Azərbaycanda kolbasa “poroşok”dan hazırlanır? - İDDİA
Son günlər sosial şəbəkələrdə xaricdən ölkəmizə gətirilən kolbasa məhsulları ilə bağlı xəbərlər yayılır. İddialara əsasən, hazırda dünyanın bəzi iri kolbasa istehsalçısı sayılan ölkələrdə kolbasa “poroşok”lardan - protein tozundan hazırlanır. Bu üsulların Azərbaycanda da tətbiqi iddia edilir. Avropa İttifaqı sərhədləri çərçivəsində bu cür “poroşok”lardan kolbasa hazırlamaq qadağan olunub. Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov capar.info-a bildirib ki, Azərbaycanda istehsal olunan kolbasa məhsullarına insan sağlamlığını təhlükəyə atacaq kimyəvi maddələr qatılması sahibkarlara xeyir gətirmir:
“Xaricdən ölkəyə gətirilən kolbasaların tərkibində insan orqanizminə ziyanlı olan qatqılar üstünlük təşkil edir. Çünki onların tez xarab olmaması üçün kolbasalara kimyəvi qatqılar çox vurulur. Kolbasanın istehsalında “poroşok”lardan istifadə olunması zərərli deyil.
Sadəcə, burada ətin miqdarı az olur. Buna görə də əhali xarici ölkənin məhsullarından istifadəyə üstünlük verməməlidir. Azərbaycanda kolbasa məhsulları istehsal edən 35-ə yaxın müəssisə var. Ölkədə ətdən kolbasa istehsal edən şirkətlər var və standartlara cavab verir”.
Eyyub Hüseynov qeyd edib ki, Azərbaycanda metro çıxışlarında etiketi olmayan kolbasa məhsullarına da rast gəlinir:
“Bu cür ərzaqların tərkibində heyvanların dərisi, ayaqları, başı və digər tullantılardan xammal kimi istifadə edilib”.
Qida Təhlükəsizliyi Agentliyindən sorğumuza cavab olaraq bildirilib ki, hazırda AQTA tərəfindən ölkədə istehsal olunan və ölkəyə idxal olunan qida məhsulları üzərində risk əsaslı nəzarət tədbirləri həyata keçirilir:
“Məhsullardan götürülən nümunələr agentliyin müvafiq laboratoriyalarında müayinələrdən keçirilir. Eyni zamanda, Qida Təhlükəsizliyi Agentliyi əhalinin sağlamlığının qorunması istiqamətində mütəmadi olaraq monitorinqlər həyata keçirir.
Monitorinqlərin nəticələri ictimaiyyətə açıqlanır. Bakı şəhəri də daxil olmaqla, respublikanın bütün regionlarında konkret faktlara əsaslanan müraciətlər daxil olduğu təqdirdə, Agentlik tərəfindən plandankənar (növbədənkənar) yoxlamalar aparılır.
Həmçinin, kolbasa məhsulları ilə bağlı Agentliyə konkret faktlara əsaslanan hər hansı bir şikayət daxil olarsa, növbədənkənar yoxlamalar həyata keçirilir və adıçəkilən məhsul laborator müayinələrə cəlb olunur. Əgər vətəndaşların kolbasa məhsullarının tərkibi ilə bağlı hər hansı narahatlığı olarsa, bu barədə Agentliyin 1003 qaynar xəttinə zəng edib məlumat verə bilərlər”.
Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatı kolbasa məhsullarının insan orqanizminə ən azı siqaret qədər zərər vurması və onkoloji xəstəliklər yaratması barədə dəfələrlə ciddi xəbərdarlıq edib.
Belə ki, mütəxəssislər qida sənayesində işlənmiş ət məhsullarının xərçəng yaratma riskini araşdırıb, həftəyə iki və daha artıq sosiska yeyən qadınların süd vəzi xərçənginə tutulma riskinin dəfələrlə artmasını sübut ediblər.
