BMT: Hər il trilyon dollarlıq ərzaq məhsulları zibil qutusuna atılır
Biz mağazalarda ehtiyacımızdan daha çox qida alırıq, meyvə və tərəvəzləri evdə xarab olmaq üçün qoyuruq və ya restoranlarda yeyə biləcəyimizdən artıq sifariş edirik - hər il bütün ərzaqların üçdə biri, meyvə və tərəvəzlərin yarısı və trilyon dollarlıq ət məhsullarının dörddə biri zibilə atılır. Eyni zamanda, üç milyarddan çox insan normal qidalanmır və ya sağlam qida ala bilmir.Planetin hər sakini bu vəziyyətin dəyişməsinə töhfə verə bilər, bu məsələdə əsas məqam – məlumatlılıqdır.
Bu il BMT ilk dəfə olaraq Beynəlxalq ərzaq itkiləri və qida tullantıları ilə bağlı məlumatların yayılması Gününü qeyd edir. O, bir çox insanı ərzaq istehsalı və istehlakı da daxil olmaqla islahatlara ehtiyac barədə düşünməyə məcbur edən COVID-19 pandemiyası ilə üst-üstə düşdü.
Ərzaq itkiləri və qida tullantıları: fərq nədədir?
Dünyada istehsal olunan ərzağın təxminən üçdə biri hər il ya itirilir, ya da atılır. İnkişaf etməkdə olan ölkələrdə ərzağın 40 faizi məhsulun yığımı və ya emalı mərhələsində itirilir - buna ərzaq itkiləri deyilir. İnkişaf etmiş ölkələrdə mağazalarda satın alınmayan və ya evdə, restoranlarda və ya kafelərdə yeyilməyən qida israf edildikdə, istehlak və ya pərakəndə satış mərhələsində eyni faiz itirilir. Buna qida tullantıları deyilir.
BMT-nin Baş katibi Antonio Quterres xüsusi gün münasibətilə müraciətində bildirib: "Ərzaq itkiləri və qida tullantıları mənəvi cəhətdən qəzəbləndiricidir. Bütün sakinlərini qidalandırmaq üçün kifayət qədər ərzağın olduğu bir dünyada 690 milyon insan aclıqdan əziyyət çəkməyə davam edir və 3 milyard insan sağlam qidalanmaq imkanından məhrumdur”.
Onun sözlərinə görə, tarixdə ilk Beynəlxalq ərzaq itkiləri və qida tullantıları ilə bağlı məlumatların yayılması Günü ərzaq sistemləri üzrə Sammitin hazırlanması və keçirilməsi çərçivəsində qeyd edilir. Gələn il keçiriləcək forumda ərzaq itkiləri və qida tullantıları probleminə əhəmiyyətli dərəcədə diqqət yetiriləcək.
Ərzaq və Kənd Təsərrüfatı Təşkilatında (FAO) hər birimizin qidanın qorunmasına və zərərlərin qarşısının alınmasına töhfə verə biləcəyi praktik tövsiyələr hazırlanıb.
1. Sağlam qida qəbul edin
İlk baxışdan sürətli həyatda faydalı qida hazırlamaq üçün vaxt tapmaq asan deyil, lakin sağlam qida hazırlamaq mütləq çətin deyil. İnternetdə ailəniz və dostlarınızla paylaşa biləcəyiniz bir çox sağlam fast food resepti var.
2. Yalnız ehtiyacınız olan məhsulları alın
Rasionu planlaşdırın. Həmişə zəruri məhsulların siyahısını tərtib edin və onu ciddi şəkildə izləyin, impulsiv alış-verişlərdən qaçın. Bu sizə daha az qida atmaqla yanaşı pulunuza da qənaət edəcəkdir!
3. Yalnız "gözəl” meyvə və tərəvəz almayın
Qida məhsullarını görünüşünə görə qiymətləndirməyin! Qüsurlu formalı və ya görünüşündə qüsurlu meyvə və tərəvəzlər subyektiv standartlara cavab vermədiyi üçün tez-tez atılır. Narahat olmayın – onlar eyni dada malikdir! Yetkin meyvələrdən şirələr və desertlər hazırlamaq olar.
4. Məhsulları düzgün saxlayın
Yeni alınmış məhsulları bir şkafın və ya soyuducunun dərinliyinə qoyun, əvvəllər alınan məhsulları isə göz qabağında saxlayın. Təzə, açılmış məhsulları soyuducuda saxlamaq üçün bağlı qida qablarından istifadə edin və həşəratlardan qorunmaq üçün paketləri bağlayın.
5. Qablaşdırmadakı məlumatı diqqətlə oxuyun
Saxlama müddəti ilə yararlılıq müddəti arasında böyük fərq var. Saxlama müddəti bitmiş məhsulların istifadə edilməsi bəzi hallarda təhlükəsizdir, lakin son istifadə müddəti bitmiş məhsulların istehlakı yol verilməzdir. Məhsulların tərkibini oxuyun və trans yağlar və konservantlardan və ya böyük miqdarda şəkər və ya duzdan ibarət olan məhsulları almamağa çalışın.
