Vətən Müharibəsi Qəhrəmanının adı niyə oxuduğu məktəbə verilmir? - GİLEY
Gündəm / Siyasət
Oxunub: 211
2 Eyl 2021 | 09:59
Vətən Müharibəsi Qəhrəmanının adı niyə oxuduğu məktəbə verilmir? - GİLEY

capar.info : - “Vətən Müharibəsi Qəhrəmanı, şəhid Azər Yusifli Ağstafa rayonunun Böyük Kəsik kəndinin yeganə şəhididir. Həmçinin rayonda bu fəxri adla təltif olunan yeganə hərbçimizdir. Buna baxmayaraq, onun adı təhsil aldığı Böyük Kəsik kənd tam orta məktəbinə verilmir”.

Bu barədə “Qafqazinfo”ya şəhidin yaxını Nuran Allahverdiyev müraciət edib. Onun sözlərinə görə, Ağstafa rayon İcra Hakimiyyətinə bununla bağlı müraciət olunsa da, məsələ aylardır həllini tapmır:

“Azər Yusifli Vətən müharibəsi başlayarkən döyüş yoldaşlarına və kənddəki dostlarına şəhid olacağı təqdirdə adının təhsil aldığı, anasının müəllimə olaraq çalışdığı və ən əsası, heç kimin adı ilə adlandırılmayan Böyük Kəsik kənd tam orta məktəbinə verilməsini vəsiyyət edib. Biz onun şəhid olduğu vaxtdan etibarən bununla bağlı Ağstafa RİH-ə müraciət etmişik. İcra Hakimiyyətindən bizə bildirdilər ki, şəhidin adının məktəbə verilməsi ilə bağlı çalışırlar və məsələ həllini tapacaq. Şəhidin atası Nazim Yusifli həm də kəndin bələdiyyə sədridir. O özü də icra hakimiyyəti ilə əlaqədədir və tez-tez onlara bu məsələni xatırladırıq. Lakin Azərin şəhadətindən 10 ay keçməsinə baxmayaraq hələ də bir xəbər yoxdur
Vətən Müharibəsi Qəhrəmanının adı niyə oxuduğu məktəbə verilmir? - GİLEY

N. Allahverdiyevin sözlərinə görə, Prezidentin Vətən Müharibəsi Qəhrəmanlarının adlarının əbədiləşdirilməsi ilə bağlı sərəncamı olsa da, nəinki məktəbə adı verilməyib, onun adını daşıyan küçəyə büstü və ya barelyefi də qoyulmayıb. O həmçinin əlavə edib ki, şəhidin adının əbədiləşdirilməsi ilə bağlı bir sıra dövlət orqanlarına, o cümlədən, Təhsil Nazirliyinə müraciət edilib.

Məsələ ilə bağlı Ağstafa RİH başçısının müavini Lalə Eyyubova “Qafqazinfo”ya bildirdi ki, şəhid ailəsinin müraciəti ilə bağlı Nazirlər Kabinetinə rəsmi müraciət olunub: “Şəhidin adının əbədiləşdirilməsi ilə bağlı məsələ Nazirlər Kabinetinin səlahiyyətindədir. Ağstafa RİH tərəfindən bu ilin fevral ayında Nazirlər Kabineti qarşısında vəsatət qaldırılıb. Lakin hələ ki, Nazirlər Kabineti tərəfindən bununla bağlı qərar verilməyib”.

L. Eyyubova həmçinin əlavə edib ki, bütün şəhid ailələri, o cümlədən, şəhid A. Yusiflinin ailəsi də İcra Kakimiyyətinin diqqətindədir. Rayonun mərkəzi küçələrindən birinə Vətən Müharibəsi Qəhrəmanının adı verilib və bununla bağlı lövhə vurulub.
Vətən Müharibəsi Qəhrəmanının adı niyə oxuduğu məktəbə verilmir? - GİLEY

Təhsil Nazirliyindən “Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirilib ki, hazırda qeyd olunan məsələ ilə bağlı Nazirlər Kabinetindən hər hansı göstəriş yoxdur.

Qeyd edək ki, şəhid adlarının məktəblərə və küçələrə verilməsi Nazirlər Kabinetinin 15 yanvar 1994-cü il tarixli 10 saylı qərarı ilə, yəni “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydalarının” təsdiq olunması haqqında qərarla təmin olunur. Həmin qərarın 3-cü bəndinin 3-cü müddəasında isə göstərilir ki, şəhid statusuna malik şəxsin adının küçələrə, meydanlara, təşkilatlara, müəssisələrə, hərbi və mülki gəmilərə verilməsi üçün yerli icra hakimiyyəti orqanları Nazirlər Kabineti qarşısında vəsatət qaldırmalıdır. Bundan əlavə, həmin şəhid ya Azərbaycanın Milli Qəhrəmanı olmalı, ya da Vətən uğrunda döyüşlərə görə ən azı iki ordenlə təltif olunmalıdır.

