Güllə qoluna, qarnına tuş gəlib, amma bildirməyib - MÜSAHİBƏ
Siyasət
Oxunub: 465
20 Ock 2019 | 13:34
Güllə qoluna, qarnına tuş gəlib, amma bildirməyib - MÜSAHİBƏ
29 il bundan qabaq bu gün...

Azərbaycan xalqının tarixinə Qanlı Yanvar faciəsi kimi yazılan 1990-cı ilin 20 Yanvarı... O gün ki Sovet Ordusu Azərbaycan xalqına qarşı hərbi təcavüz edərək insanlığa qarşı ən ağır cinayətlərdən birini törətdi.

İçərisində körpələr və qadınlar olmaqla, 131 nəfərə yaxın günahsız insan öldürüldü, 600 nəfərdən çoxu isə ağır yaralandı. Bu gün, bəlkə də, o insanların bədənindəki yaralar sağalıb. O gün əzizlərini itirən ailələrin acısı isə dinmək bilmir. Elə şəhid Ələsgər Qayıbovun əzizləri kimi.capar.info 20 Yanvar şəhidi, 1966-cı il təvəllüdlü Ələsgər Qayıbovun bacısı Səmayə xanımla həmsöhbət olub.

Səmayə xanım deyir ki, qardaşını ölümün pəncəsindən xilas edə bilmədiyi üçün bu gün də özünü bağışlaya bilmir:

“Ələsgər 1966-cı il martın 15-də Gürcüstan SSR Qaraçöp mahalının Yormuğanlı kəndində anadan olub. Qardaşım elə bir insan idi ki, onun vaxtsız ölümünü bu gün də ailəmiz qəbul etmir. Çox savadlı, qabiliyyətli oğlan idi mənim qardaşım. Mərd, cəsur kişi əqidəli idi. O hadisələr başlayan ərəfədə Azərbaycan İnşaat Mühəndisləri İnstitutunun ikinci kursunda oxuyurdu.

Universitet illəri ərəfəsində tez-tez bizə qonaq gəlirdi. Mən beş qardaşın bir bacısı olmuşam, o da evimizin sonbeşiyi idi. Hər gələndə ona yalvarırdım ki, imtahanlarını ver, get rayona. Qalma burda. Deyirdi, getmərəm, mən könüllü Qarabağa gedəcəm. O gün elə yoldaşımla çıxmışdılar şəhərə, sonra qayıtdılar evə.

Elə bil ürəyim əsirdi ki, ona nəsə olacaq. Bütün günü gözüm Ələsgəri gəzirdi ki, bircə evə gələydi, gözümün qarşısında olaydı. Birdən qonşulardan səs eşitdim ki, “Xutor” tərəfdə atışma başlayıb...”

Səmayə xanım bu sözləri çox böyük ürək ağrısı ilə deyirdi. Danışdıqca sanki Ələsgərlə olan acı da olsa, son saatlara geri dönürdü. O an Ələsgərin dilindən düşürmədiyi bir cümləni xatırladı. “Mən öləndə də kişi kimi də öləcəm”:

“Dostu “Gənclik” metrostansiyası tərəfdə yaşayırdı, hər gələndə gedirdi onunla görüşməyə. Bu dəfə gedəndə, dedim, getmə, amma sözümü eşitmədi. Atışma başlayıb, bunlar “Gənclik” metrosyansiyasının yaxınlığında olublar. Hamısı uzanıb yerə ki güllə dəyməsin. Sakitlik olan kimi millət hərəsi bir tərəfə qaçıb. Ələsgər dostlarını da götürüb, qaçıb metronun girişindəki yaralı insanları bir-bir daşımağa. Bunlara imkan verməyiblər.

Tank yerdəki insanların üstündən keçirmiş. Beş dostu ilə yaralıları alıb çiyinlərinə, 5 nömrəli xəstəxanaya aparıblar. Dostlarından biri danışırdı ki, yaralı bir qadın vardı, Ələsgər bizi təcili yardım maşınında qoyub qaçdı ki, onu da götürsün. O ərəfədə güllə yarası alıb. Güllə qoluna, qarnına tuş gəlib, amma bildirməyib. Elə yaralı-yaralı xəstəxanaya gəlib. Həkimlər görüb ki, üst-başı qan içindədir. Elə biliblər, yaralıları daşıyanda bulaşıb. Sonra görüblər ki, Ələsgərə güllə dəyib, qolundan, qarnından qan gedir.

Dostu məni görəndə həmişə ağlayır ki, Səmayə bacı, mən bilmədim Ələsgərə güllə dəyib, yoxsa onu tez xəstəxanaya aparardım. Bizə də deməyib. Ələsgər xəstəxanada qan içində yatanda mən də evdə gözüm qapıda qalmışdı ki, qardaşım gecikməzdi, məni narahat qoymazdı, tez gəlsəydi, ürəyim yerinə gələrdi. Qapını qonşu döydü ki, Ələsgəri vurublar”.



