YUNESKO mədəni irsin qorunması məsələsinin siyasiləşdirilməsinə yol verməməlidir - XİN
Siyasət
Oxunub: 232
22 Ara 2020 | 14:02
YUNESKO mədəni irsin qorunması məsələsinin siyasiləşdirilməsinə yol verməməlidir - XİN Azərbaycan tərəfi YUNESKO ilə əməkdaşlığa, tərəf çıxdığı konvensiyalardan irəli gələn vəzifələrin icrasına və xüsusilə də mədəni irsin qorunması ilə bağlı öhdəliklərinə hər zaman sadiqlik nümayiş etdirib.
Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin YUNESKO-nun Azərbaycana missiyasının göndərilməsi ilə bağlı YUNESKO-nun mətbuat açıqlamasına dair şərhində deyilir.
Bildirilir ki, ölkəmiz uzun illər ərzində həm Azərbaycanda, həm də qlobal miqyasda mədəni irsin bərpası və qorunması istiqamətində təşkilatın fəaliyyətinə ciddi töhfələr verib:
"Azərbaycanda mədəni irsin qorunması dövlət siyasətinin vacib istiqamətlərindən biridir. Ölkəmizin Ümumdünya İrs Komitəsinin ötən il keçirilən sonuncu sessiyasına uğurla ev sahibliyi etməsi mədəni irsin qorunmasına Azərbaycanın verdiyi əhəmiyyətin, eyni zamanda üzv dövlətlərin Azərbaycana inam və etibarının yüksək ifadəsidir. Azərbaycan Respublikasının təşəbbüsü və dəstəyi ilə YUNESKO tərəfindən ilk dəfə olaraq “Silahlı münaqişələr zamanı mədəni mülkiyyətin qorunması ilə bağlı Hərbi Bələdçi” adlı nəşrin ərsəyə gəlməsi ölkəmizin YUNESKO-nun dəyərlərinə sadiqliyinin bariz nümunəsidir.
Lakin təəssüflə qeyd etmək lazımdır ki, 30 il ərzində Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü və torpaqlarımızın işğalı zamanı mədəni irsimizin dağıdılması, mənimsənilməsi, mahiyyətinin dəyişdirilməsi, mədəni sərvətlərin ökəmizdən qeyri-qanuni çıxarılması kimi hərbi cinayətlərin araşdırılması məqsədilə YUNESKO-ya çağırışlarımıza laqeyd yanaşılıb və bu məsələ ilə bağlı YUNESKO Katibliyi qətiyyətlilik nümayiş etdirməmişdir".
XİN bəyan edir ki, YUNESKO tərəfindən Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsi və ətraf rayonlarına missiyanın göndərilməsi təklifinin Azərbaycan tərəfindən nəzərdən keçirilməsi barədə təşkilata dəfələrlə məlumat verilib:
"Məsələ ilə bağlı vurğulanmalıdır ki, mədəni mülkiyyətimizə vurulmuş zərərin dəyərləndirilməsinə dair bölgəyə YUNESKO missiyasının təşkili zamanı bir sıra amillər, o cümlədən ərazidə təhlükəsizliyin təmin olunması, hava və çətin relyef şəraiti də nəzərə alınmalıdır. Məlum olduğu kimi, Azərbaycan əraziləri Ermənistan tərəfindən həm işğal müddətində minalanıb (hərbi əməliyyatların dayandırılması ilə bağlı 10 noyabr tarixli bəyanatdan etibarən 6 mülki şəxs və 6 hərbçi minaya düşərək həyatını itirib, 7 mülki şəxs və 14 hərbçi isə xəsarət alıb), həm də Ermənistan ordusu işğal edilmiş ərazilərimizdən geri çəkilərkən tarix və mədəniyyət abidələrinin ətrafını da minalayaraq ərazini təhlükəli bölgəyə çevirib.
İşğaldan azad edilən Azərbaycan torpaqlarında Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən mədəni irsin ilkin monitorinqinə başlanılıb və ilkin monitorinqin nəticələri YUNESKO-ya rəsmi şəkildə təqdim olunub. Monitorinqin hesabatında, həmçinin vaxtilə Ermənistan tərəfindən işğal altında saxlanılan ərazilərimizdə bütün dini və mədəni abidələrimizin dağıdılması, o cümlədən məscidlərimizin təhqir edilməsini əks etdirən fotolar da yer alıb. Ümid edirik ki, sözügedən monitorinqin hesabatında əks olunan hərbi cinayətlərə YUNESKO səssiz qalmayacaq.
Hesab edirik ki, YUNESKO öz missiyasını müstəqil və obyektiv şəkildə yerinə yetirməli və mədəni irsin qorunması məsələsinin siyasiləşdirilməsinə yol verməməlidir. YUNESKO tərəfindən bu cür mətbuat açıqlamalarının verilməsi Azərbaycan ilə YUNESKO arasında mövcud olan əməkdaşlığın ruhuna uyğun gəlmir.
