Bir dəhliz uğrunda 6 savaşçı: Brüssel görüşü Qarabağa nə gətirəcək? - GƏLİŞMƏ
Gündəm / Siyasət / Hadisə
Oxunub: 180
23 Kas 2021 | 16:02
Bir dəhliz uğrunda 6 savaşçı: Brüssel görüşü Qarabağa nə gətirəcək? - GƏLİŞMƏ

capar.info : - Dekabrın 15-də Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın Baş naziri Nikol Paşinyanın Brüsseldə görüşü gözlənilir.

Müzakirələr Avropa İttifaqının Şərq Tərəfdaşlığı Proqramına daxil olan ölkələrin sammiti çərçivəsində keçiriləcək. Artıq hər iki tərəf Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin vasitəçiliyi ilə görüşmək təklifini qəbul edib.

“Azərbaycan tərəfi hər zaman siyasi dialoqa açıqdır və bu kimi təmasları müsbət qarşılayır. Bu xüsusda Avropa İttifaqı Şurasının Prezidentinin Brüssel Zirvəsi çərçivəsində Aİ-nin vasitəçiliyi ilə iki ölkə liderinin görüşünün təşkili təklifinə Azərbaycan tərəfindən razılıq verilib". Bu fikirləri Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva bildirib. “Postmünaqişə dövrünün reallıqları müstəvisində Azərbaycanın mövqeyi dəfələrlə dövlət başçısıtərəfindən, o cümlədən beynəlxalq platformalada səsləndirilib. Bu xüsusda Brüssel Zirvəsinin və bu çərçivədə keçirilməsi nəzərdə tutulan görüşün əlavə imkanlar yaradacağını hesab edirik”,-deyə XİN-in mətbuat katibi əlavə edib.

Qeyd edək ki, Avropa Birliyinin vasitəçilik təklifinə Rusiyanın reaksiyası özünü çox gözlətməyib. Noyabrın 21-də Rusiya Prezidenti Vladimir Putin Nikol Paşinyana zəng edərək bölgədəki vəziyyəti müzakirə edib. 2020-ci ilin 10 noyabr və 2021-ci ilin 11 yanvar tarixlərində imzalanmış üçtərəfli Bəyanatların yerinə yetirilməsi kontekstində regiondakı vəziyyətin və onun sabitləşdirilməsi üçün görülən tədbirlərin müzakirəsi davam etdirilib. Çox güman ki, Prezident Putin bununla sülhyaratma prosesində əsas vasitəçilik missiyasının Rusiyaya aid olduğunu Paşinyana xatırlatmağa çalışıb.

Yəni rəsmi Moskva Ermənistana mesaj verir ki, İkinci Qarabağ müharibəsindən sonrakı geosiyasi konfiqurasiya yalnız Rusiyanın vasitəçiliyi ilə 2020-ci il noyabrın 10-da və 2021-ci il yanvarın 11-də imzalanmış üçtərəfli Bəyanatlar əsasında formalaşa bilər. Söhbət ilk növbədə, 10 noyabr Bəyanatının 9-cu bəndində nəzərdə tutulmuş Naxçıvanı Ermənistan ərazisindən keçməklə Azərbaycanın qərb hissəsini birləşdirən nəqliyyat və kommunikasiya vasitələrinin açılmasından gedir. Bu dəhlizin təhlükəsizliyinə nəzarəti isə Rusiya Federal Təhlükəsilik Xidmətinin hərbi kontingenti həyata keçirəcək.

Eyni zamanda 11 yanvar Bəyanatına görə, Azərbaycan, Ermənistan və Rusiya baş nazirlərinin müavinlərindən ibarət yaradılmış işçi qrup nəqliyyat və kommunikasiyaların açılması ilə bağlı birgə razılaşma sənədini təsdiqlənmək üçün dövlət başçılarına təqdim etməlidir. Lakin bu məsələ hələ öz həllini tapmayıb. Rusiya isə nəqliyyat və kommunikasiyaların, ilk növbədə isə Zəngəzur dəhlizinin açılmasında maraqlıdır. Kreml bununla Avrasiya nəqliyyat dəhlizinin əsas transzit marşrutu funksiyasını yerinə yetirəcək Zəngəzur dəhlizinə, eləcə də bölgənin gələcək geoiqtisadi və geosiyasi “hub”ına çevriləcək bu yola Şimal-Cənub nəqliyyat koridoru vasitəsilə nəzarəti ələ almaq istəyir. Bu Rusiyaya Ermənistana və Türkiyə vasitəsilə Yaxın Şərqə həm dəmir yolu, həm də quru yolu vasitəsilə çıxış əldə etmək imkanı verir.