6. Kiçikdən başlayın
Restoranda yeməklərin daha böyük hissələrini paylaşmaq və bölüşmək üçün daha kiçik hissələr alın.
7. Qalan qidanı istifadə edin
Hazırlanmış yeməklərin hamısını yemirsinizsə, qalanını dondurun və ya başqa bir yeməyin tərkib hissəsi kimi istifadə edin.
13-09-2020, 11:27
Səhər yeməyi vacibdirmi?
5-07-2020, 12:55
Turizmdəki itki 2,2 trilyon dollara çata bilər - Xəbərdarlıq
29-06-2020, 17:16
Qida Təhlükəsizliyi Agentliyi reyd keçirib
21-06-2020, 15:22
421 ictimai iaşə və ərzaq satışı müəssisəsində reyd keçirib
13-06-2020, 11:30
Tütün, içki və qida istehsalı artıb
13-12-2018, 14:06
Azərbaycanda kolbasa “poroşok”dan hazırlanır? - İDDİA
Dün, 17:47
Cərimə meydançasına aparılan avtomobilə görə xərclər nə zaman QAYTARILIR?
Dün, 17:42
Türkiyə bu ölkəyə F-16 qırıcılarını göndərir
Dün, 17:41
Saleh Məmmədovun Almaniyadakı tikinti layihəsi ilə bağlı yeni iddia
Dün, 17:39
Bu şəxslər 7 min manatadək cərimələnəcək
Dün, 17:36
Əlilliyi olan 2 mindən çox şəxs işlə təmin edildi
Dün, 17:33
AB-dən iranlı hakimlərə sanksiya..
Dün, 17:30
Qarsa yeni baş konsul təyin edildi
Dün, 17:21
Günəşdə güclü alışma baş verib
Dün, 17:18
Sərnişin təyyarəsi zolaqdan çıxdı - Qorxulu anlar
23-07-2026, 16:04
Neft bahalaşmaqda davam edir
23-07-2026, 16:03
Britaniya diplomatlarını İrandan çıxardı
23-07-2026, 15:59
Bakıda 48 yaşlı kişi evində ölü tapıldı
23-07-2026, 15:57
Türkiyədə güclü zəlzələ
23-07-2026, 15:54
Türkiyədə həyat İFLİC OLDU
23-07-2026, 15:49
Nabranda dənizdə batan 17 yaşlı qızın meyiti tapıldı
23-07-2026, 15:47
Peşə təhsili müəssisələrində illik təhsil haqqı: 6500 AZN...
23-07-2026, 15:45
Ermənistan prezidenti xəstəxanaya yerləşdirildi
23-07-2026, 15:41
Bu ərazilərdə qaz olmayacaq
21-07-2026, 15:36
Portuqaliyalı hücumçudan "Qarabağ"a gözlənilməz cavab
21-07-2026, 15:35
3000 erməni bir anda İrana axışdı - Səbəbi bu imiş
21-07-2026, 15:32
Azərbaycanlılar bu ölkədən deport olundu
21-07-2026, 15:30
Rusiyada benzin gizlədənlərin "ovuna başlanıldı"
21-07-2026, 15:28
İş sistemi dəyişir: “Çevik iş rejimi” nə deməkdir?
21-07-2026, 15:18
İrandan Hörmüzlə bağlı xəbərdarlıq
21-07-2026, 15:16
Azərbaycan neftinin qiyməti 94 dollara yaxınlaşır
21-07-2026, 15:14
Cəlilabadda avtomobil aşıb, 4 nəfər xəsarət alıb
21-07-2026, 15:12
Dünya çempionu olan qapıçı "Zirə"yə keçdi
21-07-2026, 15:09
Ərdoğana qarşı sui-qəsd planı... – General açıqladı
20-07-2026, 13:06
Mədəniyyətimizin səssiz qəhrəmanı ağır vəziyyətdə...
20-07-2026, 12:58
Biləcəridə hoteldə meyit tapılıb
20-07-2026, 12:32
İranda 5 dəqiqədə 2 güclü zəlzələ...
20-07-2026, 12:14
Qanun icazə verir, marketlər “olmaz” deyir - Azərbaycanda qalmaqallı qadağa
20-07-2026, 12:11
Özbəkistanın Baş prokuroru Azərbaycanda səfərdədir
20-07-2026, 12:01
Avropaya kəskin istilər gəlir: 50 dərəcəyə çatacaq!
20-07-2026, 12:01
Avropaya kəskin istilər gəlir: 50 dərəcəyə çatacaq!
20-07-2026, 11:30
Neft qiymətləri kəskin dönüş etdi
20-07-2026, 11:29
Bu əməliyyatı da rəqs ilə məşhurlaşan “Dr. Gülü” edibmiş
20-07-2026, 11:26
Bakı və Astaranın bir hissəsində işıq kəsiləcək
18-07-2026, 23:21
Bu ölkə tamamən boşaldılır