Leyla Abdullayeva: Ermənistan anlamalıdır ki, münaqişənin həlli bütün regionun inkişafı üçün faydalıdır
Siyasət
Oxunub: 401
28 Ock 2019 | 13:14
Leyla Abdullayeva: Ermənistan anlamalıdır ki, münaqişənin həlli bütün regionun inkişafı üçün faydalıdır
İtaliyanın ATƏT-ə sədrliyi dövründə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı bəyanatın qəbul edilməsi uzun illər davam edən münaqişənin həlli üçün danışıqların hazırkı intensivliyinə yol açmasına imkan yaratdı.

AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva Bakıda italyan jurnalistlərlə keçirilən və “Agenzia Nova” informasiya agentliyinin müxbirinin də iştirak etdiyi görüş zamanı bildirib.

“Agenzia Nova” informasiya agentliyində yayılmış yazıda bildirilir ki, L.Abdullayeva bu fikirləri ötən ilin dekabr ayında ATƏT-də İtaliya sədrliyinin yekunlaşması çərçivəsində Nazirlər Şurasının toplantısının keçirilməsi ilə eyni vaxtda Milanda qəbul edilmiş birgə bəyanata istinad edərək deyib.

“Azərbaycan mürəkkəb geostrateji mövqeyə malikdir və bu, şübhəsiz, bizim xarici siyasətimizə təsir göstərir" – deyə mətbuat xidmətinin rəhbəri söyləyib.

L.Abdullayeva münaqişə nəticəsində Dağlıq Qarabağ da daxil olmaqla, Azərbaycan ərazilərinin 20 faizinin işğal olunması, bir milyondan çox qaçqın və məcburi köçkünün hələ də öz əzəli torpaqlarından kənarda yaşaması problemini diqqətə çatdırıb. “Məqsədimiz ölkəmizi maksimum inkişaf etdirməklə hazırda işğal altında olan ərazilərimizin geri qaytarılmasına nail olmaqdır”, – deyə o vurğulayıb.

Mətbuat katibi bildirib: “Əgər Ermənistan anlasaydı ki, Azərbaycan ərazilərinin işğaldan azad olması ilə bütün region daha çox inkişaf edəcək, Qafqazda bütün strateji infrastruktur və enerji layihələri daha da funksional olardı”.

Mətbuat xidmətinin rəhbəri Dağlıq Qarabağ probleminin nizamlanması ilə bağlı Bakı ilə İrəvan arasında danışıqların intensivləşməsi mövzusuna toxunaraq vurğulayıb ki, 2019-cu ilin yanvar ayında Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov və Ermənistanın xarici işlər naziri Zöhrab Mnatsakanyan arasında “2+3” formatında (Azərbaycan və Ermənistan + ATƏT-in Minsk qrupunun həmsədrləri) görüş baş tutub və bu ilin fevral ayında danışıqların davam etdirilməsi razılaşdırılıb. L.Abdullayeva müzakirələrin davam etdirilməsinin zəruriliyini ifadə edib və qarşılıqlı mövqelərin anlaşılması üçün yeni görüşün vacib olacağını bildirib: “Ümid edirəm ki, Ermənistan da anlayacaq ki, bu problemin həlli bütün regionun inkişafı üçün faydalıdır”.

Mətbuat katibi bildirib ki, hər iki tərəf danışıqların formatının yalnız iki rəsmi tərəfdən − Ermənistan və Azərbaycandan ibarət olması barədə razıdır. Rəsmi Bakının mövqeyi bu məsələdə aydındır. Danışıqlar uzun illərdir davam edir, indi konkret nəticələrə nail olmaq lazımdır. Bakı münaqişənin həlli prinsiplərini həmişə aydın ifadə edib. “Dağlıq Qarabağda qeyri-qanuni yolla yaradılmış qurum dünyanın heç bir dövləti, hətta Ermənistanın özü tərəfindən belə tanınmır. Azərbaycan yalnız onun ərazi bütövlüyünə hörmət edilməsini istəyir”, – o bildirib. Qeyd edib ki, münaqişənin həlli yalnız Dağlıq Qarabağ da daxil olmaqla, Azərbaycanın ərazilərinin işğalına son qoyulması və regiona Azərbaycanın tərkibində yüksək muxtariyyət statusunun verilməsi ilə mümkündür. İrəvanın hələ öz mövqeyinə tam aydınlıq gətirmədiyindən dərhal irəliləyişdən danışmaq tələskənlik olardı. Problemin həllində irəliləyişə nail olmaq üçün rəsmi Bakı münaqişə vaxtı regionu tərk etməyə məcbur qalmış azərbaycanlı məcburi köçkünlərin öz torpaqlarına qayıtması üçün Ermənistan ordusunun işğal olunmuş ərazilərdən çıxmasını istəyir.

