İrəvan 44 günlük savaşdan dərs çıxartmaq istəmir - YENİ SAVAŞ QAPIDA...
Gündəm / Siyasət
Oxunub: 188
11 Ağu 2021 | 11:50
İrəvan 44 günlük savaşdan dərs çıxartmaq istəmir - YENİ SAVAŞ QAPIDA...

capar.info: -Avqustun 9-da Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Rusiyanın xarici işlər naziri Sergey Lavrov arasında telefon danışığı olub. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat verib. Məlumata görə, nazirlər Azərbaycan-Ermənistan dövlət sərhədində mövcud olan vəziyyəti və üçtərəfli bəyanatların icrası ilə əlaqədar məsələləri, o cümlədən bölgədə iqtisadi və nəqliyyat əlaqələrinin açılması ilə bağlı üçtərəfli işçi qrupunun fəaliyyətinə dair məsələləri müzakirə edib.

Tərəflər eyni zamanda ikitərəfli əməkdaşlıq gündəliyinə daxil olan məsələlər, o cümlədən beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələləri üzrə fikir mübadiləsi aparıb. Nazirlər həmçinin qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər.

Telefon danışığı ilə bağlı ənənəvi, diplomatik qaydalara uyğun rəsmi məlumat açıqlandığından digər detallar haqda yalnız mülahizələr irəli sürmək mümkünsüzdür. Rusiyanın Qarabağ məsələsindəki son vaxtlardakı rolu barədə müxtəlif yanaşmaların olması şəraitində xarici siyasət idarələrinin baş diplomatları arasındakı telefon danışığı heç şübhəsiz, təsadüfi deyil. Faktiki olaraq Ermənistanın 10 noyabr və 11 yanvar razılaşmalarına qarşı güllə atmasına Moskva səbr göstərir. Bəzi iddialara görə, Kreml istəsə, Ermənistanı ərköyün davranışdan, inaddan daşındıra bilər. Ötən həftə Azərbaycanın Qazax rayonu ilə həmsərhəd bölgəyə, Ermənistanın Tavuş vilayətinə rus sərhədçilərin gətirilməsi, həmçinin Naxçıvan istiqamətində atəşkəsin davamlı şəkildə pozulması, Ermənistan müdafiə nazirinin son aqressiv bəyanatları, hətta Azərbaycan hərbçilərini öldürməklə bağlı əmr verməsi, eyni zamanda gizli yolla İrəvandan Qarabağa əsgər göndərilməsi barədə məlumatlar Rusiyanın ikili oyunları barədə təsəvvürlər yaradır. Bundan əlavə, KTMT baş katibi S.Zasın İrəvan səfərini də xatırlatmaq yerinə düşər. Düzdür, “Rus NATO”sunun rəhbərliyi Ermənistanı məmnun etməyib, ancaq istənilən halda İrəvanın aqressiv tonu, hətta Azərbaycanı müharibə ilə təhdid etməsi məhz bu gəlişmələr fonunda baş verir. Mövcud durumda başqa iddialar da var. Məsələn, belə fikirlər var ki, Nikol Paşinyanın sərgilədiyi mövqe Qərbdən aldığı dəstəklə bağlıdır. Konkret olaraq ABŞ və Fransanın bölgəyə hansısa formada daxil olmaqla bağlı səylərinə uyğun şəkildə Ermənistanın təxribatlara əl atması, üstəlik, İrəvandakı səfirlərin aktivliyi, Zəngəzur istiqamətindən Azərbaycana doğru boylanmaları diqqətdən yayınmır. Bu vəziyyət isə yalnız Azərbaycanın deyil, elə Rusiyanın özünün də maraqlarına ziddir. Bəs Rusiya Paşinyanın oyunbazılıqlarına nə vaxta kimi dözüm göstərəcək? Moskvanın əlində Ermənistanı razılaşmalara əməl etdirmək istiqamətində riçakları varmı?