9-12-2018, 13:49
YAP: Gündəmdə növbədənkənar parlament seçkisi məsələsi yoxdur
28-11-2018, 13:20
Səhiyyə Nazirliyi sosial şəbəkələrdə dərman preparatının keyfiyyəti ilə bağlı yayılan məlumata münasibət bildirib
26-11-2018, 12:42
Azərbaycana xaricdən pul köçürmələri 32% artıb
10-11-2018, 12:00
Azərbaycanda həbsxana psixoloqları hazırlanır
5-11-2018, 18:34
Azərbaycanda təhlükəli qrip var? - Səhiyyə Nazirliyinin CAVABI
Dün, 17:47
Cərimə meydançasına aparılan avtomobilə görə xərclər nə zaman QAYTARILIR?
Dün, 17:42
Türkiyə bu ölkəyə F-16 qırıcılarını göndərir
Dün, 17:41
Saleh Məmmədovun Almaniyadakı tikinti layihəsi ilə bağlı yeni iddia
Dün, 17:39
Bu şəxslər 7 min manatadək cərimələnəcək
Dün, 17:36
Əlilliyi olan 2 mindən çox şəxs işlə təmin edildi
Dün, 17:33
AB-dən iranlı hakimlərə sanksiya..
Dün, 17:30
Qarsa yeni baş konsul təyin edildi
Dün, 17:21
Günəşdə güclü alışma baş verib
Dün, 17:18
Sərnişin təyyarəsi zolaqdan çıxdı - Qorxulu anlar
23-07-2026, 16:04
Neft bahalaşmaqda davam edir
23-07-2026, 16:03
Britaniya diplomatlarını İrandan çıxardı
23-07-2026, 15:59
Bakıda 48 yaşlı kişi evində ölü tapıldı
23-07-2026, 15:57
Türkiyədə güclü zəlzələ
23-07-2026, 15:54
Türkiyədə həyat İFLİC OLDU
23-07-2026, 15:49
Nabranda dənizdə batan 17 yaşlı qızın meyiti tapıldı
23-07-2026, 15:47
Peşə təhsili müəssisələrində illik təhsil haqqı: 6500 AZN...
23-07-2026, 15:45
Ermənistan prezidenti xəstəxanaya yerləşdirildi
23-07-2026, 15:41
Bu ərazilərdə qaz olmayacaq
21-07-2026, 15:36
Portuqaliyalı hücumçudan "Qarabağ"a gözlənilməz cavab
21-07-2026, 15:35
3000 erməni bir anda İrana axışdı - Səbəbi bu imiş
21-07-2026, 15:32
Azərbaycanlılar bu ölkədən deport olundu
21-07-2026, 15:30
Rusiyada benzin gizlədənlərin "ovuna başlanıldı"
21-07-2026, 15:28
İş sistemi dəyişir: “Çevik iş rejimi” nə deməkdir?
21-07-2026, 15:18
İrandan Hörmüzlə bağlı xəbərdarlıq
21-07-2026, 15:16
Azərbaycan neftinin qiyməti 94 dollara yaxınlaşır
21-07-2026, 15:14
Cəlilabadda avtomobil aşıb, 4 nəfər xəsarət alıb
21-07-2026, 15:12
Dünya çempionu olan qapıçı "Zirə"yə keçdi
21-07-2026, 15:09
Ərdoğana qarşı sui-qəsd planı... – General açıqladı
20-07-2026, 13:06
Mədəniyyətimizin səssiz qəhrəmanı ağır vəziyyətdə...
20-07-2026, 12:58
Biləcəridə hoteldə meyit tapılıb
20-07-2026, 12:32
İranda 5 dəqiqədə 2 güclü zəlzələ...
20-07-2026, 12:14
Qanun icazə verir, marketlər “olmaz” deyir - Azərbaycanda qalmaqallı qadağa
20-07-2026, 12:11
Özbəkistanın Baş prokuroru Azərbaycanda səfərdədir
20-07-2026, 12:01
Avropaya kəskin istilər gəlir: 50 dərəcəyə çatacaq!
20-07-2026, 12:01
Avropaya kəskin istilər gəlir: 50 dərəcəyə çatacaq!
20-07-2026, 11:30
Neft qiymətləri kəskin dönüş etdi
20-07-2026, 11:29
Bu əməliyyatı da rəqs ilə məşhurlaşan “Dr. Gülü” edibmiş
20-07-2026, 11:26
Bakı və Astaranın bir hissəsində işıq kəsiləcək
18-07-2026, 23:21
Bu ölkə tamamən boşaldılır