“Saxlanılan iranlı sürücülərin qaranlıq işləri ilə bağlı dəqiq bilgilər veriləcək” - deputat
Gündəm / Siyasət / Hadisə
Oxunub: 226
14 Ekm 2021 | 15:22
“Saxlanılan iranlı sürücülərin qaranlıq işləri ilə bağlı dəqiq bilgilər veriləcək” - deputat

capar.info : - “İranın yeni xarici işlər naziri Moskva səfəri zamanı Azərbaycanla bağlı səsləndirdiyi fikirlər, orada sərgilədiyi davranışla təmsil etdiyi dövlətin oturuşmuşluğuna və qədimliyinə heç cür uyuşmayan biri olduğunu ortaya qoymuşdu. Amma Əmir Abdullahianın Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramova zəng etməmişdən qabaq və sonra özünün, eyni zamanda da başında durduğu qurumun yaydığı dezinformasiyadan sonra belə bir təəssürat yaranır ki, deyəsən İran qardaşlaşdığı Ermənistandan elə də çox fərqlənmir və onun kimi “failed state”cəsinə davranır”.

“Ölkə.Az” xəbər verir ki, bunu deputat Sahib Alıyev iranın Azərbaycana qaşı dezinformasiya”müharibəsinə” mövqeyini açıqlayarkən deyib.

Deputatın sözlərinə görə, İranın xarici işlər naziri oktyabrın 11-də Livanın Əl Manar kanalına verdiyi intervüdə onların tələbi qarşılığında Azərbaycan rəhbərliyinin bizim ölkədəki “terorçuların və sionistlərin” buradan çıxarılacağı öhdəliyi götürdüyünü deyib. “Demişdi və cavabını da almışdı. Azərbaycanın Xarici İşlər Nazirliyi onun söylədiklərini “qətiyyətlə rədd” etmişdi”- o qeyd edib.

Deputat əlavə edib ki, təkzibdən bir gün keçməmiş həmən cənab xarici işlər nazirimizə zəng edib dostlq və qonşuluqdan, eyni zamanda da qarşılıqlı səfərlərdən dəm vurmaqla görüntü yaratmağa çalışıb: “Guya artıq tələbləri yerinə yetiriləndən sonra belə bir addım atıb. Yoxsa o boyda İran geriyə çəkilmək təsiri bağışlayan hərəkət etməzdi.

İki xarici işlər nazirinin telefon danışığı başa çatar-çatmaz isə İran tərəfi daha bir dezinformasiya buraxdı ki, Azərbaycan onların iki sürücüsünü həbsdən açıb buraxıb.

Xatırladaq ki, burada söhbət Qarabağa qanunsuz yük daşıyan sürücülərdən gedir.

Niyə məhz o iki nəfərin tutulub saxlanması açığı mənim özüm üçün də xeyli düşündürücüdür. Belə fikirləşirəm ki, o sürücülər digər iranlılar kimi Azərbaycandan izinsiz Xankəndinə sadəcə qanunsuz yanacaq, yaxud da oradakıların ehtiyaclarının ödənməsinə yönəlmiş ərzaq və sair daşımayıblar. Başqa qaranlıq işlərdə də yer alıblar. Ola bilsin, bununla bağlı dəqiq bilgilər veriləcək.

İndi maraqlı orasıdır ki, İran bu dezinformasiyanı kimin üçün buraxır? Bütün dünya bilir ki, Azərbaycan təkcə Xarici İşlər Nazirliyi deyil, ən yüksək səviyyədə burada terrorçuların olması və sionistlərin at oynatması haqda İranın iddialarının tam əsassız olduğunu bildirib. Cəbrayıla səfəri zamanı bunun uydurma olduğunu deyən Prezident İlham Əliyev İtaliyanın “La Repubblica” qəzetinə verdiyi intervüsündə bir daha oxşar fikirlər səsləndirdi.

Elə isə sözü gedən dezinformasiyalar, İranın hava məkanının Naxçıvana daşınan bütün yüklər üçün açıq olması, Azərbaycanın özünün bunu istəməməsi kimi digər yalanlar nə üçündür? Bununla Yaxın Şərqdəki proksi və tərəfdarlarına, eyni zamanda da bizim İrandakı soydaşlarımıza özlərinin olmayan böyüklüyünümü göstərirlər?

