“Böyük Ermənistan” xəritəsindən Putinin “xəritəsinə” - bu şansı da əldən versələr...
Gündəm / Siyasət / Hadisə
Oxunub: 168
3 Kas 2021 | 11:21
“Böyük Ermənistan” xəritəsindən Putinin “xəritəsinə” - bu şansı da əldən versələr...

capar.info : - Rusiyanın SSRİ Baş Qərargahının 1920-ci illərin xəritələri əsasında sərhədlərin delimitasiyası və demarkasiyası təşəbbüsü regional siyasətin diqqət mərkəzində qalır. Moskva yenə də “kartları paylayır” və uduş kombinasiyası artıq dəfələrlə qeyd olunduğu kimi, Azərbaycanın əlinə keçir.

Görünən budur ki, Ermənistanın özündə yenə də iki zidd mövqe var. Bir tərəfdən, baş nazir Nikol Paşinyan etiraf edir: “Rusiya Federasiyası Prezidentinin danışdığı xəritələr 100 faiz olmasa da, 99 faiz Ermənistan Respublikasının sərhədləri ilə üst-üstə düşür”. Amma digər tərəfdən, hakim partiyadan olan deputat, parlamentin müdafiə və təhlükəsizlik üzrə daimi komissiyasının rəhbəri Andranik Köçəryan iddia edir ki, bu xəritələr təkcə Rusiyada deyil, həm də Ermənistan tərəfdə var. Söhbətin hansı saxtalaşdırılmış xəritədən getdiyi bilinmir. On illiklərdir ki, “Böyük Ermənistan”ın qondarma xəritələrini çap edərək tirajlayan, hətta beynəlxalq tədbirlərdə belə, üzə çıxaracaq qədər həyasızlığa gedən ermənilər etiraf etmək istəmirlər ki, indi Vladimir Putinin “xəritəsinin” ümidinə qalıblar. Rusiya bu gün Ermənistana Azərbaycanla 20-ci illərin xəritələri əsasında kommunikasiyaların açılması, Zəngəzur dəhlizi və sərhədlərin tanınması ilə bağlı razılığa gəlməyi təklif edir. SSRİ Silahlı Qüvvələrinin Baş Qərargahının xəritələri Azərbaycan tərəfdən ciddi kompromisdir, amma Ermənistan razılığa gəlmək üçün bu şansı əldən verərsə, bunun Ermənistan üçün nəticələri daha ağır olacaq, heç şübhəsiz.

Deputat Ceyhun Məmmədov “Yeni Müsavat”a bununla bağlı danışarkən rəsmi İrəvan üçün şans yarandığını xatırlatdı: “Ermənistan anlamalıdır ki, bu, ona verilən sonuncu şansdır. Azərbaycan Ermənistanı uzun müddət gözləyə bilməz. Ermənistan ya sülh müqaviləsi imzalamalı, ya da müharibə etmək istəyirsə, bunu açıq bildirməlidir. Onsuz da Ermənistanın həyata keçirdiyi şovinist siyasət səbəbindən uzun müddətdir bölgədə sülh təmin olunmur. Ermənistan 30 ildir bölgəni gərginlikdə saxlayır, sülhə mane olur”. Deputat hesab edir ki, bu məsələdə Rusiyanın mövqeyi xüsusi əhəmiyyət daşıyır: “Rusiya da çalışır ki, kommunikasiya xətləri açılsın. Artıq Ermənistan nə qədər çalışsa da, bu prosesin qarşısını ala bilməz. Fikrimcə, tezliklə sözügedən xəritələr əsasında delimitasiya və demarkasiya prosesi yekunlaşacaq. Başqa yol yoxdur”.

C.Məmmədov hesab edir ki, digər yol yeni müharibədir: “Ortada Prezident İlham Əliyevin prinsipial və qətiyyətli mövqeyi var. Azərbaycan heç bir güzəştə getməyəcək və uzun müddət gözləməyəcək. Odur ki, Ermənistandakı revanşist qüvvələr təxribatlara, bölgəyə sülhün gəlməsinə mane olacaq çağırışlara son qoymalıdırlar”. Deputat işğalçı ölkədəki revanşist mövqe sahiblərinə də xəbərdarlıq etdi: “Ermənistan Vətən müharibəsində yaşadığı ağır faciədən ciddi nəticə çıxarmalıdırlar. Ermənistan hansı ordu ilə, iqtisadiyyatla Azərbaycanla müharibə aparmaq istəyir yenidən? Darmadağın edilmiş ordu və uçurumun dibinə yuvarlanmış iqtisadiyyatla? Ona görə ermənilər yenidən ciddi düşünsünlər. Ermənistan anlamalıdır ki, kommunikasiya layihələrin açılması ermənilər üçün də ölüm-dirim məsələsidir. Ermənistan belə davam etsə, onu qarşıda daha ağır günlər gözləyir”.

