Vətən Müharibəsi Qəhrəmanı, şəhid polkovnik Zaur Nudirəliyev anım günündə yad edilib
Gündəm / Siyasət / Hadisə
Oxunub: 250
2 Kas 2021 | 23:52
Vətən Müharibəsi Qəhrəmanı, şəhid polkovnik Zaur Nudirəliyev anım günündə yad edilib

capar.info : - Torpaqlarımızın işğaldan azad edilməsində, 44 günlük tarixi qələbənin qazanılmasında böyük şücaət göstərərək canını Vətən yolunda qurban verən igidlərimizdən biri də Vətən Müharibəsi Qəhrəmanı, pilot şəhid, polkovnik Zaur İsmayıl oğlu Nudirəliyevdir.

DİA.AZ xəbər verir ki, Zaur Nudirəliyev 1978-ci il sentyabrın 1-də Bakı şəhərində anadan olmuşdur. 1995-ci ildə Cəmşid Naxçıvanski adına Hərbi Liseydən məzun olan Zaur Nudirəliyev, həmin ildəcə Türkiyə Ali Hərbi Hava Qüvvələri Məktəbinə qəbul olmuş və 2000-ci ildə həmin təhsil ocağını "təyyarəçi" ixtisası üzrə bitirmişdir. Daha sonra Zaur Nudirəliyev 2011-2013-cü illərdə Almaniyada General-Admirallar üçün Hərbi Liseydə təhsil almışdır.

Zaur Nudirəliyev 20 il davam edən hərbi xidməti ərzində Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən müxtəlif medallarla təltif edilmişdir. Vətən Müharibəsi zamanı Hərbi Hava Qüvvələri tərəfindən Cəbrayıl-Füzuli və Ağdərə istiqamətlərində endirilən zərbələr nəticəsində Ermənistan Silahlı Qüvvələrinin dayaq məntəqələri, canlı qüvvələri, cəmləşmə yerləri məhv edilmiş, nəticədə Azərbaycan Ordusunun qurudan ciddi üstünlüyə sahib olması təmin olunmuşdur. 7 gün ərzində 12 uçuşu uğurla başa vuran Zaur Nudirəliyev, oktyabrın 4-də Cəbrayıl rayonu istiqamətində 13-cü uçuşunu reallaşdırdı. Bu uçuş zamanı ağır yaralanmasına baxmayaraq Zaur Nudirəliyev təyyarədən hatapult edə bilərdi. Amma o, mənfur düşmənə əsir düşməməsi üçün təyyarəni düşmənin canlı qüvvəsinin cəmləşdiyi hərbi bazaya çırpmış, çoxlu sayda düşməni məhv etmiş, özü isə qəhrəmancasına şəhid olmuşdur.

Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və göstərdiyi qəhrəmanlıq nümunəsinə görə Zaur Nudrəliyev Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamları ilə “Vətən Müharibəsi Qəhrəmanı”, “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə”, “Suqovuşanın azad olunmasına görə” və “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif olunmuşdur.

2 noyabr 2021-ci il tarixdə Vətən müharibəsi Qəhrəmanı Zaur Nudirəliyevin anım günü ilə bağlı ilk öncə Azərbaycan Respublikası Milli Məclisinin sədr müavini Adil Əliyev, Müdafiə nazirinin müavini - Hərbi Hava Qüvvələrinin Komandanı, general-leytenant Ramiz Tahirov, Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev, Milli Məclisin üzvləri Hikmət Məmmədov və Rasim Musabəyov, Müdafiə Nazirliyinin rəsmi şəxsləri, şəhidin ailə üzvləri və rayon ictimaiyyətinin nümayəndələri II Fəxri Xiyabana gəlmiş, Azərbaycan Respublikasının Milli Hərbi Orkestrinin ifa etdiyi Dövlət Himninin ardından şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilmişdir. Milli Məclisin sədr müavini Adil Əliyev, Müdafiə nazirinin müavini-Hərbi Hava Qüvvələrinin Komandanı, general-leytenant Ramiz Tahirov və Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev çıxış edərək şəhidin ailəsinə başsağlığı vermiş, Vətən uğrunda canlarını fəda edən bütün şəhidlərimizin, o cümlədən Zaur Nudirəliyevin xatirəsinin əziz tutulacağını qeyd etmişlər. Çıxış edənlər Müzəffər Ali Baş Komandanın qətiyyətli siyasəti, mövqeyi və diplomatiyası sayəsində qazanılan zəfərdən, şəhidlərimizin bu zəfərdə olan misilsiz rolundan, şəhid polkovnik Zaur Nudirəliyevin keçdiyi şərəfli həyat və döyüş yolundan, onun göstərdiyi şücaətdən danışmışlar. Şəhidlərimizin heç zaman unudulmayacağı, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin, Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevanın, dövlətimizin və xalqımızın ilk günlərdən onların yanında olduğu, qayğılarına xüsusi həssaslıqla yanaşıldığı qeyd edilmişdir. Şəhidin məzarı ətrafına toplananlar tərəfindən Vətən Müharibəsi Qəhrəmanının məzarı üzərinə əklil və gül dəstələri qoyulmuş, xatirəsi hörmət və ehtiramla yad edilmişdir.

