Bacısının “Tik-tok”da kişi ilə videosunu görən qardaş dəliyə döndü
Gündəm / Sosial / Hadisə
Oxunub: 275
16 Ağu 2021 | 12:49
Bacısının “Tik-tok”da kişi ilə videosunu görən qardaş dəliyə döndü

capar.info : - Abşeron rayonunda 1987-ci il təvəllüdlü Adil bacısı Səliməyə (adlar şərti verilib – red.) xəsarət yetirib.

Demokrat.az-ın xəbərinə görə, Adil bu ilin aprelin 24-də Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Gənclər şəhərciyində Əntiqə adlı şəxsin evində bacısı Səlimənin başqa şəxslə restoranda yemək yeməkləri və səmimi olmaları videosunu “Tik-tok” sosial şəbəkəsində görüb.

Bununla bağlı Adil bacısına irad bildirdiyinə görə aralarında mübahisə yaranıb. Mübahisə zamanı Adil bacısının sifət və burun nahiyələrinə bir neçə dəfə şillə zərbələri vurub, ona xəsarətlər yetirib.

İstintaq orqanı tərəfindən Adilin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa yüngül xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Adil ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, qeyd edib ki, Səlimə onun doğma bacısıdır: “Bacım bir aya yaxındır ki, yaşadığımız Lerik şəhərindən Bakı şəhərinə işləməyə getdi. Aprelin 23-də “Tik-tok” adlı sosial şəbəkədəbacım ilə tanımadığım şəxsin restoranda yemək yedikləri və səmimi olmaları barədə videopaylaşım gördüm. Bacımın mobil telefonuna zəng etdim, bu məsələ barədə soruşaraq ona iradımı bildirdim. Bacım həmin şəxsin iş yoldaşı olmasını desə də, ona inanmadım. Həmin günün səhəri, saat 21 radələrində Lerik şəhərindən Bakı şəhərinə gəldim. Bacıma zəng edərək harada olmasını soruşdum. Bacım Mehdiabad qəsəbəsi, Gənclər şəhərciyində Əntiqə adlı şəxsin evində olduğunu dedi. Aradan biraz keçdikdən sonra həmin evə gələrək ondan həmin video barədə soruşdum. Bacıma iradımı bildirərəkən sonuncu mənimlə kobud danışdı, yaxşı elədiyini dedi. Buna görə də aramızda mübahisə yarandı. Mübahisə zamanı əsəbləşərək sifət nahiyəsinə bir neçə dəfə şillə zərbəsi ilə vurdum”.

Təqsirləndirilən şəxsin ifadəsinə görə, həmin vaxt Əntiqə adlı şəxs araya girərək onu evdən çıxarıb: “Baş vermiş münaqişə təxminən 3-4 dəqiqə davam etdi. Həmin vaxt bacım mənə hər hansı bir formada müqavimət göstərmədi. Sonradan bacımla barışmışam. Əməlimdən peşmançılıq çəkirəm”.

Cinayət işi üzrə zərərçəkmiş şəxs qismində ifadə verən Səlimə bildirib ki, hadisədən əvvəl yaşadığı Lerik şəhərindən Bakı şəhərinə işləməyə gəlib: “23 aprel 2021-ci ildə “Tik-tok” adlı sosial şəbəkədə restoranda tanışım Ayxan adlı şəxslə yemək yediyimiz video paylaşım olduğu üçün Lənkəran şəhərində yaşayan qardaşım mobil telefonuma zəng etdi. Bu məsələ barədə soruşaraq mənə iradını bildirdi. Qardaşıma həmin şəxsin iş yoldaşım olmasını desəm də, qardaşım mənə inanmadı. Mənimlə kobud danışdı, Bakıya gələcəyini, bu barədə danışacağını dedi”.

Zərərçəkmişin sözlərinə görə, aprelin 24-də, saat 21 radələrində qardaşı Bakı şəhərinə gəlib və harada olmağını zəng edərək ondan soruşub: “Ona Mehdiabad qəsəbəsi, Gənclər şəhərciyində Əntiqə adlı şəxsin evində olduğumu dedim. Aradan biraz keçdikdən sonra qardaşım həmin evə gələrək içəriyə daxil olan kimi üzərimə hücum çəkdi, videoda olan həmin şəxsin kim olduğunu soruşdu. Yenə də həmin şəxslə aramızda heç bir münasibət olmadığını və iş yoldaşım olmasını desəm də, ancaq qardaşım mənə inanmadı. O, şillə ilə bir neçə dəfə möhkəm zərbə ilə sifətimə, burun nahiyyəmə vuraraq mənə xəsarət yetirdi”.

Zərərçəkmiş bildirib ki, sonra Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng edərək döyülməsi barədə məlumat verib. O, qeyd edib ki, qardaşı ilə barışıb, ona qarşı şikayəti yoxdur.