Xatırladaq ki, Azər Yusifli 1994-cü ildə Ağstafa Rayonu, Böyük Kəsik kəndində anadan olub. 2000 - 2011-ci illərdə sözügedən kənddə orta məktəbi bitirib. Dövlət Sərhəd Xidmətinin Çevik Hərəkat Dəstəsində kəşfiyyatçı olaraq çalışıb. Vətən müharibəsi zamanı 21 oktyabr tarixində Zəngilan şəhərində qəhrəmancasına şəhid olub. "Vətən uğrunda", "Cəbrayılın azad olunmasına görə" medalları və Vətən Müharibəsi Qəhrəmanı fəxri adı ilə təltif olunub.
25-08-2021, 15:15
İsmayıllıda şəhidin cənnətdəki ilk doğum günü qeyd olunub
23-08-2021, 10:25
"Elşən Salahovun edilən müraciətlərə laqeydliyi heç cür anlaşılan deyil..." - GİLEY
19-08-2021, 12:58
Bakıda daha 9 naməlum şəhidin MƏZARI AÇILACAQ
2-08-2021, 15:56
Ağstafanın Böyük Kəsik–Ağgöl avtomobil yolunun tikintisi ilə bağlı vəsait ayrıldı - SƏRƏNCAM
3-02-2021, 15:55
Bu kəndin şəhidlərinə 4 aydır başdaşı qoyulmayıb
10-09-2020, 14:47
16 şəhid ailəsi və Qarabağ əlili evlə təmin olunub
Dün, 16:28
"Real" 37 il sonra rekordunu yenilədi
Dün, 16:23
Küçədə çılpaq kişini cinsi orqanından güllələdilər
Dün, 16:16
Kiçik yataq otağını necə rahat formaya salmaq olar?
Dün, 16:14
Kişi nikahı qadağan olunan 16 yaşlı qızın başını kəsdi
Dün, 16:05
"Mançester Siti" "Tottenhem"ə QALİB GƏLDİ
Dün, 16:01
"Real Madrid" Luka Modriçlə yollarını ayırır
Dün, 15:57
Süd satan qadın xəyanət edən ərini öldürdü
Dün, 15:46
Buzlu qəhvəni cəmi 3 dəqiqəyə HAZIRLAMAĞIN YOLU
Dün, 15:44
"Torqovı"da ofisiantlar bıçaqlandı
14-05-2024, 19:40
Arkadi Qukasyanın həbs müddəti uzadıldı
14-05-2024, 19:37
Dünyanın ən çətin dilləri: İlk 5-lik
14-05-2024, 19:34
“Microsoft” “Windows 10”da bu versiyanı dəstəkləməyi dayandıracaq
14-05-2024, 19:32
"Mançester Yunayted"dən getməyə hazırdır
14-05-2024, 19:26
"Milan"da baş məşqçi postuna YENİ NAMİZƏD
14-05-2024, 19:22
Daha çox yaşamağa kömək edən QİDALAR
14-05-2024, 19:19
İtlərin stressdə olduğunu göstərən əlamətlər
14-05-2024, 19:15
Serxio Ramos tezliklə ABŞ klubuna keçə bilər
14-05-2024, 18:52
Türkmənistan sakini evlənib həyatının şokunu yaşadı
13-05-2024, 16:44
“Bozbash Pictures”in Şirini “Şirin” serialı ilə gəlir
13-05-2024, 16:42
Dieqo Simeone La Liqanın rekordçusu oldu
13-05-2024, 16:38
Mbappenin "Real"dakı maaşı bəlli oldu
13-05-2024, 16:32
Rusiyada güclü zəlzələ
13-05-2024, 16:24
İlqar Məmmədovdan AXCP üzvünə MARAQLI CAVAB
13-05-2024, 16:19
Bakıda boğazını kəsən 37 yaşlı kişi öldü
13-05-2024, 16:15
Məşhur dənizkənarı istirahət yeri ən təhlükəli ZONA SEÇİLDİ
13-05-2024, 16:12
Coratda 10 aylıq uşaq yatdığı yerdə boğuldu
13-05-2024, 16:10
Xiyar bitkisinin kifdən təmizlənməsi ÜSULLARI
13-05-2024, 16:03
Dörd bürc üçün möcüzələr və sevinc həftəsi başladı
12-05-2024, 20:52
Daşqınlar nəticəsində 311 nəfər öldü
12-05-2024, 20:47
Makedoniyalı İsgəndərin hamamı tapıldı
12-05-2024, 20:32
Xolesterol səviyyəsini idarə etməyə kömək edəcək unikal içki
12-05-2024, 20:28
Rusiya sərhədçiləri Ermənistanın Azərbaycanla sərhəd bölgələrindən çıxır
12-05-2024, 20:22
Tale may ayında iki bürcün gücünü sınayacaq: Çətinliklərə hazır olun
12-05-2024, 19:57
“Fənərbağça” məşhur məşqçi ilə maraqlanır
12-05-2024, 19:51
Sabahdan Kosovada bu pula qadağa qoyulur
12-05-2024, 19:47
Almaniyanın belə problemi var
12-05-2024, 19:43
Səfir öldü
12-05-2024, 19:39
Donuz böyrəyi köçürülən şəxs öldü
11-05-2024, 21:34
5 dəqiqədə necə dadlı toyuq hazırlamaq olar?