AZAL prezidentinin ailəsi məhkəmə çəkişməsində: - 3,7 milyonu kim və niyə köçürüb
Gündəm / Siyasət / Hadisə
Oxunub: 144
23 Kas 2021 | 16:29
AZAL prezidentinin ailəsi məhkəmə çəkişməsində: - 3,7 milyonu kim və niyə köçürüb

capar.info : - “İdeal” mağazalar şəbəkəsinin keçmiş sahibi İlqar İsmayılov 2013-2014-cü illərdə AZAL prezidenti Cahangir Hacıyevin xanımı Zərifə Həmzəyeva ilə şərik olduğu şirkətin kassasından 680 min manat pul çıxarıb, şəxsi ehtiyaclarına xərcləməkdə ittiham edirlər. İlqar İsmayılov isə deyir ki, əksinə, özü o müddətdə “İdeal Kompani”nin xəzinəsinə milyonlarla vəsait köçürüb. Noyabrın 22-də iş adamının vəkilləri məhkəməyə onun şirkətin xəzinəsinə təxminən 3 milyon 700 min manat mədaxil etməsini təsdiqləyən sənədləri təqdim ediblər.
Bizimyol.info xəbər verir ki, 680 min manatlıq mənimsəmə ittihamıyla həbsdə olan İlqar İsmayılovun işi aylardır ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əli Məmmədovun sədrliyilə araşdırılır. Noyabrın 22-də məhkəmə iclasında vəkillər mədaxil qəbzlərini məhkəməyə təqdim edərək, onların iş materiallarına əlavə olunmasını istəyiblər.

Vəkil İlhamə Həsənova şirkətin xəzinəsinə İlqar İsmayılovun 2013-2014-cü illərdə 1.5 milyon, 500 min, 736 min, 320 min və 687 min manat köçürdüyünü sübut edən mədaxil qəbzlərini təqdim edib: “Məhkəmədə dindirilən mühasib Samirə Quliyeva da təsdiqlədi ki, İlqar İsmayılovun adına bankdan götürülmüş kredit şirkətin kassasına mədaxil olunub. Prokurorluq kreditin ödənişi üçün çıxarılan vəsaitləri hesablayır, amma köçürülən vəsaitləri yox. Bu sənədlər sübut edir ki, İlqar İsmayılov şirkətə dəfələrlə çox vəsait mədaxil edib”.

Prokuror və “Adore Company”nin nümayəndəsi Samir İsayev kassaya pul köçürmələrini sübut edən sənədlərin iş materiallarına əlavə olunmasını istəməyib. Lakin məhkəmə vəsatəti təmin edib və sənədlərin işə əlavə olunmasına qərar verilib.

Cinayət işinin materiallarındakı iddialardan biri də budur ki, İlqar İsmayılov “İdeal Kompani” MMC-dən mənimsədiyi vəsaitin bir hissəsinə “Şəhər bağları”nda mənzil alıb. İddia olunur ki, şirkətin kassasında 280 min manat bu məqsədlə məxaric olunub. Lakin iş adamı bunun yalan olduğunu deyir. Onun sözlərinə görə, “Şəhər bağları”ndakı evi 1 milyona alıb. Əvvəlcə 100 min manat beh verilib, sonra qalan 900 min manat da ödənilib. İlqar İsmayılovun sözlərinə görə, evi uzun illər sahibkarlıq nəticəsində əldə etdiyi qazancdan alıb və bunun şirkətə heç bir aidiyyəti olmayıb.