Bir neçə gün əvvəl Azərbaycanı təhdid edən Ermənistanın müdafiə naziri Arşak Karapetyan isə avqustun 10-da Rusiyaya səfərə gedib. Ermənistanın Müdafiə Nazirliyi bildirib ki, səfər Rusiyanın müdafiə naziri ordu generalı Sergey Şoyqunun dəvəti ilə həyata keçirilir. Səfər çərçivəsində S.Şoyqu və A.Karapetyan arasında görüş olacaq. Hər halda, az müddət öncə - iyulun 27-də Ermənistan müdafiə nazirinin birinci müavini kimi Moskvaya səfər edən Karapetyanın iki həftə sonra nazir statusunda Rusiyaya yol alması təsadüfi deyil. Avqustun 9-da isə KTMT baş katibi S.Zas İrəvanda Arşak Karapetyanla görüşmüşdü. Karapetyan Ermənistan hökumətinin şikayətlərini səsləndirib: “May ayında səfərinizi gözləyirdik. Ermənistan üçün o dövr kifayət qədər gərgin idi (Zəngəzur dəhlizinin hissəsində Azərbaycanla sərhəddə gərginlik - virtualaz.org), amma təəssüf ki, səfəriniz baş tutmayıb. Bu gün sərhədlərimizdə ağır vəziyyət davam edir. Bu bizi çox narahat edir. Biz sülh tərəfdarlarıyıq. Sərhədlərimizdə gərginliyin olmasını istəmirik... Təbii ki, sülhsevərliyimizi nümayiş etdirərək bu problemi sülh yolu ilə həll etməyə çalışırıq”.

Karapetyan KTMT-dən Ermənistana hərbi dəstək mexanizmlərinin olmamasından şikayətlənib. Zas isə cavab verərək, yalnız Karapetyanı Ermənistanın müdafiə naziri təyin olunması münasibətilə təbrik edib və 15 sentyabrda Düşənbədə keçirilməsi planlaşdırılan KTMT Təhlükəsizlik Şurasının Xarici İşlər Nazirləri, Müdafiə Nazirləri və Katibləri Komitəsinin birgə iclası haqqında məlumat verib. O, həmçinin qeyd edib ki, eyni tarixdə Düşənbədə keçiriləcək Kollektiv Təhlükəsizlik Şurası Assambleyasının iclasında KTMT-də sədrlik Ermənistana keçəcək. Söhbət zamanı Karapetyan Ermənistanın Azərbaycana qarşı hərbi güc tətbiq etməsini istisna etməyib. “Ermənistanın dövlət sərhədinin pozulmasına səbəb ola biləcək hərəkətlərlə barışmağa hazır deyil. Ərazilərimizi qətiyyətlə müdafiə edəcəyik. Əlbəttə ki, sülhsevərliyimizi nümayiş etdirərək bu problemi sülh yolu ilə həll etməyə çalışırıq. Eyni zamanda, səbrimiz də məhdud deyil və sərhədlərimizdəki vəziyyətin sülh yolu ilə həlli olmadıqda, güc tətbiq etməklə problemi həll etmək hüququnu özümüzdə saxlayırıq”, - erməni mediası Karapetyanın bu sözlərini sitat gətirib. Göründüyü kimi, Ermənistan MN rəhbəri 44 günlük dərsdən nəticə çıxarana oxşamır.

