Almatı iğtişaşları Paşinyanı xilas edəcəkmi... - GƏLİŞMƏ
Gündəm / Siyasət
Oxunub: 167
11 Ock 2022 | 09:27
Almatı iğtişaşları Paşinyanı xilas edəcəkmi... - GƏLİŞMƏ

capar.info [b][/b]: - Qazaxıstan iğtişaşlarının yatırılmasında Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) tərkibində 70 erməni hərbçinin olması İrəvanın Moskva qarşısında özünü sözəbaxan kimi göstərməsi sayıla bilər. Düzdür, Ermənistan KTMT-də 2 illik sədrlik səlahiyyətlərini yetirə yetirəcək, bununla belə, Qərbə inteqrasiya xəttini tutmuş Paşinyan hakimiyyətinin Almatı hadisələrində canfəşanlığı, Rusiyanın yanında olması Putinin müəyyən qədər ürəyinin yumşalmasına səbəb ola bilər. Xüsusən də İrəvan Qarabağ məsələsində, sülh müqaviləsi ilə bağlı danışıqlarda Bakıya qarşı cığal, pozucu, Rusiyanın bəzi dairələrinin dəstəyini qazanaraq qeyri-konstruktiv mövqe tuta bilər. Lakin Moskvada həlledici sözü prezident Vladimir Putin deyir və o, “drujba drujba, slujba slujba” ifadəsinə söykənərək Ermənistana “Qazaxıstan başqa, Qarabağ məsələsi başqa” söyləyə bilər. DİA.AZ “Yeni Müsavat”a istinadən bildirir ki, KTMT sülhməramlıları ilə bağlı Paşinyanın Putinin işinə yaramasına, ona praktik dəstək verməsinə qarşılıq olaraq İrəvan Moskvadan Azərbaycanla bağlı yeni istəklərə düşə bilər. Bu, istisna deyil.

Yeri gəlmişkən, Qazaxıstan proseslərindən İrəvanın artıq ağzı sulanıb. Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Qazaxıstandakı olayları nəzərdə tutaraq Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının ilk dəfə böhran vəziyyətə operativ reaksiya verdiyini bu sözlərlə tərifləyib: “Təşkilata üzv ölkələr necə reaksiya vermək lazım gəldiyini əyani göstərdilər”. Armen Qriqoryan ardınca belə bir cümlə də işlədib: “Ümid edirik ki, oxşar durum yaranarsa, təşkilat Ermənistana dəstək olacaq”.

Göründüyü kimi, rəsmi İrəvan indidən KTMT faktorundan yararlanmağa hazırlaşır. Halbuki bundan qabaq etdiklər müraciətlərə bu alyans rədd cavabı vermişdi: istər 44 günlük savaşda, istərsə 16 noyabrda olan 1 günlük sərhəd toqquşmalarında bu alyans Ermənistanın çağırışlarına məhəl qoymamışdı. İndi isə Paşinyan iqtidarı ümid edir ki, hər hansı proses olarsa, Qazaxıstan kimi Ermənistana da dəstək verilməlidir.

Professor Qabil Hüseynlinin “Yeni Müsavat”a bildirdiyinə görə, Rusiya postsovet məkanını qatıb-qarışdırıb: “Ermənilər isə istənilən vəziyyətdən istifadə etməyə can atırlar və bəzən nail olurlar. O baxımdan Ermənistanın hərbçilərini Qazaxıstana göndərməsi Moskva ilə İrəvan münasibətlərində müəyyən yumşalma yarada bilər”.

Politoloqun fikrincə, bölgədə ciddi poseslər gedir və məntiqi sonluğunu gözləməkdəyik: “Amma Rusiya moderatorluq etmək fikrindədirsə, obyektiv olmalıdır. Əks halda, Azərbaycan əlindəki imkanlardan istifadə edə bilər. Bizim üçün bu dəqiqə sülhməramlı problemi var və bu istiqamətdə də addımlar atılmaqdadır. Eyni zamanda kommunikasiyaların açılmasında Rusiya və Ermənistan maraqlı olduğunu göstərir, sərhədlərin delimitasiya işi də getməlidir, yəni bunlara qarşı müqavimət olacaqsa, Azərbaycanın güclü ordusu var, o cümlədən bölgədə Türkiyə amili mövcuddur. Ermənistan özü də Türkiyə ilə münasibətləri yaxşılaşdırmaqda həvəsli görünür”.

Q.Hüseynlinin fikrincə, o baxımdan Rusiya-Ermənistan münasibətlərinin hansı şəkildə inkişaf etməsindən asılı olmayaraq, İrəvan bilməlidir ki, Bakının siyasi manevr imkanları genişdir və hansısa illüziyaya qapılmamalıdır. Odur ki, bölgədə sülhün əldə edilməsi üçün danışıqlarda müsbət mövqe tutmalıdır".

