Prezident İlham Əliyev regionun yeni iqtisadi xəritəsini formalaşdırır - Bütün bölgə canlanacaq
İqtisadiyyat
Oxunub: 423
15 Ock 2021 | 10:15
Prezident İlham Əliyev regionun yeni iqtisadi xəritəsini formalaşdırır - Bütün bölgə canlanacaq Rusiya, Azərbaycan prezidentləri və Ermənistan baş nazirinin Moskva görüşündən sonra imzalanmış bəyanat regionda yeni iqtisadi reallıqlar yaradır.
Prezident İlham Əliyevin vurğuladığı kimi, "Biz yeni reallıq yaratdıq". Bu yeni reallıq isə artıq regionda yeni iqtisadi münasibətlərin, regionun yeni iqtisadi xəritəsini formalaşdırır.
11 yanvar Moskva bəyanatında regionda nəqliyyat kommunikasiyalarının bərpası nəzərdə tutulur.
Kommunikasiyaların açılması və iqtisadi-ticari əlaqələrin inkişaf etdirilməsi həm regiona, həm də ayrı-ayrı ölkələrə fayda gətirəcək.
Kommunikasiyaların açılması nəticəsində Ermənitsanın ticarət dövriyyəsində Türkiyənin payı 3 faizdən 13 faizə, Azərbaycanın payı isə ilk dövrdə minimumdan 1 faizə qədər arta bilər. Eyni zamanda, Azərbaycanın ixracı 1,2 milyard manat arta bilər.
Ermənistan iki istiqamətdə Azərbaycanın nəqliyyat imkanlarından istifadə etməklə, öz ticarət dövriyyəsinin 25-30 faizini təşkil edən Rusiya ilə əlaqə yarada biləcək. Uzun illər blokada vəziyyətində qalan Ermənistan üçün isə iqtisadiyyata təkan verəcək bu bəyanat böyük şansdır.
Cənubi Qafqaz yeni iqtisadi dövrə daxil olur
Rusiyalı ekspert Vasili Koltaşov Trend-ə açıqlamasında bildirib ki, növbəti 20 il ərzində ticarət dövriyyəsi artacaq. Biz indi böhran dövrünün başa çatdığı və iqtisadi yüksəlişin başladığı dövrə daxil oluruq:
"Artıq bir sıra Avrasiya bazarını birləşdirən bu regionu inkişaf etdirməyə başlamaq olar. Burada ilk Türkiyə, Rusiya və İran bazarından söhbət gedir. Aydındır ki, bu üç ölkə arasında, həm də Rusiya ilə Türkiyə və Türkiyə ilə İran arasında müəyyən fikir ayrılıqları mövcuddur. Bundan sonra bu regionlar bir-biri ilə birləşəcək".
Prezident İlham Əliyev Ermənistana inkişaf üçün böyük fürsət yaradıb
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsi üzvü Rüfət Quliyev isə bildirib ki, Cənubi Qafqazda əlaqələrin bərpa olunması yükdaşımaların dəyərinin azalmasına gətirib çıxaracaq: "Yolların açılması hamıdan çox Ermənistanı maraqlandırmalıdır: "Ölkələr arasında razılaşma Ermənistan iqtisadiyyatına və onun xalqının rifahına müsbət təsir göstərəcək.
Azərbaycanla Naxçıvan MR arasında logistika hava yolu ilə və İran ərazisindən reallaşdırılır, amma bundan sonra birbaşa yol tikiləcək və Türkiyəyə də birbaşa çıxış əldə olunacaq".
Azərbaycan, Rusiya və Ermənistanda biznes inkişaf edəcək
Rusiyalı politoloq Darya Qrevtsova isə qeyd edir ki, yeni logistika yolları Azərbaycandan keçəcəyi üçün bu, həm Azərbaycana, həm Rusiyaya, həm də Ermənistana sərfəli olacaq. Bütün bu infrastruktur layihələri iqtisadi inkişafa müsbət təsir göstərəcək, çünki yeni yolların salınması bu yolların keçdiyi yerlərə investisiya axını və biznesin inkişafı deməkdir
Politoloq əlavə edib ki, işçi qrupu bir neçə məsələni həll etməlidir: "İlk növbədə, xəritədə bu yolların keçəcəyi yerlər və onların tikintisinin landşaft baxımından çətinlik səviyyəsi müəyyən edilməlidir. İkincisi, yolları tikəcək əsas podratçılar, Rusiya, Azərbaycan, Ermənistan və ya Türkiyə şirkətləri müəyyən olunmalıdır. Üçüncüsü isə kimin hansı xərcləri qarşılayacağı təyin edilməlidir".
Azərbaycan regionun iqtisadi arxitekturasını müəyyənləşdirən yeni reallıq yaradıb
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin rəhbəri, iqtisad elmləri doktoru Vüsal Qasımlı Trend-ə bildirib ki, regionda kommunikasiyaların açılması Azərbaycanın qeyri-neft ÜDM-i 2 faiz, emal sənayesini 3 faiz və mədən sənayesini 2,7 faiz artıra bilər:
"Ümumi tarazlıq modeli əsasında hesablamalarımız göstərir ki, Qarabağın Azərbaycan iqtisadiyyatına reinteqrasiyası isə orta müddətli dönəmdə kənd təsərrüfatında 10,4 faiz, turizmdə 5,5 faiz, mədənçıxarma sənayesində 5,3 faiz, nəqliyyat xidmətlərində 4,9 faiz, emal sənayesində 4,3 faiz və digər xidmətlərdə 1,4 faiz, bütövlükdə qeyri-neft ÜDM-in formalaşmasında 5,1 faiz müsbət təsirə malik olacaq.”
