İspaniyanın Diplomatiya Akademiyasının fəxri akademiki adına layiq görülüb VİDEO
2-12-2018, 12:16
Daşkənddəki Diplomatiya Məktəbində təşkil edilən tədbirdə ölkəmiz də təmsil olunub
22-11-2018, 13:37
Prezident Türkmənistanda danışıqlardadır + YENİLƏNİB
18-11-2018, 14:10
“ABEL MENDOZA” şərabı və bizim ABEL… – Rektor və səfir oğlu necə şərab biznesmeni oldu?
12-11-2018, 12:46
“Nar bağı” filmi Polşada beynəlxalq festivalda yüksək mükafata layiq görülüb
Bugün, 23:05
Ceyranbatanda yanğın: uşaq özünü binadan atdı
Bugün, 23:03
Sabah 40 dərəcə isti olacaq
Bugün, 23:02
Bu ərazilərdə 3 gün su olmayacaq
Bugün, 23:00
Putin İlham Əliyevə zəng etdi
Bugün, 22:56
Hasil Abbasov şöbə müdirini işdən çıxardı
Bugün, 22:54
Müəllimini güllələyən şagirdə hökm oxundu
Bugün, 22:53
Ronaldo serialda rol alacaq
Bugün, 22:51
İran Ukraynaya hücuma hazırlaşır
Bugün, 22:50
“Qarabağ”dan ayrıldı, bu kluba keçdi
Bugün, 22:27
İstirahət mərkəzinin rəhbəri böyük məbləğdə cərimə olundu
Dün, 17:47
Cərimə meydançasına aparılan avtomobilə görə xərclər nə zaman QAYTARILIR?
Dün, 17:42
Türkiyə bu ölkəyə F-16 qırıcılarını göndərir
Dün, 17:41
Saleh Məmmədovun Almaniyadakı tikinti layihəsi ilə bağlı yeni iddia
Dün, 17:39
Bu şəxslər 7 min manatadək cərimələnəcək
Dün, 17:36
Əlilliyi olan 2 mindən çox şəxs işlə təmin edildi
Dün, 17:33
AB-dən iranlı hakimlərə sanksiya..
Dün, 17:30
Qarsa yeni baş konsul təyin edildi
Dün, 17:21
Günəşdə güclü alışma baş verib
Dün, 17:18
Sərnişin təyyarəsi zolaqdan çıxdı - Qorxulu anlar
23-07-2026, 16:04
Neft bahalaşmaqda davam edir
23-07-2026, 16:03
Britaniya diplomatlarını İrandan çıxardı
23-07-2026, 15:59
Bakıda 48 yaşlı kişi evində ölü tapıldı
23-07-2026, 15:57
Türkiyədə güclü zəlzələ
23-07-2026, 15:54
Türkiyədə həyat İFLİC OLDU
23-07-2026, 15:49
Nabranda dənizdə batan 17 yaşlı qızın meyiti tapıldı
23-07-2026, 15:47
Peşə təhsili müəssisələrində illik təhsil haqqı: 6500 AZN...
23-07-2026, 15:45
Ermənistan prezidenti xəstəxanaya yerləşdirildi
23-07-2026, 15:41
Bu ərazilərdə qaz olmayacaq
21-07-2026, 15:36
Portuqaliyalı hücumçudan "Qarabağ"a gözlənilməz cavab
21-07-2026, 15:35
3000 erməni bir anda İrana axışdı - Səbəbi bu imiş
21-07-2026, 15:32
Azərbaycanlılar bu ölkədən deport olundu
21-07-2026, 15:30
Rusiyada benzin gizlədənlərin "ovuna başlanıldı"
21-07-2026, 15:28
İş sistemi dəyişir: “Çevik iş rejimi” nə deməkdir?
21-07-2026, 15:18
İrandan Hörmüzlə bağlı xəbərdarlıq
21-07-2026, 15:16
Azərbaycan neftinin qiyməti 94 dollara yaxınlaşır
21-07-2026, 15:14
Cəlilabadda avtomobil aşıb, 4 nəfər xəsarət alıb
21-07-2026, 15:12
Dünya çempionu olan qapıçı "Zirə"yə keçdi
21-07-2026, 15:09
Ərdoğana qarşı sui-qəsd planı... – General açıqladı
20-07-2026, 13:06
Mədəniyyətimizin səssiz qəhrəmanı ağır vəziyyətdə...