Politoloq Qafar Çaxmaqlı hesab edir ki, Rusiya ilə Qərb arasında bölgəmizə təsir dairəsi uğrunda mübarizə artıq açıq müstəviyə keçib: “Ermənistan Rusiyanın onu müdafiə etməməsi təqdirində Qərblə əməkdaşlığa və Qərbin bölgəyə girməsinə, müəyyən mənada balanslaşdırmağa çalışır. Rusiya Ermənistanı itirməmək üçün hələ ki səbr edir. Onun siyasi loyallığının belə də davam edəcəyi mümkün deyil. Kreml imkan verməz ki, burada onun nəzərdə tutduğu planlar alt-üst olsun və onu Ermənistanın əli ilə çıxarsınlar. Bu səbəbdən həm XİN xətti ilə, həm də müdafiə nazirlikləri xətti ilə bəzi məsələləri aktiv müzakirə edəcək”. Q.Çaxmaqlının sözlərinə görə, Ermənistan KTMT-ni də sərhəddəki gərginliyə qoşmaqla proseslərdən öz xeyrinə faydalanmaq istəyir: “Hətta bu təşkilatdan Ermənistanın çıxması kimi bəyanatların səslənməsi KTMT rəhbərinin Ermənistana səfər etməsinə səbəb oldu”. Q.Çaxmaqlı qeyd etdi ki, Ermənistan müdafiə qabiliyyətini, ordusunu yenidən qurmaq və Azərbaycana qarşı revanş üçün Rusiyadan yardımlar umur: “Bu isə Qərblə əlaqələrin azaldılmasına gətirib çıxaracaq. Ermənistan ikili oyun oynayır və Rusiyanı strateji müttəfiq kimi öz yanında görmək istəyir. Belə siyasət aparılır ki, Rusiya Qərbin aktivləşməsindən ehtiyat edib ermənistanpərəst siyasətə üstünlük versin. Qarabağla bağlı məsələ məlumdur və Rusiya Ermənistanı 10 noyabr və 11 yanvar sazişləri ilə öhdəsinə aldığı məsələləri həll etməsinə çalışacağı şəksizdir. Ermənistanı onlara əməl etməyə məcbur etmək istiqamətində rıçaqlar hələ tükənməyib. Xüsusən də Zəngəzur dəhlizi ilə bağlı Ermənistana Rusiyanın maraqlarına zidd addımlar atmaq imkanı verilməyəcək. Əlbəttə, bunların bəziləri Azərbaycanın əli ilə ediləcək... Bir sözlə, Ermənistan Qərb və Rusiyanın arasında ənənəvi oyuncaq rolunu oynamaqdadır”.

Politoloq İlyas Hüseynov bildirdi ki, son dövrlər Rusiya Müdafiə Nazirliyinin Baş Qərargahının bir sıra rəsmilərinin İrəvana səfərləri müşahidə olunur: “Rusiyanın Müdafiə nazirinin Sergey Şoyqunun dəvəti ilə Ermənistanın müdafiə naziri Arşak Karapetyan də Moskvada səfərdədir. Rusiya ilə Ermənistan arasında hərbi sahədə təmaslarda və dialoqlarda intensivlik nəzərə çarpır. Bununla yanaşı, Vladimir Putin də öz çıxışında bildirmişdi ki, 10 noyabr bəyanatının icra olunmaması Ermənistan üçün siyasi intiharla nəticələnə bilər. Hazırda davamlı olaraq Ermənistanın həm Azərbaycanla sərhədyanı bölgələrdə atəşkəsi pozması və Naxçıvanı atəşə tutması rəsmi Kreml tərəfindən səssizliklə qarşılanır. Digər tərəfdən, Ermənistanın yeni müdafiə naziri Arşak Karapetyan sərt və kəskin bəyanatları ilə gündəmə gəlir. Öz sələfləri David Tonoyan və Vaqarşak Arutunyan kimi, Karapetyan da bu vəzifəyə təyinatından sonra kəskin ritorikaya üstünlük verir. KTMT-nin baş katibi Stanislav Zasın İrəvana səfəri zamanı Karapetyan sözügedən səfər may ayında reallaşmadığına görə hərbi-siyasi blokun baş katibini tənqid etdi. Eyni zamanda sərhədyanı ərazilərdə yaranmış vəziyyətlə bağlı güc tətbiqini də öz əllərində saxladığını bildirdi”. İ.Hüseynov qeyd etdi ki, Ermənistanın gizli yollarla Qarabağa əsgər göndərməsi ilə bağlı məlumatlar da informasiya seqmentində çoxalmaqdadir: “Rusiyanın Qafqazdakı balanslaşdırılmış siyasəti görünür ki, iflasa uğrayır. Digər önəmli xüsus da bundan ibarətdir ki, Paşinyan sərhədyanı ərazilərdə gərginlik yaranması Qərbin dəstəyi ilə həyata keçirilir. ABŞ-ın Ermənistandakı səfirinin gərginlik müşahidə olunan ərazilərə səfərlərindən sonra atəşkəs rejiminin pozulması müşahidə olunur. Burada Fransanın da önəmli rolunu qeyd edə bilərik. Lakin Rusiyanın Ermənistana təsir və təzyiq mexanizmləri kifayət qədərdir. Buraya 102-ci bazanın potensialından tutmuş, qaz tariflərinə qədər olan məsələləri aid etmək olar. Rusiyanın Ermənistanın şıltaqlıqlarına, Qərbə meyllənməyinə və destruktiv davranışlarına münasibəti zamana bağlıdır”.

