Ermənilər sərhədlərlə bağlı vəziyyəti bilərəkdən gərginləşdirirlər - Deputat
Siyasət
Oxunub: 233
26 May 2021 | 10:04
Ermənilər sərhədlərlə bağlı vəziyyəti bilərəkdən gərginləşdirirlər - Deputat Ermənilər bütün məsələlərdə olduğu kimi sərhədlərin delimitasiyası və demarkasiyası zamanı da təxribatlara əl atır və vəziyyəti bilərəkdən gərginləşdirirlər.
Bunu Milli Məclisin deputatı Afət Həsənova deyib.
Deputat bildirib ki, Ermənistanın işğalçı siyasəti və Azərbaycan ərazilərinin 20 faizini işğal etməsi səbəbindən 30 il ərzində iki ölkə arasında sərhədlərin delimitasiyası mümkün olmayıb:
“44 günlük Vətən müharibəsi nəticəsində şanlı ordumuz 30 illik həsrətə son qoyaraq torpaqlarımızı düşmən tapdağından azad etdi. İşğal faktının aradan qaldırılması sərhədlərin delimitasiyası istiqamətində tədbirlərə başlanmasını zəruri edir. Torpaqlarımızı işğal altında saxladıqları müddətdə Ermənistan tərəfi qanunsuz olaraq sərhədlərini Azərbaycan torpaqları hesabına irəli çəkib.
Ermənilərin bu əməli dövlət sərhəddinin pozulmasıdır və Azərbaycan heç zaman öz torpağını güzəştə gedə bilməz. Ermənistan işğal dövründə sərhəd anlayışını qoşunların təmas xətti üzrə təsəvvür edib və hazırkı dövrdə yaranmış yeni reallıqdan çıxış etmək üçün hazır olmaya bilər. Lakin hazırkı reallığın əsasında beynəlxalq hüquq amili dayanır və bütün məsələlər bu çərçivədə həllini tapmalıdır. Azərbaycanla Ermənistan sərhədləri ilə bağlı konkret sənədlər və xəritələr var. Məlumdur ki, sərhədlər SSRİ dövründə respublikaların sərhədlərini müəyyən edən xəritə əsasında həyata keçirilməlidir. Azərbaycan əraziləri beynəlxalq sənədlərdə, o cümlədən BMT qətnamələrində həmin sərhədlər çərçivəsində təsbit olunub. İndi Ermənistan tərəfinin bu səndlərin əleyhinə çıxması, çığallıq etməsi, məsələni beynəlxalq müstəviyə çıxarmağa cəhd etməsi yersizdir və Ermənistan tərəfinə heç bir fayda gətirmir.
Məlumdur ki, sərhədlərin delimitasiyası və demarkasiyası ilə bağlı dünya təcrübəsi də mövcuddur. Dünya təcrübəsi göstərir ki, müharibələr bitdikdən sonra sülh müqaviləsi bağlanılır və münaqişə tərəfləri arasında sərhədlərin dəqiqləşdirilməsi istiqamətində tədbirlər həyata keçirilər. Delimitasiya sülh müqaviləsinin və ya dövlət sərhədinin müəyyən edilməsi və ya dəyişdirilməsi ilə bağlı xüsusi razılaşmanın tərkib hissəsidir. Ermənistanla Azərbaycan arasında münaqişə nümunəsində delimitasiya sülh müqaviləsinin tərkib hissəsi kimi həyata keçirilə bilər.
Ermənistanın beynəlxalq prinsiplərin də ziddinə getməsi regionda sülhün bərqərar olmasına əngəllər yaradır. Bu gün Ermənistanın daxilində kifayət qədər ciddi problemlər var, ölkədə böhran və xaos, siyasi gərginliklər dərinləşməkdədir. Bu gün Ermənistanın bu gərgin vəziyyətdən çıxmasının yeganə yolu Azərbaycanla əməkdaşlıqdan keçir. Bu gün regionda yeni əməkdaşlıq, inkişaf mühiti yaranıb. Ermənistan isə bu əməkdaşıq mühitindən faydalanmaq əvəzinə yeni təxribatlara əl atır, süni gərginlik, hay-küy yaradır. Bu əməllər Ermənistana heç bir fayda verməyəcək, Azərbaycan mütləq şəkildə qanuni sərhədlərini bərpa edəcək və Ermənistanın hər hansı cəhdləri bizim qarşımızı ala bilməz”.
