Mədəni sənayelərə fiziki qüsurlu insanların cəlb olunması prioritet məsələlərdəndir - Nazir
Milli Xalça Muzeyində martın 15-də Azərbaycan Mədəniyyət Nazirliyi və "British Council"ın (Britaniya Şurası) birgə təşkilatçılığı ilə 23-26 fevral tarixində keçirilmiş “Muzeylərdə müyəssərlik və inklüzivlik” mövzusunda onlayn treninqin iştirakçılarına sertifikatların və “Şekspir xalçalarda” adlı müsabiqənin qaliblərinin eskizləri əsasında toxunan xalçaların təqdimat mərasimi baş tutub.Mədəniyyət Nazirliyindən verilən məlumata görə, Milli Xalça Muzeyinin direktoru Şirin Məlikova bildirdi ki, müasir dövrdə hər bir muzey üçün ən önəmli məsələlərdən biri milli irs nümunələri kolleksiyaları haqqında məlumatların hamı üçün əlçatan olması, inklüziv mühitin yaradılmasıdır: “Xalça Muzeyi inklüzivliyi diqqət mərkəzində saxlayır. Bakıda və regionlarda fəaliyyət göstərən muzey və qoruqların əməkdaşlarının iştirakı ilə keçirilən “Muzeylərdə müyəssərlik və inklüzivlik” mövzusunda onlayn treninq bu mənada əhəmiyyətli layihədir”.
Mərasimdə çıxış edən Mədəniyyət naziri Anar Kərimov Azərbaycan və Böyük Britaniyanın uzun illərdir bir çox sahələrdə əməkdaşlıq etdiyini diqqətə çatdırıb. Böyük Britaniyanın xarici ölkələrlə elmi-mədəni əlaqələrini təşkil edən əsas təşkilat olan “British Council”ın Azərbaycanda da aktiv fəaliyyət göstərdiyini söyləyən nazir Mədəniyyət Nazirliyi və bu qurumun bir çox layihələrdə birgə əməkdaşlıq etdiyini, “Muzeylərdə müyəssərlik və inklüzivlik” mövzusunda treninqin də bu əməkdaşlığın daha bir göstəricisi olduğunu vurğuladı.
Anar Kərimov bildirdi ki, Azərbaycan müasir dövlət və rifahlı cəmiyyət quruculuğu yolunda mühüm tarixi nailiyyətlər əldə edib, sosial dövlət statusunu daim gücləndirib, hər bir vətəndaşının, o cümlədən əlilliyi olan vətəndaşlarının sosial rifah halının yaxşılaşdırılmasını təmin etmək məqsədilə davamlı iş aparılır: “Ölkəmizdə təhsil və mədəniyyət sahəsi inklüzivlik üzrə ilk sıralarda qərarlaşıb. Mədəni sənayelərə fiziki qüsurlu insanların cəlb olunması qarşıda duran prioritet məsələlərdəndir. Bu məsələlərdə biz gələcəkdə də “British Council”ın təcrübəsindən faydalanacağıq. Azərbaycan muzeylərində dünya praktikasına əsaslanaraq fiziki məhdudiyyətli insanların rahat və maneəsiz hərəkəti, eksponatlar haqqında məlumatları əldə edə bilmələri üçün bir çox inklüziv layihələr müvəffəqiyyətlə həyata keçirilib”.
Layihəyə dəstək olan təşkilatlara minnətdarlığını bildirən nazir “British Council”, Milli Xalça Muzeyi və Azərbaycan Rəssamlıq Akademiyasının birgə təşkilatçılığı ilə 2016-cı ildə Vilyam Şekspirin anadan olmasının 450 illiyinə həsr edilmiş “Şekspir xalçalarda” adlı müsabiqənin qaliblərinin eskizləri əsasında toxunan xalçaların Xalça Muzeyinə hədiyyə edilməsini iki ölkə arasında mədəni əməkdaşlığın daha da inkişafına töhfə verən hadisə kimi dəyərləndirdi.
Böyük Britaniyanın Bakıdakı səfiri Ceyms Şarp çıxışı zamanı bildirdi ki, mədəniyyətin qorunub saxlanılması və təbliğində əməkdaşlıq önəm kəsb edir. O, ötən ay Azərbaycanda səfərdə olan ölkəsinin Avropa qonşuluğu və Amerika bölgəsi üzrə dövlət naziri Vendi Mortonun İçərişəhəri və Heydər Əliyev Mərkəzini ziyarət etdiyini diqqətə çatdırdı. Bildirdi ki, səfirlik mütəmadi olaraq “British Council” vasitəsilə Azərbaycandakı mədəni layihələrə dəstək olur.
“British Council”ın Azərbaycandakı nümayəndəliyinin rəhbəri Samr Şah çıxışında təşkilatın əsas missiyasının insanları bir araya gətirərək mədəniyyətləri yaxınlaşdırmaqdan ibarət olduğunu bildirdi. Dedi ki, əlliliyi olan şəxslərə diqqət göstərilməsi, mədəni irsin təbliği də bu fəaliyyətin əsas istiqamətlərindən biridir.
Çıxışlardan sonra “Muzeylərdə müyəssərlik və inklüzivlik” mövzusunda onlayn treninqin məhdud sayda iştirakçılarına sertifikatlar təqdim edildi.
Daha sonra “Şekspir xalçalarda” müsabiqəsi qaliblərinin eskizləri əsasında toxunan üç xalça Samr Şah tərəfindən Milli Xalça Muzeyinə təqdim olundu.
