MDB üçün "Qazaxıstan dərsi": Kremlin təhlükəli planına qarşı birlik olacaqmı? - HƏQİQƏTƏN DƏ..
Gündəm / Siyasət
Oxunub: 139
11 Ock 2022 | 11:51
MDB üçün "Qazaxıstan dərsi": Kremlin təhlükəli planına qarşı birlik olacaqmı? - HƏQİQƏTƏN DƏ..
Qazaxıstan Prezidenti Qasım-Comərd Tokayevin təşəbbüsü ilə dünən Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Kollektiv Təhlükəsizlik Şurasının fövqəladə sessiyası keçirilib. Onlayn formatda keçirilən sessiyada Rusiya, Belarus, Ermənistan, Qazaxıstan, Tacikistan liderləri iştirak ediblər. Qırğızıstan Prezidenti Sadir Japarovun qatıla bilmədiyi sessiyada ölkəni Baş nazir əvəz edib. KTMT ölkələrinin rəhbərləri Qazaxıstanda baş verən son hadisələr, ixtişaşların qarşısının alınması, Qazaxıstanda sabitliyin bərqərar edilməsi ilə bağlı görülən və görüləcək işləri müzakirə ediblər.

KTMT-nin aparıcı dövləti olan Rusiyanın Prezidenti Vladimir Putin sessiyada çıxışı zamanı bildirib ki, Qazaxıstan öz dövlətçiliyi üçün təhlükə ilə üz-üzədir. Putin qeyd edib ki, Qazaxıstandakı vəziyyət hamını narahat edir: "Qazaxıstana hücum təcavüz aktıdır, buna gecikmədən reaksiya vermək lazım idi”. Rusiya Prezidenti KTMT-nın məsuliyyət zonasında olan ərazilərə xaricdən müdaxilə cəhdlərinə qarşı birgə tədbirlər işləyib hazırlamağı təklif edib: "Bununla bağlı KTMT-nin Katibliyinə təklifləri hazırlamağı həvalə etmək məqsədəuyğundur". "Əsas odur ki, qardaş Qazaxıstanın yaşadğı bu günkü faciəli hadisələr bizi gələcəkdə qəfil haqlamasın. Biz istənilən təxribata cavab verməyə tam hazır olmalıyıq”, - deyə Putin vurğulayıb.

Qazaxıstan Prezidenti bildirib ki, ölkəsində sabitlik bərqərar olduqdan sonra KTMT sülhməramlıları Qazaxıstanı tərk edəcək. Tokayev qeyd edib ki, genişmiqyaslı antiterror əməliyyatı yaxın vaxtlarda başa çatacaq və KTMT missiyası da bununla yekunlaşacaq.

Maraqlıdır ki, buna Putin cavab xarakterli çıxışında deyib ki, Qazaxıstanda sabitliyin nə zaman bərpa olunacağı bilinmir. Rusiya lideri vurğulayıb ki, KTMT qüvvələri lazım olduğu qədər Qazaxıstanda qalacaq, lakin təbii ki, sülhməramlı kontingent sonradan çıxarılacaq.

DİA.AZ xəbər verir ki, KTMT ölkələrinin liderlərinin toplantısında verilən açıqlamaları, proseslərin bundan sonrakı mərhələdə nələrlə nəticələnəcəyi barədə AYNA-nın suallarını "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu cavablandırıb. Analitik bildirib ki, əslində problem KTMT hərbçilərinin Qazaxıstana yerləşməsi ilə başladı:

- Qazaxıstan polisi, təhlükəsizlik qüvvələri ixtişaşları yatırmaq iqtidarında olduğu halda, KTMT-nin 3700 (rəsmi rəqəm - A.B) hərbçisinə nə ehtiyac var idi?! KTMT hərbçilərinin ölkəyə daxil olması ilə vəziyyət daha da gərginləşdi. İndi bildirilir ki, sabitlik yarananda sülhməramlı adı altında daxil olan hərbçilər Qazaxıstandan çıxarılacaq. Amma kim zəmanət verir ki, ölkədə sabitlik nə zaman yaranacaq. Düzdür, deyilənə görə, böyük şəhərlərdə vəziyyət nəzarət asltına alınıb. Lakin nəzərə almaq lazımdır ki, Qazaxıstan böyük ölkədir, bir şəhərlə digər şəhər arasında məsafə minlərlə kilometrdir. Yəni ki, tam sabitliyin tezliklə bərpa olunması çətindir. Bu Rusiya və müttəfiqlərinə bəhanə verə bilər ki, hərbçiləri Qazaxıstanda qalsınlar. Putin dedi axı ki, "lazım olduğu qədər sülhməramlılar qalacaqlar".

