Molla rejimi Bakı ilə Moskvadan danışmaq istədi... - “Qeyri-ciddi çağırışlara cavab belə olmalı idi”
Gündəm / Siyasət / Hadisə
Oxunub: 324
8 Ekm 2021 | 12:14
Molla rejimi Bakı ilə Moskvadan danışmaq istədi... - “Qeyri-ciddi çağırışlara cavab belə olmalı idi”

capar.info : - İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian Rusiyaya səfəri zamanı rəsmi Moskvanın diqqətini Azərbaycanın keçirdiyi hərbi təlimlərə yönəldib.

Rusiyanın xarici işlər naziri Sergey Lavrovla görüşdə H.Abdullahian regional proseslərə münasibətdə rəsmi Moskvanın dəstəyini almağa çalışıb. İranlı nazir Rusiyadan cənub sərhədlərində “sionist rejim”in və terrorçuların fəaliyyətinə biganə qalmamağa çağırıb. Lakin Rusiya tərəfi Abdullahianın bu açıqlamasına reaksiya verməyib.

Bundan başqa, Hüseyn Əmir Abdullahian rusiyalı həmkarı Lavrovun Cənubi Qafqazda hərbi təlimlərin aparılması ilə bağlı dediklərinə toxunaraq qeyd edib:

“Cənab Lavrov Qafqaz bölgəsindəki hərbi manevrlərə işarə etdi. Azərbaycan Respublikası və digər ölkələr tərəfindən 6 təlim həyata keçirilib. İran son bir neçə gündə diplomatik kanallarla digər ölkələrə elan edilmiş yalnız bir təlim həyata keçirib. Bu manevrlər İranın daxilində İran silahlı qüvvələri tərəfindən həyata keçirilib. Onların mesajı bölgədə sülh, dostluq və təhlükəsizliyə yönəlib”.

Əslində, Abdullahian bu ifadəni işlətməklə Azərbaycanın Türkiyə və Pakistanla birlikdə keçirdiyi hərbi təlimlərə işarə edib. Lavrov isə H.Abdullahianla apardığı danışıqların yekunlarına dair birgə mətbuat konfransında iranlı jurnalistin Azərbaycanın Xəzər dənizində Türkiyə ilə birlikdə hərbi təlimlər keçirməsi və Azərbaycan-Türkiyə-Pakistan təlimləri ilə bağlı sualına cavabına qısa cavab verib. “Rusiya regionda hərbi fəallığın artırılmasının əleyhinədir”,-deyə Lavrov bildirib.

Lakin Rusiya XİN rəhbərinin “Azərbaycan tərəfinin də İranın Azərbaycan sərhədləri yaxınlığında hərbi təlimlər keçirməsi ilə bağlı narahatlığı var”deməsi Abdullahianın Moskvadan "əliboş" qayıtdığını deməyə əsas verir.

Siyasi analitik Murad Sadəddinov hesab edir ki, Rusiyanın Azərbaycanla münasibətləri İranla müqayisədə xeyli üstündür. Ona görə də Rusiya regional əməkdaşlığın inkişafında maraqlı olan Rusiya bu prosesi pozmağa çalışan İranın mövqeyini dəstəkləmir:

“Rusiya və Türkiyə bölgədə “3+3” platformasını irəli sürüb. Bu formata İran da daxildir. Yəni İrana Cənubi Qafqazda əməkdaşlıq üçün geniş imkanlar yaradılıb. Üstündən bir il ötəndən sonra İranın qıcıqlanması və xarici işlər nazirinin verdiyi bəyanatlar təəccüb doğurur. Çünki Azərbaycanın keçirdiyi hərbi təlimlərə təxribat deyir, amma özləri də hərbi təlim keçirir. Əgər hərbi təlim keçirmək təxribatdırsa, onda bunu özlərinə də aid etməlidirlər. Rusiya da artıq Cənubi Qafqazın inkişaf modelini Türkiyə ilə razılaşdırıb. Bunun detalları da 2020-ci il noyabrın 10-da qəbul edilmiş üçtərəfli bəyanatda öz əksini tapıb. Bura nəqliyyat və kommunikasiya vasitələrinin açılması və digər tədbirlər daxildir”.

Qeyd edək ki, Rusiyanı narazı salan digər səbəb isə İran xarici işlər nazirinin bölgədəki geosiyasi proseslərə münasibətdə Moskvanın maraqlarına zidd mövqedən çıxış etməsi olub. İranın xarici işlər naziri bəyan edib ki, Qafqazın geosiyasətinə toxunulmamalıdır. “Biz Qafqaz regionundakı geosiyasi dəyişiklikləri qəbul etməyəcəyik”,-deyən Abdullahian həmçinin deyib: “Xarici müdaxilə Qafqaz bölgəsinin geosiyasi və coğrafiyasına zərər verməməlidir”.

O əlavə edib ki, İsrailin sionist rejimi və digər əcnəbilər, eləcə də Cənubi Qafqaz bölgəsindəki terrorçular İran, Azərbaycan və Ermənistanın yaxşı qonşuları üçün çətinliklər yaradır. Murad Sadəddinovun sözlərinə görə, İranın çağırışları qeyri-ciddi olduğundan Rusiya ona cavab verməyib. Ekspert bildirdi ki, sərhədlər dəyişiləcəyi barədə İran rejiminin düşüncəsi səhvdir.

