Ermənistan müharibə cinayətlərinə görə mütləq mühakimə olunmalıdır - ÇAĞIRIŞ
Gündəm / Siyasət / Hadisə
Oxunub: 219
14 Ekm 2021 | 14:18
Ermənistan müharibə cinayətlərinə görə mütləq mühakimə olunmalıdır - ÇAĞIRIŞ

capar.info : - “Azərbaycan müstəqilliyinin ilk günlərindən işğal faktoru ilə mübarizə aparmaq məcburiyyətində qalıb. Lakin bu gün biz öz ərazi bütövlüyünü təmin edən, pozulmuş insan hüquqlarını bərpa edən dövlətin vətəndaşlarıyıq”. Bu fikirləri Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəhbəri Leyla Abdullayeva BDU-da "İşğal altında olmuş Azərbaycan ərazilərində məcburi köçkünlərin pozulmuş hüquqlarına dair" Kompleks Hesabat kitabının təqdimat mərasimindəki çıxışı zamanı səsləndirib. XİN rəsmisi əlavə edib ki, postmünaqişə dövründə təbliğat işi daha da gücləndirilməlidir:

"Münaqişənin bitməsi müharibənin bitməsi demək deyil. Azərbaycan artıq bölgədə yeni reallıq yaradıb. Bizim və Azərbaycanın bütün digər rəsmi qurumlarının üzərinə bu reallığı beynəlxalq ictimaiyyətə çatdırmaq kimi ciddi öhdəlik düşüb. Azərbaycan artıq iki beynəlxalq məhkəmədə Ermənistana qarşı iddia qaldırıb. Təbii ki, bu, son deyil. Gələcəkdə digər beynəlxalq məhkəmələrdə tərəfimizdən Ermənistana qarşı iddialar qaldırılacaq".

İstər münaqişə dövründə, istərsə münaqişənin aktiv fazası sayılan 44 günlük Vətən müharibəsində dünya dövlətləri və dünya ictimaiyyəti Azərbaycanın humanizm prinsiplərinə sadiq qaldığını, insanalrın hüquq və azadlıqlarına hörmətlə yanaşaraq onları müdafiə etdiyini gördü. Azərbaycan dövləti təkcə öz vətəndaşlarının təhlükəsizliyini, təməl yaşayış hüquqlarının müdafiəçisi kimi çıxış etmədi, eyni zamanda Ermənistanın cinayətkar siyasi rejimi tərəfindən Qarabağ bölgəsində məcburən məskunlaşdırılmış dinc erməni əhalisinə qarşı da güc tətbiq etmədi, silah qaldırmadı. Bunu işğal edilmiş ərazilərdə qanunsuz yerləşdirilmiş ermənilər Kəlbəcəri, Laçını, Ağdamı tərk edərkən də gördük. Ermənistan silahlı qüvvələrinin 1990-cı illərdən başlayaraq Qarabağda dinc azərbaycanlı əhaliyə qarşı törətdikləri vəhşilik, soyqırım müqabilində Azərbaycan dövlətinin erməni əhalisinə qarşı humanist davranışları demokratiya, insan hüquqları deyib sinəsinə döyən bir çox ölkələrə ən gözəl cavab oldu. Təkcə bu deyil. Ermənistan ordusu tərəfindən işğal edilmiş ərazilərin mina xəritələrinin alınmasında da Azərbaycan alicənablığını yenə nümayiş etdirdi. Mina xəritələri qarşılığında erməni əsilli 15 nəfər Ermınistana təhvil verildi. Hərçənd mina xəritələrinin təqdim olunması beynəlxalq hüquqla qeyd-şərtsiz icra edilməliydi. Bu, Avropa Konvensiyası, münaqişələrin həllinə dair beynəlxalq təşkilatlar və beynəlxalq məhkəmələrin qəbul etdiyi qərardır. Mina xəritələrinin əldə olunmasıyla on minlərlə insanın həyatı xilas ediləcəkdi. Fərqi varmı, bu insanlar hansı millətə, hansı dinə mənsubdur?! 28 il müddətində Ermənistan tərəfindən işğal altında saxlanılan və məhz işğal faktoru səbəbindən yurd-yuvasından didərgin düşərək məcburi köçkün həyatı yaşamağa məhkum edilmiş, ən ağır həyat şərtləri altında yaşamış, sağlamlıqlarını, eləcə də əmlaklarını itirmiş insanlar beynəlxalq məhkəməyə müraciət etmək hüququna malikdirlər. Eləcə də işğal zamanı həyatını itirmiş soydaşlarımızın ailə üzvlərinin də Ermənistana qarşı iddia qaldırmaq hüququ var.