Səmayə xanım deyir ki, tək Ələsgərə yox, onun kimi canını, ailəsini geridə qoyub kişi kimi şəhid olan bütün oğulların həsrəti şəhid ailələrinin ürəyini dağlayır. Danışmağa çətinlik çəksə də, özünü topladı. Deyir qonşu deyəndə ki tələbələri öldürürlər, gözlərim qaraldı ki, elə demə, mənim qardaşım da tələbədir:

“Elə bu sözü eşidəndə hiss elədim ki, ayaqlarım tutmadı. Qonşu bir qoluma, yoldaşım bir qoluma girib məni 5 saylı xəstəxanaya apardılar. Xəstəxanada həkimlərə yalvarırdım ki, bir dəfə Ələsgəri görüm. İmkan vermədilər, qardaşımla vidalaşım. Hansı birindən Ələsgərin vəziyyətini soruşurdumsa, deyirdilər, yaxşı olacaq. Birdən həkimlər hamısı tökülüb gəldilər onun palatasına. Onda bildim ki, yalan söhbətdir, Ələsgər bizi qoyub gedir. Hələ anam-atam rayondan gəlib çatmamışdı, Ələsgər ömür boyu dilindən düşürmədiyi şəhidlik zirvəsinin yolunu tutmuşdu”.

“Nişanına hazırlaşırdıq, amma xonçası da cəsədi kimi bükülü qaldı”

“Həmişə deyirdi ki, mən tez öləcəm. Hiss edirəm ki, çox yaşamayacam. Mən öləndə ağlayıb özünüzü öldürməyin. Elə bilirdim, ürəyimi söküb aparırlar. Yalvarırdım ki, belə sözlər demə. Hələ sənin qabaqda nişanın var. Anam onun üçün elə gözəl hazırlıqlar etmişdi. Hər gələndə nişanlısı üçün bahalı hədiyyələr alıb gətirirdi. Amma qismət olmadı. Atam heç xəstəxanaya çatmadı, anam infarkt oldu. Qardaşlarımın beli büküldü. Bu hadisədən sonra valideynlərim Bakıya gələ bilmirdilər. Atam elə dəfn edəndə xiyabana gəldi, elə orda quru torpağa qoyduq, gəldik”.



“Ələsgərin məzarını əllərimlə qazırdım ki, onu çıxarım”

Səmayə xanım deyir ki, Ələsgəri dəfn etdikdən sonra yuxularında onunla söhbət edib:

“O qədər ağlayırdım ki, Ələsgər yuxuma gələndə deyirdi, bacı, ağlama. Elə gerçək idi ki, səhər sübhdən gedib məzarının üstünü əllərimlə qazırdım ki, Ələsgəri çıxarım. Elə bilirdim mən ölmüşəm, qardaşım yox. Məzarın üstünü bağladılar, başdaşını qoydular. Yavaş-yavaş qəbul etməyə məcbur olduq ki, artıq Ələsgər yoxdur. Elə ucaboy, elə yaraşıqlı, qabiliyyətli oğlan idi ki, küçəyə çıxanda hamı ona baxırdı. 29 il keçib o gündən, bu gün də Ələsgərin adı gələndə hamı ondan fəxrlə danışır”.

“Ailə, övlad arzusu ürəyində qaldı”

Səmayə xanım deyir ki, insanlar vəfat edənlərin üzünü, səsini udutduqlarını deyirlər. Mən o cümləni başa düşə bilmirəm. 29 ildir mən Ələsgərin səsi qulağımda, siması gözlərimin önündə yaşayıram:



“Qardaşım olduğu üçün demirəm, amma Ələsgərdən bizə xatirə heç nə qalmadı. Düzdür, o xalqı üçün, vətəni üçün canından keçdi. Amma onun yarım qalan arzuları da ürəyimizə güllə kimi sancıldı. Həmişə deyirdi, ailə quracam, çoxlu uşağım olacaq. Çox oxuyacam, yaxşı işdə çalışacam. Amma həmişə deyirdi, mən tez öləcəm. Elə dediyi kimi oldu.

Bakıda küçələrdən birinə Ələsgər Qayıbov adı verilib. Özü olmasa da, xatirəsinə sahib çıxanlara təşəkkür edirəm. Bütün şəhidlərə Allahdan rəhmət, ailələrinə də səbr diləyirəm”.

