Bu il Xalça Muzeyinin fəaliyyəti bir sıra nailiyyətlərlə yadda qalıb
Şou-biznes
Oxunub: 523
19 Ara 2018 | 14:54
Bu il Xalça Muzeyinin fəaliyyəti bir sıra nailiyyətlərlə yadda qalıbAzərbaycan Xalça Muzeyinin fəaliyyəti bu il bir sıra yeniliklərlə və nailiyyətlərlə yadda qalıb.

Xalça Muzeyindən AZƏRTAC-a bildirilib ki, il ərzində muzeyin kolleksiyaları yenilənib, ziyarətçilərin sayı artıb və beynəlxalq səviyyəli tədbirlər, sərgilər, treninqlər keçirilib. Əgər iki il bundan əvvəl Azərbaycan Xalça Muzeyini 60 minə yaxın insan ziyarət etmişdisə, ötən il bu göstərici 85 min nəfərdən çox, bu il isə 110 minə çatıb.

Muzeyin fondu, onun bütün kolleksiyaları daim artır. Bu il Heydər Əliyev Fondu muzeyin ən qiymətli eksponatlarına çevrilmiş XVII əsrin nadir xalçaları olan “Xətai” (Əjdahalı), “Naxçıvan” və italiyalı kolleksioner Mirko Kattai XIX əsrə aid Qubanın möhtəşəm “Hacıqayıb” xalçasını muzeyə hədiyyə edib. Bundan əlavə, xaricdən vətənə qaytarılan iki xalça - XIX əsrə aid Quba qrupuna aid “Sırt-Çiçi” və Bakı qrupuna aid “Xilə-buta” satın alınaraq muzeyin kolleksiyasına daxil edilib.

Muzey tərəfindən həm ölkəmizdə, həm də xaricdə - müstəqil olaraq və müxtəlif yerli və xarici təşkilatlarla əməkdaşlıq çərçivəsində bir sıra sərgilər təşkil olunub. Bunlar sırasında muzey keçirilən sərgilər - Bakı xalçalarının yeni çeşniləri, Tahir Salahovun portret xalçaları, qədim kəlağayılar və s. eləcə də xarici sərgi layihələri - Vyanada “Uçan xalça”, Moskvada “Yeddi gözəl”, Çində keçirilən Çinqay Beynəlxalq Xalça sərgisində muzeyin iştirakı və bir sıra digər sərgilər var.

Azərbaycan Xalça Muzeyi Topkapı Sarayı Muzeyi, Türk və İslam Əsərləri Muzeyi, Rusiya Dövlət Şərq Xalqları İncəsənəti Muzeyi və Rusiya Etnoqrafiya Muzeyi kimi xarici muzeylərlə işgüzar əməkdaşlığı genişləndirib. Muzeyin əməkdaşları Hindistan, Gürcüstan, ABŞ və Çində keçirilən elmi konfranslarda iştirak ediblər.

Bu il Xalça Muzeyində iki böyük beynəlxalq tədbir keçirilib. Onlardan biri Beynəlxalq Muzeylər Şurasının (ICOM) iki beynəlxalq komitəsinin “Dekorativ sənət və interyer” adlı konfransı, digəri isə “Keçə sənətində kəsişmə nöqtələri” mövzusunda III Beynəlxalq “Türk dünyasının ortaq dili–naxışlar” simpoziumu idi. Simpozium çərçivəsində elmi konfrans, ustad dərsləri, moda nümayişi, ənənəvi və müasir keçə məmulatlarından ibarət sərgilər, muzeyin kolleksiyasından tikmə haqqında kitabın təqdimatı keçirilib. Tədbirə 22 ölkədən 80-dən artıq iştirakçı qatılıb.

Ötən illərdə olduğu kimi, bu ildə də muzey işinin müxtəlif sahələrində peşəkarlar üçün xarici mütəxəssislər tərəfindən treninqlər və arzu edən hər kəs üçün ödənişsiz mühazirələr keçirilib. Həmçinin müvafiq ixtisas üzrə təhsil alan tələbələr üçün könüllü proqramı və muzey təcrübəsi də uğurla davam etdirilib. Muzey kiçik ziyarətçiləri də unutmayıb: onlar üçün yeni ekskursiya və ustad dərslərindən ibarət “Art şənbə” layihəsi hazırlayıb, həmçinin proqramları muzey kolleksiyalarının öyrənilməsinə əsaslanan kvestlər (komanda yarışları) təşkil edib.

