Blinkenlə görüş öncəsi atəş: İrəvanın hədəfi nədir? - İNCƏLƏMƏ...
capar.info : - ATƏT-in Nazirlər Şurasının Stokholmda keçirilən 28-ci iclası çərçivəsində Cənubi Qafqazla bağlı aktiv diplomatik trafik baş tutub.
Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov ABŞ Dövlət katibi Entoni Blinkenlə görüşüb: 10 noyabr üçtərəfli bəyanatı, postmünaqişə dövründəki vəziyyəti, eləcə də sərhəd məsələsini müzakirə edib.
Nazir çıxışında Bakının mövqeyinə dair mesajlar da verib:
- 30 ilə yaxındır davam edən Qarabağ münaqişəsi başa çatıb;
- Ermənistan 10 noyabr razılaşmasının bütün bəndlərini yerinə yetirməli, silahlı qüvvələrini Azərbaycan ərazisindən çıxarmalıdır;
- Minalanmış ərazilərin tam və dəqiq xəritələrini verməli, I Qarabağ müharibəsində taleyi məlum olmayan 4 min azərbaycanlının yerinin müəyyən edilməsi öhdəliyini yerinə yetirməlidir;
- Zəngəzur dəhlizinin tezliklə işə salınması bölgə ölkələri üçün yeni imkanlar yaradacaq.
Və postmünaqişə dövrü ilə bağlı çağırışlar edin. ATƏT platformasında verilən bu mesajlar xüsusilə “münaqişə bitməyib” iddialarına qarşı əhəmiyyətlidir.
Ermənistan xarici işlər naziri Ararat Mirzoyan da Blinkenlə görüşdü: sərhəd məsələsini öz maraqları kontekstində təqdim etdi və ABŞ Dövlət katibindən “erməni əsirləri”n qaytarılmasına kömək istədi; Mirzoyan çıxışında “Qarabağda öz müqəddəratını təyin etmədən” bəhs etdi, Minsk Qrupu formatının bərpasının vacibliyini vurğuladı.
ATƏT çətiri altında diplomatik trafikin fonunda Qarabağda açılan atəş diqqət çəkir: erməni tərəfi Azərbaycanın Qırmızı Bazar istiqamətində atəş açdığı iddiasını kütləvi şəkildə tirajladı və bu informasiya, eləcə də qarşıdurmaya rəvac verə biləcək təxribat atəşi məhz İrəvanın Avropada “münaqişə hələ bitməyib” tezisini gücləndirməyə hesablanmışdı.
İrəvan istəyinə nail oldumu?
Bu sualın cavabını xüsusilə Blinkenin çıxışında axtarmaq olar. ABŞ Dövlət katibi “Dağlıq Qarabağ münaqişəsi”nə davamlı sülh yolu ilə son qoymaq üçün Minsk Qrupunun həmsədrləri ilə əməkdaşlığı davam etdirməyə çağırırıq” sözləri ilə məsələyə ümumi yanaşma sərgilədi və bu, münaqişənin həllində iştirak etməyən, bölgədəki maraqlarını “Minsk Qrupu formatı” çərçivəsində gündəmdə saxlayan Vaşinqtonun əvvəldən sərgilədiyi mövqenin davamı idi. Hərçənd, Blinkenin çıxışının Cənubi Qafqazla bağlı hissəsini daha çox postmünaqişə dövrünə aid etmək olar.
1. ABŞ Azərbaycan və Ermənitan hökumətləri arasında birbaşa dialoqun bərpasını alqışlayır;
2. Tərəfləri humanitar məsələlərin həllinə - saxlanılanlar, itkin düşmüş şəxslər, mina xəritələri – dəvət edir;
3. Sərhədin delimitasiya və demarkasiyasına, eləcə də iqtisadi və nəqliyyat əlaqələrinin bərpa edilməsinə çağırır;
4. Və ümid edir ki, “orada hamımız birlikdə, o cümlədən Rusiya ilə işləyə, irəliləyişə nail ola bilərik;
Blinkenin açıqlaması, xüsusilə humanitar və nəqliyyat əlaqələrinin bərpası ilə bağlı dedikləri ABŞ-ın postmünaqişə dövrünə dair problemlərin həllindən yana olduğunu göstərir. Bu, Bakının postmünaqişə dövründə Minsk Qrupunun həmsədr ölkələrinin humanitar məsələlərə yardım etməsi mövqeyinə uyğundur, eyni mövqeyi Ankara və Moskva da müdafiə edir. Vaşinqton Şərqi Avropadan fərqli olaraq, Cənubi Qafqazda Rusiya təsirini və gündəliyini qəbul edir, Moskvanın qarşısında alternativ kimi isə Ankaranı görür. Stokholmda Çavuşoğlu-Lavrov, Blinken-Lavrov görüşündə Bakı-İrəvan münasibətlərinin bərpası məsələsinin müzakirəsindən sonra Blinkenin Riqada – NATO XİN rəhbərlərinin toplantısı çərçivəsində Çavuşoğlu ilə Azərbaycan-Ermənistan münasibətlərini müzakirə etməsi bu yanaşmadan qaynaqlanır.