Könül Cəfərli
20-01-2019, 13:54
20 yanvar xatirələri: Dostlarım gözümün qarşısında can verdi - VİDEO
20-01-2019, 13:32
İlham Əliyev 20 Yanvar şəhidlərinin xatirəsini yad edib - YENİLƏNİB + FOTO/VİDEO
16-12-2018, 20:18
"Xalqına, bayrağına, şəhidinə xəyanət edənin cəzası nə olmalıdır" - Zaurdan Mübarizə qarşı çıxan xanıma
9-11-2018, 13:17
BMT rəsmisi dünyaya səsləndi:“ABŞ-ın sanksiyaları İran xalqına qarşı müharibədir, əhalinin qorunması üçün...“
7-11-2018, 16:17
Lalə Şövkət ad gününü niyə qeyd etmir? - Oğlu səbəbi açıqladı
31-01-2026, 19:05
"Qurtuluş" Reabilitasiya Mərkəzinin rəhbəri və işçiləri həbs edildi
31-01-2026, 19:02
Tramp digər ölkələri Venesueladan neft almağa dəvət edəcək
31-01-2026, 19:01
“Azərbaycanfilm” ləğv ediləcək?
31-01-2026, 18:58
Rəsulzadənin anadan olmasından 142 il ötür
31-01-2026, 18:56
Süleyman Mikayılovun vəzifədən azad edilmə səbəbi bilindi
31-01-2026, 18:54
ABŞ tarixində ilk dəfə əhali azalması riski ilə üz-üzə
31-01-2026, 18:52
Hacıqabulda palçıq vulkanı püskürdü
31-01-2026, 18:46
DYP sürücülərə müraciət etdi
31-01-2026, 18:44
Azərbaycanda gümüş xatirə sikkələr hazırlanacaq
31-01-2026, 00:19
Bu hallarda media subyektləri məsuliyyət daşıyacaq - Yeni qərar
31-01-2026, 00:11
Bu nazirlikdə CİDDİ NÖQSANLAR aşkarlandı - RƏSMİ
31-01-2026, 00:05
Dövlət teatrlarında vakant yerlərə direktor təyinatları olacaq
30-01-2026, 23:49
İlham Əliyev bu gəncləri mükafatlandırdı - SİYAHI
30-01-2026, 23:40
Tarix və memarlıq abidələri haqqında məlumatlar rəqəmsallaşdırılacaq
30-01-2026, 23:35
“Azərbaycanfilm” ləğv ediləcək?
30-01-2026, 23:30
QHT-lərə Dövlət Dəstəyi Agentliyi media təşkilatı adı ilə “piy” əridir - dövlət büdcəsi özəl maraqlar üçün xərclənir +FOTOFAKT
29-01-2026, 13:10
Zelenski Putinə birbaşa görüş təklif etdi
29-01-2026, 13:06
Xaqani Şirvaninin 900 illik yubileyi qeyd ediləcək – SƏRƏNCAM
29-01-2026, 13:02
“Hadi İnşaat” MMC-nin icra başçıları ilə tender oyunu
29-01-2026, 12:51
Elektron formada sübut hesab olunacaq məlumatlar müəyyənləşir
29-01-2026, 12:48
Ödənilməyən cərimə məhkumun maaşından tutulacaq
28-01-2026, 18:23
“Media haqqında” Qanuna dəyişiklik edilir
28-01-2026, 18:21
Hər uşağa veriləcək minimum məbləğ məlum oldu
28-01-2026, 18:19
Rusiyada məhkəmə Hüseyn Həsənovla bağlı qərar verdi
28-01-2026, 18:16
Bu məlumatlar ayın 15-dək təqdim ediləcək
28-01-2026, 18:13
“Zəfər” ordenli generala yüksək vəzifə verildi
28-01-2026, 18:10
Bu deputatlara vəzifə veriləcək
26-01-2026, 21:32
“JEK pulu” qanunsuzdur – İZAH
26-01-2026, 21:27
Təhsil sistemində ixtisas paradoksu:Mühasibdən paytaxt təhsilinin idarəçisinə aparan yol
26-01-2026, 21:01
İcra başçısı iki müdiri işdən çıxardı, baş mühasibə yeni vəzifə verdi
26-01-2026, 20:45
Generalın oğlu keçmiş sevgilisini təhdid edir?
26-01-2026, 20:40
Prezident dövlət qulluğuna dair bəzi məsələləri təsdiqlədi
26-01-2026, 20:33
Azərbaycanda elektron siqaret qadağan olundu
26-01-2026, 20:33
Azərbaycanda elektron siqaret qadağan olundu
26-01-2026, 20:24
Dürüst olmayan məlumatlara görə cərimələr təsdiqləndi
23-01-2026, 19:29
Sahibkarlar daha 1 il yoxlamalardan azad ola bilər
23-01-2026, 19:26
Dövlət maliyyəsi üzrə sənəd dövriyyəsi elektronlaşdırılır
23-01-2026, 19:23
Səfər Əbiyevin oğlu Roman Əbiyevin restoranında borc qalmaqalı
23-01-2026, 19:21
10 manatlıq şirkətə 795 min manat köçürüldü