MİLLİ MƏCLİSİN SƏDR MÜAVİNİ ADİL ƏLİYEV: “KARANTİN REJİMİNİN TƏLƏBLƏRİNƏ ƏMƏL ETMƏLİYİK”
Koronavirus epidemiyasının müharibədən fərqi yoxdur. Bəziləri hətta hazırki epidemiyanı İkinci Dünya Müharibəsindən sonra bəşəriyyətin üzləşdiyi ən ciddi problem hesab edir. Bu dəyərləndirmə ilə razıyam. Misal üçün ABŞ-da cəmi bir neçə ay ərzində koronavirusdan ölənlərin sayı bu ölkənin Birinci Dünya Müharibəsində ölən vətəndaşlarının sayından çoxdur. Bu, bir daha bəşəriyyəti qəfil haqlayan virusun yayılma miqyasından xəbər verir. Azərbaycan virusla mübarizəyə fevral ayından başladı. Dövlət başçısı İlham Əliyevin və birinci vitse-prezident Mehriban xanım Əliyevanın təlimatıyla zəruri işlər görüldü, ölkəyə virusla mübarizədə zəruri tibbi avadanlıqlar gətirildi, modul tipli xəstəxanaların tikintisinə qərar verildi, maska istehsal edən müəssisələr işə salındı. Dövlət öz üzərinə düşən işləri etməyə çalışdı. Bundan sonrakı mərhələdə vətəndaşlarımız qaydalara riayət etməli idilər. Hamımızdan 3 sadə şərti yerinə yetirmək tələb olunurdu, bu şərtlərə indi də riayət etməliyik: qapalı yerlərdə maska taxmalı, məsafə saxlamalı və gigiyena qaydalarına riayət etməliyik.
Mart və aprel aylarında müəyyən qədər bu qaydalara riayət olundu, ölkədə yoluxma miqyası böyük deyildi. Eyni zamanda, karantin qaydaları da tətbiq edilirdi. Ancaq sərt karantin qaydalarını uzatmaq mümkün deyil, iqtisadiyyat qapalı şəkildə uzun müddət qala bilməzdi. Ona görə də sərt karantin tədbirlərindən sonra yumşalmaya qərar verildi. Bizdən əvvəl digər dövlətlər də eyni qərarı vermişdilər. Başqa alternativ yox idi. Müəssisələr işləməli, ticarət və iaşə mərkəzləri fəaliyyətlərini davam etdirməli idilər. Ancaq elə bu mərhələdə aydın oldu ki, bir qisim vətəndaşımız yumşalmanı epidemiyanın sonu kimi dəyərləndirərək, maska taxmamağa və başqalarıyla məsafə saxlamamağa üstünlük verdilər.Elə bu mərhələdən başlayaraq yoluxanların sayı artdı.
Hazırda vəziyyət göz qabağındadır. Virus, məcazi mənada desək, ayaq tutub yeriyir. Belə olan halda, dövlət vətəndaşını qorumaq məqsədilə yenə karantin qaydalarını sərtləşdirməyə qərar verdi. Ancaq ciddi karantin qaydalarına nəzarət etməyə məsul olan polisimiz hər bir vətəndaşa nəzarət etmək iqtidarında deyil. İnsan özü məsuliyyətli olmalıdır. Təəssüf ki, qapalı məkanlara, o cümlədən avtobus və supermarketlərə maskasız daxil olanların sayı artıb. Həmin vətəndaşlar anlamalıdırlar ki, onlar özləri ilə yanaşı ətrafdakılar üçün də təhlükə mənbəyinə çevriliblər. Sübut olunub ki, xəstəliyi simptomsuz keçirən və virusa yoluxmasından xəbəri olmayan hər hansı vətəndaş ətrafında onlarla, bəlkə də, yüzlərlə insanı yoluxdura bilər, bu isə həmin insanlardan bir qrupunun ölümünə gətirib çıxaracaq. Ancaq hamı qapalı məkanda maska taxsa və məsafəni qorusa virusa yoluxmamız risqi dəfələrlə aşağı enər. Sual olunur: Qaydalara riayət edən vətəndaş niyə məsuliyyətsiz vətəndaşın qurbanına çevrilməli, virusa yoluxmalı və ölümlə savaşmalıdır?
Bu şəraitdə dövlətin karantin tədbirlərinin sərtləşdirməsinin tərəfdarıyam. Aydındır ki, bu tədbirlər virusu tam ortadan qaldırmayacaq. Ancaq, hər halda, sərt karantinin tətbiqi və maarifləndirmə işinin gücləndirilməsi hesabına virusun yoluxma sürətini azalda bilərik.Bunun üçün məsuliyyətli olmalı, bir-birimizi qorumalıyıq! Bunu etməyənləri isə hər yerdə tənbeh etməliyik! Marketlərə, avtobuslara və digər qapalı məkanlara maskasız daxil olan şəxslərə iradımızı bildirməliyik! Belə ağır şəraitdə ictimai qınağın əhəmiyyətini xüsusi vurğlamaq lazımdır! Bilməliyik ki, virusa qarşı peyvənd və dərmanın icadı gələn ilin əvvəlinə və ya ortalarına qədər uzana bilər. Həmin müddətə qədər özümüzü, Azərbaycanımızı və övladlarımızı qorumaq məcburiyyətindəyik!