Bilirsiniz, 19, hətta 20-ci əsr olsaydı, bəlkə də, bu cür dezinformasiylar arzulanan effekti yaradardı. Amma indi istənlən bir informasiyanı dəqiqləşdirmək elə də çox vaxt tələb etmir və bu, demək olar ki, oxuyub-yazmağı bilən hamı üçün əlçatandır. Oxuyub-yazmağı bilməyənlərlə işləməklə isə elə də uzağa getmək olmur. Gedib Ermənistanda dirənib qalırsan!”
11-10-2021, 16:38
Azərbaycana qarşı kampaniyanın başında kim durur... - HƏQİQƏTƏN DƏ.
9-10-2021, 09:47
Bakı İranın krim-tranzitini məhv etdi - FAKT BUDUR!
8-10-2021, 12:14
Molla rejimi Bakı ilə Moskvadan danışmaq istədi... - “Qeyri-ciddi çağırışlara cavab belə olmalı idi”
30-11-2020, 10:35
Ceyhun Bayramov iranlı həmkarına başsağlığı verib
16-07-2020, 15:44
Ceyhun Bayramov Xarici işlər naziri təyin edildi
20-06-2020, 12:12
İranlı nazir bu 3 Avropa ölkəsini "Trampın əlbiri" adlandırdı
Bugün, 18:24
Trampdan İrana sərt xəbərdarlıq: Ya razılaşma, ya da zərbələr
Bugün, 18:21
Lukaşenko və Vladimir Putin yaxın vaxtlarda görüşəcək
Bugün, 18:16
Rusiyanın Xarkova hücumu nəticəsində 5 xilasedici ölüb, yaralananlar var
Bugün, 18:13
Bu şəxslər hərbi xidmətə çağırışdan azad olunacaq - SİYAHI
Bugün, 18:05
Putinə görüş təklif edib
Bugün, 17:59
Almaniya ümid edir ki, İlham Əliyev bu il Berlinə gələcək – Səfir
Bugün, 11:52
Köçəryan ölkədən qaçmaq istədi
Bugün, 11:20
Şimali Koreya nüvə silahından imtina etməyəcək
Bugün, 11:12
2 min il əvvəl itən əfsanəvi qızılı parça yenidən yaradıldı
Bugün, 11:04
Azərbaycandan tranzit keçməklə Ermənistana buğda göndəriləcək
13-06-2026, 11:22
6 gün leysan olacaq - XƏBƏRDARLIQ
13-06-2026, 11:19
Azərbaycanın bu rayonlarında zəlzələ oldu (YENİLƏNİB)
13-06-2026, 11:12
Azərbaycanın bütün məktəblərində "Son zəng" çalınır
13-06-2026, 10:59
Azərbaycanda yeni cərimələr müəyyənləşir - 50 min manatadək
13-06-2026, 10:37
Rusiyada boru kəmərində baş verən partlayışda üç nəfər ölüb
13-06-2026, 10:35
Şuşada bu işləri görmək qadağan edilir
13-06-2026, 10:31
Masallıdan nazirə məktub: Əmriniz əleyhimizə çevrilib - BU NƏDİ BELƏ?
13-06-2026, 10:29
Səhhəti pisləşdi, konsertləri təxirə salındı
13-06-2026, 10:27
Azərbaycanda aeroportların idarə edilməsi dəyişir - FƏRMAN
31-01-2026, 19:05
"Qurtuluş" Reabilitasiya Mərkəzinin rəhbəri və işçiləri həbs edildi
31-01-2026, 19:02
Tramp digər ölkələri Venesueladan neft almağa dəvət edəcək
31-01-2026, 19:01
“Azərbaycanfilm” ləğv ediləcək?
31-01-2026, 18:58
Rəsulzadənin anadan olmasından 142 il ötür
31-01-2026, 18:56
Süleyman Mikayılovun vəzifədən azad edilmə səbəbi bilindi
31-01-2026, 18:54
ABŞ tarixində ilk dəfə əhali azalması riski ilə üz-üzə
31-01-2026, 18:52
Hacıqabulda palçıq vulkanı püskürdü
31-01-2026, 18:46
DYP sürücülərə müraciət etdi
31-01-2026, 18:44
Azərbaycanda gümüş xatirə sikkələr hazırlanacaq
31-01-2026, 00:19
Bu hallarda media subyektləri məsuliyyət daşıyacaq - Yeni qərar
31-01-2026, 00:11
Bu nazirlikdə CİDDİ NÖQSANLAR aşkarlandı - RƏSMİ
31-01-2026, 00:05
Dövlət teatrlarında vakant yerlərə direktor təyinatları olacaq
30-01-2026, 23:49
İlham Əliyev bu gəncləri mükafatlandırdı - SİYAHI
30-01-2026, 23:40
Tarix və memarlıq abidələri haqqında məlumatlar rəqəmsallaşdırılacaq
30-01-2026, 23:35
“Azərbaycanfilm” ləğv ediləcək?
30-01-2026, 23:30
QHT-lərə Dövlət Dəstəyi Agentliyi media təşkilatı adı ilə “piy” əridir - dövlət büdcəsi özəl maraqlar üçün xərclənir +FOTOFAKT
29-01-2026, 13:10
Zelenski Putinə birbaşa görüş təklif etdi
29-01-2026, 13:06
Xaqani Şirvaninin 900 illik yubileyi qeyd ediləcək – SƏRƏNCAM
29-01-2026, 13:02
“Hadi İnşaat” MMC-nin icra başçıları ilə tender oyunu
29-01-2026, 12:51
Elektron formada sübut hesab olunacaq məlumatlar müəyyənləşir