29-12-2020, 10:28
Azərbaycanın qələbəsi Ermənistanda dərin mənəvi-psixoloji sarsıntı yaradıb - Deputat
28-09-2020, 11:46
Deputat: 27 sentyabr qələbəyə aparan tarix kimi yadda qalacaq
24-09-2020, 10:48
Deputat: Azərbaycan torpaqlarını hərbi yolla azad etmək qərarına gəlsə, nəticə Ermənistan üçün ağır ola bilər
14-09-2020, 14:33
Azərbaycan XİN Livandan ermənilərin Dağlıq Qarabağa köçürülməsi ilə bağlı ciddi etirazını həmsədrlər qarşısında qaldırıb
9-08-2020, 13:32
Erməni əsilli livanlılar işğal olunmuş ərazilərə köçürülür? - XİN-dən münasibət
19-11-2018, 12:04
Baş nazirin müavini: “Azərbaycanın İranla dövlət sərhəddinin 132 km-lik hissəsi nəzarətsiz zonaya çevrilib”
Dün, 17:51
Ramazan ayı bir ildə iki dəfə qeyd olunacaq
Dün, 17:46
Ən məşhur “qanuni oğru”lardan biri UKRAYNADAN QOVULUR
Dün, 17:24
Azərbaycan millisinin baş məşqçisi ola bilər
Dün, 17:21
Ağdaşda FACİƏ: 5 yaşlı uşaq yandı
Dün, 17:16
Vilayət Eyvazov Kamran Əliyevi işdən çıxardı
Dün, 17:12
Bu ölkədə 70 minə yaxın dövlət qulluqçusu işdən çıxarılır
Dün, 17:10
Abşeronda QƏZA: Ölən var
Dün, 17:07
Özünüzü xroniki stressdən qorumağın YOLLARI
Dün, 17:04
Alla Puqaçova “xarici agent” ELAN EDİLƏ BİLƏR
Dün, 17:00
Azərbaycan onları Özbəkistana təhvil verdi
26-03-2024, 14:39
Bakıda liftdən meyit tapıldı
26-03-2024, 14:35
Alimlər həyəcan təbili ÇALDI: uşaq salfetləri autizm yaradır
26-03-2024, 14:32
Kişi yatan dostunu bıçaqladı
26-03-2024, 14:26
Ermənistan konyakına qadağa qoyuldu - Kimyəvi maddə aşkarlandı
26-03-2024, 14:22
UEFA "Qarabağ"ı cərimələdi
26-03-2024, 14:19
Saatlıda balıqçını cərəyan vurub öldürdü
26-03-2024, 14:13
Rusiyaya işləməyə gedənlərin NƏZƏRİNƏ: yeni QADAĞA
26-03-2024, 14:11
Borca görə dostlarını qəbiristanlıqda döyüb öldürdülər
26-03-2024, 14:07
“Fənərbaxça” böyük qalmaqaldan sonra yeni liqa axtarışındadır
26-03-2024, 14:03
Aktrisanın 9 milyonunu oğurladılar
26-03-2024, 14:00
Dünyanın ən uzun yolunun KƏDƏRLİ TARİXİ
25-03-2024, 14:28
Elektron poçtunu açdı: 150 min dollar itirdi
25-03-2024, 14:08
Yağış, leysan, dolu - Sabahın HAVASI
25-03-2024, 13:54
Bakıda itirilən bank kartı ilə alış-veriş etdilər
25-03-2024, 13:49
Gəncədə mebel sexi yandı
25-03-2024, 13:47
Məşhur aktrisa 32 kilo arıqladı - Sirrini açdı
25-03-2024, 13:43
Bakıda kişi 150 manatlıq narkotiklə tutuldu
25-03-2024, 13:36
25 mart iki bürc üçün xüsusi gündür: Uğur gətirəcək
23-03-2024, 13:04
Prezident İlham Əliyev Putinə başsağlığı verdi
23-03-2024, 13:01
Bu ölkə dizel və benzinin qiymətini artırdı
23-03-2024, 12:59
İnsanın mədəsindən canlı ilan balığı çıxarıldı
23-03-2024, 12:56
Kanaldan naməlum kişi meyiti tapıldı
23-03-2024, 12:54
Məktəbli avtobusu ilə betonqarışdıran toqquşub, ölənlər var
23-03-2024, 12:51
Keşiş qızının sevgilisi üçün killer tutdu
23-03-2024, 12:48
Martda 40 dərəcə şaxta XƏBƏRDARLIĞI
23-03-2024, 12:46
Qubada Türkmənistan vətəndaşı qazdan boğuldu
23-03-2024, 12:44
Prezident İlham Əliyev Putinə başsağlığı verdi
23-03-2024, 12:42
Moskvada terror törədən 4 nəfər tutuldu
20-03-2024, 13:39
BMW piyada keçidində piyadaları vurdu