Tədbir iştirakçıları Mədəniyyət Nazirliyi tərəfindən 2020-ci ildə İtaliyanın Sartirano yarmarkasından alınaraq Milli Xalça Muzeyinə hədiyyə edilən və ekspozisiyada nümayiş olunan xalçalara baxış keçirdilər.
Sonda qonaqlar Xalq rəssamı Arif Hüseynovun “Novruz naxışları” adlı sərgisi ilə tanış oldular.
22-02-2021, 10:26
İtaliyalı memarlar Zəfər muzeyinin hazırlanması işlərinə cəlb olunub
29-12-2020, 10:25
İlk növbədə işğaldan azad olunmuş ərazilərdəki təhsil ehtiyacları müəyyənləşdirilməlidir - Nazir müavini
19-12-2018, 14:54
Bu il Xalça Muzeyinin fəaliyyəti bir sıra nailiyyətlərlə yadda qalıb
15-12-2018, 14:36
İlham Əliyev Tahir Salahovun yubileyinə həsr edilən sərgi ilə tanış olub
9-12-2018, 13:56
Mahnı Teatrında “Rəqs Kaleydoskopu” adlı beynəlxalq müsabiqənin qalibləri mükafatlandırılacaq
5-12-2018, 15:52
“Müasir Azərbaycan” mövzusunda rəsm müsabiqəsinin qalibləri mükafatlandırılıb
15-06-2026, 18:24
Trampdan İrana sərt xəbərdarlıq: Ya razılaşma, ya da zərbələr
15-06-2026, 18:21
Lukaşenko və Vladimir Putin yaxın vaxtlarda görüşəcək
15-06-2026, 18:16
Rusiyanın Xarkova hücumu nəticəsində 5 xilasedici ölüb, yaralananlar var
15-06-2026, 18:13
Bu şəxslər hərbi xidmətə çağırışdan azad olunacaq - SİYAHI
15-06-2026, 18:05
Putinə görüş təklif edib
15-06-2026, 17:59
Almaniya ümid edir ki, İlham Əliyev bu il Berlinə gələcək – Səfir
15-06-2026, 11:52
Köçəryan ölkədən qaçmaq istədi
15-06-2026, 11:20
Şimali Koreya nüvə silahından imtina etməyəcək
15-06-2026, 11:12
2 min il əvvəl itən əfsanəvi qızılı parça yenidən yaradıldı
15-06-2026, 11:04
Azərbaycandan tranzit keçməklə Ermənistana buğda göndəriləcək
13-06-2026, 11:22
6 gün leysan olacaq - XƏBƏRDARLIQ
13-06-2026, 11:19
Azərbaycanın bu rayonlarında zəlzələ oldu (YENİLƏNİB)
13-06-2026, 11:12
Azərbaycanın bütün məktəblərində "Son zəng" çalınır
13-06-2026, 10:59
Azərbaycanda yeni cərimələr müəyyənləşir - 50 min manatadək
13-06-2026, 10:37
Rusiyada boru kəmərində baş verən partlayışda üç nəfər ölüb
13-06-2026, 10:35
Şuşada bu işləri görmək qadağan edilir
13-06-2026, 10:31
Masallıdan nazirə məktub: Əmriniz əleyhimizə çevrilib - BU NƏDİ BELƏ?
13-06-2026, 10:29
Səhhəti pisləşdi, konsertləri təxirə salındı
13-06-2026, 10:27
Azərbaycanda aeroportların idarə edilməsi dəyişir - FƏRMAN
31-01-2026, 19:05
"Qurtuluş" Reabilitasiya Mərkəzinin rəhbəri və işçiləri həbs edildi
31-01-2026, 19:02
Tramp digər ölkələri Venesueladan neft almağa dəvət edəcək
31-01-2026, 19:01
“Azərbaycanfilm” ləğv ediləcək?
31-01-2026, 18:58
Rəsulzadənin anadan olmasından 142 il ötür
31-01-2026, 18:56
Süleyman Mikayılovun vəzifədən azad edilmə səbəbi bilindi
31-01-2026, 18:54
ABŞ tarixində ilk dəfə əhali azalması riski ilə üz-üzə
31-01-2026, 18:52
Hacıqabulda palçıq vulkanı püskürdü
31-01-2026, 18:46
DYP sürücülərə müraciət etdi
31-01-2026, 18:44
Azərbaycanda gümüş xatirə sikkələr hazırlanacaq
31-01-2026, 00:19
Bu hallarda media subyektləri məsuliyyət daşıyacaq - Yeni qərar
31-01-2026, 00:11
Bu nazirlikdə CİDDİ NÖQSANLAR aşkarlandı - RƏSMİ
31-01-2026, 00:05
Dövlət teatrlarında vakant yerlərə direktor təyinatları olacaq
30-01-2026, 23:49
İlham Əliyev bu gəncləri mükafatlandırdı - SİYAHI
30-01-2026, 23:40
Tarix və memarlıq abidələri haqqında məlumatlar rəqəmsallaşdırılacaq
30-01-2026, 23:35
“Azərbaycanfilm” ləğv ediləcək?
30-01-2026, 23:30
QHT-lərə Dövlət Dəstəyi Agentliyi media təşkilatı adı ilə “piy” əridir - dövlət büdcəsi özəl maraqlar üçün xərclənir +FOTOFAKT
29-01-2026, 13:10
Zelenski Putinə birbaşa görüş təklif etdi
29-01-2026, 13:06
Xaqani Şirvaninin 900 illik yubileyi qeyd ediləcək – SƏRƏNCAM
29-01-2026, 13:02
“Hadi İnşaat” MMC-nin icra başçıları ilə tender oyunu
29-01-2026, 12:51
Elektron formada sübut hesab olunacaq məlumatlar müəyyənləşir