Qazaxıstan üçün başqa təhlükə də var ki, bu, Rusiya ictimaiyyəti tərəfindən səsləndirilən fikirlərdir. Rusiyadakı müxtəlif dairələrin səsləri eşidilir - "Qazaxıstan dövləti olmayıb", "Qazaxıstanın şimal əraziləri Rusiyaya məxsusdur" kimi fikirlər səsləndirilir. Rusiya Dövlət Dumasının fraksiya rəhbəri, Kremlin danışan dili olan Vladimir Jirinovski isə bir qədər irəli gedərək qazaxları təhqir etdi, onların dövlətinin olmadığını bildirdi, qazaxları "çoban" adlandırdı. Xatırladaq ki, vaxtilə o, Krım haqqında da eyni sözləri deyirdi. Sonradan şahidi olduq ki, Rusiya Krımı ilhaq etdi. Deməyim odur ki, Kremlin danışdırdığı adamların ifadələrini ciddi qəbul etmək lazımdır. Sabah Qazaxıstanda bir neçə rusa qarşı hansısa təxribat törədilsə, bu, Rusiyanın əlinə bəhanə verəcək, Moskva bəyan edəcək ki, sülhməramlı adı ilə ordusu orada qalsın. Eyni zamanda, Rusiya Qazaxıstanın şimalını nəzarətində saxlamağa cəhd göstərə bilər. Ona görə də, hesab edirəm ki, Qazaxıstan üçün təhlükə qalmaqdadır. Qazaxıstan hökuməti vəziyyətdən çıxış yolunu nədə görəcək, bunu söyləmək çətindir. İstisna olunmur ki, etirazçı kütlənin içərisində ekstremistlər var. Amma çoxluq etirazçıdır və əgər dinc, sadəcə hüququnu tələb edən insanlara qarşı silah işlədilib, işlədiləcəksə, ölkədə sabitliyi bərpa etmək bir müddət çətin olacaq.

- Belarus Prezidenti Aleksandr Lukaşenko bildirib ki, Qazaxıstandakı hadisələrdən dərs çıxarılmalıdır. Və o söyləyib ki, dərs çıxarılmasa, növbəti gərginliyin ünvanı Özbəkistan ola bilər. Bu ifadəni Özbəkistana xəbərdarlıq kimi qiymətləndirmək olarmı?

- Yəqin ki, Lukaşenko nələrdənsə məlumatlıdır, ona görə belə xəbərdarlıq edir. Özbəkistanda gərgin olayların yaşana biləcəyi barədə beynəlxalq ekspertlər də proqnozlar verirlər. Özbəkistanda 2000-ci ilin başlanğıcında oxşar hadisələr oldu, lakin həmin vaxt Prezident İslam Kərimov ixtişaşları silah gücünə yatırmışdı, yüzlərlə insan həlak olmuşdu. Bu baxımdan, Qazaxıstandakı olayların Özbəkistanda təkrarlanması ehtimalı az deyil. Düzdür, indiki Prezident Mirziyoyev ölkədə müəyyən sərbəstlik yaradıb, sosial məsələlərdə müəyyən addımlar atır. Amma proqnoz vermək çətindir, o mənada ki, heç kəs bir ay əvvəl Qazaxıstanda bu olayların yaşanacağını proqnozlaşdıra bilməzdi. Hər an hər şey baş verə bilər. Ona görə də, Lukaşenkonun sözlərində həqiqət payı bəlkə az deyil.

- Özbəkistanda ordunun təbliğatına başlanılması, eyni zamanda, sosial problemlərlə, xüsusən də, qazın qiyməti ilə bağlı Mirziyoyevin göstərişlər verdiyi barədə informasiyalar var. Görünür, rəsmi Daşkənddə hansısa məlumatlar mövcuddur...

-Əlbəttə, yəqin ki, məlumatlar var. Bilirsiniz, insanları incitmək olmaz, insanların sosial problemlərini həll etmək lazımdır. Ölkədə problemlər olanda istənilən xarici mərkəz, maraqlı dairələr vəziyyətdən istifadə edib məqsədlərini həyata keçirməyə çalışırlar. İddia etmirəm ki, Qazaxıstanda başlayan ilk etiraz dalğasında Rusiyanın əli var. Amma sonrakı proseslərdən Rusiya öz maraqlarının təmininə çalışdı. Biz bunu müşahidə edirik. Baxın, Özbəkistanla Rusiya arasında normal münasibətlər var, amma Qazaxıstan qədər yaxın deyil. Rəsmi Nur Sultan Moskva üçün strateji tərəfdaş olmasına rəğmən Rusiyada Qazaxıstan əleyhinə nə qədər fəaliyyəti müşahidə edirik. Görün, Özbəkistan üçün hansı addımlar atıla bilər. Ona görə də, Mirziyoyev müəyyən addımlar atmaq məcburiyyətindədir. Bu kimi ölkələrdə klanlararası mübarizənin də mənfi təsirləri var. Belə ölkələrdə bir çox maraqlar üst-üstə düşür. İnsanların sosial tələbləri, klanlararası mübarizə, xarici mərkəzlərin maraqları və s. Bununla da ölkədə xaos yaranır.