Konstitusiya Araşdırmaları Fondunun rəhbəri, hüquq müdafiəçisi Əliməmməd Nuriyev “Şərq” ə açıqlamasında qeyd etdi ki, Ermənistanın siyasi-hərbi rəhbərliyi törətdikləri müharibə cinayətlərinə görə mütləq mühakimə olunmalıdır:

- Ermənistan siyasi-hərbi rəhbərliyinin 1990-cı illərdən bugünədək Azərbaycan ərazisində və azərbaycanlılara qarşı törətdikləri cinayətkar əməllərə dair bütün sənədlər məhkəmə predmetidir. Ermənistanın siyasi-hərbi rəhbərliyi 1990-cı illərdən başlayaraq, Qarabağ müharibəsinin aktiv fazası olan 1991-93-cü illər ərzində, həmçinin atəşkəs dövründə, 2020-ci il sentyabrın 27-dək və bu gündən sonra başlamış hərbi əməliyyatların gedişində Azərbaycanın mülki əhalisi, mülki obyektlərinə qarşı cinayətlər törədib. Bu gün üçün əlimizdə olan məlumatlara görə, 93 mülki vətəndaşımız həlak olub, 700 vətəndaş müxtəlif dərəcəli xəsarətlər alıb, 3000-ə yaxın yaşayış evi darmadağın edilib, infrastruktur dağıdılıb. Onların cinayətləri bununla bitmir. Bütün işğal müddəti ərzində həm Ermənistan rəhbərliyi, həm də Qarabağdakı qondarma, separatçı rejim işğal altındakı ərazilərdə təbiətə qarşı soyqırım həyata keçirib, Azərbaycanın təbii ehtiyatlarını, milli-mədəniyyət nümunələrini, tarixi abidələrini məhv ediblər. Ermənistanın döyüş əməliyyatlarına cəlb etdiyi muzdlular barədə, qanunsuz yerləşdirmə barədə də Azərbaycan sənədlər, sübutlar əldə edib və cinayət işi açılıb. Silahlı müdaxilə nəticəsində Azərbaycana dəymiş maddi ziyanın müəyyənləşdirilməsi ilə bağlı komissiya yaradılıb. Bütün bunlarla bağlı Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən cinayət materialları toplanıb. Baş Prokurorluq bu barədə dəfələrlə bəyanat verib. Bütün bunlar Ermənistan siyasi və hərbi rəhbərliyinin cinayət məsuliyyətinə cəlb edilməsi üçün real faktlar, sübutlardır və hamısı da məhkəmə predmetidir. Bu sənədlər həm Azərbaycan daxilində cinayətkarların mühakimə olunması, həm də beynəlxalq məhkəməyə çəkilmələri üçün yetərlidir. Bütün bu sənədlər beynəlxalq məhkəməyə təhvil verilməli və cinayətkarların cəzalandırılması tələb edilməlidir. Həmçinin Azərbaycana dəymiş ziyanın ödənməsi məsələsi də mütləq qaldırılacaq.

Ə.Nuriyev qeyd etdi ki, Azərbaycan vətəndaşları özləri də beynəlxalq məhkəməyə müraciət edə bilər:

- Azərbaycan vətəndaşları fərdi qaydada beynəlxalq məhkəməyə müraciət etməli və Ermənistan dövlətindən kompensasiya tələb etməlidirlər. Çünki insanların beynəlxalq konvensiyalarla təsbit edilmiş hüquqları pozulub. İnsanların həyatına, mülkiyyət hüquqlarına təcavüz edilib. Hətta hesab edirəm ki, Ermənistanın cinayətləri ilə bağlı BMT-də müvafiq tribunal yaradılmalıdır, separatçı rejiminn rəhbərləri bəşəriyyətə qarşı törətdikləri cinayətə görə BMT tribunalı qarşısında cavab verməlidirlər.
8-09-2021, 15:18
Azərbaycan XİN-dən Laçındakı təlimlərlə bağlı Ermənistana CAVAB
21-04-2021, 10:04
Ermənistan üçtərəfli bəyanatın icrası əvəzinə, beynəlxalq ictimaiyyəti yanıltmağa çalışır - XİN
14-09-2020, 14:33
Azərbaycan XİN Livandan ermənilərin Dağlıq Qarabağa köçürülməsi ilə bağlı ciddi etirazını həmsədrlər qarşısında qaldırıb
2-09-2020, 12:20
XİN: Ərazi bütövlüyünü bərpa etmək üçün Azərbaycanın kənar qüvvəyə ehtiyacı yoxdur
12-07-2020, 15:03
XİN: Bölgədə artan gərginliyin məsuliyyəti bilavasitə işğalçı Ermənistanın üzərindədir
28-01-2019, 13:14
Leyla Abdullayeva: Ermənistan anlamalıdır ki, münaqişənin həlli bütün regionun inkişafı üçün faydalıdır
Bugün, 18:24
Trampdan İrana sərt xəbərdarlıq: Ya razılaşma, ya da zərbələr
Bugün, 18:21
Lukaşenko və Vladimir Putin yaxın vaxtlarda görüşəcək
Bugün, 18:16
Rusiyanın Xarkova hücumu nəticəsində 5 xilasedici ölüb, yaralananlar var
Bugün, 18:13
Bu şəxslər hərbi xidmətə çağırışdan azad olunacaq - SİYAHI
Bugün, 18:05
Putinə görüş təklif edib
Bugün, 17:59
Almaniya ümid edir ki, İlham Əliyev bu il Berlinə gələcək – Səfir
Bugün, 11:52
Köçəryan ölkədən qaçmaq istədi
Bugün, 11:20
Şimali Koreya nüvə silahından imtina etməyəcək
Bugün, 11:12
2 min il əvvəl itən əfsanəvi qızılı parça yenidən yaradıldı
Bugün, 11:04
Azərbaycandan tranzit keçməklə Ermənistana buğda göndəriləcək
13-06-2026, 11:22
6 gün leysan olacaq - XƏBƏRDARLIQ
13-06-2026, 11:19
Azərbaycanın bu rayonlarında zəlzələ oldu (YENİLƏNİB)
13-06-2026, 11:12
Azərbaycanın bütün məktəblərində "Son zəng" çalınır
13-06-2026, 10:59
Azərbaycanda yeni cərimələr müəyyənləşir - 50 min manatadək
13-06-2026, 10:37
Rusiyada boru kəmərində baş verən partlayışda üç nəfər ölüb
13-06-2026, 10:35
Şuşada bu işləri görmək qadağan edilir
13-06-2026, 10:31
Masallıdan nazirə məktub: Əmriniz əleyhimizə çevrilib - BU NƏDİ BELƏ?
13-06-2026, 10:29
Səhhəti pisləşdi, konsertləri təxirə salındı
13-06-2026, 10:27
Azərbaycanda aeroportların idarə edilməsi dəyişir - FƏRMAN
31-01-2026, 19:05
"Qurtuluş" Reabilitasiya Mərkəzinin rəhbəri və işçiləri həbs edildi
31-01-2026, 19:02
Tramp digər ölkələri Venesueladan neft almağa dəvət edəcək
31-01-2026, 19:01
“Azərbaycanfilm” ləğv ediləcək?
31-01-2026, 18:58
Rəsulzadənin anadan olmasından 142 il ötür
31-01-2026, 18:56
Süleyman Mikayılovun vəzifədən azad edilmə səbəbi bilindi
31-01-2026, 18:54
ABŞ tarixində ilk dəfə əhali azalması riski ilə üz-üzə
31-01-2026, 18:52
Hacıqabulda palçıq vulkanı püskürdü
31-01-2026, 18:46
DYP sürücülərə müraciət etdi
31-01-2026, 18:44
Azərbaycanda gümüş xatirə sikkələr hazırlanacaq
31-01-2026, 00:19
Bu hallarda media subyektləri məsuliyyət daşıyacaq - Yeni qərar
31-01-2026, 00:11
Bu nazirlikdə CİDDİ NÖQSANLAR aşkarlandı - RƏSMİ
31-01-2026, 00:05
Dövlət teatrlarında vakant yerlərə direktor təyinatları olacaq
30-01-2026, 23:49
İlham Əliyev bu gəncləri mükafatlandırdı - SİYAHI
30-01-2026, 23:40
Tarix və memarlıq abidələri haqqında məlumatlar rəqəmsallaşdırılacaq
30-01-2026, 23:35
“Azərbaycanfilm” ləğv ediləcək?
30-01-2026, 23:30
QHT-lərə Dövlət Dəstəyi Agentliyi media təşkilatı adı ilə “piy” əridir - dövlət büdcəsi özəl maraqlar üçün xərclənir +FOTOFAKT
29-01-2026, 13:10
Zelenski Putinə birbaşa görüş təklif etdi
29-01-2026, 13:06
Xaqani Şirvaninin 900 illik yubileyi qeyd ediləcək – SƏRƏNCAM
29-01-2026, 13:02
“Hadi İnşaat” MMC-nin icra başçıları ilə tender oyunu
29-01-2026, 12:51
Elektron formada sübut hesab olunacaq məlumatlar müəyyənləşir