Azərbaycan missiyanın təşkilinin təfərrüatlarını YUNESKO ilə müzakirə etmək üçün konstruktiv dialoqa açıqdır və YUNESKO ilə üzv dövlətlərin suverenliyinə, ərazi bütövlüyünə və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına hörmətə əsaslanan əməkdaşlığa hazır olduğunu bir daha bəyan edir".
18-12-2020, 11:00
“Miniatür sənəti” UNESCO-nun Reprezentativ Siyahısına daxil edilib
9-09-2020, 10:41
Ermənistanın Azərbaycanda dini, mədəni və tarixi irs nümunələrinə qarşı törətdiyi cinayətlər bəşəriyyətə qarşıdır - Aydın Quliyev
11-01-2019, 14:19
Azərbaycanın Ukraynadakı səfirliyinin nəzdində Mədəniyyət Mərkəzi və Art Qalereya yaradılır
12-12-2018, 15:25
Ölkəmiz UNESCO-nun Hökumətlərarası Komitəsinin 12-ci sessiyasında iştirak edir
9-12-2018, 13:50
Akademik: İtən, zədələnən sərvətlər hamımızındır
5-12-2018, 15:53
“The Korea Herald”: Azərbaycan xalçaları valehedici ilmələri və incə naxışları nümayiş etdirir
Dün, 21:26
Slovakiyanın baş nazirinə sui-qəsd: 2003-cü ildən bəri Avropada ilk HADİSƏDİR
Dün, 21:25
Xarkov məscidinin imamı da döyüşdə həlak oldu
Dün, 21:23
İsmayıllıda narkotik çəkən sürücü cərimələndi
Dün, 21:18
“Qarabağ”ın qapıçısı Moskvanın bu komandasına keçə bilər
Dün, 21:09
Səhnədə gənc müğənninin üst geyimi açıldı
Dün, 21:03
Bu şəxslərin Qazaxıstana girişi QADAĞAN EDİLİR
Dün, 20:57
MMA döyüşçüsü GÜLLƏLƏNDİ
Dün, 20:48
Basketbol ulduzları Kim Kardaşyanın seksual kampaniyasına qoşuldular
Dün, 20:43
Siyəzəndə İNTİHAR: Kişi özünü görün harada asdı
Dün, 20:39
SON DƏQİQƏ: Bakıda 15 yaşlı qız özünü binadan atdı
15-05-2024, 16:28
"Real" 37 il sonra rekordunu yenilədi
15-05-2024, 16:23
Küçədə çılpaq kişini cinsi orqanından güllələdilər
15-05-2024, 16:16
Kiçik yataq otağını necə rahat formaya salmaq olar?
15-05-2024, 16:14
Kişi nikahı qadağan olunan 16 yaşlı qızın başını kəsdi
15-05-2024, 16:05
"Mançester Siti" "Tottenhem"ə QALİB GƏLDİ
15-05-2024, 16:01
"Real Madrid" Luka Modriçlə yollarını ayırır
15-05-2024, 15:57
Süd satan qadın xəyanət edən ərini öldürdü
15-05-2024, 15:46
Buzlu qəhvəni cəmi 3 dəqiqəyə HAZIRLAMAĞIN YOLU
15-05-2024, 15:44
"Torqovı"da ofisiantlar bıçaqlandı
14-05-2024, 19:40
Arkadi Qukasyanın həbs müddəti uzadıldı
14-05-2024, 19:37
Dünyanın ən çətin dilləri: İlk 5-lik
14-05-2024, 19:34
“Microsoft” “Windows 10”da bu versiyanı dəstəkləməyi dayandıracaq
14-05-2024, 19:32
"Mançester Yunayted"dən getməyə hazırdır
14-05-2024, 19:26
"Milan"da baş məşqçi postuna YENİ NAMİZƏD
14-05-2024, 19:22
Daha çox yaşamağa kömək edən QİDALAR
14-05-2024, 19:19
İtlərin stressdə olduğunu göstərən əlamətlər
14-05-2024, 19:15
Serxio Ramos tezliklə ABŞ klubuna keçə bilər
14-05-2024, 18:52
Türkmənistan sakini evlənib həyatının şokunu yaşadı
13-05-2024, 16:44
“Bozbash Pictures”in Şirini “Şirin” serialı ilə gəlir
13-05-2024, 16:42
Dieqo Simeone La Liqanın rekordçusu oldu
13-05-2024, 16:38
Mbappenin "Real"dakı maaşı bəlli oldu
13-05-2024, 16:32
Rusiyada güclü zəlzələ
13-05-2024, 16:24
İlqar Məmmədovdan AXCP üzvünə MARAQLI CAVAB
13-05-2024, 16:19
Bakıda boğazını kəsən 37 yaşlı kişi öldü
13-05-2024, 16:15
Məşhur dənizkənarı istirahət yeri ən təhlükəli ZONA SEÇİLDİ
13-05-2024, 16:12
Coratda 10 aylıq uşaq yatdığı yerdə boğuldu
13-05-2024, 16:10
Xiyar bitkisinin kifdən təmizlənməsi ÜSULLARI
13-05-2024, 16:03
Dörd bürc üçün möcüzələr və sevinc həftəsi başladı
12-05-2024, 20:52
Daşqınlar nəticəsində 311 nəfər öldü