Beh kimi verilmiş 100 min manatla bağlı tərəflər arasında müqaviləni İlqar İsmayılov tərəfdən Elvin Məmmədov imzalayıb. Məhkəmədə şahid qismində dindirilən Elvin Məmmədov bildirib ki, şirkətdə çalışdığı vaxtlarda İlqar İsmayılov onu çağırıb, “Şəhər bağları”nda almaq istədiyi evlə əlaqədar qarşı tərəflə müqavilə bağlanacağını istəyib, onu da bu məqsədlə göndərib: “Həmin gün Vergilər Nazirliyinə də getməliydim, oradan bir qədər gec qayıtdım. Gələndə gördüm ki, müqavilə hazırdı, satan tərəf də 100 min manatın alınması barədə sənədi imzalayıb. Mən də öz tərəfimdən imzaladım. Məntiqlə, qarşı tərəf maraqlıdır ki, pulu alandan sonra imza atsın. Düşündüm ki, deməli, bunlara pul çatıb ki, artıq müqavinəni imzalayıblar. Mən də imzamı atdım”.

Növbəti məhkəmə iclasında araşdırmaların yekunlaşacağı və prokurorun çıxış edəcəyi gözlənilir.

İlqar İsmayılov 2011-2017-ci illərdə vəzifəsindən sui-istifadə edərək, 680 min manata yaxın vəsaiti mənimsəməkdə təqsirləndirilir. Ona qarşı Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda məınimsəmə) və 308.2 (vəzifədən sui-istifadə etmə) maddələri ilə ittiham irəli sürülüb. Lakin o, ittihamları qəbul etmir.

İş adamı isə deyir ki, 2011-ci ildə “İdeal”ın 50 faizini AZAL prezidentinin xanımına satıb. Daha sonra özündə qalan 50 faizin 25 faizini də satmaq məcburiyyətində qalıb. Qalan 25 faizlik payını və əmtəə nişanını vermək istəmədiyinə görə 2017-ci ildə şərlənərək həbs edilib. 3 ay 10 gün həbsdə saxlandıqdan sonra məcburiyyət qarşısında şirkətdəki payından və əmttə nişanı hüququndan imtina etməsi haqda sənədləri imzalayıb. Bundan sonra həbsdən buraxılıb, az sonra barəsindəki cinayət işinə də xitam verilib. Başına gələnlər haqda bir müddət susub danışmasa da, 3 il sonra hüquqlarının bərpasını tələb etməyə başlayıb, müxtəlif dövlət orqanlarına şikayətlər yazıb, mediaya bu haqda müsahibələr verib. Bundan sonra yenidən həbs olunacağı barədə xəbərdarlıq edilib. Susmadığına görə bu ilin aprelində yenidən həbs olunub.

İlqar İsmayılov həbsinə və şirkətin əlindən alınmasına görə AZAL rəhbəri Cahangir Əsgərovu ittiham edir. Zərifə Həmzəyevanın hüquqşünası İlqar İsmayılovu böhtana görə xüsusi ittiham qaydasında məhkəməyə versə də, məhkəmə iş adamının təqsirsiz olduğu qənaətinə gəlib.

