Ermənilər hələ də burcudur, qərara gələ bilmirlər - NƏ ETMƏLİ?
capar.info : - İki gün əvvəl Rusiya Xarici İşlər nazirliyinin mətbuat katibi Mariya Zaxarova Azərbaycan-Ermənistan sərhədində yaşanan eksseslərin aradan qaldırılması üçün sərhədlərin tezliklə demarkasiyası və delimitasiyası prosesinin başlanmasının vacib olduğunu bildirib. Zaxarova Moskvanın bununla bağlı tərəflərə öz təkliflərini verdiyini və hazırda cavab gözlədiyini də diqqətə çatdırıb.
Azvision.az xəbər verir ki, Ermənistan baş nazirinin müavini Mqer Qriqoryan jurnalistlərə açıqlamasında ölkəsinin Azərbaycanla sərhədlərin delimitasiyası və demarkasiyası prosesinə hazır olduğunu söyləyib.
"Düşünürəm ki, delimitasiya və demarkasiya üzrə müəyyən prosesi başlamaq lazımdır”, -Qriqoryan əlavə edib.
Hakim “Vətəndaş müqaviləsi" partiyasının deputatı Andranik Koçaryan da analoji mövqe sərgiləyib
"Azərbaycanla Ermənistanın sərhədlərin delimitasiyası və demarkasiyası prosesini başlamaq üçün qarşılıqlı razılığa gəldikləri barədə məlumatı nə təsdiqləyə, nə də təkzib edə bilərəm. Amma onu deyə bilərəm ki, atəşkəs rejimi yarandıqdan sonra tərəflər arasında məsləhətləşmələr aparılır və əlbəttə ki, indi biz bu mərhələyə keçməliyik", - Andranik Koçaryan bildirib.
Hakim partiyanın digər deputatı Artur Hovannisyan isə bu proseslər üzrə gedən danışıqlarda qeydə alınan bütün faktların müvafiq dövlət kanalları vasitəsilə cəmiyyətin diqqətinə çatdırıldığını vurğulayıb.
Məsələyə fərqli prizmadan yanaşan “Təzim edirəm” müxalif partiyasının deputatı Ayk Mamicanyan qeyd edib ki, sərhədlərin demarkasiyası yalnız ölkələrin bir-birilə heç bir problemi olmadığı halda həyata keçirilir. Jurnalistlərin “Əgər baş nazir Nikol Paşinyan sərhədlərin demarkasiyası üçün Sovet İttifaqının xəritələrini rəhbər tutursa, onda niyə tarixi ədaləti nəzərə alan, hüquqi və tarixi əsaslara uyğun demarkasiyanı özündə ehtiva edən layihə parlamentin müzakirəsinə çıxarılmır?” sualına Mamicanyan belə cavab verib: “Əgər Ermənistan parlamentində Ermənistanın Azərbaycanla heç bir probleminin olmadığını hesab edən insanlar tapılsa, bu mənim üçün çox ağrılı və təhqiramiz bir hal olacaq”.
Belə cavab həm erməni cəmiyyətində, həm də Ermənistanın siyasi isteblişmentində hələ də mövcud sərt reallıqla barışmaq istəməyən revanşist düşüncəli qüvvələr olduğunu, Azərbaycanla münasibətlər mövzusundan ənənəvi qaydada daxili siyasi çəkişmələrdə əlverişli kart kimi istifadə edilidyini bir daha sübuta yetirir.
Amma erməni “Qraparak” qəzetinin yaydığı məlumat Ermənistan hakimiyyətinin də, müxalifətinin də bölgədə yaranmış yeni geosiyasi reallıqdan yaxa qurtara bilməyəcəyini və bu reallığın tələblərinə boyun əymək məcburiyyətində qaldığından xəbər verir. Artıq bir neçə gündür, Ermənistanın Müdafiə nazirinin rəhbərliyi altında Moskvada olan nümayəndə heyətinin rəsmi məlumatlara görə “Qərb-2021” strateji təlimlər çərçivəsində erməni hərbi qruplaşmasının hazırlığını izlədiyi bildirilsə də, “Qraparak” qəzeti öz mənbələrinə istinadən Moskvada Azərbaycan və erməni tərəfləri arasında “Sülh müqaviləsi” ətrafında danışıqların aparıldığını yazır.
"Bizə deyiblər ki, danışıqlar yekunlaşıb və erməni tərəfi nəticələrdən çox razıdır. Deyəsən, “Artsax”ın statusu məsələsinə toxunulmadan Sovet İttifaqının xəritələri çərçivəsində demarkasiya və delimitasiya prosesinin başlanması barədə razılığa gəlinib. Rusiya tərəfinin iştirakının da qeyri-müəyyən vaxta uzadılmasına nail olunub. Sünikdən keçən yola (red.-Zəngəzur dəhlizi) gəldikdə isə tərəflər Rusiyanın və bizim sərhədçilərin nəzarətində olan nəqliyyat yolunun yaradılması barədə razılığa gəliblər. Sərhəd buraxılış məntəqələrinin qurulacağı bu yoldan istifadə üçün azərbaycanlılar haqq ödəyəcəklər. Bu vəsaitin həcmi barədə hətta dəqiq rəqəmlər də səsləndirilir – ildə 150 milyon dollar”, - “Qraparak” məlumat verir.
