Dünyada bu gün
Maraqlı
Oxunub: 258
23 Kas 2020 | 10:03
Dünyada bu gün ƏLİ ŞƏRİƏTİ

(1933-1977)

İranlı ilahiyyatçı, sosioloq və tarixçi Əli Şəriəti Məzinani 23 noyabr 1933-cü ildə İranın Xorasan əyalətinin Kahək qəsəbəsində dünyaya gəlib. Pedaqoji məktəbdə, Məşhəd Ədəbiyyat İnstitutunda və Parisin Sorbonna Universitetində təhsil alıb. Orta məktəbdə müəllimlik edib, tələbələrin ədəbi məclisinə sədrlik edib. 16 yaşından siyasətə atılıb. 1960-cı illərin ikinci yarısından başlayaraq bir sıra ərəb ölkələrində baş verən inqilab və çevrilişlərin ideoloji bazasını məhz onun “Sol İslam” nəzəriyyəsi təşkil edib. Dəfələrlə həbs olunub. 1970-ci illərdən başlayaraq gücə qarşı “İslam terroru” anlayışını ortaya atıb. İngiltərəyə sürgün olunduqdan sonra 1977-ci il iyunun 18-də Sauthemptondakı evində ölü tapılıb. Rəsmi açıqlamada onun ürək tutmasından vəfat etdiyi elan olunub.

AQŞİN BABAYEV

(1936-2020)

Azərbaycanın əməkdar jurnalisti, yazıçı-dramaturq, şair-tərcüməçi, pedaqoq və ictimai xadim Aqşin Əlisəttar oğlu Babayev 1936-cı il noyabrın 23-də Bakıda anadan olub. Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsində təhsil alıb. 32 il Azərbaycan radiosunda çalışıb. Türkiyə, ərəb ölkələri, İrana və cənubi Azərbaycana verilişlər hazırlayan redaksiyaların baş redaktoru, Milli Məclisdə mətbuat katibi, Azərbaycan Mədəniyyət və İncəsənət Universitetində kafedra müdiri vəzifələrində işləyib. 30-dan artıq kitabın müəllifidir. Bir sıra əsərləri ölkə teatrlarında tamaşaya qoyulub. Yusif Məmmədəliyev, Həsən bəy Zərdabi, "Humay" və "Qızıl Qələm" mükafatlarına, "Əmək rəşadətinə görə" medalına və II dərəcəli Dövlət müşaviri rütbəsinə layiq görülüb. Aqşin Babayev 10 iyun 2020-ci ildə Bakıda dünyasını dəyişib.

VAHİD ƏZİZ

(1945)

Azərbaycanın xalq şairi, tərcüməçi Vahid Əziz oğlu Cəfərov 1945-ci ilin bu günü Dərələyəz mahalının Əzizbəyov rayonunun Əzizbəyov kəndində qulluqçu ailəsində anadan olub. Ailəsi Azərbaycanın Tərtər rayonuna köçdüyündən, orta məktəbi orada bitirib. Azərbaycan Politexnik İnstitutunda təhsil alıb. Əmək fəaliyyətinə Əli Bayramlı şəhərində “Şirvanneft” trestində başlayıb. "Xəbər Mətbuat Agentliyi"ndə müxbir, Bakı şəhər Partiya Komitəsində təbliğat və təşviqat şöbəsində təlimatçı, Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsində təlimatçı, mətbuat bölməsinin müdiri, Azərbaycan Dövlət Mətbuat Komitəsində sədr müavini vəzifələrində çalışıb. Azərbaycan Yazıçılar Birliyi idarə heyətinin katibi, Bakı Şəhər İcra hakimiyyətinin Reklam və şəhər tərtibatı Departamentində bölmə müdiri olub. Bədii yaradıcılığa 1967-ci ildə "Ədəbiyyat və incəsənət" qəzetində çıxan ilk şeirindən sonra başlayıb. Bir çox əsərlərin müəllifidir. Bədii tərcümə ilə də məşğul olan şairin sözlərinə bəstələnmiş mahnılardan ibarət disk buraxılıb. Vahid Əziz 24 may 2019-cu ildə Azərbaycanın xalq şairi fəxri adına layiq görülüb.