“İdeal”ın idarəçiləri 2020-ci ildə “Sabina” mağazalar şəbəkəsini də alıb. Bu iki şirkət “Adore Company”ə daxil edilib. AZAL prezidentinin xanımı həm də “Premium Bank”ın da əsas səhmdarı, kosmetik məhsullar istehsal edən “Gazelli Group”un rəhbəridir.
20-10-2021, 09:47
Hacı İlqar İbrahimoğlu niyə saxlanılmışdı? - "Bir neçə saat ərzində..."
21-09-2021, 12:59
"Hər dəfə apardığım məbləğ 500 mindən yuxarı olurdu" - Əsas şahid dindirildi
6-09-2021, 11:21
Cahangir Hacıyevdən XƏBƏR VAR - apellyasiya şikayəti üzrə məhkəmə iclası başlayıb
20-08-2021, 15:07
Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin sabiq rəisinin məhkəməsində şahidlər ifadə verib
26-09-2020, 10:44
XİN-in həbsdə olan iki əməkdaşı məhkəməyə müraciət edib
22-12-2018, 15:14
Cahangir Hacıyev və digər 21 şəxs barəsində bəzi epizodlar üzrə cinayət işi məhkəməyə göndərilib
Dün, 14:26
Yaxşı yatmaq üçün axşamlar BUNLARI YEYİN
Dün, 14:23
Bakıda gənc model faciəli şəkildə öldü
Dün, 14:20
Dünyanın ən məşhur moda brendinin adı açıqlandı
Dün, 14:11
Polis xilas etməyə getdiyi şəxsi öldürdü - ŞOK OLAY
Dün, 14:07
Bakıda DƏHŞƏT: 4 aylıq körpə binadan düşüb öldü
Dün, 14:04
Ailəyə atalarının yerinə başqa meyit verdilər
Dün, 13:59
Fransada Ramazan ayında sevgilisini öpən oğlanı döydülər
Dün, 13:57
Dünyanın sonu: Günəş nə vaxt öləcək və o zaman nə olacaq?
25-04-2024, 15:06
Xalq artisti burnuna pirsinq taxdırdı
25-04-2024, 15:04
Harri Kasparov həbs olundu
25-04-2024, 15:01
Laçına da şəxsi avtomobillərlə getməyə icazə verildi
25-04-2024, 14:58
Bakıda qadın yaşadığı evdə ölü tapıldı
25-04-2024, 14:53
Tələbə qız tualetdə doğduğu körpəsini doğradı - dəhşətli OLAY
25-04-2024, 14:49
Bir mövsümdə buraxılan qollara görə Premyer Liqa rekordu
25-04-2024, 14:45
Polis idarəsinin rəisi işçilərlə birgə HƏBS OLUNDU
25-04-2024, 14:44
"Barselona"dan Xavi ilə bağlı SON QƏRAR
25-04-2024, 14:37
İlk Ombudsman Elmira Süleymanova vəfat etdi
25-04-2024, 14:35
Bakıda ŞOK İNTİHAR: tənha kişi küçədə özünü asdı
23-04-2024, 15:26
Britaniyadan Ukraynayayarım milyardlıq yardım
23-04-2024, 15:22
58 yaşlı məşhur aktrisa hovuzda foto paylaşdı
23-04-2024, 15:19
21 yaşlı volybolçu qız intihar etdi
23-04-2024, 15:12
Polis ad günündə özünü öldürdü
23-04-2024, 15:04
Azyaşlı binadan yıxılıb sağ qaldı
23-04-2024, 14:58
ABŞ senatoru oğurluğa görə həbs olundu
23-04-2024, 14:50
Azərbaycanda zəlzələ oldu
23-04-2024, 14:45
Aprelin 23-nün ən xoşbəxt BÜRCÜ: Uğur qazanmaq üçün hər şansınız var
23-04-2024, 14:40
Dövlət binasının qabağında qətl törətmişdi, həbsdə öldü - BAKIDA
23-04-2024, 14:37
Narkotik artıq məktəblərə yol tapıb - Siyavuş Novruzov
22-04-2024, 14:18
Ən bahalı boşanma arvadın qələbəsi ilə başa çatdı: 180 milyon dollar və...
22-04-2024, 14:12
Vaqif Sadıqov Bakı həbsxanasında öldü
22-04-2024, 14:09
Zəncirvari qəzada 10 nəfər yaralandı
22-04-2024, 13:51
Yük maşını dirəyə çırpıldı, ölənlər var
22-04-2024, 13:49
Daha tez arıqlamağın yolu - SADƏ ÜSUL
22-04-2024, 13:42
"Səhnədə inildəyənə ürəyim parça- parça olur" - Tarın sınsın...
22-04-2024, 13:37
Bu gün Mələkxanım Eyubovanın qızının toyudur
22-04-2024, 13:31
Aytən Səfərovanı efirdə o əvəz etdi
22-04-2024, 13:24
İlham Əliyev Moskvaya getdi
22-04-2024, 13:18
Bakıya yağış, bu ərazilərə qar yağacaq - Sabahın HAVASI
21-04-2024, 15:28
Bir mesajla arvadını aldadıb öldürdü