Ermənistan KTMT təmsilçisindən və Belarus prezidentindən nə istəyir? - GƏLİŞMƏ
Gündəm / Siyasət / Hadisə
Oxunub: 190
24 Kas 2021 | 10:05
Ermənistan KTMT təmsilçisindən və Belarus prezidentindən nə istəyir? - GƏLİŞMƏ

capar.info : - Son günlər dövlət sərhədlərimizdə Azərbaycan Ordusuna qarşı təxribatlar törədən Ermənistan, nəyin bahasına olursa-olsun, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını (KTMT) prosesə cəlb etmək istəyir. Bir daha təsdiqlənir ki, ermənilər məqsədli şəkildə sərhəd gərginliyi yaratmaqla KTMT-ni proseslərə qoşmağı hədəfləyiblər.

Erməni KİV-lərinin yazdığına görə, Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan KTMT-nin baş katibi, Belarus təmsilçisi Stanislav Zasa zəng edib. Mirzoyan ənənəsinə sadiq qalaraq, son baş verənlərə görə Azərbaycanı ittiham edib, ölkəsinin suveren ərazisinə müdaxilə olunduğu haqda yalanlar danışıb. A.Mirzoyan guya özlərinin 9-10 noyabr razılaşmasına əməl etdiklərini də deyib. Qeyd olunur ki, tərəflər vəziyyətin stabilləşdirilməsi imkanlarından bəhs ediblər. Erməni mediası S.Zasın fikirləri barədə hər hansı əlavələr etməyib. KTMT-nin Ermənistana hər hansı dəstək vermədiyi bəllidir.

Maraqlıdır ki, Ermənistanın baş naziri Nikol Paşinyan da Belarus prezidenti Aleksandr Lukaşenko ilə Ermənistan-Azərbaycan sərhədindəki vəziyyəti müzakirə edib. Bu barədə Belarus prezidentinin mətbuat xidməti xəbər verir. Telefon danışığı zamanı tərəflər Ermənistan və Belarusdakı vəziyyət barədə bir-birini məlumatlandırıb, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı çərçivəsində problemli məsələləri müzakirə ediblər. Ermənistanın baş naziri Belarus prezidentinə Ermənistan-Azərbaycan sərhədindəki vəziyyət və onun mümkün inkişaf yolları barədə də məlumat verib.

Aydındır ki, hər iki telefon zəngi məhz KTMT-ni bu proseslərə cəlb etmək istəyindən doğur. Belarus prezidenti Aleksandr Lukaşenko özünü Bakının dostu rolunda təsdiqləyib. Təsadüfi deyil ki, Zəfər günündə Lukaşenko Azərbaycan Prezidenti İlham Əliyevə zəng edərək tarixi zəfərlə bağlı təbriklərini çatdırmışdı. KTMT-də Ermənistanla formal müttəfiq olan Lukaşenko Qarabağın işğalda olduğu illərdə də Azərbaycanın mövqeyini dəfələrlə müdafiə edib ki, bu da Ermənistanı narazı salmaya bilməz.

Sərhəddə baş verən son erməni təxribatından sonra isə Ermənistan israrla bu məsələdə ən azı KTMT baş katibindən özlərinə sərf edən bir bəyanat almağa cəhd edir. Paşinyanın Lukaşenkoya zənginin səbəbi məhz bu ola bilərdi. Ermənistan KTMT təmsilçisindən və Belarus prezidentindən nə istəyir, özlərinə tərəf çəkə bilərlərmi?