Qəzetin yazdığına görə, Gorus-Qafan yolu ilə bağlı ümumi rəyə gəlinmədiyindən tezliklə Rusiyanın maliyyə resursları hesabına alternativ Tatev-Qafan yolunun inşası barədə Moskva ilə razılıq əldə olunub. Bu yol İrandan gələn böyük yük maşınlarının keçidini təmin edəcək.
"Bu sənəd, yəqin ki, yanvara qədər imzalanacaq və demarkasiya işlərinin başlanğıcı barədə üçtərəfli komissiya xəbər verəcək. Təbii ki, bu məlumat hələlik məxfi saxlanır və biz bunu təsdqiləyən və ya təkzib edən rəsmi məlumat ala bilmədik”, - “Qraparak” qeyd edir.
23-08-2021, 11:03
Ermənistanın Baş Qərargah rəisi Azərbaycanla sərhəddəki vəziyyətdən DANIŞDI
10-06-2021, 10:40
Azərbaycanla Ermənistan arasında sərhədin delimitasiyası vacibdir - MDB-nin icraçı direktoru
26-05-2021, 10:04
Ermənilər sərhədlərlə bağlı vəziyyəti bilərəkdən gərginləşdirirlər - Deputat
20-05-2021, 09:55
Paşinyan Rusiyanın sərhədin demarkasiyası barədə təklifini yersiz hesab edib
19-05-2021, 09:56
Rusiya Azərbaycanla Ermənistan arasındakı sərhədin demarkasiyası üçün birgə komissiya yaradılmasını təklif edib
10-04-2020, 11:04
Mariya Zaxarova: “Rusiya Dağlıq Qarabağı müstəqil ölkə kimi tanımır”
Bugün, 22:51
İran Ukraynaya hücuma hazırlaşır
Bugün, 22:50
“Qarabağ”dan ayrıldı, bu kluba keçdi
Bugün, 22:27
İstirahət mərkəzinin rəhbəri böyük məbləğdə cərimə olundu
Dün, 17:47
Cərimə meydançasına aparılan avtomobilə görə xərclər nə zaman QAYTARILIR?
Dün, 17:42
Türkiyə bu ölkəyə F-16 qırıcılarını göndərir
Dün, 17:41
Saleh Məmmədovun Almaniyadakı tikinti layihəsi ilə bağlı yeni iddia
Dün, 17:39
Bu şəxslər 7 min manatadək cərimələnəcək
Dün, 17:36
Əlilliyi olan 2 mindən çox şəxs işlə təmin edildi
Dün, 17:33
AB-dən iranlı hakimlərə sanksiya..
Dün, 17:30
Qarsa yeni baş konsul təyin edildi
Dün, 17:21
Günəşdə güclü alışma baş verib
Dün, 17:18
Sərnişin təyyarəsi zolaqdan çıxdı - Qorxulu anlar
23-07-2026, 16:04
Neft bahalaşmaqda davam edir
23-07-2026, 16:03
Britaniya diplomatlarını İrandan çıxardı
23-07-2026, 15:59
Bakıda 48 yaşlı kişi evində ölü tapıldı
23-07-2026, 15:57
Türkiyədə güclü zəlzələ
23-07-2026, 15:54
Türkiyədə həyat İFLİC OLDU
23-07-2026, 15:49
Nabranda dənizdə batan 17 yaşlı qızın meyiti tapıldı
23-07-2026, 15:47
Peşə təhsili müəssisələrində illik təhsil haqqı: 6500 AZN...
23-07-2026, 15:45
Ermənistan prezidenti xəstəxanaya yerləşdirildi
23-07-2026, 15:41
Bu ərazilərdə qaz olmayacaq
21-07-2026, 15:36
Portuqaliyalı hücumçudan "Qarabağ"a gözlənilməz cavab
21-07-2026, 15:35
3000 erməni bir anda İrana axışdı - Səbəbi bu imiş
21-07-2026, 15:32
Azərbaycanlılar bu ölkədən deport olundu
21-07-2026, 15:30
Rusiyada benzin gizlədənlərin "ovuna başlanıldı"
21-07-2026, 15:28
İş sistemi dəyişir: “Çevik iş rejimi” nə deməkdir?
21-07-2026, 15:18
İrandan Hörmüzlə bağlı xəbərdarlıq
21-07-2026, 15:16
Azərbaycan neftinin qiyməti 94 dollara yaxınlaşır
21-07-2026, 15:14
Cəlilabadda avtomobil aşıb, 4 nəfər xəsarət alıb
21-07-2026, 15:12
Dünya çempionu olan qapıçı "Zirə"yə keçdi
21-07-2026, 15:09
Ərdoğana qarşı sui-qəsd planı... – General açıqladı
20-07-2026, 13:06
Mədəniyyətimizin səssiz qəhrəmanı ağır vəziyyətdə...
20-07-2026, 12:58
Biləcəridə hoteldə meyit tapılıb
20-07-2026, 12:32
İranda 5 dəqiqədə 2 güclü zəlzələ...
20-07-2026, 12:14
Qanun icazə verir, marketlər “olmaz” deyir - Azərbaycanda qalmaqallı qadağa
20-07-2026, 12:11
Özbəkistanın Baş prokuroru Azərbaycanda səfərdədir
20-07-2026, 12:01
Avropaya kəskin istilər gəlir: 50 dərəcəyə çatacaq!
20-07-2026, 12:01
Avropaya kəskin istilər gəlir: 50 dərəcəyə çatacaq!
20-07-2026, 11:30
Neft qiymətləri kəskin dönüş etdi