Ermənistanda çevriliş, Paşinyana sui-qəsd ssenariləri - GƏLİŞMƏ

Azərbaycan və Ermənistan liderlərinin aprelin 6-da Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin vasitəçiliyi ilə Brüsseldə əldə etdikləri razılaşmasının icra olunmasına bir-biri ilə bağlı olan iki böyük təhlükə var:
– Rusiya Qərbin münaqişənin həllində fəallaşmasını, regionda özünün müəyyənləşdirdiyi status-kvonun dəyişməsini istəmir;
– Ermənistan müxalifəti hakimiyyətin xarici siyasətini sabotaj etmək üçün əlindəki resursları səfərbər etməyə başlayıb. Bu istiqamətdə Rusiya hakimiyyət dairələri və Qərbdəki erməni lobbsinin bir hissəsi onlara dəstək verir.
Müharibədən sonrakı təcrübə göstərir ki, razılaşmaları icra etmək olduqca çətindir, tərəflərin mövqelərindəki antaqonist yanaşmaları yumşaltmaq mümkün olmayıb (10 noyabr, 11 yanvar, 26 noyabr üçtərəfli bəyanatları tam icra edilməyib). Prosesin moderatoru olan Rusiya isə nəinki gərginliyin yumşalmasında, əksinə, qarşıdurmanın Azərbaycanla Ermənistanın sərhədləri boyu yayılmasında maraqlıdır. Moskva iki ölkə arasında bütün məsələlərdə, ayrıca olaraq Ermənistan-Türkiyə yaxınlaşması prosesində əsas vasitəçi olmağa çalışır. Kreml rəhbərliyi regionda sülh dövrünün başlanması üçün bütün vacib komponentləri əlində saxlamaqla, öz maraqlarına uyğun status-kvonun qalmasında maraqlıdır.
Bu vəziyyət nə Ermənistanı, nə də Azərbaycanı qane edir. Qərb isə həm bundan, həm də yaranmış əlverişli geosiyasi vəziyyətdən istifadə edərək, münaqişə tərəflərini bir araya gətirməklə, ortaq razılaşma nöqtələri tapmağa çalışır. Brüsseldə təklif olunan ilkin formula Azərbaycanın sülh üçün irəli sürdüyü 5 bəndlik baza prinsipləri ilə üst-üstə düşür. Baş nazir Nikol Paşinyan, obyektiv reallıqlardan çıxış edərək, erməni cəmiyyətinə başqa alternativlərin qalmadığını izah etməyə çalışır. Bu günlərdə o qeyd etmişdi ki, Qərbin təkliflərini qəbul edilməməsinin nəticəsi Azərbaycanın Fərrux dağını götürməsi və gələcəkdə buna bənzər addımlar atması ehtimalıdır. Paşinyan başa düşür ki, işğalçı Rusiya Ukrayna böhranında demoralizasiya olduqca hazırkı qeyri-müəyyən vəziyyəti uzatmaq mümkün olmayacaq. Yeni müstəvidə Qərb beynəlxalq hüququ, Türkiyənin regionda artan təsirini əsas tutur və Ermənistana gecikmədən Qarabağla bağlı Azərbaycandan nəsə qoparmağı təklif edir. Əlbəttə, söhbət müstəqillik kimi utopiyadan yox, ermənilərin təhlükəsizliyi ilə bağlı qarantiyalardan gedir.
Rusiyanın Ermənistandakı uzantıları olan keçmiş siyasi elita isə bu həssas situasiyada cəmiyyəti hakimiyyətə qarşı qaldırmağa, Qərbin moderatorluğu ilə start götürmüş prosesi pozmağa çalışır. Moskva onların tezislərini tirajlayır və qarşıdurma əhval-ruhiyyəsinin növbəti siyasi böhrana çevrilməsi üçün əlindən gələni edir.
Bu gün Rusiyanın İrəvandakı səfiri Sergey Kopırkin 24news.am-a müsahibəsində ABŞ və Fransanın Minsk Qrupunda birgə fəaliyyətdən imtinasını nəzərdə tutaraq bildirib ki, Qərb öz ambisiyaları naminə planetin müxtəlif regionlarında sabitliyin və təhlükəsizliyin möhkəmləndirilməsinə xidmət edən beynəlxalq mexanizmləri, platformaları dağıdır. “Bu yanaşma, əlbəttə ki, təəssüf doğurur. Çox təəssüf ki, sülh və təhlükəsizlik maraqları, bu halda region ölkələrinin, ilk növbədə Ermənistan geosiyasi və digər ambisiyalarına qurban verilir”, – səfir bildirib.