Bu cinayət işinə Abşeron rayon Məhkəməsində baxılıb.

Məhkəmənin hökmü ilə Adilin barəsində ittihamedici hökm çıxarılmayıb. Onun zərərçəkmiş şəxslə barışması nəzərə alınıb və barəsində olan cinayət işinə xitam verilib
9-07-2021, 11:18
Neftçalada qardaş qardaşı qətlə yetirdi
27-05-2021, 18:07
Bakıda qardaş qardaşı BIÇAQLADI
31-03-2021, 10:24
Hacıqabulda qadın qohumu tərəfindən öldürüldü
2-03-2021, 10:52
Samuxda 30 yaşlı kişi küçədə qətlə yetirildi
29-06-2020, 17:25
Oğuzda dəhşətli hadisə: Qonşusunu bazarda güllələdi – TƏFƏRRÜAT
8-04-2020, 16:22
Gəncədə qəribə hadisə: Baldız yeznəni ailənin gözü qarşısında... – Bu da oldu
Dün, 14:28
İsrail İrana raket zərbəsi endirdi
Dün, 14:20
Meksikada güclü zəlzələ
Dün, 14:13
Mbappe yekun qərarını verdi
Dün, 14:10
“Fənərbaxça” Konfrans Liqasında mübarizəni dayandırdı
Dün, 14:06
"Səhnədə ölmək istəmirəm" - Zülfiyyə Xanbabayeva
Dün, 14:02
Bu ərazilərə güclü yağış yağacaq - Sabahın HAVASI
Dün, 13:52
Uşaqlar ad günü şərəfinə kişini vəhşicəsinə döydülər
Dün, 13:49
Bakıda yeniyetmə qız binadan yıxıldı
Dün, 13:47
Bakıda evdə PARTLAYIŞ: ölən var
18-04-2024, 16:29
31 yaşlı kişi tövlədə özünü ASDI
18-04-2024, 16:25
Dünyanın ən dağıdıcı tornadosu: 80 min insan evsiz qalıb
18-04-2024, 16:21
Qadınlar, 45 yaşdan sonra belə qidalanın
18-04-2024, 16:17
Azərbaycanlı gənc parkinqə görə adam öldürdü
18-04-2024, 16:15
Kişi arvadının boşanmaq istəyinə görə uşaqlarını öldürdü
18-04-2024, 16:10
Külli miqdarda rüşvət alan müstəntiq axtarışa verildi
18-04-2024, 16:07
Keçmiş polis rəisinin evləri və bahalı maşını əlindən alındı
18-04-2024, 16:04
Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi də fəaliyyətini dayandırır
18-04-2024, 15:56
Ucuz və sağlam qidalanmanın YOLLARI
18-04-2024, 15:55
Bakıda DƏHŞƏT: hamamda qızla oğlanın meyiti tapıldı
17-04-2024, 22:22
Akif Ələkbərov həbsdə öldü
17-04-2024, 22:13
Sabah 28 dərəcə isti olacaq - HAVA PROQNOZU
17-04-2024, 22:01
Çingiz Abdullayev evə buraxıldı
17-04-2024, 21:51
“Barselona”nın Çempionlar Liqasındakı antirekordu
17-04-2024, 21:49
Həddindən artıq su içib öldü
17-04-2024, 21:46
“Hamıya pul verib toyuna çağırır, məndən pul istəyir” - Xalq artisti
17-04-2024, 21:42
Rüşvət alan yol polisi rəisi işdən QOVULDU
17-04-2024, 21:39
Ana və oğlu göldə boğuldular
16-04-2024, 22:03
Klublarımız “Bayer”dən geri qalır: “Qarabağ”ın qapıçısı
16-04-2024, 22:00
Bakı həbsxanasında ÖLÜM
16-04-2024, 21:58
Kartofu mükəmməl qızartmaq üçün bunları bilmək lazımdır
16-04-2024, 21:53
Qısqanc kişi dostu ilə yatan arvadını çarpayıda yandırdı
16-04-2024, 21:48
Festivalda "Qırğın" - faciədən sağ çıxan 50 nəfər intihar etdi
16-04-2024, 21:46
Dünyanın ən gözəl idmançısı dekolteli kombinezonda poza verdi
16-04-2024, 21:42
Niyə təyyarələr Tibet üzərindən uçmur?
16-04-2024, 21:39
Varlı kişiləri cəlb etməyi bacaran 4 BÜRC QADINI
16-04-2024, 21:31
Bakıda 47 yaşlı kişi özünü EVİNDƏ ASDI
16-04-2024, 18:04
Kişilərin diqqətinə, bu xərçəng növü SÜRƏTLƏ ARTIR
16-04-2024, 10:36
Naftalanda narkotik vasitə satan və alan şəxslər saxlanılıblar - FOTO
16-04-2024, 10:33
Doktorantura səviyyəsi üzrə elektron sənəd qəbuluna başlanılır