İsmayıllıda şəhidin cənnətdəki ilk doğum günü qeyd olunub
capar.info :- Ərazilərimizin bütövlüyü uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olan Cahan Məmmədzadənin doğum günü Təzəkənd kənd qəbiristanlığında məzarı ziyarət olunaraq mövcud pandemiya qaydalarına uyğun olaraq qeyd edilib. Rayon İcra Hakimiyyətinin başçısı, RİH-nin məsul əməkdaşları, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin İsmayıllı rayon şöbəsinin əməkdaşları, Gənclər və İdman idarəsinin, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin əməkdaşları, ictimaiyyətin nümayəndələri, şəhidin ailəsi, yaxınları,şəhid ailələri, kənd sakinləri onun xatirəsini ehtiramla anıb, məzarı önünə əklil və gül dəstələri düzülüb, ruhuna dualar oxunub.
Mərasimdə çıxış edən Rayon İcra Hakimiyyətinin başçısı Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ötən ilin sentyabrın 27-də başlanan və zəfərlə başa çatan Vətən müharibəsində qazanılan qələbənin tarixi əhəmiyyətindən, şəhidlərimizin şərəfli döyüş yolu keçməsindən və onların xatirəsinin heç bir zaman unudulmayacağından danışıb. RİH başçısı torpaqlarımızın azadlığı uğrunda şəhid olan igid oğulların ölməzliyini vurğulayıb, şəhid valideyinlərinə Allahdan səbir, qazilərimizə şəfa diləyib.
Çıxış edənlər şəhid Cahan Məmmədzadənin keçdiyi şərəfli ömür yolundan danışıb və şəhidlərimizin qanının yerdə qalmadığını söyləyib. M. Əzimov adına Təzəkənd kənd tam orta məktəbin şagirdləri şəhidə həsr olunmuş kompozisiya ilə çıxış ediblər. Yaşasaydı bu gün Cahanın 27 yaşı olacaqdı.
Cahan Məmmədzadə 1994-cü il avqustun 24-də Sumqayıt şəhərində anadan olub. 2000-2011-ci illərdə Mirzağa Əzimov adına Təzəkənd kənd tam orta məktəbində təhsil alıb. 2012-2014-cü illərdə hərbi xidmətdə olub. 2015-ci ildə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Təlim və Tədris mərkəzinin “Gizir hazırlığı kursu”nu bitirib. Gizir Cahan Məmmədzadə 2016-cı ildə Aprel döyüşlərində də fəal iştirak etmişdir. 44 günlük Vətən Müharibəsində Cəbrayıl və Füzuli rayonlarının işğaldan azad edilməsində fəal iştirak edərək noyabr ayının 5-da Şuşa şəhəri istiqamətində gedən döyüşlərdə şəhid olmuşdur.
Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə Cahan Məmmədzadə ölümündən sonra "Vətən uğrunda", "Hərbi xidmətlərə görə", "Şuşanın azad olunmasına görə" medalları ilə təltif edilib.
#CahanMəmmədzadə #Şəhid #Qəhrəman #İsmayıllı #Azərbaycan
19-08-2021, 12:58
Bakıda daha 9 naməlum şəhidin MƏZARI AÇILACAQ
26-04-2021, 10:29
Şəhid hərbi qulluqçumuz son mənzilə yola salınır
10-05-2020, 12:12
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva ulu öndər Heydər Əliyevin məzarını ziyarət ediblər
20-01-2020, 15:44
Saatlıda 20 Yanvar faciəsinin qurbanları yad edilib
9-01-2019, 18:20
Cəlilabadlı gənclər həqiqi hərbi xidmətə yola salınıblar
19-12-2018, 14:25
Həştərxan vilayətinin nümayəndə heyəti ulu öndər Heydər Əliyevin məzarını ziyarət edib
28-07-2026, 23:05
Ceyranbatanda yanğın: uşaq özünü binadan atdı
28-07-2026, 23:03
Sabah 40 dərəcə isti olacaq
28-07-2026, 23:02
Bu ərazilərdə 3 gün su olmayacaq
28-07-2026, 23:00
Putin İlham Əliyevə zəng etdi
28-07-2026, 22:56
Hasil Abbasov şöbə müdirini işdən çıxardı
28-07-2026, 22:54
Müəllimini güllələyən şagirdə hökm oxundu
28-07-2026, 22:53
Ronaldo serialda rol alacaq
28-07-2026, 22:51
İran Ukraynaya hücuma hazırlaşır
28-07-2026, 22:50
“Qarabağ”dan ayrıldı, bu kluba keçdi
28-07-2026, 22:27
İstirahət mərkəzinin rəhbəri böyük məbləğdə cərimə olundu
27-07-2026, 17:47
Cərimə meydançasına aparılan avtomobilə görə xərclər nə zaman QAYTARILIR?
27-07-2026, 17:42
Türkiyə bu ölkəyə F-16 qırıcılarını göndərir
27-07-2026, 17:41
Saleh Məmmədovun Almaniyadakı tikinti layihəsi ilə bağlı yeni iddia
27-07-2026, 17:39
Bu şəxslər 7 min manatadək cərimələnəcək
27-07-2026, 17:36
Əlilliyi olan 2 mindən çox şəxs işlə təmin edildi
27-07-2026, 17:33
AB-dən iranlı hakimlərə sanksiya..
27-07-2026, 17:30
Qarsa yeni baş konsul təyin edildi
27-07-2026, 17:21
Günəşdə güclü alışma baş verib
27-07-2026, 17:18
Sərnişin təyyarəsi zolaqdan çıxdı - Qorxulu anlar
23-07-2026, 16:04
Neft bahalaşmaqda davam edir
23-07-2026, 16:03
Britaniya diplomatlarını İrandan çıxardı
23-07-2026, 15:59
Bakıda 48 yaşlı kişi evində ölü tapıldı
23-07-2026, 15:57
Türkiyədə güclü zəlzələ
23-07-2026, 15:54
Türkiyədə həyat İFLİC OLDU
23-07-2026, 15:49
Nabranda dənizdə batan 17 yaşlı qızın meyiti tapıldı
23-07-2026, 15:47
Peşə təhsili müəssisələrində illik təhsil haqqı: 6500 AZN...
23-07-2026, 15:45
Ermənistan prezidenti xəstəxanaya yerləşdirildi
23-07-2026, 15:41
Bu ərazilərdə qaz olmayacaq
21-07-2026, 15:36
Portuqaliyalı hücumçudan "Qarabağ"a gözlənilməz cavab
21-07-2026, 15:35
3000 erməni bir anda İrana axışdı - Səbəbi bu imiş
21-07-2026, 15:32
Azərbaycanlılar bu ölkədən deport olundu
21-07-2026, 15:30
Rusiyada benzin gizlədənlərin "ovuna başlanıldı"
21-07-2026, 15:28
İş sistemi dəyişir: “Çevik iş rejimi” nə deməkdir?
21-07-2026, 15:18
İrandan Hörmüzlə bağlı xəbərdarlıq
21-07-2026, 15:16
Azərbaycan neftinin qiyməti 94 dollara yaxınlaşır
21-07-2026, 15:14
Cəlilabadda avtomobil aşıb, 4 nəfər xəsarət alıb
21-07-2026, 15:12
Dünya çempionu olan qapıçı "Zirə"yə keçdi
21-07-2026, 15:09
Ərdoğana qarşı sui-qəsd planı... – General açıqladı
20-07-2026, 13:06
Mədəniyyətimizin səssiz qəhrəmanı ağır vəziyyətdə...