Moskvada reallaşan Rusiya-Ermənistan müdafiə nazirlərinin görüşü barədə nikbin qənaətdə olan politoloq Zaur Məmmədovun fikrincə, çox güman ki, Qazax istiqamətində rus əsgərlərinin proseslərdə iştirakı, bu istiqamətdə kəndlərin qaytarılması və nəqliyyat xəttinin açılması, Kəlbəcər, Naxçıvan-Ermənistan sərhədində baş verənlərlə bağlı gələcək addımlar müzakirə ediləcək.

“Rusiya sülhməramlıları ən qısa müddətdə, hətta Müdafiə Nazirliyi səviyyəsində aydınlıq gətirməlidir ki, ermənilər nə üçün sülhməramlıların nəzarətində olan Azərbaycan ərazilərinə canlı qüvvə və hərbi texnikalar gətirir. Əks halda, baş verən proseslər üçtərəfli birgə bəyanatın dördüncü bəndinin şərtlərini kobud şəkildə pozur. Hətta Ermənistan bu şərtlərin tam əks istiqamətində addım atır. Bu isə Azərbaycan üçün heç bir halda qəbul edilən deyil”.

Bu sözləri isə Unikal.org-a açıqlamasında hərbi ekspert Ədalət Verdiyev deyib. Ekspert onu da diqqətə çatdırıb ki, sülhməramlıların nəzarət etdiyi Azərbaycan ərazilərindən keçən erməni silahlıları bu gün qanun qarşısında cavab verir: “Baş verən proseslər artıq görüntüləri ilə öz təsdiqini tapıb. Deməli, Rusiya sülhməramlıları yenə də əvvəllər yol verdikləri yanlışları təkrarlamaqda davam edirlər. Məlumdur ki, həmin sülhməramlıların nəzarətində olan Azərbaycan ərazilərindən keçən erməni silahlıları bu gün Azərbaycan məhkəmələri qarşısında mühakimə edilir. Əgər yaxın saatlarda məlum məsələyə aydınlıq gətirilməzsə və həmin silahlıların oradan çıxarılmasına dair görüntülər Azərbaycan tərəfinə verilməzsə, Azərbaycan bu özbaşınalığa istənilən metodla reaksiya vermək hüququna malikdir”.