Politoloq İlyas Hüseynov “Yeni Müsavat”a bildirdi ki, Ermənistan uzun müddətdir bütün gücü ilə KTMT-ni regiona cəlb etməyə çalışır. 2020-ci ilin iyul ayında Tovuz istiqamətində Ermənistanın törətdiyi məlum genişmiqyaslı təxribat məhz KTMT-nin münaqişəyə cəlb edilməsinə nail olunması üçün idi: “İrəvan daim cəhd edir ki, Azərbaycanla sərhəddə müharibə görüntüsü, guya Azərbaycanın Ermənistanın ərazi bütövlüyünü pozduğu və Ermənistan ərazisində müharibə apardığı görüntüsünü yaratsın. Tovuz təxribatı zamanı Ermənistan hakimiyyətinin KTMT-ni cəlb etmək istəyi baş tutmadı. Sonra 44 günlük müharibə dövründə də İrəvan müxtəlif təxribatlarla, cəhdlərlə dəfələrlə çalışdı ki, KTMT işə qarışsın. O zaman da istəyi havada qaldı. Nikol Paşinyanın Vladimir Putinə və Aleksandr Lukaşenkoya, KTMT baş katibinə zəngləri, yalvarışları nəticə vermədi. Ermənistanın xeyrinə hətta adi bir bəyanat da olmadı. KTMT-də əsas söz sahibi olan Rusiya ilə Azərbaycanın qurduğu münasibətlər, həmçinin Belarus lideri ilə Azərbaycan Prezidentinin dostluq münasibətləri, eləcə də Qazaxıstan və Qırğızıstanın haqlı mövqeyi Ermənistanın ”KTMT kartını" işə salmaq niyyətini heçə endirdi. KTMT-nin regiona cəlb olunması planlarının iflasa uğramasında həm də Ermənistanın bu qurumda nüfuzunun çox aşağı olması, KTMT-ni şantaj eləməsi ilə bağlıdır. Şübhəsiz ki, Aleksandr Lukaşenkonun Ermənistana deyil, Azərbaycana çox yüksək münasibətinin olması amili də bu iflasda öz sözünü deyir. Məhz buna görədir ki, Ermənistan son zamanlar Belarusu, xüsusilə də Lukaşenkonu daha çox öz tərəfinə çəkmək üçün addımlar atır. Lakin mən əminəm ki, indiyə qədər olduğu kimi, bundan sonra da Ermənistanın cəhdləri boşa çıxacaq. Lukaşenko Ermənistanın haqsız mövqedə olduğunu çox gözəl bilir, eyni zamanda nüfuzu olmayan şantajçı bir ölkəyə görə Azərbaycanla dostluq münasibətlərini riskə atmaz".