Erməni İnqilab Federasıyası Daşnaksütun (EİFD) təşkilatı isə bəyan edib ki, Ermənistanın hazırkı hökumətinin istefaya göndərilməsi və danışıqlar aparan şəxsin dəyişdirilməsi vəziyyətdən çıxış yolu üçün ilk addımdır.
Göründüyü kimi, səfirin dedikləri ilə erməni müxalifətinin bəyanatlarında əsas tezislər üst-üstə düşür. Beləliklə, Ermənistanda daxili siyasi böhranın başlayacağı, Brüssel razılaşmalarının icra olunmayacağı təhlükəsi aktual olaraq qalır.
Təhlükəsizlik sahəsi üzrə ekspert İlham İsmayıl xatırladır ki, Brüssel görüşündən və Ermənistan baş naziri Nikol Paşinyanın Azərbaycanla sülh müqaviləsini imzalayacağı barədə dediklərindən sonra təxribatların başlanacağı, Paşinyanın hakimiyyətdən uzaqlaşdırılmasından tutmuş, ona qarşı sui-qəsdə qədər müxtəlif hadisələrin mümkünlüyü barədə proqnozlar verilmişdi. Onun sözlərinə görə, yarandığı gündən terroru əsas fəaliyyət prinsipi elan edən daşnakların Paşinyanı aradan götürmək bəyanatının arxasında müxalif siyasi qüvvələrin, hətta başqa bir dövlətin dayandığı istisna olunmur:
“Bu tip bəyanatlar bir neçə gündür ki, Paşinyan iqtidarına müxalif olan bütün siyasi qüvvələr, media mənsubları tərəfindən səslənir. Ermənistan xüsusi xidmət orqanının keçmiş rəhbəri David Şahnazaryan mövcud iqtidarın hakimiyyətdən uzaqlaşdırılmasını “ümumerməni vəzifəsi” olduğunu vurğulayaraq, ”hakimiyyət bütün siyasi metodlarla devrilməlidir” fikrini səsləndirib. Bu məqsədə çatmaq üçün vaxtın Ermənistan ətrafında daraldığını vurğulayan Şahnazaryan tezliklə yeni bir hərəkatın yaranmasına inandığını da bildirib”.
Ekspert bildirir ki, Ermənistanda məsələ artıq hakimiyyətin mövqeyinin sadəcə tənqid edilməsi, etiraz edilməsi mərhələsini keçib: “Çağırışların bir hədəfi var: Paşinyan hakimiyyəti devrilməlidir. Çağırışı edən siyasilər bütün təhlillərini Rusiya ilə əlaqələndirir, sülh müqaviləsi bağlanıb Azərbaycanın ərazi bütövlüyü tanındığı halda Qarabağda bir erməninin də qalmayacağı, nəticədə Rusiyanın Qarabağdan, sonra da Ermənistandan çıxıb gedəcəyi ilə cəmiyyəti hədələyirlər. Üstəlik, Paşinyanın bu məsələdə Qərb tərəfindən idarə olunduğunu, Avropa İttifaqının aktiv şəkildə bu proseslərə müdaxilə etdiyini və guya Ukrayna müharibəsi getdiyi bir vaxtda Rusiya maraqlarının olduğu bir çox bölgələrdə, o cümlədən Qarabağda “ikinci cəbhə açmaq”la Rusiyanı pis vəziyyətdə qoymağı hədəfə aldıqlarını vurğulayırlar. Əlbəttə, Rusiyanı erməni siyasilərin qızışdırmasına ehtiyacı yoxdur, çünki maraqlarına nəyin və necə təsir etdiyini, erməninin də burada nədən faydalanmaq istədiyini yaxşı bilir. Əksinə, Rusiyanın bu hay-küyü idarə etməsinə, istiqamət verməsinə şübhə yoxdur. Rusiya, ermənilərin öz dili ilə “yeni təhlükə, yeni müharibə, yeni itkilər, yeni qurbanlar və yeni kapitulyasiya” fikirlərini yayır, onları qorxudur, təhdid edir. Rusiyanın pas ötürməsi bununla bitmir, bəzi erməni siyasi ekspertlərin adından indiki situasiyanın ağır olduğunu və “Artsaxı tamamilə itirməmək” üçün keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin Azərbaycanın tərkibində bərpasına nail olmağı çıxış yolu kimi gördüklərini söyləyirlər”.
