“Mövlam Şıxəliyev MTN təcridxanasını zindana çevirib sahibkarları soyurdu” - MƏHKƏMƏ
Gündəm / Siyasət / Hadisə
Oxunub: 187
30 Kas 2021 | 13:14
“Mövlam Şıxəliyev MTN təcridxanasını zindana çevirib sahibkarları soyurdu” - MƏHKƏMƏ

capar.info : - Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin İstintaq Baş İdarəsinin rəisi Mövlam Şıxəliyev, qurumda şöbə rəisi vəzifəsində işləmiş Vüsal Ələkbərov, İbtidai istintaq idarəsinin rəis müavini olmuş Yasin Məmmədov və şöbə rəisinin müavini postunu tutmuş Sahib Ələkbərovun cinayət işi üzrə zərərçəkən Hüseyn Səfərov ölkə rəhbərliyinə, hüquq-mühafizə orqanlarının rəhbərlərinə açıq məktub ünvanlayıb.

67 gün girov saxlanılaraq ailəsindən 2 milyon dollar alınandan sonra azad edilən Hüseyn Səfərov yazır ki, Mövlam Şıxəliyev və digərləri dövlət qurumu olan Milli Təhlükəsizlik Nazirliyinin daxilində yuva salmış mütəşəkkil cinayətkar quldur dəstə şəklində fəaliyyət göstiriblər. O, həmin dəstənin qurbanlarından biridir:

“Ərizələrim, şikayətlərim mahiyyəti üzrə baxılmadan cavabsız qalıb. Ona görə də məcbur olub mətbuat vasitəsilə açıq şəkildə məktubla sizə müraciət ünvanlayıram.

Mənim dərdimə şərik çıxıb maddi və mənəvi baxımdan ağır vəziyyətimdə mənə köməklik etmənizi və ya yol göstərmənizi Sizdən xahiş edirəm.

Dövlətin təcridxanasını şəxsi niyyətlərinə görə zindana çevirib soyğunçuluqla məşğul olurdular!

Mövlam Şixəliyev MTN-də rəhbər vəzifədə işlədiyi 10 il ərzində başına topladığı mütəşəkkil cinayətkar quldur dəstənin üzvləri ilə birgə mütəmadi olaraq mənim kimi Azərbaycan vətəndaşlarının başına olmazın müsibətlər açıb. Mövlam Şıxəliyev və onun rəhbərlərindən biri olduğu mütəşəkkil cinayətkar quldur dəstə dövlətin Milli Təhlükəsizlik Nazirliyinin İstintaq Təcridxanasından zindan kimi istifadə edirdilər. Həmin zindanda 67 gün girov saxlanılmışam. Dövlətin təcridxanasını şəxsi niyyətlərinə görə zindana çevirib soyğunçuluqla məşğul olurdular. Əgər mən azadlıqda olsaydım, həmin o 2 milyon dolları ailəmdən ala bilməzdilər. Dövlətin gücündən tamah niyyəti ilə istifadə edib, dövləti nüfuzdan salıb, dövlətin əsaslarını sarsıdıblar. Dövlətə xəyanət ediblər!

Bakı Hərbi Məhkəməsi isə bunların qarşısında aciz qalıb

Vəzifədə xidmət edərkən quldurluq, hədə-qorxu gəlməklə soyğunçuluq, böyük sərvət əldə etmək məqsədilə olmazın cinayətlər törədiblər. Bu gün Bakı Hərbi Məhkəməsi isə bunların qarşısında aciz qalıb. Məhkəmə mütəşəkkil cinayətkar quldur dəstənin əməllərinə hansı şəkildə don geyindirsin, bilmir.

İstintaqın qənaətinə görə, Mövlam Şıxəliyev və başına yığdığı, hazırda onunla birgə məhkəmə qarşısına çıxarılan digər quldurlar mənim kimi 36 Azərbaycan vətəndaşından hədə-qorxu və quldurluq yolu ilə 20 milyon manat alıblar!

Hesab edirəm ki, istintaq obyektiv, prinsipial, düzgün aparılsaydı, bu gün zərərçəkənlərin sayı dəfələrlə artıq, 20 milyonluq zərər isə 200 milyon manatı aşardı.

Mənə qarşı törətdikləri cinayətlərə gəldikdə isə Mövlam Şıxəliyev, Vüsal Ələkbərov və qeyrilərindən ibarət sabit cinayətkar quldur dəstənin üzvləri ilə birgə 2008-ci ildə heç bir əsas və cinayət təqibi olmadan uydurma bir istintaqa cəlb ediblər.