Politoloqun sözlərinə görə, Ermənistan hakimiyyətinin təmsilçiləri belə tez-tez bəyan edirlər ki, KTMT-də olan dövlətlər Ermənistanla deyil, Azərbaycanla daha yaxın münasibətlərdədirlər: “Bu bir faktdır və bu fakt Ermənistanın KTMT planını bundan sonra da pozacaq. Azərbaycanın KTMT-yə üzv dövlətlərin Ermənistan xaric hər biri ilə çox sıx iqtisadi, siyasi, mədəni əlaqələri, əməkdaşlığı var. Bu əlaqələr, əməkdaşlıq gün-gündən dərinləşir. Odur ki, Ermənistan KTMT-ni süni şəkildə istismar etmək cəhdlərindən əl çəkməli və Azərbaycanla sərhədlərin delimitasiyası, demarkasiyası prosesinə başlamalıdır. Ermənistan üçün bu daha məqbuldur, nəinki nəticəsi olmayacaq cəhdləri davam etdirmək...”
4-11-2021, 11:43
"XİN başçılarının yeni görüşü gözlənilir" - Qevorkyan
20-08-2021, 09:51
Ermənistan KTMT-dən çıxa bilər - Ekspert danışır
11-08-2021, 11:50
İrəvan 44 günlük savaşdan dərs çıxartmaq istəmir - YENİ SAVAŞ QAPIDA...
24-05-2021, 14:35
Moskva Azərbaycanı Putinin hərbi blokuna üzvlüyə ÇAĞIRDI
26-12-2018, 13:49
Putin KTMT-də tərəfdaş təsisatını təsdiq edib
14-11-2018, 13:14
Ermənistan özünü balaca uşaq kimi aparır - MOSKVADAN BAXIŞ
Bugün, 14:28
İsrail İrana raket zərbəsi endirdi
Bugün, 14:20
Meksikada güclü zəlzələ
Bugün, 14:13
Mbappe yekun qərarını verdi
Bugün, 14:10
“Fənərbaxça” Konfrans Liqasında mübarizəni dayandırdı
Bugün, 14:06
"Səhnədə ölmək istəmirəm" - Zülfiyyə Xanbabayeva
Bugün, 14:02
Bu ərazilərə güclü yağış yağacaq - Sabahın HAVASI
Bugün, 13:52
Uşaqlar ad günü şərəfinə kişini vəhşicəsinə döydülər
Bugün, 13:49
Bakıda yeniyetmə qız binadan yıxıldı
Bugün, 13:47
Bakıda evdə PARTLAYIŞ: ölən var
Dün, 16:29
31 yaşlı kişi tövlədə özünü ASDI
Dün, 16:25
Dünyanın ən dağıdıcı tornadosu: 80 min insan evsiz qalıb
Dün, 16:21
Qadınlar, 45 yaşdan sonra belə qidalanın
Dün, 16:17
Azərbaycanlı gənc parkinqə görə adam öldürdü
Dün, 16:15
Kişi arvadının boşanmaq istəyinə görə uşaqlarını öldürdü
Dün, 16:10
Külli miqdarda rüşvət alan müstəntiq axtarışa verildi
Dün, 16:07
Keçmiş polis rəisinin evləri və bahalı maşını əlindən alındı
Dün, 16:04
Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi də fəaliyyətini dayandırır
Dün, 15:56
Ucuz və sağlam qidalanmanın YOLLARI
Dün, 15:55
Bakıda DƏHŞƏT: hamamda qızla oğlanın meyiti tapıldı
17-04-2024, 22:22
Akif Ələkbərov həbsdə öldü
17-04-2024, 22:13
Sabah 28 dərəcə isti olacaq - HAVA PROQNOZU
17-04-2024, 22:01
Çingiz Abdullayev evə buraxıldı
17-04-2024, 21:51
“Barselona”nın Çempionlar Liqasındakı antirekordu
17-04-2024, 21:49
Həddindən artıq su içib öldü
17-04-2024, 21:46
“Hamıya pul verib toyuna çağırır, məndən pul istəyir” - Xalq artisti
17-04-2024, 21:42
Rüşvət alan yol polisi rəisi işdən QOVULDU
17-04-2024, 21:39
Ana və oğlu göldə boğuldular
16-04-2024, 22:03
Klublarımız “Bayer”dən geri qalır: “Qarabağ”ın qapıçısı
16-04-2024, 22:00
Bakı həbsxanasında ÖLÜM
16-04-2024, 21:58
Kartofu mükəmməl qızartmaq üçün bunları bilmək lazımdır
16-04-2024, 21:53
Qısqanc kişi dostu ilə yatan arvadını çarpayıda yandırdı
16-04-2024, 21:48
Festivalda "Qırğın" - faciədən sağ çıxan 50 nəfər intihar etdi
16-04-2024, 21:46
Dünyanın ən gözəl idmançısı dekolteli kombinezonda poza verdi
16-04-2024, 21:42
Niyə təyyarələr Tibet üzərindən uçmur?
16-04-2024, 21:39
Varlı kişiləri cəlb etməyi bacaran 4 BÜRC QADINI
16-04-2024, 21:31
Bakıda 47 yaşlı kişi özünü EVİNDƏ ASDI
16-04-2024, 18:04
Kişilərin diqqətinə, bu xərçəng növü SÜRƏTLƏ ARTIR
16-04-2024, 10:36
Naftalanda narkotik vasitə satan və alan şəxslər saxlanılıblar - FOTO
16-04-2024, 10:33
Doktorantura səviyyəsi üzrə elektron sənəd qəbuluna başlanılır