Politoloq Elxan Şahinoğlunun sözlərinə görə, Qriqoryanın bu cümləsi ikibaşlıdır: “Görünür, Qriqoryan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının Ermənistanı Azərbaycandan qorumasına işarə edib. Ancaq təşkilat İkinci Qarabağ müharibəsində prosesə müdaxilə etməyərək, İrəvanın yalvarışlarına rəğmən, ”bu müharibə bizlik deyil" deyərək Azərbaycanla üz-üzə qalmaq istəmədi. Onlarlıq məsələ yox idi, Azərbaycan öz ərazilərini işğaldan azad edirdi. Hazırda Azərbaycan Ermənistanla sərhədini müəyənləşdirməyə çalışır ki, buna Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı müdaxilə edə bilməz. Ermənistan hakimiyyətini və cəmiyyətini o yandırır ki, təşkilat Qazaxıstan prezidenti Tokayevin kömək istəyinə dərhal müsbət reaksiya verdi, onların çağırışları isə qulaqardına vuruldu. Məsələ burasındadır ki, dəstək qərarı təşkilatlıq məsələ deyil. Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzv ölkələrin hərbçilərinin Qazaxıstana göndərilməsi qərarı Kremldə verilib, o birilər isə bu qərarı yerinə yetirmək məcburiyyətində qalıblar".

Politoloqun sözlərinə görə, Qriqoryanın “Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı oxşar durumda Ermənistana dəstək ola bilər” ifadəsinin başqa mənası da var: “Təşkilat Qazaxıstanı hansısa xarici hücumdan qorumur, yerli hakimiyyəti ona hücum edənlərdən qoruyur. Belə çıxır ki, bir gün Ermənistanın hazırkı hökumətini və baş nazir Nikol Paşinyanı radikal müxalifət, o cümlədən ”Qarabağ klanı" devirmək istəyərsə, Qriqoryanın məntiqinə görə, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı onların da köməyinə çatmalıdır. Ancaq bunun üçün Qazaxıstanda olduğu kimi, banklara və dükanlara hücum edilməli, silahlı qarşıdurmalar qeydə alınmalıdır. Əslində yerli hakimiyyəti qorumaq üçün bəhanə tapmaq çətin məsələ deyil. Əgər Kreml Paşinyanın və hökumətin devrilməsində maraqlı olacaqsa, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı yerindən tərpənməyəcək".

Siyasi şəhçi Ramiyə Məmmədova hesab edir ki, Paşinyan KTMT-ni Azərbaycan əleyhinə yönəldə bilməz: “Qazaxıstan hadisələri ilə Azərbaycan-Ermənistan münasibətlərini eyni tutmaq mümkün deyil. Rusiyanın Qarabağ məsələsinə, regionda kommunikasiyaların bərpasına mövqeyi fərqlidir. Putinlə Azərbaycanın siyasi rəhbərliyinin əlaqələri də nəzərdən qaçırılmamalıdır. O baxımdan sərhəddə hər hansı insident qeydə alınsa, KTMT-nin müdaxiləsini gözləmirəm. Lakin bu təşkilat üçün Almatı hadisələri bir presedent oldu. 1992-ci ildə yaradılan bu alyans ilk dəfə idi ki, üzv ölkəyə hərbi kontingent göndərir. Bundan əvvəl Qırğızıstanın sabiq prezidenti Roza Otunbayeva müraciət etmişdi, KTMT getmədi, Paşinyan yalvardı, yenə qarışmadı, Qazaxıstan isə nümunədir. Görünür ki, Putin həm də bu təşkilatı dirçəltməyə, ölüvay vəziyyətdən çıxarmağa, reputasiyasını dəyişməyə çalışır. Ona görə Belarus, yaxud başqa ölkədə daxili çəkişmələr başlasa, KTMT qarışa bilər. Hər halda, Paşinyan Ermənistanda qiyam qalxdığını görsə və idarəolunmaz vəziyyət yaranarsa, müraciət edəcək”.