Məndən 2 milyon dollar pul alıblar və özlərinin uydurduqları olmayan cinayət işinə xitam veriblər

Bu gün Mövlam Şıxəliyevlə Vüsal Ələkbərovdan şikayət edirəm. Səbəbini də deyirəm - bu adamlar məndən 2 milyon dollar pul alıblar və özlərinin uydurduqları olmayan cinayət işinə xitam veriblər.

Bu cinayəti təkcə mənə qarşı etməyiblər. Azərbaycanda mənim kimi yüzlərlə iş adamı, sahibkar bu adamların cinayətkar tamahlarının qurbanı olub.

Mövlam Şıxəliyev o günlərdə 5 dəfə məni kabinetinə çağırtdırıb, Hər dəfə də pul tələb edirdi

Məni MTN-də girov olaraq 67 gün saxlayıblar. Həmin müddətdə mən günboyu MTN-də işləyən müstəntiqlərin kabinetində oturub qohum-qardaşımın bu cinayətkar dəstənin məndən tələb etdikləri 3 milyon dolların toplanmasını gözləmişəm. Həmin günlərdə yalnız gecələr təcridxanada kamerada yatırdım, səhər yuxudan ayılıb Vüsal Ələkbərov və digərlərinin kabinetində girovluğumun bitəcəyi günü gözləyirdim. Mövlam Şıxəliyev o günlərdə 5 dəfə məni kabinetinə çağırtdırıb. Hər dəfə də pul tələb edirdi. Deyirdi ki, pulu düzəldin verin, nazirin göstərişidir ki, səni buraxaq. Nazir də bunların dəstələrinin başçısı Eldar Mahmudov idi. Mövlam Şıxəliyevə deyirdim ki, qohum-qardaşım məndən tələb olunan pulu yığıb toplaya bilmir. Söhbətlərin birində də Mövlam Şıxəliyev dedi ki, heç olmasa 2 milyon dollar verin, verməsən səni buraxmayacağıq. Hər dəfə də “nazirin göstərişidir” deyirdi.

Oğlum həmin məbləği MTN-in binası yaxınlığında, MTN poliklinikasının yanında Vüsal Ələkbərova verdi

67 gün ərzində mənə hədə-qorxu gəlib, təzyiq göstərirdilər ki, pulu tez düzəldib verim. Gördülər ki, pulu düzəldə bilmirik, təklif etdilər ki, çox hissəsini ver, qalanını da səni azadlığa buraxandan sonra ödəyərsən. O günlərdə qohumlarım 1 milyon 650 min dollar düzəldib oğlum Rüstəmə vermişdilər. Oğlum həmin məbləği MTN-in binası yaxınlığında, MTN poliklinikasının yanında Vüsal Ələkbərova verdi. Məni 30 dəqiqənin içində buraxdılar.

Tapşırdılar ki, yerdə qalan 350 min dolları da qısa müddət ərzində ödəməlisən. Ödəməsən, səni yenidən həbs edəcəyik. Pulumu aldı, özümü də hədələdi Vüsal Ələkbərov. Dedi ki, “mənə pul verdiyini kiməsə desən, səni də, oğlunu da dərhal həbs edəcəyik. Əlimizdə hazır materiallar var.

Bu gün Mövlam Şıxəliyev, Vüsal Ələkbərov və digərləri xüsusi himayəyə götürülüblər

Həbsdən çıxandan sonra 350 min dolları da evimi, obyektimi satıb aparıb Vüsal Ələkbərova oğlum Rüstəmlə bərabər vermişəm. Bu gün Mövlam Şıxəliyev, Vüsal Ələkbərov və digərləri xüsusi himayəyə götürülüblər. Belə ki, bizə qarşı cinayət törədən mütəşəkkil cinayətkar quldur dəstənin üzvlərindən yalnız Mövlam Şıxəliyev həbsdədir. Onu da bizlərin gözünə kül üfürmək üçün həbs ediblər. Qısa müddətdən sonra onu da azad edəcəklər. Artıq bunu gizlətmirlər.

Vüsal Ələkbərov, Sahib Ələkbərov, Yasin Məmmədov isə həbs olunmayıblar. Məhkəmə binası qarşısında Vüsal Ələkbərov mənə yaxınlaşıb hədələyir, “bu sözü belə de, o sözü belə de” şəklində tapşırıqlar verir. “Mənə heç kim heç nə edə bilməz” deyir. Arxayındırlar, ad çəkirlər. Mənə meydan oxuyur. Deyir ki, Mövlam müəllim filan vəzifəli şəxsin himayəsindədir. Bu məhkəmə ona cəza təyin edəcək, yuxarı məhkəmə də açıb buraxacaq. Özünüzü yorub bizdən şikayət etməyin.

Məni azad etdikləri kimi Mövlam müəllimi də azad edəcəklər.