Lakin geostrateji əhəmiyyətə malik bu dəhliz uğrunda Cənubi Qafqazda mövqeyini möhkəmlətməkdə olan və Azərbaycan üzərindən Mərkəzi Asiyaya çıxış əldə etməyə çalışan Türkiyə, eyni zamanda, bölgədəki proseslərdən kənarlaşdırılan İran, vasitəçilik missiyasını ələ almağa çalışan Avropa Birliyi, nəhayət, bu tranzit məkanın açılmasına qarşı çıxan ABŞ arasında rəqabətin böyüməsi müşahidə olunur. Müzakirə predmeti olacaq digər məsələ isə Azərbaycan-Ermənistan sərhəddinin delimitasiyası və demarkasiyasıdır. Kreml bu prosesin Rusiyanın vasitəçiliyi və təqdim etdiyi Sovet dövrünə aid xəritələr əsasında həyata keçirilməsini təklif edir. Ancaq Avropa Birliyi və ABŞ da sərhədlərin müəyyənləşməsində texniki dəstək verməyə hazır olduğunu bildirib.

Rusiya isə başqa tərəfin bu prosesdə vasitəçi olmasına qarşı çıxır. Ona görə də noyabrın 16-da Kəlbəcər və Laçın istiqamətində baş verən hərbi toqquşmalarda bir daha məğlub duruma düşən Ermənistanın yardım çağırışına Kremlin səssiz qalması Rusiyanın Paşinyan hökumətinə hər iki məsələdə təzyiqi hesab olunur. Yəni Rusiya Paşinyanı həm kommunikasiyaların açılmasında, həm də sərhədlərin müəyyənləşməsində tələsdirir. Ona görə də noyabrın 16-da baş vermiş döyüşlərdən sonra Paşinyanın Zəngəzur dəhlizinin açılmasına razılıq verdiyi, hətta yaxın günlərdə bu barədə sənəd imzalayacağına dair məlumat yayıldı. Ardınca isə Ermənistanın Baş naziri sərhədlərin delimitasiyası və demarkasiyasına dair Rusiyanın təkliflərinə razılaşdığını dedi.

Ermənistanın Moskvanın təzyiqləri qarşısında geri çəkilməsi bölgədə son günlər Rusiyanın geosiyasi mövqeyinin güclənməsi ilə nəticələnib. Lakin Avropa Birliyinin bu arada qəfil dövriyyəyə girməsi Paşinyan hökumətinə Kremlin təzyiqlərindən yayınmaq üçün “siyasi nəfəslik” rolunu oynaya bilər. Xatırladaq ki, oktyabrın sonlarında Vladimir Putin, İlahm Əliyev və Nikol Paşinyanın noyabrın 9-da görüşəcəyi və razılaşma sənədi imzalayacağına dair məlumat yayılsa da, Ermənistanın Baş nazirinin müzakirələrdən yayınması bu prosesi pozdu. Bu da Rusiyanın Ermənistan hakimiyyətinə təzyiqləri ilə müşahidə olundu. Görünür, Rusiya-Ermənistan münasibətlərində yaranmış narazılıqdan faydalanmağa çalışan Avropa Birliyi moderatorluğu ələ almağa çalışır. Şarl Mişelin vasitəçilik təklifi şübhəsiz ki, Nikol Paşinyanın Rusiya ilə Qərb arasında manevr imkanlarını artıracaq.

Avropa Birliyinin danışıqlara ev sahibliyi etmək təşəbbüsü Ermənistana Zəngəzur dəhlizinin açılmasından imtina etmək və sərhədlərin müəyyənləşməsində Rusiyanın vasitəçiliyindən yayınmaq fürsəti yarada bilər. Artıq Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın “Ermənistan bütün nəqliyyat kommunikasiyalarının açılmasından danışır, Azərbaycan isə qondarma “dəhliz” elan edir”deməsi artıq rəsmi İrəvanın mövqeyində dəyişiklikdən xəbər verir. Yəni rəsmi İrəvan 10 noyabr Bəyanatının 9-cu bəndinə əməl etməmək üçün bu məsələni növbəti dəfə mübahisə predmetinə çevirməyə çalışır. Avropa Birliyinin vasitəçilik missiyasını üzərinə götürməsi Ermənistana sərhədlərin sovet dövrü xəritələri əsasında aparılmasından yayınmaq imkanı aça bilər.