İ.İsmayıl əlavə edir ki, daşnaklar yalnız Rusiyaya deyil, beynəlxalq qurumlara da müraciət ünvanlayıb, Qarabağın Azərbaycana verilməsi üçün Paşinyanın şifahi və yazılı öhdəliyini, imzasını legitim hesab etmədiklərini bildiriblər:
“Yalnız Ermənistan siyasiləri deyil, Xankəndidəki separatçı rejim də Paşinyanın sülh müqaviləsi barədə dediklərinin əleyhinədir və beynəlxalq cəmiyyətin “Qarabağın statusunun plankasını aşağı salmağı” tələb etməsini qəbuledilməz sayırlar. Qondarma parlamentin adından Rusiya Federasiyasının rəhbərliyinə “Artsax xalqının gələcək təhlükəsizliyi üçün heç kimə əsas verməmək” xahişi ilə müraciət ediblər. “Heç kim” dedikdə ilk növbədə Paşinyanı nəzərdə tutduqları aydın məsələdir. Onlar həmçinin ATƏT-in Minsk Qrupunun həmsədr ölkələrinin rəhbərliyini, Ukrayna ilə bağlı mövcud fikir ayrılıqlarından asılı olmayaraq, tədbirlər görməyə çağırıblar”.
Təhlükəsizlik eksperti deyir ki, separatçılar həm siyasi, həm də hərbi mübarizəyə hazır olduqlarını və bu mübarizəni eyni zamanda Ermənistan üçün, bütün ermənilər üçün aparacaqlarını bildirsələr də, bu şüarın real olmadığını özləri də yaxşı bilirlər. “O zaman real görünməyən belə bir şüarın ortaya atılması perspektiv təxribatlara zəmin hazırlamaq üçün Moskvaya lazım ola bilərmi? Moskva 6 aprel Brüssel görüşündən sonra qəzəbləndiyini gizlətmədi, 8 apreldə Ararat Mirzoyana “dərs” verdi, indi də Paşinyanı 19-da Kremlə çağırıb. Bu görüşün ütülü keçməyəcəyi indidən görünür. Ukraynadakı vəziyyətdən qəzəblənmiş çarın Nikol Paşinyana hansı “yolu” göstərəcəyi uzun müddət gizli qalmayacaq. Vaxtilə Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyan da 1997-ci ilin sentyabrında Azərbaycanla sülh müqaviləsinin bağlanmasının zəruriliyini elan edəndə, onu Novo-Oqaryovoda Yeltsinin rezidensiyasına çağırdılar və tezliklə istefa verməyə məcbur etdilər. İki aydan sonra Ermənistanın birinci prezidenti istefa verdi, ondan da iki ay sonra da Koçaryan prezident oldu. Nikol Paşinyanı da belə bir tale gözləyə bilərmi? Heç nə alınmasa, 1999-cu il 27 oktyabr parlament qətliamı kimi sui-qəsd hadisəsinin baş verəcəyi də istisna olunmur. Nəzərə alaq ki, terrorçu təşkilat Daşnaksütun yeganə çıxış yolunun hakimiyyəti istefaya göndərmək olduğu barədə bəyanat yayıb. Metodlardan biri də arzuolunmaz fiqurları terrorla aradan götürməkdir”, – ekspert qeyd edir.
Onun fikrincə, normal məntiq və mövcud situasiya belə olmayacağını deyir. Ekspert əlavə edir ki, Paşinyan Moskva səfərinə əliboş deyil, Qərbin “məsləhətli donu”ilə gedəcək və geri dönəndə donun nə qədər “gen” olduğu da bilinəcək: “Sülh müqaviləsindən imtina olmayacaq, sadəcə, bu işin memarının Moskva olduğu qabardılacaq və çox güman ki, zaman məsafəsi yenə də qeyri-müəyyən olaraq qalacaq. Qarabağ siyasəti yeni detallarla yeni mərhələyə daxil olur. Bütün variantları nəzərə alaraq, Azərbaycanın bu mərhələdən də uğurlu çıxması şübhə doğurmur”. //pressklub.az//
15-04-2022, 18:23
Ermənistanda çevriliş və ya sabitliyin pozulacağı gözlənilir
14-04-2022, 21:37
Rusiya Azərbaycanla Ermənistan arasındakı danışıqlarda fasilələrin verilməsini istəmir
11-04-2022, 12:01