R.Məmmədova Qriqoriyanın açıqlamasında incə nüans olduğunu düşünür: “O deyir ki, oxşar hadisələr Ermənistanda olarsa... Yəni Qazaxıstanda olduğu kimi ermən əhali hakimiyyətin üstünə qalxarsa, silahlı şəxslər binaları ələ keçirməyə, maşınları, obyektləri yandırmağa, dağıtmağa cəhd göstərərsə, KTMT İrəvana da Almatıya girdiyi kimi daxil olmalıdır. Odur ki, burada söhbət Azərbaycanla bağlı məsələlərdən getmir. Paşinyan Putinin belə bir dayağını qazana bilsə, o zaman Köçəryan kimi revanşistlərin burnu sınmış olacaq. Yəqin ki, Nikol bu olaylardan daxili auditoriyaya, revanşistlərə qarşı istifadə edəcək”.
3-12-2021, 10:31
KTMT-dən də, NATO-dan da olan İRƏVAN HARA GEDİR... - GƏLİŞMƏ
24-11-2021, 10:05
Ermənistan KTMT təmsilçisindən və Belarus prezidentindən nə istəyir? - GƏLİŞMƏ
20-08-2021, 09:51
Ermənistan KTMT-dən çıxa bilər - Ekspert danışır
24-05-2021, 14:35
Moskva Azərbaycanı Putinin hərbi blokuna üzvlüyə ÇAĞIRDI
26-12-2018, 13:49
Putin KTMT-də tərəfdaş təsisatını təsdiq edib
14-11-2018, 13:14
Ermənistan özünü balaca uşaq kimi aparır - MOSKVADAN BAXIŞ
Dün, 15:06
Xalq artisti burnuna pirsinq taxdırdı
Dün, 15:04
Harri Kasparov həbs olundu
Dün, 15:01
Laçına da şəxsi avtomobillərlə getməyə icazə verildi
Dün, 14:58
Bakıda qadın yaşadığı evdə ölü tapıldı
Dün, 14:53
Tələbə qız tualetdə doğduğu körpəsini doğradı - dəhşətli OLAY
Dün, 14:49
Bir mövsümdə buraxılan qollara görə Premyer Liqa rekordu
Dün, 14:45
Polis idarəsinin rəisi işçilərlə birgə HƏBS OLUNDU
Dün, 14:44
"Barselona"dan Xavi ilə bağlı SON QƏRAR
Dün, 14:37
İlk Ombudsman Elmira Süleymanova vəfat etdi
Dün, 14:35
Bakıda ŞOK İNTİHAR: tənha kişi küçədə özünü asdı
23-04-2024, 15:26
Britaniyadan Ukraynayayarım milyardlıq yardım
23-04-2024, 15:22
58 yaşlı məşhur aktrisa hovuzda foto paylaşdı
23-04-2024, 15:19
21 yaşlı volybolçu qız intihar etdi
23-04-2024, 15:12
Polis ad günündə özünü öldürdü
23-04-2024, 15:04
Azyaşlı binadan yıxılıb sağ qaldı
23-04-2024, 14:58
ABŞ senatoru oğurluğa görə həbs olundu
23-04-2024, 14:50
Azərbaycanda zəlzələ oldu
23-04-2024, 14:45
Aprelin 23-nün ən xoşbəxt BÜRCÜ: Uğur qazanmaq üçün hər şansınız var
23-04-2024, 14:40
Dövlət binasının qabağında qətl törətmişdi, həbsdə öldü - BAKIDA
23-04-2024, 14:37
Narkotik artıq məktəblərə yol tapıb - Siyavuş Novruzov
22-04-2024, 14:18
Ən bahalı boşanma arvadın qələbəsi ilə başa çatdı: 180 milyon dollar və...
22-04-2024, 14:12
Vaqif Sadıqov Bakı həbsxanasında öldü
22-04-2024, 14:09
Zəncirvari qəzada 10 nəfər yaralandı
22-04-2024, 13:51
Yük maşını dirəyə çırpıldı, ölənlər var
22-04-2024, 13:49
Daha tez arıqlamağın yolu - SADƏ ÜSUL
22-04-2024, 13:42
"Səhnədə inildəyənə ürəyim parça- parça olur" - Tarın sınsın...
22-04-2024, 13:37
Bu gün Mələkxanım Eyubovanın qızının toyudur
22-04-2024, 13:31
Aytən Səfərovanı efirdə o əvəz etdi
22-04-2024, 13:24
İlham Əliyev Moskvaya getdi
22-04-2024, 13:18
Bakıya yağış, bu ərazilərə qar yağacaq - Sabahın HAVASI
21-04-2024, 15:28
Bir mesajla arvadını aldadıb öldürdü
21-04-2024, 15:23
XƏBƏRDARLIQ: Sabahın havası bu insanlara pis təsir edəcək
21-04-2024, 15:18
Universitet müəllimi binadan yıxılıb öldü
21-04-2024, 15:15
Ermənistanda evdən hərbçinin meyiti tapıldı
21-04-2024, 15:11
"Neftçi" bu dəfə "Zirə"yə uduzdu
21-04-2024, 15:10
Sevgilisinin körpə qızını qaçırıb vəhşicəsinə öldürdü
21-04-2024, 15:07
"Arsenal" qələbə qazanaraq liderliyə yüksəldi
21-04-2024, 15:05
Şübhəlini döyən polislər saxlanıldı
21-04-2024, 15:02
"Real"ın kapitanı klubu tərk edir