Muzeyin fəaliyyəti yalnız ziyarətçilər tərəfindən deyil, həmçinin beynəlxalq muzey təşkilatları tərəfindən də yüksək qiymətləndirilib. Bu il Azərbaycan Xalça Muzeyi Beynəlxalq Muzeylər Şurasının (ICOM) Beynəlxalq Sənədləşmə Komitəsi (CIDOC) tərəfindən qeyri-maddi mədəni irs məlumat bazası üzrə ən yaxşı təcrübəyə layiq görülüb. Muzey, həmçinin Avropa Muzey Forumu tərəfindən “Avropanın ən yaxşı muzeyi 2018” mükafatına namizədlər arasında idi. O, burada “Muzey sahəsində ictimaiyyətlə işin qurulmasında innovasiyaların tətbiqinə görə” sertifikatı ilə təltif olunub. İki il ardıcıl olaraq, muzey dünyanın ən yaxşı muzeyi kimi “TripAdvisor”un “Mükəmməllik sertifikatı”na layiq görülüb.
16-12-2018, 13:29
“Türk-İslam əxlaq fəlsəfəsinin qurucu memarları: Türküstandan Anadoluya irfan məktəbinin alimləri” II Beynəlxalq konfransı keçirilib
15-12-2018, 14:36
İlham Əliyev Tahir Salahovun yubileyinə həsr edilən sərgi ilə tanış olub
14-12-2018, 12:13
Gənclər Fondu sosial müdafiəyə xüsusi ehtiyacı olan 237 tələbənin təhsil xərclərini ödəyəcək
5-12-2018, 15:53
“The Korea Herald”: Azərbaycan xalçaları valehedici ilmələri və incə naxışları nümayiş etdirir
5-11-2018, 18:32
Təhsil naziri: "Azərbaycanda 6 minə yaxın xarici tələbə təhsil alır"
Dün, 17:47
Cərimə meydançasına aparılan avtomobilə görə xərclər nə zaman QAYTARILIR?
Dün, 17:42
Türkiyə bu ölkəyə F-16 qırıcılarını göndərir
Dün, 17:41
Saleh Məmmədovun Almaniyadakı tikinti layihəsi ilə bağlı yeni iddia
Dün, 17:39
Bu şəxslər 7 min manatadək cərimələnəcək
Dün, 17:36
Əlilliyi olan 2 mindən çox şəxs işlə təmin edildi
Dün, 17:33
AB-dən iranlı hakimlərə sanksiya..
Dün, 17:30
Qarsa yeni baş konsul təyin edildi
Dün, 17:21
Günəşdə güclü alışma baş verib
Dün, 17:18
Sərnişin təyyarəsi zolaqdan çıxdı - Qorxulu anlar
23-07-2026, 16:04
Neft bahalaşmaqda davam edir
23-07-2026, 16:03
Britaniya diplomatlarını İrandan çıxardı
23-07-2026, 15:59
Bakıda 48 yaşlı kişi evində ölü tapıldı
23-07-2026, 15:57
Türkiyədə güclü zəlzələ
23-07-2026, 15:54
Türkiyədə həyat İFLİC OLDU
23-07-2026, 15:49
Nabranda dənizdə batan 17 yaşlı qızın meyiti tapıldı
23-07-2026, 15:47
Peşə təhsili müəssisələrində illik təhsil haqqı: 6500 AZN...
23-07-2026, 15:45
Ermənistan prezidenti xəstəxanaya yerləşdirildi
23-07-2026, 15:41
Bu ərazilərdə qaz olmayacaq
21-07-2026, 15:36
Portuqaliyalı hücumçudan "Qarabağ"a gözlənilməz cavab
21-07-2026, 15:35
3000 erməni bir anda İrana axışdı - Səbəbi bu imiş
21-07-2026, 15:32
Azərbaycanlılar bu ölkədən deport olundu
21-07-2026, 15:30
Rusiyada benzin gizlədənlərin "ovuna başlanıldı"
21-07-2026, 15:28
İş sistemi dəyişir: “Çevik iş rejimi” nə deməkdir?
21-07-2026, 15:18
İrandan Hörmüzlə bağlı xəbərdarlıq
21-07-2026, 15:16
Azərbaycan neftinin qiyməti 94 dollara yaxınlaşır
21-07-2026, 15:14
Cəlilabadda avtomobil aşıb, 4 nəfər xəsarət alıb
21-07-2026, 15:12
Dünya çempionu olan qapıçı "Zirə"yə keçdi
21-07-2026, 15:09
Ərdoğana qarşı sui-qəsd planı... – General açıqladı
20-07-2026, 13:06
Mədəniyyətimizin səssiz qəhrəmanı ağır vəziyyətdə...
20-07-2026, 12:58
Biləcəridə hoteldə meyit tapılıb
20-07-2026, 12:32
İranda 5 dəqiqədə 2 güclü zəlzələ...
20-07-2026, 12:14
Qanun icazə verir, marketlər “olmaz” deyir - Azərbaycanda qalmaqallı qadağa
20-07-2026, 12:11
Özbəkistanın Baş prokuroru Azərbaycanda səfərdədir
20-07-2026, 12:01
Avropaya kəskin istilər gəlir: 50 dərəcəyə çatacaq!
20-07-2026, 12:01
Avropaya kəskin istilər gəlir: 50 dərəcəyə çatacaq!
20-07-2026, 11:30
Neft qiymətləri kəskin dönüş etdi
20-07-2026, 11:29
Bu əməliyyatı da rəqs ilə məşhurlaşan “Dr. Gülü” edibmiş
20-07-2026, 11:26
Bakı və Astaranın bir hissəsində işıq kəsiləcək
18-07-2026, 23:21
Bu ölkə tamamən boşaldılır