Rusiyanın Azərbaycanla bağlı planı NƏDİR? - "Prosesləri sabotaj etməyə çalışır"
23-11-2021, 16:02
Bir dəhliz uğrunda 6 savaşçı: Brüssel görüşü Qarabağa nə gətirəcək? - GƏLİŞMƏ
20-08-2021, 10:27
Üçtərəfli görüş olacaq: Nə müzakirə ediləcək? - GƏLİŞMƏ
2-08-2021, 16:04
"Təxribatlar törədən Ermənistan destruktiv siyasətini davam etdirir" - Rusiyalı ekspert
Dün, 18:24
Trampdan İrana sərt xəbərdarlıq: Ya razılaşma, ya da zərbələr
Dün, 18:21
Lukaşenko və Vladimir Putin yaxın vaxtlarda görüşəcək
Dün, 18:16
Rusiyanın Xarkova hücumu nəticəsində 5 xilasedici ölüb, yaralananlar var
Dün, 18:13
Bu şəxslər hərbi xidmətə çağırışdan azad olunacaq - SİYAHI
Dün, 18:05
Putinə görüş təklif edib
Dün, 17:59
Almaniya ümid edir ki, İlham Əliyev bu il Berlinə gələcək – Səfir
Dün, 11:52
Köçəryan ölkədən qaçmaq istədi
Dün, 11:20
Şimali Koreya nüvə silahından imtina etməyəcək
Dün, 11:12
2 min il əvvəl itən əfsanəvi qızılı parça yenidən yaradıldı
Dün, 11:04
Azərbaycandan tranzit keçməklə Ermənistana buğda göndəriləcək
13-06-2026, 11:22
6 gün leysan olacaq - XƏBƏRDARLIQ
13-06-2026, 11:19
Azərbaycanın bu rayonlarında zəlzələ oldu (YENİLƏNİB)
13-06-2026, 11:12
Azərbaycanın bütün məktəblərində "Son zəng" çalınır
13-06-2026, 10:59
Azərbaycanda yeni cərimələr müəyyənləşir - 50 min manatadək
13-06-2026, 10:37
Rusiyada boru kəmərində baş verən partlayışda üç nəfər ölüb
13-06-2026, 10:35
Şuşada bu işləri görmək qadağan edilir
13-06-2026, 10:31
Masallıdan nazirə məktub: Əmriniz əleyhimizə çevrilib - BU NƏDİ BELƏ?
13-06-2026, 10:29
Səhhəti pisləşdi, konsertləri təxirə salındı
13-06-2026, 10:27
Azərbaycanda aeroportların idarə edilməsi dəyişir - FƏRMAN
31-01-2026, 19:05
"Qurtuluş" Reabilitasiya Mərkəzinin rəhbəri və işçiləri həbs edildi
31-01-2026, 19:02
Tramp digər ölkələri Venesueladan neft almağa dəvət edəcək
31-01-2026, 19:01
“Azərbaycanfilm” ləğv ediləcək?
31-01-2026, 18:58
Rəsulzadənin anadan olmasından 142 il ötür
31-01-2026, 18:56
Süleyman Mikayılovun vəzifədən azad edilmə səbəbi bilindi
31-01-2026, 18:54
ABŞ tarixində ilk dəfə əhali azalması riski ilə üz-üzə
31-01-2026, 18:52
Hacıqabulda palçıq vulkanı püskürdü
31-01-2026, 18:46
DYP sürücülərə müraciət etdi
31-01-2026, 18:44
Azərbaycanda gümüş xatirə sikkələr hazırlanacaq
31-01-2026, 00:19
Bu hallarda media subyektləri məsuliyyət daşıyacaq - Yeni qərar
31-01-2026, 00:11
Bu nazirlikdə CİDDİ NÖQSANLAR aşkarlandı - RƏSMİ
31-01-2026, 00:05
Dövlət teatrlarında vakant yerlərə direktor təyinatları olacaq
30-01-2026, 23:49
İlham Əliyev bu gəncləri mükafatlandırdı - SİYAHI
30-01-2026, 23:40
Tarix və memarlıq abidələri haqqında məlumatlar rəqəmsallaşdırılacaq
30-01-2026, 23:35
“Azərbaycanfilm” ləğv ediləcək?
30-01-2026, 23:30
QHT-lərə Dövlət Dəstəyi Agentliyi media təşkilatı adı ilə “piy” əridir - dövlət büdcəsi özəl maraqlar üçün xərclənir +FOTOFAKT
29-01-2026, 13:10
Zelenski Putinə birbaşa görüş təklif etdi
29-01-2026, 13:06
Xaqani Şirvaninin 900 illik yubileyi qeyd ediləcək – SƏRƏNCAM
29-01-2026, 13:02
“Hadi İnşaat” MMC-nin icra başçıları ilə tender oyunu
29-01-2026, 12:51
Elektron formada sübut hesab olunacaq məlumatlar müəyyənləşir