Daha sonra şəhidin anım mərasimi keçirilərək ehsan verilmiş, ruhuna dualar oxunmuşdur. Anım mərasimində 44 günlük Vətən Müharibəsini əks etdirən videoçarx nümayiş etdirilmişdir. Mərasimdə Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev çıxış edərək qeyd etmişdir ki, milli dövlətçilik tariximizdə və xalqımızın yaddaşında əbədi yaşayacaq şanlı Zəfər xalq - iqtidar birliyi, güclü ordu və ona rəhbərlik edən Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin qətiyyətli rəhbərliyi və gərgin siyasi-diplomatik fəaliyyəti, eyni zamanda, xalqımızın həmrəyliyi nəticəsində qazanıldı. O vurğuladı ki, dövlətimiz tərəfindən hər bir şəhidin Vətən naminə xidmətləri yüksək qiymətləndirilir, xatirələri əbədiləşdirilir.

27 sentyabr - Anım Günündə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Azərbaycan Respublikasının Birinci vitse-Prezidenti Mehriban xanım Əliyevanın, eləcə də 3000 nəfərədək soydaşımızın iştirak etdiyi və başları üzərində tutduqları şəhid portretlərindən biri də Vətən Müharibəsi Qəhrəmanı, şəhid polkovnik Zaur Nudirəliyevin portreti olmuşdur. Anım mərasimində həmin portret şəhidin ailəsinə qürur hissi ilə təqdim edilmişdir.

Anım mərasiminin sonunda şəhidin ailəsi adından Kərəm Əliyev çıxış edərək ölkəmizdə şəhid ailələrinə, o cümlədən onlara göstərilən diqqət və qayğıya, hərtərəfli dəstəyə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevaya dərin minnətdarlığını bildirmişdir.