Politoloq Elşən Mustafayev isə bu fikirdədir ki, sərhədlərin müəyyənləşdirilməsi prosesinin uzanacağı, Ermənistan tərəfindən problemlər yaradılacağı öncədən məlum idi: “Aydındır ki, bu məsələ öz həllini tapacaq. Amma Ermənistan maksimum şəkildə öz xeyrinə olacaq qərarların qəbuluna çalışmaqla delimitasiya və demarkasiya işlərini uzatmağa cəhdlər edir. Bu da müharibənin qalıb tərəfi olan Azərbaycanı hec cür qane etmir. Məsələ ondadır ki, son 100 ilin beynəlxalq səviyyədə tanınan istənilən xəritəsi ilə sərhədlərin müəyyənləşdirilməsi aparılarsa, bugünkü Ermənistan ərazisinin xeyli hissəsi Azərbaycana keçməlidir”.

Siyasi təhlilçinin ehtimalına görə, Azərbaycan məlum səbəblərdən məsələni o qədər kəskinliklə qoymayacaq və bunu Ermənistan da bilir: “Amma yenə də danışıqların qaydalarını pozmağa çağıran yanaşmalar ortadır... Söhbət 20-ci illərin xəritəsindən gedirsə, həmin illər həqiqətən xəritələr bir neçə dəfə dəyişib. Amma onların hansını götürsək, yenə də bizə uyğun bir mənzərə yaranacaq. Erməni mütəxəssislərinin istədikləri isə 20-ci illərin ikinci yarısında, SSRİ-nin daxili qərarı ilə sərhədboyu bir sıra otlaq sahələrimizin Ermənistana verilməsindən sonra özləri üçün cızdıqları xəritələri önə çəkməkdir. Halbuki cəmi bir neçə il sonra verilmiş torpaqlar yenidən Azərbaycana qaytarılıb. Yəni söhbət hər hansı beynəlxalq səviyyədə qəbul olunub tanınan qərardan getmir”. E.Mustafayev qeyd etdi ki, hazırda təqdim olunan xəritələrin nüsxəsi Azərbaycanda da mövcuddur: “Hətta 20-ci illərin əvvəllərinin xəritəsini götürsək, Ermənistanın təxminən 20-25 faizi Azərbaycan ərazisi olub. Söhbət Zəngəzurdan, Göycə mahalının bir hissəsindən gedir. Hesab edirəm ilk növbədə Rusiya Baş Qərargahının təklif etdiyi xəritələr bizdə olanlarla uyğunlaşdırılandan və reallıqları əks etdirən xəritələr olduğuna əmin olduqdan sonra digər işlər aparılmalıdır. Əgər Ermənistan danışıqları pozmağa cəhdlər edərsə, yaxud vəziyyətdən istifadə edərək saxta xəritələr üzərində dirəniş göstərib, ərazilərimizə iddiaları davam etdirəcəksə, o zaman ya üçtərəfli sazişə qarant olmuş Rusiya öhdəliyini yerinə yetirməlidir, ya da Azərbaycanın Rusiya ilə ikilikdə bu məsələni həll etməkdən başqa yolu qalmır. Müharibənin qalıb tərəfi olaraq şərtləri biz qoyacağımız halda, məğlub tərəfin şərtlər irəli sürməsi qəbuledilməzdir”. Politoloq digər məqamdan da bəhs etdi: “1921-ci ildə Azərbaycanın, Ermənistanın, Gürcüstanın, Rusiyanın və Türkiyənin imzaladığı Qars müqaviləsi beynəlxalq səviyyədə statusa malik bir müqavilədir. Həmin müqavilə ilə müəyyənləşən sərhədlərin xəritələri hər üç ölkədə var. Bayaq dediyim kimi, əgər Azərbaycan həmin müqavilənin şərtlərinə əməl etməyi tələb edərsə, bugünkü Ermənistan ərazisinin xeyli hissəsini itirər və İranla sərhəddən məhrum olar. Bunlara rəğmən düşünürəm ki, Paşinyan komandası sərhəd məsələsində münasibətləri gərginləşdirməyə aparacaq yoldan cəkinməyə məcburdur və buna gediləcəyi inandırıcıdır. Amma bu gedişatda Azərbaycanın sərgiləyəcəyi mövqe, gediləcək qarşlıqlı güzəştlərin detalları bizim üçün çox vacib və prinsipial məqam olmalıdır”.