NATİQ ƏLİYEV

(1947-2017)

Azərbaycanın görkəmli dövlət xadimi Natiq Ağaəmi oğlu Əliyev 23 noyabr 1947-ci ildə Bakı şəhərində anadan olub. Azərbaycan Neft və Kimya İnstitutunun dağ geoloqu ixtisası üzrə təhsil alıb. "Xəzərdənizneftqazsənaye" Ümumittifaq İstehsalat Birliyinin "Azərdənizneftkəşfiyyat" trestində, kompleks dəniz geoloji-kəşfiyyat konturunda çalışıb. 1979-cu ildə "Xəzərdənizneftqazsənaye" Ümumittifaq İstehsalat Birliyinin kompleks dəniz geoloji-kəşfiyyat konturunda geologiya şöbəsinin rəisi, 1984-cü ildən Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin aparatında neft və kimya şöbəsində təlimatçı, daha sonra isə sosial-iqtisadi inkişaf şöbəsinin bölmə müdiri vəzifəsində çalışıb. 1993-cü il avqustun 9-da Azərbaycan Dövlət Neft Şirkətinin prezidenti, 2005-ci il dekabrın 9-da Sənaye və energetika naziri, 22 oktyabr 2013-cü ildə Energetika naziri vəzifəsinə təyin olunub. Azərbaycan neft və qaz sənayesinin inkişafındakı xidmətlərinə görə "Şöhrət" ordeni ilə təltif edilib. Natiq Əliyev 2017-ci il iyunun 8-də İstanbulda vəfat edib və Bakıdakı II Fəxri Xiyabanda dəfn olunub.

SÜLEYMAN STALSKİ

(1869-1937)

XX əsr Dağıstan ədəbiyyatının ən məşhur nümayəndələrindən biri, aşıq-şair Süleyman Stalskinin anım günüdür. O, 1869-cu il mayın 18-də Dağıstanın Kürə vilayətinin Aşağı Stal kəndində yoxsul kəndli ailəsində anadan olub. Uşaq yaşlarında yetim qaldığından, uzun illər çörək qazanmaq üçün qürbətdə - Bakıda neft mədənlərində, Səmərqənddə dəmir yolunda işləyib. Şeir yazmağa orta yaşlarında başlayıb. İlk dəfə “Bülbül” şerini 1900-cü ildə yazıb. Azərbaycan və ləzgi dillərində yazdığı şeirləri qəzetlərdə çap olunub, 1927-ci ildə şeirləri Moskvada nəşr olunan “Ləzgi şairlərinin seçilmiş əsərləri” kitabına daxil edilib. İlk kitabı olan “Seçilmiş əsərləri” 1934-cü ildə çıxıb. Bundan sonra Dağıstanın xalq şairi adına və “Lenin” ordeninə layiq görülüb. Süleyman Stalski 23 noyabr 1937-ci ildə vəfat edib. 1957-ci ildə “Bakı” kinostudiyasında Rza Təhmasib və Mikayıl Mikayılovun çəkdikləri "Mahnı belə yaranır" filmi Süleyman Stalskinin həyat və yaradıcılığından bəhs edir.

ÜZEYİR HACIBƏYLİ

(1885-1948)