Asif Nərimanlı
25-09-2021, 22:02
ATƏT Azərbaycan və Ermənistan XİN başçılarının görüşünü alqışlayıb
25-09-2021, 13:26
Status CƏHƏNNƏMƏ GEDİB: Bəs nazirlər NƏDƏN DANIŞIB? - HƏQİQƏTƏN DƏ...
14-01-2021, 11:30
Ceyhun Bayramov Sərhəd İşləri Təşkilatının Baş direktoru ilə görüşüb
13-01-2021, 13:22
Ceyhun Bayramov Pakistana gedib - Üçtərəfli görüş keçiriləcək
29-12-2020, 10:14
Ermənistan üçtərəfli razılaşma əsasında üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməlidir - Türkiyə XİN
10-10-2020, 10:43
Azərbaycan və Ermənistan arasında bu gündən humanitar məqsədlərlə atəşkəs elan olunur
Dün, 18:24
Trampdan İrana sərt xəbərdarlıq: Ya razılaşma, ya da zərbələr
Dün, 18:21
Lukaşenko və Vladimir Putin yaxın vaxtlarda görüşəcək
Dün, 18:16
Rusiyanın Xarkova hücumu nəticəsində 5 xilasedici ölüb, yaralananlar var
Dün, 18:13
Bu şəxslər hərbi xidmətə çağırışdan azad olunacaq - SİYAHI
Dün, 18:05
Putinə görüş təklif edib
Dün, 17:59
Almaniya ümid edir ki, İlham Əliyev bu il Berlinə gələcək – Səfir
Dün, 11:52
Köçəryan ölkədən qaçmaq istədi
Dün, 11:20
Şimali Koreya nüvə silahından imtina etməyəcək
Dün, 11:12
2 min il əvvəl itən əfsanəvi qızılı parça yenidən yaradıldı
Dün, 11:04
Azərbaycandan tranzit keçməklə Ermənistana buğda göndəriləcək
13-06-2026, 11:22
6 gün leysan olacaq - XƏBƏRDARLIQ
13-06-2026, 11:19
Azərbaycanın bu rayonlarında zəlzələ oldu (YENİLƏNİB)
13-06-2026, 11:12
Azərbaycanın bütün məktəblərində "Son zəng" çalınır
13-06-2026, 10:59
Azərbaycanda yeni cərimələr müəyyənləşir - 50 min manatadək
13-06-2026, 10:37
Rusiyada boru kəmərində baş verən partlayışda üç nəfər ölüb
13-06-2026, 10:35
Şuşada bu işləri görmək qadağan edilir
13-06-2026, 10:31
Masallıdan nazirə məktub: Əmriniz əleyhimizə çevrilib - BU NƏDİ BELƏ?
13-06-2026, 10:29
Səhhəti pisləşdi, konsertləri təxirə salındı
13-06-2026, 10:27
Azərbaycanda aeroportların idarə edilməsi dəyişir - FƏRMAN
31-01-2026, 19:05
"Qurtuluş" Reabilitasiya Mərkəzinin rəhbəri və işçiləri həbs edildi
31-01-2026, 19:02
Tramp digər ölkələri Venesueladan neft almağa dəvət edəcək
31-01-2026, 19:01
“Azərbaycanfilm” ləğv ediləcək?
31-01-2026, 18:58
Rəsulzadənin anadan olmasından 142 il ötür
31-01-2026, 18:56
Süleyman Mikayılovun vəzifədən azad edilmə səbəbi bilindi
31-01-2026, 18:54
ABŞ tarixində ilk dəfə əhali azalması riski ilə üz-üzə
31-01-2026, 18:52
Hacıqabulda palçıq vulkanı püskürdü
31-01-2026, 18:46
DYP sürücülərə müraciət etdi
31-01-2026, 18:44
Azərbaycanda gümüş xatirə sikkələr hazırlanacaq
31-01-2026, 00:19
Bu hallarda media subyektləri məsuliyyət daşıyacaq - Yeni qərar
31-01-2026, 00:11
Bu nazirlikdə CİDDİ NÖQSANLAR aşkarlandı - RƏSMİ
31-01-2026, 00:05
Dövlət teatrlarında vakant yerlərə direktor təyinatları olacaq
30-01-2026, 23:49
İlham Əliyev bu gəncləri mükafatlandırdı - SİYAHI
30-01-2026, 23:40
Tarix və memarlıq abidələri haqqında məlumatlar rəqəmsallaşdırılacaq
30-01-2026, 23:35
“Azərbaycanfilm” ləğv ediləcək?
30-01-2026, 23:30
QHT-lərə Dövlət Dəstəyi Agentliyi media təşkilatı adı ilə “piy” əridir - dövlət büdcəsi özəl maraqlar üçün xərclənir +FOTOFAKT
29-01-2026, 13:10
Zelenski Putinə birbaşa görüş təklif etdi
29-01-2026, 13:06
Xaqani Şirvaninin 900 illik yubileyi qeyd ediləcək – SƏRƏNCAM
29-01-2026, 13:02
“Hadi İnşaat” MMC-nin icra başçıları ilə tender oyunu
29-01-2026, 12:51
Elektron formada sübut hesab olunacaq məlumatlar müəyyənləşir