Akademik: İtən, zədələnən sərvətlər hamımızındır
Parisdə Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Mədəniyyət, elm, təhsil və media komitəsinin iclasında mədəni irs və onun qorunmasının müxtəlif problemlərindən sonra Avropada hərbi münaqişələrdən danışılıb. Bildirilib ki, qitənin ayrı-ayrı bölgələrində cərəyan etmiş və davam etməkdə olan hərbi qarşıdurma və müharibələr həyatın müxtəlif sahələri ilə yanaşı, mədəni sərvətlərə də böyük zərər vurub.
capar.info Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü, akademik Rafael Hüseyonova istinadən xəbər verir ki, komitə iclasında belçikalı deputat Andres Qrifroyun hazırladığı və 2019-cu ilin martında AŞPA Daimi Komitəsinin iclasında təqdim ediləcək “Avropada qeyri-maddi mədəni irsin dəyərləndirilməsi və qorunması” adlı məruzə ətrafında geniş fikir mübadiləsi aparılıb.
Müzakirələrdə özünün də iştirak və çıxış etdiyini deyən R. Hüseynov Azərbaycanın qeyri-maddi mədəni irsin qorunması sahəsində uğurlu fəaliyyətindən, UNESCO ilə bu sahədə sıx əməkdaşlığından bəhs etdiyini söyləyib.
Onun sözlərinə görə, hazırlanmış məruzədə Avropadakı qeyri-maddi irs nümunələrinin ümumi mənzərəsinin yaradılmasını qənaətbəxş hesab etsə də, hərbi münaqişələr nəticəsində mədəni irsə vurulan zərbələrdən bəhs edilməməsini ciddi qüsur saydığını vurğulayıb.
O qeyd edib ki, dünyanın ən müxtəlif guşələrində, eləcə də Avropada sonu görünməyən hərbi münaqişələr, qarşıdurmalar davam edir:
“Bildirdim ki, qaçqınların, öz daimi yaşayış yerini itirən insanların sayı durmadan artır. 300 mindən artıq azərbaycanlı artıq 30 ildir Ermənistan ərazisindəki tarixi-etnik torpaqlarından, 700 min azərbaycanlı ermənilər və onlara dəstək olan xarici qüvvələr tərəfindən işğal edilmiş 20 faiz Azərbaycan torpağındakı daimi yurdlarından didərgin salınıb.
Bu gün Avropada da yüz minlərlə insan öz doğma yurdlarından didərgin salınıb.
Sonra qeyd etdim ki, insan öz doğulub böyüdüyü mühitdən uzun illər ayrı düşəndə onun ənənələri, milli-mədəni dəyərləri, qeyri-maddi irsinin misilsiz nümunələri tədricən eroziyaya uğrayır, dağılır, məhv olur.
Münaqişələr nəticəsində vətənini, doğma yerlərini itirən insanlar çətin də olsa yaşamaqda davam edirlər. Amma müxtəlif yerlərdə sığınacaq tapmağa məcbur olduqları üçün bir-biriləri ilə daimi təmasları qırılır.
Bu minvalla tədricən ortaq mühitdə, onların daimi sıx ünsiyyətdə yaşaya bilən qeyri-maddi mədəni irs nümunələri də tədricən yoxa çıxır.
Yaşamaq haqqı olan belə inciləri qorumaq isə hər birimizin vəzifəsi, insanlıq borcudur.
İtən, zədələnən sərvətlər onu hansı xalqın yaratmağından asılı olmayaraq hamımızındır, Avropanındır, dünyanındır”.
R.Hüseynov çıxışının sonunda UNESCO-nu münaqişələr nəticəsində zədələnmək, itmək, yox olmaq təhlükəsi ilə üzləşən qeyri-maddi mədəni irs nümunələrinin qeydə alınması, mühafizəsi, bərpası və inkişafı istiqamətində fəaliyyətlərini daha da gücləndirməyə çağırıb.