Azərbaycan peşəkar musiqi sənətinin, Şərqdə və Azərbaycanda ilk operanın banisi, SSRİ və Azərbaycanın xalq artisti, əməkdar incəsənət xadimi, bəstəkar, publisist, dramaturq, pedaqoq, ictimai xadim, akademik Üzeyir bəy Əbdülhüseyn oğlu Hacıbəylinin xatirə günüdür. O, 18 sentyabr 1885-ci ildə Ağcabədidə Əbdülhüseyn bəy və Şirinbəyim xanım Hacıbəyovların ailəsində doğulub. Ailədə üç qardaş və iki bacı olublar. Üzeyirdən başqa ailənin bütün uşaqları Şuşada anadan olub. Atası Xurşidbanu Natəvanın şəxsi mirzəsi olmaqla yanaşı, həm də xan qızının Ağcabədidəki təsərrüfatına rəhbərlik edib. Qori Müəllimlər Seminariyasında və Moskva Filarmoniya Cəmiyyəti nəzdində Aleksandr İlyinskinin xüsusi musiqi kursunda təhsil alıb. Müxtəlif illərdə məktəblərdə rus dili, hesab, tarix və musiqidən dərs deyib, qəzetlərdə tərcüməçi və redaktor olub, jurnallarda çoxlu məqalə, felyeton və satirik miniatürlər dərc etdirib. 22 yaşında bəstələdiyi “Leyli və Məcnun” operası təkcə Azərbaycanda deyil, bütün Şərqdə əlamətdar hadisə olub. Bundan sonra “Əsli və Kərəm”, “Şah Abbas və Xurşidbanu” muğam-operalarını yaradıb. Yaradıcılığının zirvəsi sayılan “Koroğlu” operası, eləcə də “Arşın mal alan”, “O olmasın, bu olsun” musiqili komediyaları dünyanın bir çox ölkələrinin opera teatrlarının səhnələrində də uğurla oynanılıb. Dahi sənətkar 1938-ci ildən ömrünün sonunadək Azərbaycan Konservatoriyasına və Bəstəkarlar İttifaqına rəhbərlik edib, istedadlı bəstəkar nəslinin yetişməsində əvəzsiz rol oynayıb. 1945-1948-ci illərdə Azərbaycan EA-nın İncəsənət İnstitutunun direktoru olub. Stalin mükafatı, "Lenin" və "Qırmızı Əmək Bayrağı" ordenləri ilə təltif edilib. Üzeyir Hacıbəyli 1948-ci ilin noyabrında vəfat edib və I Fəxri Xiyabanda dəfn olunub.

LEYLA BƏDİRBƏYLİ

(1920-1999)

Azərbaycanın xalq artisti Leyla Ağalar qızı Bədirbəyli də bu gün xatırlanır. O, 8 yanvar 1920-ci ildə Bakıda dünyaya göz açıb. 1937-42-ci illərdə Azərbaycan Dövlət Filarmoniyası mahnı və rəqs ansamblının solisti olub. Sonra Azərbaycan Dram Teatrına dəvət edilib. Bir çox tamaşalarda və filmlərdə yaddaqalan obrazlar yaradıb. 1975-ci ildən kinostudiyada çalışıb. “Arşın mal alan” filmində Gülçöhrə, “Fətəli xan”da Tutibikə, “Onun böyük ürəyi” filmində Xalidə, “Dəli Kür”də Zərnigar və başqa rolları tamaşaçılar tərəfindən rəğbətlə qarşılanıb. Leyla Bədirbəyli 1999-cu il noyabrın 23-də vəfat edib və Bakıdakı Fəxri Xiyabanda dəfn olunub.

RAFİQ TAĞI

(1950-2011)