Son günlərin müşahidələri deyir ki, rəsmi İrəvan özünü cəsarətli göstərməyə çalışsa da, narahatlığı aydın görünür. Hər halda, yaxın dövrün təcrübəsi ortadadır, Ermənistanda qorxurlar ki, Azərbaycan əsgəri növbəti dəfə hərəkətə keçər və Rusiya hərbçilərinin, sadəcə, müşayiəti altında dəmir yumruq növbəti dəfə öz sözünü deyər. İstisna deyil ki, Rusiyaya səfər də təhlükəsizliyin təminatı ilə əlaqədardır. İrəvan KTMT şantajından sonra yenidən üzünü Kremlə çevirib...
“Yeni Müsavat”
5-08-2021, 17:17
Azərbaycan və Türkiyə XİN başçıları meşə yanğınları ilə bağlı son vəziyyəti müzakirə ediblər
7-06-2021, 14:13
Azərbaycan və Türkiyə XİN rəhbərləri arasında telefon danışığı olub
30-11-2020, 10:35
Ceyhun Bayramov iranlı həmkarına başsağlığı verib
14-10-2020, 19:09
Ceyhun Bayramov və Sergey Lavrov arasında telefon danışığının təfərrüatları açıqlanıb
1-10-2020, 10:19
Ceyhun Bayramovla Sergey Lavrov arasında telefon danışığı baş tutub
11-04-2020, 12:32
Putin və Tramp arasında yenidən telefon danışığı olub
Bugün, 14:26
Yaxşı yatmaq üçün axşamlar BUNLARI YEYİN
Bugün, 14:23
Bakıda gənc model faciəli şəkildə öldü
Bugün, 14:20
Dünyanın ən məşhur moda brendinin adı açıqlandı
Bugün, 14:11
Polis xilas etməyə getdiyi şəxsi öldürdü - ŞOK OLAY
Bugün, 14:07
Bakıda DƏHŞƏT: 4 aylıq körpə binadan düşüb öldü
Bugün, 14:04
Ailəyə atalarının yerinə başqa meyit verdilər
Bugün, 13:59
Fransada Ramazan ayında sevgilisini öpən oğlanı döydülər
Bugün, 13:57
Dünyanın sonu: Günəş nə vaxt öləcək və o zaman nə olacaq?
Dün, 15:06
Xalq artisti burnuna pirsinq taxdırdı
Dün, 15:04
Harri Kasparov həbs olundu
Dün, 15:01
Laçına da şəxsi avtomobillərlə getməyə icazə verildi
Dün, 14:58
Bakıda qadın yaşadığı evdə ölü tapıldı
Dün, 14:53
Tələbə qız tualetdə doğduğu körpəsini doğradı - dəhşətli OLAY
Dün, 14:49
Bir mövsümdə buraxılan qollara görə Premyer Liqa rekordu
Dün, 14:45
Polis idarəsinin rəisi işçilərlə birgə HƏBS OLUNDU
Dün, 14:44
"Barselona"dan Xavi ilə bağlı SON QƏRAR
Dün, 14:37
İlk Ombudsman Elmira Süleymanova vəfat etdi
Dün, 14:35
Bakıda ŞOK İNTİHAR: tənha kişi küçədə özünü asdı
23-04-2024, 15:26
Britaniyadan Ukraynayayarım milyardlıq yardım
23-04-2024, 15:22
58 yaşlı məşhur aktrisa hovuzda foto paylaşdı
23-04-2024, 15:19
21 yaşlı volybolçu qız intihar etdi
23-04-2024, 15:12
Polis ad günündə özünü öldürdü
23-04-2024, 15:04
Azyaşlı binadan yıxılıb sağ qaldı
23-04-2024, 14:58
ABŞ senatoru oğurluğa görə həbs olundu
23-04-2024, 14:50
Azərbaycanda zəlzələ oldu
23-04-2024, 14:45
Aprelin 23-nün ən xoşbəxt BÜRCÜ: Uğur qazanmaq üçün hər şansınız var
23-04-2024, 14:40
Dövlət binasının qabağında qətl törətmişdi, həbsdə öldü - BAKIDA
23-04-2024, 14:37
Narkotik artıq məktəblərə yol tapıb - Siyavuş Novruzov
22-04-2024, 14:18
Ən bahalı boşanma arvadın qələbəsi ilə başa çatdı: 180 milyon dollar və...
22-04-2024, 14:12
Vaqif Sadıqov Bakı həbsxanasında öldü
22-04-2024, 14:09
Zəncirvari qəzada 10 nəfər yaralandı
22-04-2024, 13:51
Yük maşını dirəyə çırpıldı, ölənlər var
22-04-2024, 13:49
Daha tez arıqlamağın yolu - SADƏ ÜSUL
22-04-2024, 13:42
"Səhnədə inildəyənə ürəyim parça- parça olur" - Tarın sınsın...
22-04-2024, 13:37
Bu gün Mələkxanım Eyubovanın qızının toyudur
22-04-2024, 13:31
Aytən Səfərovanı efirdə o əvəz etdi
22-04-2024, 13:24
İlham Əliyev Moskvaya getdi
22-04-2024, 13:18
Bakıya yağış, bu ərazilərə qar yağacaq - Sabahın HAVASI
21-04-2024, 15:28
Bir mesajla arvadını aldadıb öldürdü