Bizdən aldıqları pulları rüşvət kimi verib azadlığa çıxmağa hazırlaşırlar

Bu adamlar özlərinə həddindən artıq arxayındırlar. Tezliklə məhkəmənin bitməsini və barələrindəki cinayət işinin ört-basdır olunacağını gözləyirlər. Mövlam Şıxəliyev bizdən aldıqları pullar hesabına özünə böyük biznes qurub. Çoxsaylı obyektlər əldə edərək kirayə verməklə məşğuldur. Hər ay kirayə haqqı kimi milyonlarla pul yığır. Bizlərin isə ziyanımızı belə ödəmək fikirləri yoxdur, bizdən aldıqları pulu rüşvət kimi verib azadlığa çıxmağa hazırlaşırlar.

Məni Vüsal Ələkbərov Mövlam Şıxəliyevin şəxsi göstərişi əsasında zorakılıqla, hədə-qorxu ilə MTN-ə aparıb. Barəmdə cinayət işi olmadığı halda girov olaraq iki aydan artıq saxlayıblar. Bu adamlara etimad göstərilib, əvəzində dövlətə, dövlətçiliyə qarşı çıxıb Azərbaycan vətəndaşlarına, Azərbaycan iqtisadiyyatına qənim kəsiliblər. Ona görə də ən sərt cəzaya layiqdirlər.

Evimi də satıb pulunu bu quldur yığınına verdiyimdən bu gün də kirayələrdə qalıram

Bu günə qədər də aldığım borcları qaytara bilməmişəm. Hər 3 övladımın evi banklarda girovdadır, evimi də satıb pulunu bu quldur yığınına verdiyimdən bu gün də kirayələrdə qalıram. Mövlam Şıxəliyev, Vüsal Ələkbərov və digəriləri qatı cinayətkardır. Onların mütəşəkkil cinayətkar quldur dəstə şəklində bu cinayətlərdə günahkar olmaları Bakı Hərbi Məhkəməsinin 10 iyul 2017-ci il tarixli 1(093)-22/17 nömrəli hökmü ilə tam təsdiqini tapır. Həmin iş üzrə zərərçəkmiş kimi tanınmışdım. Lakin mənə vurulan ziyan ödənmədi. Bu gün dünya hüquq elmində olmayan praktika Azərbaycan Respublikasının məhkəmə-hüquq sistemində tətbiq edilir.

Belə ki, dövlət məmuru zorakılıqla, quldurluqla, hədə-qorxu ilə mənim əmlakımı əlimdən aldığından dövlət məni rəsmi zərərçəkən kimi tanıyır. Amma məhkəmə məni mülki iddia verməkdən məhrum edir. Bu, absurddur və biabırçılıqdır.

Bizdən hədə-qorxu ilə alınan pulun - yəni 2 milyon dollardan 200 min dollarını dövlətin hesabına rüsum kimi köçürmək tələb edilir. Deyirlər ki, pulu ödəyin, sizin təkcə şikayət ərizənizə baxaq. Bunu qəsdən edirlər. İstəyirlər ki, bizdən dövlətin gücündən istifadə etməklə, quldurluqla aldıqları pulu yenə də dövlətin əli ilə bizə qaytarmasınlar.

Bəzi vəzifəli şəxslər tərəfindən acıq şəkildə himayəyə götürülüblər

Bu mütəşəkkil cinayətkar quldur dəstə bu gün də dövlətin içində olan bəzi vəzifəli şəxslər tərəfindən acıq şəkildə himayəyə götürülüb, bunu şəxsi söhbətlərdə də dəfələrlə cəkinmədən açıq deyirlər.

Bizim bu adamların sözlərinə inanmamağımız üçün hər hansı bir əsas yoxdur. Çünki Vüsal Ələkbərov 12 il azadlıqdan məhrum edilir, 1 il sonra isə ziyan belə ödənmədən, bizdən soruşmadan onun cəzasını Ali Məhkəmə birdən-birə 5 ilə endirib və açıb buraxıb. Dəymiş maddi ziyanla bağlı Vüsal Ələkbərovun evi müsadirə olunub hərraca çıxarılmışdı. Ev artıq satılırdı. Elə həmin an hərrac Ali Məhkəmə tərəfindən qanunsuz olaraq dayandırıldı. Ev yenidən Vüsal Ələkbərovun ixtiyarına verildi.

Canımız qalıb, onu da əlimizdən alacaq qədər özlərini arxayın aparırlar

Sizdən xahiş edirik ki, bizi ədalətsiz hakimlərdən, qanunsuzluqlara qol qoyan prokurorlardan qoruyun.