13-06-2020, 19:27
Adil Əliyev seçicilərin növbəti qəbulunu keçirib
9-06-2020, 16:44
Prezident və xanımı üç modul tipli xəstəxananın açılışında
10-05-2020, 12:12
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva ulu öndər Heydər Əliyevin məzarını ziyarət ediblər
24-04-2020, 20:46
Ramin Bayramlı: Modul tipli xəstəxanaların quraşdırılması ikinci dalğa təhlükəsi ilə bağlıdır
7-04-2020, 20:00
"Tibbi maska istehsalına başlanılması üçün Prezident birbaşa göstəriş verib" - Adil Əliyev
7-04-2020, 19:59
"Prezidentin bu addımları Azərbaycan xalqını sevindirir” - Tahir Kərimli
Dün, 23:05
Ceyranbatanda yanğın: uşaq özünü binadan atdı
Dün, 23:03
Sabah 40 dərəcə isti olacaq
Dün, 23:02
Bu ərazilərdə 3 gün su olmayacaq
Dün, 23:00
Putin İlham Əliyevə zəng etdi
Dün, 22:56
Hasil Abbasov şöbə müdirini işdən çıxardı
Dün, 22:54
Müəllimini güllələyən şagirdə hökm oxundu
Dün, 22:53
Ronaldo serialda rol alacaq
Dün, 22:51
İran Ukraynaya hücuma hazırlaşır
Dün, 22:50
“Qarabağ”dan ayrıldı, bu kluba keçdi
Dün, 22:27
İstirahət mərkəzinin rəhbəri böyük məbləğdə cərimə olundu
27-07-2026, 17:47
Cərimə meydançasına aparılan avtomobilə görə xərclər nə zaman QAYTARILIR?
27-07-2026, 17:42
Türkiyə bu ölkəyə F-16 qırıcılarını göndərir
27-07-2026, 17:41
Saleh Məmmədovun Almaniyadakı tikinti layihəsi ilə bağlı yeni iddia
27-07-2026, 17:39
Bu şəxslər 7 min manatadək cərimələnəcək
27-07-2026, 17:36
Əlilliyi olan 2 mindən çox şəxs işlə təmin edildi
27-07-2026, 17:33
AB-dən iranlı hakimlərə sanksiya..
27-07-2026, 17:30
Qarsa yeni baş konsul təyin edildi
27-07-2026, 17:21
Günəşdə güclü alışma baş verib
27-07-2026, 17:18
Sərnişin təyyarəsi zolaqdan çıxdı - Qorxulu anlar
23-07-2026, 16:04
Neft bahalaşmaqda davam edir
23-07-2026, 16:03
Britaniya diplomatlarını İrandan çıxardı
23-07-2026, 15:59
Bakıda 48 yaşlı kişi evində ölü tapıldı
23-07-2026, 15:57
Türkiyədə güclü zəlzələ
23-07-2026, 15:54
Türkiyədə həyat İFLİC OLDU
23-07-2026, 15:49
Nabranda dənizdə batan 17 yaşlı qızın meyiti tapıldı
23-07-2026, 15:47
Peşə təhsili müəssisələrində illik təhsil haqqı: 6500 AZN...
23-07-2026, 15:45
Ermənistan prezidenti xəstəxanaya yerləşdirildi
23-07-2026, 15:41
Bu ərazilərdə qaz olmayacaq
21-07-2026, 15:36
Portuqaliyalı hücumçudan "Qarabağ"a gözlənilməz cavab
21-07-2026, 15:35
3000 erməni bir anda İrana axışdı - Səbəbi bu imiş
21-07-2026, 15:32
Azərbaycanlılar bu ölkədən deport olundu
21-07-2026, 15:30
Rusiyada benzin gizlədənlərin "ovuna başlanıldı"
21-07-2026, 15:28
İş sistemi dəyişir: “Çevik iş rejimi” nə deməkdir?
21-07-2026, 15:18
İrandan Hörmüzlə bağlı xəbərdarlıq
21-07-2026, 15:16
Azərbaycan neftinin qiyməti 94 dollara yaxınlaşır
21-07-2026, 15:14
Cəlilabadda avtomobil aşıb, 4 nəfər xəsarət alıb
21-07-2026, 15:12
Dünya çempionu olan qapıçı "Zirə"yə keçdi
21-07-2026, 15:09
Ərdoğana qarşı sui-qəsd planı... – General açıqladı
20-07-2026, 13:06
Mədəniyyətimizin səssiz qəhrəmanı ağır vəziyyətdə...