Rusiya Silahlı Qüvvələrinin Baş Qərargahında saxlanılan bu xəritələr tətbiq olunarsa, Ermənistan 1920-ci illərdə Azərbaycandan aldığı bir çox əraziləri geri qaytarmalıdır. Ona görə də Paşinyanın yenidən Avropa Birlıyinin, ilk növbədə isə Fransa müşahidəçilərinin sərhədə yerləşdirilməsi məsələsini gündəmə gətirəcəyi istisna edilmir. Noyabrın 17-də Ermənistanın Rusiyadan 1997-ci ildə imzalanmış ikitərəfli müqaviləyə uyğun olaraq, hərbi yardım istəyinə Moskvadan “yox” cavabı gəlməsindən istifad edən Paşinyan sərhədlərin mühafizəsini beynəlxalq müşahidəçilər adı altında Qərbə etibar etmək təklifini qaldıra bilər.

Həmçinin, Qərbin danışıqlar prosesində mövqeyini möhkəmlətməyə çalışan Ermənistan Qarabağda yaşayan ermənilərin statsusunu və sülh prosesinin ATƏT-in Minsk Qrupunun vasitəçiliyi ilə təmin edilməsi məsələsini irəli sürə bilər. Bu, Paşinyan iqtidarına Rusiyanın təzyiqlərindən yayınmaq, eyni zamanda, sərhədlərin müəyyənləşməsində xalqların öz müqəddaratını təyinetmə prinsipi əsasında status məsələsini ilkin şərt kimi gündəmə gətirmək üçün lazımdır. Təbii ki, Azərbaycan Ermənistanın bu mövqeyi ilə razılaşa bilməz. Bu baxımdan Brüssel görüşünün nəticəsiz başa çatması mümkündür.

Lakin ekspertlər hesab edir ki, Brüssel görüşü Rusiyanın nəzarətindən kənar keçdiyi üçün Azərbaycan və Ermənistan rəhbərləri Kremlin siyasi təsiri olmadan öz aralarında müəyyən razılığa gələ bilərlər. Ona görə də böyük ehtimalla Putin administrasiyası Brüssel görüsündən öncə qabaqlayıcı addım atmağa cəhd edəcək. Kreml bölgədəki maraqlarını qorumaq üçün Azərbaycan və Ermənistan liderlərinin görüşünü təşkil etməyə və hər hansı sənədin imzalanmasına çalışacaq. Ona görə də Rusiyanın regionda söz sahibi olduğunu nümayiş etdirmək üçün Azərbaycan-Ermənistan sərhədində növbəti hərbi təxribat törədəcəyi istisna edilmir. Mövcud situsiyada narazılıq əsasən Moskva və İrəvan arasında olduğundan, noyabrın 17-də iki ölkə arasında atəşkəs haqqında razılaşma hər an pozula bilər. Ermənistan ordusunda Rusiyanın mövqeləri güclüdür və atəşkəsin pozulması nəticəsində Kreml yenə qarşı tərəfi Azərbaycan Ordusu qarşısında müdafiəsiz buraxması istənilən an baş verə bilər.