Bizi məhkəmə binası önündə hədələyirlər. İstəsələr, vurub öldürə də bilərlər. Özümüzü girov götürüb malımızı əlimizdən aldılar. Canımız qalıb, onu da əlimizdən alacaq qədər özlərini arxayın aparırlar".//“Yeni Müsavat”
27-10-2021, 10:35
Məhkəmə MTN generalını necə əzizləyirsə... - ETİRAZ
15-10-2021, 10:46
MTN generalının yeni cinayətləri: Bir ailə məhv edildi... - İLGİNC FAKTLAR
14-10-2021, 15:18
“MTN əməkdaşları məndən 315 min dollar aldılar” - Polkovnik
15-09-2021, 10:44
MTN-in daha bir generalının cinayət işi məhkəməyə göndərilib
6-08-2021, 11:18
Şöbə rəisi Polis İdarəsinin qarşısındakı aksiyadan danışdı
27-01-2020, 13:10
Eldar Mahmudovun əmisi oğlu hakim qarşısında
Bugün, 20:30
Hansı yazıçı daha çox kitab yazıb? 4000-ə yaxın roman
Bugün, 20:17
Bakıda evdən meyit tapıldı
Bugün, 20:13
Dünyada ən təhlükəli nəqliyyat növü budur
Bugün, 20:11
Federasiyanın keçmiş rəhbəri öpüşə görə həbs oluna bilər
Bugün, 20:09
Braziliyalı ulduzdan depressiya və intihar etirafı
Bugün, 20:07
Yarım milyon mənimsəyən baş həkim HƏBSDƏ ÖLDÜ
Bugün, 20:03
"Milan" "Boka Xuniors"un futbolçusunu alacaq
Bugün, 20:01
Qan damarlarının divarlarını məhv edən məhsullar
Bugün, 19:56
Çobanyastığı çayının bilmədiyimiz FAYDALARI
Bugün, 19:54
Çayı soyuq su ilə soyutmaq olmaz! - Bunları "öldürürsünüz"
Bugün, 19:52
Əməkdar artist 27 ildir qardaşı oğlunu axtarır
Bugün, 19:49
Keçmiş nazir Namiq Abbasov VƏFAT ETDİ
Dün, 17:51
Ramazan ayı bir ildə iki dəfə qeyd olunacaq
Dün, 17:46
Ən məşhur “qanuni oğru”lardan biri UKRAYNADAN QOVULUR
Dün, 17:24
Azərbaycan millisinin baş məşqçisi ola bilər
Dün, 17:21
Ağdaşda FACİƏ: 5 yaşlı uşaq yandı
Dün, 17:16
Vilayət Eyvazov Kamran Əliyevi işdən çıxardı
Dün, 17:12
Bu ölkədə 70 minə yaxın dövlət qulluqçusu işdən çıxarılır
Dün, 17:10
Abşeronda QƏZA: Ölən var
Dün, 17:07
Özünüzü xroniki stressdən qorumağın YOLLARI
Dün, 17:04
Alla Puqaçova “xarici agent” ELAN EDİLƏ BİLƏR
Dün, 17:00
Azərbaycan onları Özbəkistana təhvil verdi
26-03-2024, 14:39
Bakıda liftdən meyit tapıldı
26-03-2024, 14:35
Alimlər həyəcan təbili ÇALDI: uşaq salfetləri autizm yaradır
26-03-2024, 14:32
Kişi yatan dostunu bıçaqladı
26-03-2024, 14:26
Ermənistan konyakına qadağa qoyuldu - Kimyəvi maddə aşkarlandı
26-03-2024, 14:22
UEFA "Qarabağ"ı cərimələdi
26-03-2024, 14:19
Saatlıda balıqçını cərəyan vurub öldürdü
26-03-2024, 14:13
Rusiyaya işləməyə gedənlərin NƏZƏRİNƏ: yeni QADAĞA
26-03-2024, 14:11
Borca görə dostlarını qəbiristanlıqda döyüb öldürdülər
26-03-2024, 14:07
“Fənərbaxça” böyük qalmaqaldan sonra yeni liqa axtarışındadır
26-03-2024, 14:03
Aktrisanın 9 milyonunu oğurladılar
26-03-2024, 14:00
Dünyanın ən uzun yolunun KƏDƏRLİ TARİXİ
25-03-2024, 14:28
Elektron poçtunu açdı: 150 min dollar itirdi
25-03-2024, 14:08
Yağış, leysan, dolu - Sabahın HAVASI
25-03-2024, 13:54
Bakıda itirilən bank kartı ilə alış-veriş etdilər
25-03-2024, 13:49
Gəncədə mebel sexi yandı
25-03-2024, 13:47
Məşhur aktrisa 32 kilo arıqladı - Sirrini açdı
25-03-2024, 13:43
Bakıda kişi 150 manatlıq narkotiklə tutuldu