Yazıçı-filosof və həkim-kardioloq Rafiq Tağının anım günüdür. Rafiq Nəzir oğlu Tağıyev 1950-ci il avqustun 5-də Masallı rayonunun Xoşçobanlı kəndində anadan olub. Masallı rayonu Təklə kənd orta məktəbində, Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakültəsində və Moskva Tibb İnstitutunun daxili xəstəliklər üzrə klinik ordinaturasında təhsil alıb. Müxtəlif illərdə Moskvada 23 saylı Şəhər Klinik Xəstəxanasında, Moskva Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasında, Sabirabad rayonu Yolçubəyli kənd ambulatoriyasının, Masallı rayonu Həsənli kənd xəstəxanasının baş həkimi, Rusiyanın Kalinin vilayətinin Konakovo şəhər poliklinikasında sahə terapevti, Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasında həkim işləyib. 1968-ci ildə ilk şeiri Masallının "Çağırış" qəzetində, "Fərqanə" adlı ilk hekayəsi 1977-ci ildə "Ulduz" jurnalında çap edilib. "EQO" Yaradıcılıq Ordeninin və Azad Yazarlar Ocağının üzvü olub. 2007-ci ildə "Sənət" qəzetində çap etdirdiyi "Avropa və biz" məqaləsinə görə həbs edilib və milli, irqi, dini düşmənçiliyi qızışdırmaq ittihamı ilə 3 il müddətinə azadlıqdan məhrum olunub. Amma 8 aydan sonra əfv sərəncamı ilə azadlığa buraxılıb. 2011-ci il noyabrın 19-da Bakıda naməlum şəraitdə bıçaqlanan Rafiq Tağı əməliyyat olunsa da, noyabrın 23-də vəfat edib və Qurd Qapısı qəbiristanlığında dəfn olunub.
6-11-2020, 10:09
Dünyanın bu günü
4-11-2020, 10:06
Dünyada bu gün
19-09-2020, 10:22
Dünyanın bu günü - VİDEO
25-08-2020, 10:31
Dünyanın bu günü
21-06-2020, 12:23
Dünyada bu gün
10-06-2020, 12:08
Aqşin Babayev vəfat edib
Dün, 14:28
İsrail İrana raket zərbəsi endirdi
Dün, 14:20
Meksikada güclü zəlzələ
Dün, 14:13
Mbappe yekun qərarını verdi
Dün, 14:10
“Fənərbaxça” Konfrans Liqasında mübarizəni dayandırdı
Dün, 14:06
"Səhnədə ölmək istəmirəm" - Zülfiyyə Xanbabayeva
Dün, 14:02
Bu ərazilərə güclü yağış yağacaq - Sabahın HAVASI
Dün, 13:52
Uşaqlar ad günü şərəfinə kişini vəhşicəsinə döydülər
Dün, 13:49
Bakıda yeniyetmə qız binadan yıxıldı
Dün, 13:47
Bakıda evdə PARTLAYIŞ: ölən var
18-04-2024, 16:29
31 yaşlı kişi tövlədə özünü ASDI
18-04-2024, 16:25
Dünyanın ən dağıdıcı tornadosu: 80 min insan evsiz qalıb
18-04-2024, 16:21
Qadınlar, 45 yaşdan sonra belə qidalanın
18-04-2024, 16:17
Azərbaycanlı gənc parkinqə görə adam öldürdü
18-04-2024, 16:15
Kişi arvadının boşanmaq istəyinə görə uşaqlarını öldürdü
18-04-2024, 16:10
Külli miqdarda rüşvət alan müstəntiq axtarışa verildi
18-04-2024, 16:07
Keçmiş polis rəisinin evləri və bahalı maşını əlindən alındı
18-04-2024, 16:04
Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi də fəaliyyətini dayandırır
18-04-2024, 15:56
Ucuz və sağlam qidalanmanın YOLLARI
18-04-2024, 15:55
Bakıda DƏHŞƏT: hamamda qızla oğlanın meyiti tapıldı
17-04-2024, 22:22
Akif Ələkbərov həbsdə öldü
17-04-2024, 22:13
Sabah 28 dərəcə isti olacaq - HAVA PROQNOZU
17-04-2024, 22:01
Çingiz Abdullayev evə buraxıldı
17-04-2024, 21:51
“Barselona”nın Çempionlar Liqasındakı antirekordu
17-04-2024, 21:49
Həddindən artıq su içib öldü
17-04-2024, 21:46
“Hamıya pul verib toyuna çağırır, məndən pul istəyir” - Xalq artisti
17-04-2024, 21:42
Rüşvət alan yol polisi rəisi işdən QOVULDU
17-04-2024, 21:39
Ana və oğlu göldə boğuldular
16-04-2024, 22:03
Klublarımız “Bayer”dən geri qalır: “Qarabağ”ın qapıçısı
16-04-2024, 22:00
Bakı həbsxanasında ÖLÜM
16-04-2024, 21:58
Kartofu mükəmməl qızartmaq üçün bunları bilmək lazımdır
16-04-2024, 21:53
Qısqanc kişi dostu ilə yatan arvadını çarpayıda yandırdı
16-04-2024, 21:48
Festivalda "Qırğın" - faciədən sağ çıxan 50 nəfər intihar etdi
16-04-2024, 21:46
Dünyanın ən gözəl idmançısı dekolteli kombinezonda poza verdi
16-04-2024, 21:42
Niyə təyyarələr Tibet üzərindən uçmur?
16-04-2024, 21:39
Varlı kişiləri cəlb etməyi bacaran 4 BÜRC QADINI
16-04-2024, 21:31
Bakıda 47 yaşlı kişi özünü EVİNDƏ ASDI
16-04-2024, 18:04
Kişilərin diqqətinə, bu xərçəng növü SÜRƏTLƏ ARTIR
16-04-2024, 10:36
Naftalanda narkotik vasitə satan və alan şəxslər saxlanılıblar - FOTO
16-04-2024, 10:33
Doktorantura səviyyəsi üzrə elektron sənəd qəbuluna başlanılır