5-12-2018, 15:53
“The Korea Herald”: Azərbaycan xalçaları valehedici ilmələri və incə naxışları nümayiş etdirir
5-12-2018, 15:51
AŞPA-nın komitə iclasında Azərbaycanda Davamlı İnkişaf Məqsədlərinin həyata keçirilməsi sahəsində görülən işlərdən danışılıb
3-12-2018, 11:29
ATƏT PA-nın fəaliyyəti təkmilləşdirilir
26-11-2018, 12:43
Azərbaycanın Pakistandakı səfirliyi İslamabadda ənənəvi xeyriyyə bazarında iştirak edib
14-11-2018, 13:15
Slovakiyalı qonaqlar Qobustan Qoruğundan xoş təəssüratla ayrılıblar
Dün, 17:47
Cərimə meydançasına aparılan avtomobilə görə xərclər nə zaman QAYTARILIR?
Dün, 17:42
Türkiyə bu ölkəyə F-16 qırıcılarını göndərir
Dün, 17:41
Saleh Məmmədovun Almaniyadakı tikinti layihəsi ilə bağlı yeni iddia
Dün, 17:39
Bu şəxslər 7 min manatadək cərimələnəcək
Dün, 17:36
Əlilliyi olan 2 mindən çox şəxs işlə təmin edildi
Dün, 17:33
AB-dən iranlı hakimlərə sanksiya..
Dün, 17:30
Qarsa yeni baş konsul təyin edildi
Dün, 17:21
Günəşdə güclü alışma baş verib
Dün, 17:18
Sərnişin təyyarəsi zolaqdan çıxdı - Qorxulu anlar
23-07-2026, 16:04
Neft bahalaşmaqda davam edir
23-07-2026, 16:03
Britaniya diplomatlarını İrandan çıxardı
23-07-2026, 15:59
Bakıda 48 yaşlı kişi evində ölü tapıldı
23-07-2026, 15:57
Türkiyədə güclü zəlzələ
23-07-2026, 15:54
Türkiyədə həyat İFLİC OLDU
23-07-2026, 15:49
Nabranda dənizdə batan 17 yaşlı qızın meyiti tapıldı
23-07-2026, 15:47
Peşə təhsili müəssisələrində illik təhsil haqqı: 6500 AZN...
23-07-2026, 15:45
Ermənistan prezidenti xəstəxanaya yerləşdirildi
23-07-2026, 15:41
Bu ərazilərdə qaz olmayacaq
21-07-2026, 15:36
Portuqaliyalı hücumçudan "Qarabağ"a gözlənilməz cavab
21-07-2026, 15:35
3000 erməni bir anda İrana axışdı - Səbəbi bu imiş
21-07-2026, 15:32
Azərbaycanlılar bu ölkədən deport olundu
21-07-2026, 15:30
Rusiyada benzin gizlədənlərin "ovuna başlanıldı"
21-07-2026, 15:28
İş sistemi dəyişir: “Çevik iş rejimi” nə deməkdir?
21-07-2026, 15:18
İrandan Hörmüzlə bağlı xəbərdarlıq
21-07-2026, 15:16
Azərbaycan neftinin qiyməti 94 dollara yaxınlaşır
21-07-2026, 15:14
Cəlilabadda avtomobil aşıb, 4 nəfər xəsarət alıb
21-07-2026, 15:12
Dünya çempionu olan qapıçı "Zirə"yə keçdi
21-07-2026, 15:09
Ərdoğana qarşı sui-qəsd planı... – General açıqladı
20-07-2026, 13:06
Mədəniyyətimizin səssiz qəhrəmanı ağır vəziyyətdə...
20-07-2026, 12:58
Biləcəridə hoteldə meyit tapılıb
20-07-2026, 12:32
İranda 5 dəqiqədə 2 güclü zəlzələ...
20-07-2026, 12:14
Qanun icazə verir, marketlər “olmaz” deyir - Azərbaycanda qalmaqallı qadağa
20-07-2026, 12:11
Özbəkistanın Baş prokuroru Azərbaycanda səfərdədir
20-07-2026, 12:01
Avropaya kəskin istilər gəlir: 50 dərəcəyə çatacaq!
20-07-2026, 12:01
Avropaya kəskin istilər gəlir: 50 dərəcəyə çatacaq!
20-07-2026, 11:30
Neft qiymətləri kəskin dönüş etdi
20-07-2026, 11:29
Bu əməliyyatı da rəqs ilə məşhurlaşan “Dr. Gülü” edibmiş
20-07-2026, 11:26
Bakı və Astaranın bir hissəsində işıq kəsiləcək
18-07-2026, 23:21
Bu ölkə tamamən boşaldılır