L.Abdullayeva Parisdə sonuncu görüş zamanı qeydə alınan digər müsbət nəticəni də nəzərə çatdırıb. Qeyd edib ki, həmin görüşdə hər iki hökumətin iki ölkənin əhalisini sülhə hazırlamalı olması ilə bağlı fikir səsləndirilib. “Bu, çox uzun və çətin bir yoldur: bu yaxınlarda Ermənistan televiziyasında reportaj yayımlandı. Film erməni və azərbaycanlı icmaların bir yerdə yaşamasından bəhs edirdi. Bu film Ermənistanda, hətta sosial şəbəkələrdə böyük müzakirələrə səbəb oldu. Bu, çətin bir məsələ olsa belə, iki icma arasında əlaqələrin bərpa olması üçün çalışmalıyıq. Bu gün Bakıda yaşayan gənc azərbaycanlı məcburi köçkünlərin Dağlıq Qarabağda ermənilərlə necə yaşadıqları haqqında xatirələri yoxdur. Əlbəttə, münaqişənin həlli asan deyil, lakin bütün ölkələrin beynəlxalq səviyyədə tanınmış sərhədlərə hörmət etməsi vacibdir”, − deyə mətbuat katibi fikirlərini tamamlayıb.
1-01-2019, 12:03
Azərbaycan Prezidenti: Biz son illərdə hərbi qüdrətimizi böyük dərəcədə artıra bilmişik
1-01-2019, 11:56
Prezident: Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli işində prinsipial mövqeyimizdə qalırıq
6-12-2018, 16:35
Elmar Məmmədyarov: "Azərbaycan və Ermənistanın XİN rəhbərləri arasında danışıqların yanvarda davam etdirilməsi razılaşdırılıb"
3-12-2018, 11:31
Məmmədyarov-Mnatsakanyan görüşünün vaxtı bəlli oldu
3-12-2018, 11:29
ATƏT PA-nın fəaliyyəti təkmilləşdirilir
Dün, 14:28
İsrail İrana raket zərbəsi endirdi
Dün, 14:20
Meksikada güclü zəlzələ
Dün, 14:13
Mbappe yekun qərarını verdi
Dün, 14:10
“Fənərbaxça” Konfrans Liqasında mübarizəni dayandırdı
Dün, 14:06
"Səhnədə ölmək istəmirəm" - Zülfiyyə Xanbabayeva
Dün, 14:02
Bu ərazilərə güclü yağış yağacaq - Sabahın HAVASI
Dün, 13:52
Uşaqlar ad günü şərəfinə kişini vəhşicəsinə döydülər
Dün, 13:49
Bakıda yeniyetmə qız binadan yıxıldı
Dün, 13:47
Bakıda evdə PARTLAYIŞ: ölən var
18-04-2024, 16:29
31 yaşlı kişi tövlədə özünü ASDI
18-04-2024, 16:25
Dünyanın ən dağıdıcı tornadosu: 80 min insan evsiz qalıb
18-04-2024, 16:21
Qadınlar, 45 yaşdan sonra belə qidalanın
18-04-2024, 16:17
Azərbaycanlı gənc parkinqə görə adam öldürdü
18-04-2024, 16:15
Kişi arvadının boşanmaq istəyinə görə uşaqlarını öldürdü
18-04-2024, 16:10
Külli miqdarda rüşvət alan müstəntiq axtarışa verildi
18-04-2024, 16:07
Keçmiş polis rəisinin evləri və bahalı maşını əlindən alındı
18-04-2024, 16:04
Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi də fəaliyyətini dayandırır
18-04-2024, 15:56
Ucuz və sağlam qidalanmanın YOLLARI
18-04-2024, 15:55
Bakıda DƏHŞƏT: hamamda qızla oğlanın meyiti tapıldı
17-04-2024, 22:22
Akif Ələkbərov həbsdə öldü
17-04-2024, 22:13
Sabah 28 dərəcə isti olacaq - HAVA PROQNOZU
17-04-2024, 22:01
Çingiz Abdullayev evə buraxıldı
17-04-2024, 21:51
“Barselona”nın Çempionlar Liqasındakı antirekordu
17-04-2024, 21:49
Həddindən artıq su içib öldü
17-04-2024, 21:46
“Hamıya pul verib toyuna çağırır, məndən pul istəyir” - Xalq artisti
17-04-2024, 21:42
Rüşvət alan yol polisi rəisi işdən QOVULDU
17-04-2024, 21:39
Ana və oğlu göldə boğuldular
16-04-2024, 22:03
Klublarımız “Bayer”dən geri qalır: “Qarabağ”ın qapıçısı
16-04-2024, 22:00
Bakı həbsxanasında ÖLÜM
16-04-2024, 21:58
Kartofu mükəmməl qızartmaq üçün bunları bilmək lazımdır
16-04-2024, 21:53
Qısqanc kişi dostu ilə yatan arvadını çarpayıda yandırdı
16-04-2024, 21:48
Festivalda "Qırğın" - faciədən sağ çıxan 50 nəfər intihar etdi
16-04-2024, 21:46
Dünyanın ən gözəl idmançısı dekolteli kombinezonda poza verdi
16-04-2024, 21:42
Niyə təyyarələr Tibet üzərindən uçmur?
16-04-2024, 21:39
Varlı kişiləri cəlb etməyi bacaran 4 BÜRC QADINI
16-04-2024, 21:31
Bakıda 47 yaşlı kişi özünü EVİNDƏ ASDI
16-04-2024, 18:04
Kişilərin diqqətinə, bu xərçəng növü SÜRƏTLƏ ARTIR
16-04-2024, 10:36
Naftalanda narkotik vasitə satan və alan şəxslər saxlanılıblar - FOTO
16-04-2024, 10:33
Doktorantura səviyyəsi üzrə elektron sənəd qəbuluna başlanılır