Eyni zamanda Ermənistanda müxalifətin Paşinyan hökumətinə qarşı geniş etiraz aksiyalarına başlayacağı da gözləniləndir.
23-11-2021, 15:59
Nikolun qarşısına bu tapşırıq qoyulub – Arkovdan şok
23-11-2021, 09:22
Kremldən kritik zəng, Bakıdan xəbərdarlıq siqnalı... - Rusiya “qapı dalında” qala bilər
7-04-2021, 11:47
Avropa İttifaqının rəhbərləri Türkiyəyə səfər ediblər
19-08-2020, 12:33
Avropa İttifaqı Malidəki hərbi çevrilişi qınadı
19-06-2020, 23:30
Milli Məclisin Sədr müavini Adil ƏLİYEV : “Azərbaycanın Avropa İttifaqı ilə əməkdaşlığı yüksələn xətt üzrə inkişaf edir”
8-12-2018, 14:26
Azərbaycan ilə Avropa İttifaqı arasında yeni sazişə dair danışıqların növbəti mərhələsi yanvarda keçiriləcək
Dün, 14:28
İsrail İrana raket zərbəsi endirdi
Dün, 14:20
Meksikada güclü zəlzələ
Dün, 14:13
Mbappe yekun qərarını verdi
Dün, 14:10
“Fənərbaxça” Konfrans Liqasında mübarizəni dayandırdı
Dün, 14:06
"Səhnədə ölmək istəmirəm" - Zülfiyyə Xanbabayeva
Dün, 14:02
Bu ərazilərə güclü yağış yağacaq - Sabahın HAVASI
Dün, 13:52
Uşaqlar ad günü şərəfinə kişini vəhşicəsinə döydülər
Dün, 13:49
Bakıda yeniyetmə qız binadan yıxıldı
Dün, 13:47
Bakıda evdə PARTLAYIŞ: ölən var
18-04-2024, 16:29
31 yaşlı kişi tövlədə özünü ASDI
18-04-2024, 16:25
Dünyanın ən dağıdıcı tornadosu: 80 min insan evsiz qalıb
18-04-2024, 16:21
Qadınlar, 45 yaşdan sonra belə qidalanın
18-04-2024, 16:17
Azərbaycanlı gənc parkinqə görə adam öldürdü
18-04-2024, 16:15
Kişi arvadının boşanmaq istəyinə görə uşaqlarını öldürdü
18-04-2024, 16:10
Külli miqdarda rüşvət alan müstəntiq axtarışa verildi
18-04-2024, 16:07
Keçmiş polis rəisinin evləri və bahalı maşını əlindən alındı
18-04-2024, 16:04
Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi də fəaliyyətini dayandırır
18-04-2024, 15:56
Ucuz və sağlam qidalanmanın YOLLARI
18-04-2024, 15:55
Bakıda DƏHŞƏT: hamamda qızla oğlanın meyiti tapıldı
17-04-2024, 22:22
Akif Ələkbərov həbsdə öldü
17-04-2024, 22:13
Sabah 28 dərəcə isti olacaq - HAVA PROQNOZU
17-04-2024, 22:01
Çingiz Abdullayev evə buraxıldı
17-04-2024, 21:51
“Barselona”nın Çempionlar Liqasındakı antirekordu
17-04-2024, 21:49
Həddindən artıq su içib öldü
17-04-2024, 21:46
“Hamıya pul verib toyuna çağırır, məndən pul istəyir” - Xalq artisti
17-04-2024, 21:42
Rüşvət alan yol polisi rəisi işdən QOVULDU
17-04-2024, 21:39
Ana və oğlu göldə boğuldular
16-04-2024, 22:03
Klublarımız “Bayer”dən geri qalır: “Qarabağ”ın qapıçısı
16-04-2024, 22:00
Bakı həbsxanasında ÖLÜM
16-04-2024, 21:58
Kartofu mükəmməl qızartmaq üçün bunları bilmək lazımdır
16-04-2024, 21:53
Qısqanc kişi dostu ilə yatan arvadını çarpayıda yandırdı
16-04-2024, 21:48
Festivalda "Qırğın" - faciədən sağ çıxan 50 nəfər intihar etdi
16-04-2024, 21:46
Dünyanın ən gözəl idmançısı dekolteli kombinezonda poza verdi
16-04-2024, 21:42
Niyə təyyarələr Tibet üzərindən uçmur?
16-04-2024, 21:39
Varlı kişiləri cəlb etməyi bacaran 4 BÜRC QADINI
16-04-2024, 21:31
Bakıda 47 yaşlı kişi özünü EVİNDƏ ASDI
16-04-2024, 18:04
Kişilərin diqqətinə, bu xərçəng növü SÜRƏTLƏ ARTIR
16-04-2024, 10:36
Naftalanda narkotik vasitə satan və alan şəxslər saxlanılıblar - FOTO
16-04-2024, 10:33
Doktorantura səviyyəsi üzrə elektron sənəd qəbuluna başlanılır