Yanından keçən kişiyə tərs baxan idmançıdan dəhşətli əməl - TƏFƏRRÜAT
capar.info : - Bakıda 2002-ci il təvəllüdlü Seyidağa şəxsi münasibətlər zəminində Azərə bıçaqla xəsarət yetirib.
Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə bu ilin mayın 22-də, gecə saat 00.10-da baş verib. “Cənnət Flowers” adlı gül mağazasının qarşısında Seyidağa tərs baxmasını ona irad bildirməsi və yumruq atması səbəbindən aralarında yaranmış mübahisə zamanı üzərində olan bıçaqla Azərə 2 dəfə vurub.
İstintaq orqanı tərəfindən Seyidağanın barəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib.
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Seyidağa ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, bir neçə müddətdir qaydasız döyüş idman növü ilə məşğul olur: “Rəhman, Ramin və Emil adlı şəxslər mənim dostlarımdır. Həmin şəxslərlə birlikdə idmanla məşğul oluram. Mayın 21-də, saat 23.00-da Rəhman, Ramin və Emillə birlikdə idman etdik. Sonra Rəhman, Emil və Ramin “Həzi Aslanov” metro stansiyasının yaxınlığına getdik. Mayın 22-də, gecə saat 00.10-da bibim oğlu Elxan ilə birlikdə idmandan çıxdıq və Rəhmangillə “Həzi Aslanov” metro stansiyasının yanında görüşdük. Bundan sonra biz r birlikdə Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsində yerləşən “Cənnət” adlı gül mağazasının qarşısında yerləşən oturacaqda oturduq, söhbət etməyə başladıq”.
Təqsirləndirilən şəxsin sözlərinə görə, orada cəmi 1 oturacaq olduğundan və hamı üçün oturacaqda yer olmadığından ayaq üstə dayanıb: “Həmin vaxt Bakı şəhəri, Xətai rayonu, Ukrayna dairəsi istiqamətindən gələn 4 nəfər tanımadığım şəxs bizim yanımızdan keçdiyi zaman arxaya çevrildım, həmin şəxsləri tanıyıb-tanımadığımı bilmək üçün həmin şəxslərə baxdım. Həmin 4 şəxsi tanımadığımdan yenidən geri çevrildim. Həmin 4 nəfər şəxs bizdən təxminən 40-50 metr irəli getdikdən sonra yenidən bizim yanımıza geri qayıdaraq yaxınlaşdılar və Azər “tanış gəlirik, nə olub?” sözlərini dedi. Mən də Azərə sadəcə tanıyıb-tanımadığımı bilmək üçün baxdığımı bildirdim. Həmin vaxt bizim aramızda sözlü mübahisə baş verdi və mübahisə zamanı Azər məni yumruqla zərbə vurdu. Bizim aramızda yaranmış sözlü mübahisəyə səbəb Azərin mənə qarşı kobudluq və təhqir etməsi, eləcə də məni yumruqla zərbə vurması olub. Azərə qarşı heç bir kobudluq etməmişım. Lakin Azər məni təhqir etməyə davam etdi və bundan sonra aramızda yaranmış sözlü mübahisə əlbəyaxa davaya çevrildi. Azər ilə əlbəyaxa olduqda onun yanında olan şəxslər mənim və dostlarımın üzərinə gələrək əl-qol atdılar. Həmin vaxt Azərgilin məndən və dostlarımdan yaşca böyük və güclü olduqlarından mənə, dostlarıma xəsarət yetirəcəklərindən qorxdum. Çünki Azər və yanında olan şəxslər məndən və dostlarımdan yaşca çox böyük və fiziki cəhətdən güclü olublar”.
Seyidağa qeyd edib ki, bütün bunları görüb və özünü qorumaq məqsədi ilə əynində olan şalvarın sağ cibində saxladığı açılıb-bağlanan bıçağı çıxarıb: “Həmin bıçaqla Azəri 2 dəfə bel nahiyəsindən vurdum. Azərə bıçaqla xəsarət yetirdikdən sonra Azər geri çəkilərək yerə yıxıldı. Bunu görüb çox qorxdum. Həmin vaxt yaşı 18 yaşım olduğundan bu hadisə mənə çox pis təsir etdi. Ona görə də həmin vaxt hadisə yerindən qaçdım. Həmin vaxt özümdə olmadım. Sonra yaşadığım evə getdim və paltarlarımı dəyişdim. Paltarlarımı dəyişdikdən sonra Cəlilabad rayonunda yerləşən evimizə getdim. Daha sonra polis əməkdaşları mənimlə əlaqə saxladılar. Polis əməkdaşlarına törətdiyim cinayət əməlini etiraf etdim. Bundan sonra Bakı şəhərinə qayıtdım. Bakı şəhərinə qayıtdıqdan sonra 36-cı Polis bölməsinə gedərək təslim oldum”.