V.Qasımlı bildirib ki, vaxtilə Avropa Birliyi də kömür və polad üzrə sazişin üzərində qurulub: “Regionumuzda Azərbaycanın yaratdığı yeni reallığa uyğun olaraq kommunikasiyaların açılması sülhün, təhlükəsizliyin, sabitliyin, rifahın və qarşılıqlı faydalı əməkdaşlığın əsasını qoyur ki, bu da sərmayələrin cəlbi və davamlı inkişaf deməkdir. İndi dizayn verilən kommunikasiya layihələri regionun gələcək nəqliyyat və enerji xəritəsini, bütövlükdə iqtisadi, siyasi və strateji arxitekturasını şəkilləndirəcək.”
14-01-2021, 11:24
Moskvada imzalanmış üçtərəfli bəyanat regionda sülhün təmin edilməsinə xidmət edir - Deputat
12-01-2021, 10:05
Prezident İlham Əliyev regionda yeni reallıq yaratdı - Moskva görüşünün təfərrüatları
12-01-2021, 10:00
Ermənistan üçün tək şans - Bataqlıq, yoxsa aydınlıq?
12-01-2021, 09:56
Rusiya Prezidenti, Azərbaycan Prezidenti və Ermənistanın baş naziri mətbuata bəyanatla çıxış ediblər
2-12-2020, 11:43
Naxçıvanla quru yolu Avropaya yeni qapımız olacaq - Deputat
27-11-2020, 16:20
Ceyhun Bayramov: Bölgədəki bütün iqtisadi və nəqliyyat əlaqələri açılır
28-07-2026, 23:05
Ceyranbatanda yanğın: uşaq özünü binadan atdı
28-07-2026, 23:03
Sabah 40 dərəcə isti olacaq
28-07-2026, 23:02
Bu ərazilərdə 3 gün su olmayacaq
28-07-2026, 23:00
Putin İlham Əliyevə zəng etdi
28-07-2026, 22:56
Hasil Abbasov şöbə müdirini işdən çıxardı
28-07-2026, 22:54
Müəllimini güllələyən şagirdə hökm oxundu
28-07-2026, 22:53
Ronaldo serialda rol alacaq
28-07-2026, 22:51
İran Ukraynaya hücuma hazırlaşır
28-07-2026, 22:50
“Qarabağ”dan ayrıldı, bu kluba keçdi
28-07-2026, 22:27
İstirahət mərkəzinin rəhbəri böyük məbləğdə cərimə olundu
27-07-2026, 17:47
Cərimə meydançasına aparılan avtomobilə görə xərclər nə zaman QAYTARILIR?
27-07-2026, 17:42
Türkiyə bu ölkəyə F-16 qırıcılarını göndərir
27-07-2026, 17:41
Saleh Məmmədovun Almaniyadakı tikinti layihəsi ilə bağlı yeni iddia
27-07-2026, 17:39
Bu şəxslər 7 min manatadək cərimələnəcək
27-07-2026, 17:36
Əlilliyi olan 2 mindən çox şəxs işlə təmin edildi
27-07-2026, 17:33
AB-dən iranlı hakimlərə sanksiya..
27-07-2026, 17:30
Qarsa yeni baş konsul təyin edildi
27-07-2026, 17:21
Günəşdə güclü alışma baş verib
27-07-2026, 17:18
Sərnişin təyyarəsi zolaqdan çıxdı - Qorxulu anlar
23-07-2026, 16:04
Neft bahalaşmaqda davam edir
23-07-2026, 16:03
Britaniya diplomatlarını İrandan çıxardı
23-07-2026, 15:59
Bakıda 48 yaşlı kişi evində ölü tapıldı
23-07-2026, 15:57
Türkiyədə güclü zəlzələ
23-07-2026, 15:54
Türkiyədə həyat İFLİC OLDU
23-07-2026, 15:49
Nabranda dənizdə batan 17 yaşlı qızın meyiti tapıldı
23-07-2026, 15:47
Peşə təhsili müəssisələrində illik təhsil haqqı: 6500 AZN...
23-07-2026, 15:45
Ermənistan prezidenti xəstəxanaya yerləşdirildi
23-07-2026, 15:41
Bu ərazilərdə qaz olmayacaq
21-07-2026, 15:36
Portuqaliyalı hücumçudan "Qarabağ"a gözlənilməz cavab
21-07-2026, 15:35
3000 erməni bir anda İrana axışdı - Səbəbi bu imiş
21-07-2026, 15:32
Azərbaycanlılar bu ölkədən deport olundu
21-07-2026, 15:30
Rusiyada benzin gizlədənlərin "ovuna başlanıldı"
21-07-2026, 15:28
İş sistemi dəyişir: “Çevik iş rejimi” nə deməkdir?
21-07-2026, 15:18
İrandan Hörmüzlə bağlı xəbərdarlıq
21-07-2026, 15:16
Azərbaycan neftinin qiyməti 94 dollara yaxınlaşır
21-07-2026, 15:14
Cəlilabadda avtomobil aşıb, 4 nəfər xəsarət alıb
21-07-2026, 15:12
Dünya çempionu olan qapıçı "Zirə"yə keçdi
21-07-2026, 15:09
Ərdoğana qarşı sui-qəsd planı... – General açıqladı
20-07-2026, 13:06
Mədəniyyətimizin səssiz qəhrəmanı ağır vəziyyətdə...