“Azərbaycan, İran, Ermənistan, Türkiyə, Rusiya 1992-ci ildə BMT-yə üzv qəbul ediləndə mövcud sərhədləri beynəlxalq səviyyədə tanınıb. Ona görə də İranın yanaşması anlaşılmazdır. İkincisi, onlar “sionist rejimi” deyərkən nəyi, hansı insanları nəzərdə tuturlar? Qarabağda başqa dövlətin ordusu yoxdur axı. Cənab Prezident də dedi ki, əgər bununla bağlı faktları varsa, təqdim etsinlər. Fransa Prezidenti terrorçular haqqında danışdı, danışdı, sonra yox oldu. İndi də İran başlayıb olmayan terrorçuları uydurmağa. Ona görə də Rusiyanın İrana cavabı belə də olmalı idi”.
8-10-2021, 11:21
İranın batacağı ünvan AZƏRBAYCANDIR... - FAKT BUDUR!
8-10-2021, 11:06
“Altılıq platforması” ilə bağlı müsbət siqnallar: Moskva və Tehran səmimidirmi? - TƏHLİL
7-10-2021, 14:03
Moskvaya şikayətə gedən Abdullahian nəylə qayıdır? - TƏHLİL
11-03-2021, 10:01
Mövlud Çavuşoğlu rusiyalı həmkarı ilə Dohada görüş keçiriblər
14-10-2020, 19:09
Ceyhun Bayramov və Sergey Lavrov arasında telefon danışığının təfərrüatları açıqlanıb
10-10-2020, 10:43
Azərbaycan və Ermənistan arasında bu gündən humanitar məqsədlərlə atəşkəs elan olunur
28-07-2026, 23:05
Ceyranbatanda yanğın: uşaq özünü binadan atdı
28-07-2026, 23:03
Sabah 40 dərəcə isti olacaq
28-07-2026, 23:02
Bu ərazilərdə 3 gün su olmayacaq
28-07-2026, 23:00
Putin İlham Əliyevə zəng etdi
28-07-2026, 22:56
Hasil Abbasov şöbə müdirini işdən çıxardı
28-07-2026, 22:54
Müəllimini güllələyən şagirdə hökm oxundu
28-07-2026, 22:53
Ronaldo serialda rol alacaq
28-07-2026, 22:51
İran Ukraynaya hücuma hazırlaşır
28-07-2026, 22:50
“Qarabağ”dan ayrıldı, bu kluba keçdi
28-07-2026, 22:27
İstirahət mərkəzinin rəhbəri böyük məbləğdə cərimə olundu
27-07-2026, 17:47
Cərimə meydançasına aparılan avtomobilə görə xərclər nə zaman QAYTARILIR?
27-07-2026, 17:42
Türkiyə bu ölkəyə F-16 qırıcılarını göndərir
27-07-2026, 17:41
Saleh Məmmədovun Almaniyadakı tikinti layihəsi ilə bağlı yeni iddia
27-07-2026, 17:39
Bu şəxslər 7 min manatadək cərimələnəcək
27-07-2026, 17:36
Əlilliyi olan 2 mindən çox şəxs işlə təmin edildi
27-07-2026, 17:33
AB-dən iranlı hakimlərə sanksiya..
27-07-2026, 17:30
Qarsa yeni baş konsul təyin edildi
27-07-2026, 17:21
Günəşdə güclü alışma baş verib
27-07-2026, 17:18
Sərnişin təyyarəsi zolaqdan çıxdı - Qorxulu anlar
23-07-2026, 16:04
Neft bahalaşmaqda davam edir
23-07-2026, 16:03
Britaniya diplomatlarını İrandan çıxardı
23-07-2026, 15:59
Bakıda 48 yaşlı kişi evində ölü tapıldı
23-07-2026, 15:57
Türkiyədə güclü zəlzələ
23-07-2026, 15:54
Türkiyədə həyat İFLİC OLDU
23-07-2026, 15:49
Nabranda dənizdə batan 17 yaşlı qızın meyiti tapıldı
23-07-2026, 15:47
Peşə təhsili müəssisələrində illik təhsil haqqı: 6500 AZN...
23-07-2026, 15:45
Ermənistan prezidenti xəstəxanaya yerləşdirildi
23-07-2026, 15:41
Bu ərazilərdə qaz olmayacaq
21-07-2026, 15:36
Portuqaliyalı hücumçudan "Qarabağ"a gözlənilməz cavab
21-07-2026, 15:35
3000 erməni bir anda İrana axışdı - Səbəbi bu imiş
21-07-2026, 15:32
Azərbaycanlılar bu ölkədən deport olundu
21-07-2026, 15:30
Rusiyada benzin gizlədənlərin "ovuna başlanıldı"
21-07-2026, 15:28
İş sistemi dəyişir: “Çevik iş rejimi” nə deməkdir?
21-07-2026, 15:18
İrandan Hörmüzlə bağlı xəbərdarlıq
21-07-2026, 15:16
Azərbaycan neftinin qiyməti 94 dollara yaxınlaşır
21-07-2026, 15:14
Cəlilabadda avtomobil aşıb, 4 nəfər xəsarət alıb
21-07-2026, 15:12
Dünya çempionu olan qapıçı "Zirə"yə keçdi
21-07-2026, 15:09
Ərdoğana qarşı sui-qəsd planı... – General açıqladı
20-07-2026, 13:06
Mədəniyyətimizin səssiz qəhrəmanı ağır vəziyyətdə...