Bu cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əli Məmmədovun sədrliyi ilə baxılıb.
Seyidağa 1 il müddətinə azadlıqdan məhrum edilib. Onun barəsində həbs qətimkan tədbiri seçilib və məhkəmə zalından həbs edilib.
24-11-2021, 10:36
Tərtərdə törədilən qətllə bağlı cinayət işi açılıb
16-08-2021, 13:20
“Məşədi Dadaş” məscidinin qarşısında qanlı olay
16-08-2021, 12:49
Bacısının “Tik-tok”da kişi ilə videosunu görən qardaş dəliyə döndü
13-07-2021, 11:43
Bakıda yeniyetmə anasını söyən kişini öldürdü
27-05-2021, 18:07
Bakıda qardaş qardaşı BIÇAQLADI
31-03-2021, 10:24
Hacıqabulda qadın qohumu tərəfindən öldürüldü
28-07-2026, 23:05
Ceyranbatanda yanğın: uşaq özünü binadan atdı
28-07-2026, 23:03
Sabah 40 dərəcə isti olacaq
28-07-2026, 23:02
Bu ərazilərdə 3 gün su olmayacaq
28-07-2026, 23:00
Putin İlham Əliyevə zəng etdi
28-07-2026, 22:56
Hasil Abbasov şöbə müdirini işdən çıxardı
28-07-2026, 22:54
Müəllimini güllələyən şagirdə hökm oxundu
28-07-2026, 22:53
Ronaldo serialda rol alacaq
28-07-2026, 22:51
İran Ukraynaya hücuma hazırlaşır
28-07-2026, 22:50
“Qarabağ”dan ayrıldı, bu kluba keçdi
28-07-2026, 22:27
İstirahət mərkəzinin rəhbəri böyük məbləğdə cərimə olundu
27-07-2026, 17:47
Cərimə meydançasına aparılan avtomobilə görə xərclər nə zaman QAYTARILIR?
27-07-2026, 17:42
Türkiyə bu ölkəyə F-16 qırıcılarını göndərir
27-07-2026, 17:41
Saleh Məmmədovun Almaniyadakı tikinti layihəsi ilə bağlı yeni iddia
27-07-2026, 17:39
Bu şəxslər 7 min manatadək cərimələnəcək
27-07-2026, 17:36
Əlilliyi olan 2 mindən çox şəxs işlə təmin edildi
27-07-2026, 17:33
AB-dən iranlı hakimlərə sanksiya..
27-07-2026, 17:30
Qarsa yeni baş konsul təyin edildi
27-07-2026, 17:21
Günəşdə güclü alışma baş verib
27-07-2026, 17:18
Sərnişin təyyarəsi zolaqdan çıxdı - Qorxulu anlar
23-07-2026, 16:04
Neft bahalaşmaqda davam edir
23-07-2026, 16:03
Britaniya diplomatlarını İrandan çıxardı
23-07-2026, 15:59
Bakıda 48 yaşlı kişi evində ölü tapıldı
23-07-2026, 15:57
Türkiyədə güclü zəlzələ
23-07-2026, 15:54
Türkiyədə həyat İFLİC OLDU
23-07-2026, 15:49
Nabranda dənizdə batan 17 yaşlı qızın meyiti tapıldı
23-07-2026, 15:47
Peşə təhsili müəssisələrində illik təhsil haqqı: 6500 AZN...
23-07-2026, 15:45
Ermənistan prezidenti xəstəxanaya yerləşdirildi
23-07-2026, 15:41
Bu ərazilərdə qaz olmayacaq
21-07-2026, 15:36
Portuqaliyalı hücumçudan "Qarabağ"a gözlənilməz cavab
21-07-2026, 15:35
3000 erməni bir anda İrana axışdı - Səbəbi bu imiş
21-07-2026, 15:32
Azərbaycanlılar bu ölkədən deport olundu
21-07-2026, 15:30
Rusiyada benzin gizlədənlərin "ovuna başlanıldı"
21-07-2026, 15:28
İş sistemi dəyişir: “Çevik iş rejimi” nə deməkdir?
21-07-2026, 15:18
İrandan Hörmüzlə bağlı xəbərdarlıq
21-07-2026, 15:16
Azərbaycan neftinin qiyməti 94 dollara yaxınlaşır
21-07-2026, 15:14
Cəlilabadda avtomobil aşıb, 4 nəfər xəsarət alıb
21-07-2026, 15:12
Dünya çempionu olan qapıçı "Zirə"yə keçdi
21-07-2026, 15:09
Ərdoğana qarşı sui-qəsd planı... – General açıqladı
20-07-2026, 13:06
Mədəniyyətimizin səssiz qəhrəmanı ağır vəziyyətdə...