Ermənistanın ərazi bütövlüyünü tanımadığını rəsmən bəyan edən İrəvan Türk Cümhuriyyətinin başqanı Qafar Çaxmaqlı məsələ ilə bağlı ilginc məlumatı açıqladı. Qeyd etdi ki, ermənilərin tərəddüdləri boşuna deyil: “Sərhədlərin dəqiqləşdiriməsi ilə bağlı məsələ ortaya atılandan Ermənistanda narahatlığın artmasının səbəbləri var. Ermənistan 1990-cı ildə hazırladığı və elan etdiyi Müstəqillik Aktında Ermənistan SSR-in varisi olduğunu göstərib, Azərbaycan isə Azərbaycan Xalq Cümhuriyyətinin. Belə bir yanaşma ilə sərhədlər müəyyənləşərsə, Ermənistanın indiki xəritəsi dəyişəcək və onun yalnız 9 min kvadratkilometr ərazidə qalacağı həqiqəti ilə üzə-üzə gələcək. Ona görə də ermənilər 1920-ci illər xəritəsini ortaya atıblar və bu xəritələrlə sərhədlərin müəyyənləşməsini istəyirlər”. Q.Çaxmaqlının sözlərinə görə, bu xəritələrdə də ermənilərin saxtalaşdırma apardıqları şübhə doğurmur: “Həmin xəritələrlə, yəni SSRİ Silahlı Qüvvələrinin Baş Qərargahının arxivində olan xəritələr əsasında müəyyənləşmə aparılarsa, Azərbaycana Putinin dediyi kimi, bəzi güzəştlərə getməsi üçün təzyiqlər edilə bilər”. Bu güzəştlər nə ola bilər? Q.Çaxmaqlı: “İlk növbədə Zəngəzur ərazisindəki 21 kilometrlik yolun Ermənistana verilməsini istəyə bilərlər. Qazağın kəndlərini Gədəbəy ərazisində olan Başkənd anklavı ilə dəyişdirmək söhbəti də ola bilər. Göyçəyə yaxın ərazilərimizdən də Ermənistanın xeyrinə ərazi tələbləri ola bilər”. Bəs Ermənistan bunun qarşılığında Azərbaycana hansı güzəştləri təklif edə bilər? Politoloq deyir ki, bütün bunların qarşılığında Zəngəzur dəhlizin açılması və 5 kilometr enində bir zolaqda təhlükəsiz yolun olması müzakirə mövzusuna çevrilə bilər: “Dəhliz məsələsinə 1920-ci ilin xəritələri ilə yanaşılsa, buradan həmişə yol olub, üstəlik, dəhlizin keçəcəyi Meğri rayonu heç 20-ci ildə yox idi. Bu rayonu yaratmaq üçün Azərbaycanın Zəngilan rayonuna aid Nüvədinin və başqa kəndlərin Ermənistana verilməsi məsələsi 1929-cu ildə qaldırılıb və verilib. Məncə, 1920-ci illər xəritələri ilə məsələyə baxılması Azərbaycan tərəfdən ciddi güzəştdir. Zəngəzur dəhlizinin Azərbaycanın nəzarəti altında açılması şərti ilə bu xəritələr əsasında müzakirə aparmaq ciddi bir kompromis olardı. Əks təqdirdə, vaxtilə mövcud olmuş bu yolun açılması üçün daha optimal variantlarımız var. Çöküş prosesini yaşayan bir ölkəyə güc tətbiq etməklə onu buna məcbur etmək tədbirləri də bunlardan biridir”. Q.Çaxmaqlı qeyd etdi ki, İrəvan Türk Cümhuriyyəti olaraq biz bu danışıqlar prosesində Qərbi Azərbaycandan qovulmuş insanların geri dönüşü məsələsinin müzakirə edilməsini istəyirik: “O ərazilərə dönmək istəyən milyonlarla insan var və onların da haqqı tanınmalıdır. Məsələn, adını çəkdiyim Nüvədi kəndinin sakinləri öz doğma yurdlarına qayıtmaq üçün səfərbərdirlər və mindən çox imza ilə Prezident İlham Əliyevə müraciət ediblər. Nüvədi kəndi 1929-cu ildə Ermənistana verilib. Şübhəsiz ki, 20-ci illərin xəritələrində bu, Azərbaycan ərazisi kimi qeyd edilib”.
“Yeni Müsavat”
28-10-2021, 16:33
