Naxçıvanla quru yolu Avropaya yeni qapımız olacaq - Deputat
Naxçıvanla Azərbaycanın əsas hissəsi arasında quru yolunun açılması tarixi əhəmiyyət daşıyır.Bunu Milli Məclisin deputatı Azər Badamov deyib.
Deputat xatırladıb ki, noyabrın 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Rusiyanın Prezidenti Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyan arasında üçtərəfli bəyanatın 9-cu maddəsinə əsasən bölgədəki bütün iqtisadi və nəqliyyat əlaqələri bərpa edilir:
"Ermənistan Respublikası vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki istiqamətdə maneəsiz hərəkətinin təşkili məqsədilə Azərbaycan Respublikasının qərb rayonları və Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsinin təhlükəsizliyinə zəmanət verir. Nəqliyyat əlaqəsi üzrə nəzarəti Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin sərhəd xidmətinin orqanları həyata keçirir.
Tərəflərin razılığı əsasında Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın qərb rayonlarını birləşdirən yeni nəqliyyat kommunikasiyalarının inşası təmin ediləcək. Bu gün biz Naxçıvanla birbaşa ancaq hava yolu ilə əlaqə yaradırıq. Amma üçtərəfli bəyanatın 9-cu bəndinin icrasından sonra Naxçıvanı Azərbaycanın digər ərazisi ilə həm avtomobil yolu, həm də dəmir yolu birləşdirəcək. Bu nəqliyyat kommunikasiyasının açılması həm də yeni beynəlxalq nəqliyyat tranzit dəhlizinin meydana gəlməsi deməkdir.
Bu marşrutun uzunluğu Gürcüstandan keçən mövcud yollardan 300 kilometrdən çox qısadır. Bu o deməkdir ki, açılacaq Naxçıvan marşrutu iqtisadi cəhətdən daha sərfəli olacaq. Bu həm də birbaşa Türkiyə vasitəsilə Avropaya açılacaq yeni qapımız deməkdir. Bakı-Naxçıvan nəqliyyat dəhlizi Azərbaycandan keçən tranzit daşımaların həcmini bir neçə dəfə artıracaq. Bununla da Azərbaycan yerləşdiyi coğrafi məkandan ölkə iqtisadiyyatının inkişafı üçün tam şəkildə səmərəli istifadə etmiş olur.
Bu gün koronavirus infeksiyasına görə iqtisadiyyatın bir çox sahələrində məhdudiyyətlər tətbiq olunduğundan qeyri-neft sektorundan dövlət büdcəsinə gəlirlər azalıb. Düşünürəm ki, nəqliyyat dəhlizlərinin şaxələnməsi gələcəkdə iqtisadiyyatımıza hər hansı təsirlərin azalmasında əhəmiyyətli rol oynayacaq və dövlət büdcə gəlirlərinin artmasına töhfə verəcək”.
27-11-2020, 16:20
Ceyhun Bayramov: Bölgədəki bütün iqtisadi və nəqliyyat əlaqələri açılır
14-08-2020, 11:09
Türkiyə ilə Azərbaycan arasındakı dostluq və qardaşlıq münasibətləri dərin tarixi köklərə əsaslanır - Afət Həsənova
4-08-2020, 17:51
İlham Əliyev deputat Fəttah Heydərovun vəfatı ilə əlaqədar nekroloq imzaladı
29-07-2020, 09:32
Mikayıl Cabbarov: Ermənistanın təcavüzkar siyasəti bölgədəki iqtisadi əməkdaşlığın genişlənməsinə ciddi maneələr yaradır
16-12-2018, 13:30
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri ISESCO-nun Baş direktorunun və TÜRKSOY-un Baş katibinin müavinləri ilə görüşüb
28-11-2018, 13:19
Azərbaycan ilə Rusiya arasında sərhəd nəzarətinin daha da gücləndirilməsinə dair müzakirələr aparılıb
Dün, 23:05
Ceyranbatanda yanğın: uşaq özünü binadan atdı
Dün, 23:03
Sabah 40 dərəcə isti olacaq
Dün, 23:02
Bu ərazilərdə 3 gün su olmayacaq
Dün, 23:00
Putin İlham Əliyevə zəng etdi
Dün, 22:56
Hasil Abbasov şöbə müdirini işdən çıxardı
Dün, 22:54
Müəllimini güllələyən şagirdə hökm oxundu
Dün, 22:53
Ronaldo serialda rol alacaq
Dün, 22:51
İran Ukraynaya hücuma hazırlaşır
Dün, 22:50
“Qarabağ”dan ayrıldı, bu kluba keçdi
Dün, 22:27
İstirahət mərkəzinin rəhbəri böyük məbləğdə cərimə olundu
27-07-2026, 17:47
Cərimə meydançasına aparılan avtomobilə görə xərclər nə zaman QAYTARILIR?
27-07-2026, 17:42
Türkiyə bu ölkəyə F-16 qırıcılarını göndərir
27-07-2026, 17:41
Saleh Məmmədovun Almaniyadakı tikinti layihəsi ilə bağlı yeni iddia
27-07-2026, 17:39
Bu şəxslər 7 min manatadək cərimələnəcək
27-07-2026, 17:36
Əlilliyi olan 2 mindən çox şəxs işlə təmin edildi
27-07-2026, 17:33
AB-dən iranlı hakimlərə sanksiya..
27-07-2026, 17:30
Qarsa yeni baş konsul təyin edildi
27-07-2026, 17:21
Günəşdə güclü alışma baş verib
27-07-2026, 17:18
Sərnişin təyyarəsi zolaqdan çıxdı - Qorxulu anlar
23-07-2026, 16:04
Neft bahalaşmaqda davam edir
23-07-2026, 16:03
Britaniya diplomatlarını İrandan çıxardı
23-07-2026, 15:59
Bakıda 48 yaşlı kişi evində ölü tapıldı
23-07-2026, 15:57
Türkiyədə güclü zəlzələ
23-07-2026, 15:54
Türkiyədə həyat İFLİC OLDU
23-07-2026, 15:49
Nabranda dənizdə batan 17 yaşlı qızın meyiti tapıldı
23-07-2026, 15:47
Peşə təhsili müəssisələrində illik təhsil haqqı: 6500 AZN...
23-07-2026, 15:45
Ermənistan prezidenti xəstəxanaya yerləşdirildi
23-07-2026, 15:41
Bu ərazilərdə qaz olmayacaq
21-07-2026, 15:36
Portuqaliyalı hücumçudan "Qarabağ"a gözlənilməz cavab
21-07-2026, 15:35
3000 erməni bir anda İrana axışdı - Səbəbi bu imiş
21-07-2026, 15:32
Azərbaycanlılar bu ölkədən deport olundu
21-07-2026, 15:30
Rusiyada benzin gizlədənlərin "ovuna başlanıldı"
21-07-2026, 15:28
İş sistemi dəyişir: “Çevik iş rejimi” nə deməkdir?
21-07-2026, 15:18
İrandan Hörmüzlə bağlı xəbərdarlıq
21-07-2026, 15:16
Azərbaycan neftinin qiyməti 94 dollara yaxınlaşır
21-07-2026, 15:14
Cəlilabadda avtomobil aşıb, 4 nəfər xəsarət alıb
21-07-2026, 15:12
Dünya çempionu olan qapıçı "Zirə"yə keçdi
21-07-2026, 15:09
Ərdoğana qarşı sui-qəsd planı... – General açıqladı
20-07-2026, 13:06
Mədəniyyətimizin səssiz qəhrəmanı ağır vəziyyətdə...