- Bildirdiniz ki, önləyici addımlar atılmalıdır. Əgər Kremlin Mərkəzi Asiya ölkələrində belə xaosların yaradılması, xaosdan öz məqsədləri üçün istifadə etmək planı - məsələn, SSRİ-ni bərpa etmək planı varsa, o zaman önləyici tədbirlərin mənası qalırmı?

- Putin SSRİ xisləti ilə yaşayan siyasətçidir. Və o, bu xislətini publikadan gizlətmir. Amma nəzərə almaq lazımdır ki, SSRİ-ni yeni formada bərpa etmək elə də asan deyil. Ola bilsin ki, bu ölkələrdə Rusiyaya rəğbət bəsləyən qüvvələr, "beşinci kolon" var, lakin millətçi kəsim də mövcuddur. Kreml təhlükəli planı işə salıbsa, bu, Rusiya üçün bumeranq effekt verəcək. Çünki Rusiya da monolit ölkə deyil.

Rusiya Ukraynanı, Gürcüstanı parçaladığı kimi, Qazaxıstanı da parçalasa, oradan pay götürsə, digər dövlətlər təhlükənin necə böyük olduğunu anlayacaqlar. Və Rusiyanın bu siyasətinə qarşı birlik də nümayiş etdirilə bilər. Gürcüstan ərazilərini işğal etdilər, Ukrayna ərazilərini işğal etdilər, növbəti Qazaxıstan olacaqsa, demək Rusiya dayanmaq niyyətində deyil. Putin çıxışında bildirir ki, Avropa dövlətləri ABŞ-ın vassallarıdır. Kreml rəhbəri yəqin düşünür ki, MDB məkanı da Rusiyanın vassalı olmalıdır. MDB dövlətlərinin heç biri isə vassal olmaq istəmir. Nə gürcülər, nə ukraynalılar, nə qazaxlar, nə özbəklər, nə azərbaycanlılar Rusiyaya vassal olmaq niyyətindədirlər. Amma nəzərə almaq lazımdır ki, bu ölkələrdə Rusiyaya rəğbəti olan qüvvələr mövcuddur. Putinin müəyyən mənada ümidi həm də o qüvvələrədir.

- Qazaxıstandakı proseslərə beynəlxalq aləmdən, xüsusən də, Türk Dövlətləri Təşkilatından reaksiya zəifdir. Bunun səbəbi nədir, sizcə?

- Türk dövlətlərinin bu siyasətini əslində normal qiymətləndirirəm. Bir az ehtiyatlı olmaq lazımdır. Tokayevi indiki halda dəstəkləmək məncə, yanlış olardı. Çünki Tokayev baş verənlərlə bağlı atdığı addımlar Türk Dövlətləri Təşkilatında, o cümlədən Azərbaycanda ciddi suallar yaratdı. KTMT hərbçilərini ölkəsinə çağırmaqla beynəlxalq aləmin, türk dövlətlərinin suallarına səbəb oldu. Belə bir liderin hakimiyyətinə dəstək vermək problematikdir.