Sərhəd məsələsində hansı xəritədən istifadə olunacaq? – Bakı susur
12-10-2021, 10:32
Paşinyanın deputatı ifşa olundu: - Oğlu müharibədə yaralanmayıbmış
18-09-2021, 13:49
Ermənilər hələ də burcudur, qərara gələ bilmirlər - NƏ ETMƏLİ?
26-05-2021, 10:04
Ermənilər sərhədlərlə bağlı vəziyyəti bilərəkdən gərginləşdirirlər - Deputat
20-05-2021, 09:55
Paşinyan Rusiyanın sərhədin demarkasiyası barədə təklifini yersiz hesab edib
19-05-2021, 09:56
Rusiya Azərbaycanla Ermənistan arasındakı sərhədin demarkasiyası üçün birgə komissiya yaradılmasını təklif edib
29-04-2024, 21:45
Avtobus uçuruma düşdü,20-dən çox ölü var
29-04-2024, 21:42
Nazim Bəydəmirlinin məhkəməsi başladı
29-04-2024, 21:38
Həkim qadındırsa, xəstənin sağ qalma ehtimalı daha yüksəkdir
29-04-2024, 21:36
Kişinin gözündə onu əvəzolunmaz edən qadın vərdişləri
29-04-2024, 21:21
“Barselona”ya qayıtmaq istəyir
29-04-2024, 21:17
"Huawei" smartfonlarında insanları “soyundurmaq” funksiyası tapıldı
29-04-2024, 21:15
Lidersən, yoxsa yaradıcı - Şəxsiyyət testi
29-04-2024, 21:11
Maştağada 33 yaşlı kişi özünü asdı
29-04-2024, 21:10
Sabirabadda DƏHŞƏT: 11-ci sinif şagirdi özünü asdı
27-04-2024, 15:44
Ana xəstə oğlunu səhv müalicə ilə öldürdü
27-04-2024, 15:40
Ən çox serial qatillərin olduğu 10 ÖLKƏ
27-04-2024, 15:32
Kişi ondan küsən arvadını bıçaqladı
27-04-2024, 15:28
Britni Spirs əsəbindən maşının şüşəsini sındırdı
27-04-2024, 15:25
Şuşada mina partladı, xəsarət alan var
27-04-2024, 15:22
Bu şəxslərə "Tərəqqi" medalı verildi
27-04-2024, 15:20
Ali Məhkəmənin hakimi özünü öldürdü
26-04-2024, 14:26
Yaxşı yatmaq üçün axşamlar BUNLARI YEYİN
26-04-2024, 14:23
Bakıda gənc model faciəli şəkildə öldü
26-04-2024, 14:20
Dünyanın ən məşhur moda brendinin adı açıqlandı
26-04-2024, 14:11
Polis xilas etməyə getdiyi şəxsi öldürdü - ŞOK OLAY
26-04-2024, 14:07
Bakıda DƏHŞƏT: 4 aylıq körpə binadan düşüb öldü
26-04-2024, 14:04
Ailəyə atalarının yerinə başqa meyit verdilər
26-04-2024, 13:59
Fransada Ramazan ayında sevgilisini öpən oğlanı döydülər
26-04-2024, 13:57
Dünyanın sonu: Günəş nə vaxt öləcək və o zaman nə olacaq?
25-04-2024, 15:06
Xalq artisti burnuna pirsinq taxdırdı
25-04-2024, 15:04
Harri Kasparov həbs olundu
25-04-2024, 15:01
Laçına da şəxsi avtomobillərlə getməyə icazə verildi
25-04-2024, 14:58
Bakıda qadın yaşadığı evdə ölü tapıldı
25-04-2024, 14:53
Tələbə qız tualetdə doğduğu körpəsini doğradı - dəhşətli OLAY
25-04-2024, 14:49
Bir mövsümdə buraxılan qollara görə Premyer Liqa rekordu
25-04-2024, 14:45
Polis idarəsinin rəisi işçilərlə birgə HƏBS OLUNDU
25-04-2024, 14:44
"Barselona"dan Xavi ilə bağlı SON QƏRAR
25-04-2024, 14:37
İlk Ombudsman Elmira Süleymanova vəfat etdi
25-04-2024, 14:35
Bakıda ŞOK İNTİHAR: tənha kişi küçədə özünü asdı
23-04-2024, 15:26
Britaniyadan Ukraynayayarım milyardlıq yardım
23-04-2024, 15:22
58 yaşlı məşhur aktrisa hovuzda foto paylaşdı
23-04-2024, 15:19
21 yaşlı volybolçu qız intihar etdi
23-04-2024, 15:12
Polis ad günündə özünü öldürdü
23-04-2024, 15:04
Azyaşlı binadan yıxılıb sağ qaldı