Vətən Müharibəsi Qəhrəmanı, şəhid polkovnik Zaur Nudirəliyev anım günündə yad edilib
28-10-2021, 06:37
Nərimanov rayonunda Vətən Müharibəsi Qəhrəmanı, baş leytenant, şəhid Azad Hümbətovun anım tədbiri keçirilib
27-09-2021, 17:29
Prezident İlham Əliyevin yürüşdə həyat yoldaşımın fotosunu daşıdığını görəndə çox təsirləndim - Nargül İbrahimli Tarix: Bu gün, 17:08 | Çap et
2-09-2021, 09:59
Vətən Müharibəsi Qəhrəmanının adı niyə oxuduğu məktəbə verilmir? - GİLEY
20-04-2021, 09:49
Cəmşid Naxçıvanski adına hərbi liseyin 50 illik yubileyi münasibətilə silsilə tədbirlərə start verilib
16-12-2020, 11:29
Lənkəranda şəhid və qazi ailələri üçün təsərrüfatlar yaradılıb
4-12-2020, 10:53
Bu gün şəhid olanların xatirəsinə həsr edilmiş xüsusi anım günüdür
Dün, 18:24
Trampdan İrana sərt xəbərdarlıq: Ya razılaşma, ya da zərbələr
Dün, 18:21
Lukaşenko və Vladimir Putin yaxın vaxtlarda görüşəcək
Dün, 18:16
Rusiyanın Xarkova hücumu nəticəsində 5 xilasedici ölüb, yaralananlar var
Dün, 18:13
Bu şəxslər hərbi xidmətə çağırışdan azad olunacaq - SİYAHI
Dün, 18:05
Putinə görüş təklif edib
Dün, 17:59
Almaniya ümid edir ki, İlham Əliyev bu il Berlinə gələcək – Səfir
Dün, 11:52
Köçəryan ölkədən qaçmaq istədi
Dün, 11:20
Şimali Koreya nüvə silahından imtina etməyəcək
Dün, 11:12
2 min il əvvəl itən əfsanəvi qızılı parça yenidən yaradıldı
Dün, 11:04
Azərbaycandan tranzit keçməklə Ermənistana buğda göndəriləcək
13-06-2026, 11:22
6 gün leysan olacaq - XƏBƏRDARLIQ
13-06-2026, 11:19
Azərbaycanın bu rayonlarında zəlzələ oldu (YENİLƏNİB)
13-06-2026, 11:12
Azərbaycanın bütün məktəblərində "Son zəng" çalınır
13-06-2026, 10:59
Azərbaycanda yeni cərimələr müəyyənləşir - 50 min manatadək
13-06-2026, 10:37
Rusiyada boru kəmərində baş verən partlayışda üç nəfər ölüb
13-06-2026, 10:35
Şuşada bu işləri görmək qadağan edilir
13-06-2026, 10:31
Masallıdan nazirə məktub: Əmriniz əleyhimizə çevrilib - BU NƏDİ BELƏ?
13-06-2026, 10:29
Səhhəti pisləşdi, konsertləri təxirə salındı
13-06-2026, 10:27
Azərbaycanda aeroportların idarə edilməsi dəyişir - FƏRMAN
31-01-2026, 19:05
"Qurtuluş" Reabilitasiya Mərkəzinin rəhbəri və işçiləri həbs edildi
31-01-2026, 19:02
Tramp digər ölkələri Venesueladan neft almağa dəvət edəcək
31-01-2026, 19:01
“Azərbaycanfilm” ləğv ediləcək?
31-01-2026, 18:58
Rəsulzadənin anadan olmasından 142 il ötür
31-01-2026, 18:56
Süleyman Mikayılovun vəzifədən azad edilmə səbəbi bilindi
31-01-2026, 18:54
ABŞ tarixində ilk dəfə əhali azalması riski ilə üz-üzə
31-01-2026, 18:52
Hacıqabulda palçıq vulkanı püskürdü
31-01-2026, 18:46
DYP sürücülərə müraciət etdi
31-01-2026, 18:44
Azərbaycanda gümüş xatirə sikkələr hazırlanacaq
31-01-2026, 00:19
Bu hallarda media subyektləri məsuliyyət daşıyacaq - Yeni qərar
31-01-2026, 00:11
Bu nazirlikdə CİDDİ NÖQSANLAR aşkarlandı - RƏSMİ
31-01-2026, 00:05
Dövlət teatrlarında vakant yerlərə direktor təyinatları olacaq
30-01-2026, 23:49
İlham Əliyev bu gəncləri mükafatlandırdı - SİYAHI
30-01-2026, 23:40
Tarix və memarlıq abidələri haqqında məlumatlar rəqəmsallaşdırılacaq
30-01-2026, 23:35
“Azərbaycanfilm” ləğv ediləcək?
30-01-2026, 23:30
QHT-lərə Dövlət Dəstəyi Agentliyi media təşkilatı adı ilə “piy” əridir - dövlət büdcəsi özəl maraqlar üçün xərclənir +FOTOFAKT
29-01-2026, 13:10
Zelenski Putinə birbaşa görüş təklif etdi
29-01-2026, 13:06
Xaqani Şirvaninin 900 illik yubileyi qeyd ediləcək – SƏRƏNCAM
29-01-2026, 13:02
“Hadi İnşaat” MMC-nin icra başçıları ilə tender oyunu
29-01-2026, 12:51
Elektron formada sübut hesab olunacaq məlumatlar müəyyənləşir