Digər tərəfdən, yaxşı ki, Türk Dövlətləri Təşkilatının birgə ordusu yoxdur. Birgə ordu olsaydı, Tokayev kömək üçün müraciət etsəydi, biz onların daxili işlərinə qarışmayacaqdıq. Əslində KTMT də qanunu pozub, Nizamnaməsinə zidd addım atıblar. Çünki KTMT üzv dövlətləri xarici təcavüzdən qorumalıdır. Qazaxıstana isə xarici təhlükə yox idi, daxili narazılıq, ixtişaş var idi. Bu, türk dövlətlərini narahat edir - Türkiyəni də, Azərbaycanı da, Qırğızıstanı da. Amma bu dövlətlərin, Türk Dövlətləri Təşkilatın prosesə müdaxilə imkanı minumumdur. Biz qüvvələr nisbətinin necə formalaşacağını da, hələlik bilmirik. "Tokayev bu gün hakimiyyətdədir, sabah olacaqmı?!" sualı da açıq qalır.
11-01-2022, 09:27
Almatı iğtişaşları Paşinyanı xilas edəcəkmi... - GƏLİŞMƏ
8-01-2022, 12:15
Qazaxıstanda cərəyan edən proseslərdə KQB-nin dəsti-xətti görünür - MALƏSƏF...
24-11-2021, 10:05
Ermənistan KTMT təmsilçisindən və Belarus prezidentindən nə istəyir? - GƏLİŞMƏ
8-11-2020, 15:20
Rusiya və Türkiyə prezidentləri Dağlıq Qarabağ məsələsini müzakirə ediblər
26-12-2018, 13:49
Putin KTMT-də tərəfdaş təsisatını təsdiq edib
8-12-2018, 14:27
Lukaşenko Paşinyanı itələdi - VİDEO
Dün, 20:30
Hansı yazıçı daha çox kitab yazıb? 4000-ə yaxın roman
Dün, 20:17
Bakıda evdən meyit tapıldı
Dün, 20:13
Dünyada ən təhlükəli nəqliyyat növü budur
Dün, 20:11
Federasiyanın keçmiş rəhbəri öpüşə görə həbs oluna bilər
Dün, 20:09
Braziliyalı ulduzdan depressiya və intihar etirafı
Dün, 20:07
Yarım milyon mənimsəyən baş həkim HƏBSDƏ ÖLDÜ
Dün, 20:03
"Milan" "Boka Xuniors"un futbolçusunu alacaq
Dün, 20:01
Qan damarlarının divarlarını məhv edən məhsullar
Dün, 19:56
Çobanyastığı çayının bilmədiyimiz FAYDALARI
Dün, 19:54
Çayı soyuq su ilə soyutmaq olmaz! - Bunları "öldürürsünüz"
Dün, 19:52
Əməkdar artist 27 ildir qardaşı oğlunu axtarır
Dün, 19:49
Keçmiş nazir Namiq Abbasov VƏFAT ETDİ
27-03-2024, 17:51
Ramazan ayı bir ildə iki dəfə qeyd olunacaq
27-03-2024, 17:46
Ən məşhur “qanuni oğru”lardan biri UKRAYNADAN QOVULUR
27-03-2024, 17:24
Azərbaycan millisinin baş məşqçisi ola bilər
27-03-2024, 17:21
Ağdaşda FACİƏ: 5 yaşlı uşaq yandı
27-03-2024, 17:16
Vilayət Eyvazov Kamran Əliyevi işdən çıxardı
27-03-2024, 17:12
Bu ölkədə 70 minə yaxın dövlət qulluqçusu işdən çıxarılır
27-03-2024, 17:10
Abşeronda QƏZA: Ölən var
27-03-2024, 17:07
Özünüzü xroniki stressdən qorumağın YOLLARI
27-03-2024, 17:04
Alla Puqaçova “xarici agent” ELAN EDİLƏ BİLƏR
27-03-2024, 17:00
Azərbaycan onları Özbəkistana təhvil verdi
26-03-2024, 14:39
Bakıda liftdən meyit tapıldı
26-03-2024, 14:35
Alimlər həyəcan təbili ÇALDI: uşaq salfetləri autizm yaradır
26-03-2024, 14:32
Kişi yatan dostunu bıçaqladı
26-03-2024, 14:26
Ermənistan konyakına qadağa qoyuldu - Kimyəvi maddə aşkarlandı
26-03-2024, 14:22
UEFA "Qarabağ"ı cərimələdi
26-03-2024, 14:19
Saatlıda balıqçını cərəyan vurub öldürdü
26-03-2024, 14:13
Rusiyaya işləməyə gedənlərin NƏZƏRİNƏ: yeni QADAĞA
26-03-2024, 14:11
Borca görə dostlarını qəbiristanlıqda döyüb öldürdülər
26-03-2024, 14:07
“Fənərbaxça” böyük qalmaqaldan sonra yeni liqa axtarışındadır
26-03-2024, 14:03
Aktrisanın 9 milyonunu oğurladılar
26-03-2024, 14:00
Dünyanın ən uzun yolunun KƏDƏRLİ TARİXİ
25-03-2024, 14:28
Elektron poçtunu açdı: 150 min dollar itirdi
25-03-2024, 14:08
Yağış, leysan, dolu - Sabahın HAVASI
25-03-2024, 13:54
Bakıda itirilən bank kartı ilə alış-veriş etdilər
25-03-2024, 13:49
Gəncədə mebel sexi yandı
25-03-2024, 13:47
Məşhur aktrisa 32 kilo arıqladı - Sirrini açdı
25-03-2024, 13:43
Bakıda kişi 150 manatlıq narkotiklə tutuldu