"Lukoil"un yatırımlarında siyasi çalarlar axtarmaq lazımdırmı? - TƏHLİL
Gündəm / Siyasət / Hadisə
Oxunub: 190
9 Ekm 2021 | 19:39
"Lukoil"un yatırımlarında siyasi çalarlar axtarmaq lazımdırmı? - TƏHLİL

capar.info : - Rusiyanın “Lukoil” şirkəti Azərbaycanın enerji sektorunda payını sürətlə artırır. Xatırladaq ki, ötən il SOCAR və “Lukoil” arasında Xəzər dənizinin Azərbaycan sektorunda “Naxçıvan” perspektiv strukturu, dənizin dayazsulu hissəsində “Xəzəryanı-Quba” və “Qoşadaş” perspektiv strukturlarını əhatə edən kəşfiyyat blokuna dair Anlaşma Memorandumu imzalanıb. “Lukoil” bu yataqlarda fəaliyyətini genişləndirmək istiqamətində işlər aparır.

Bundan başqa, ötən ay BP şirkəti Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən Abşeron Yarımadasının Dayazsulu Hissəsi (AYDH) geoloji-kəşfiyyat layihəsindəki iştirak payının 25%-ni “Lukoil”a satıb. Böyük Britaniya nəhəngi geoloji-kəşfiyyat dövründə AYDH hasilatın pay bölgüsü haqqında sazişinin (HPBS) operatoru olaraq qalacaq. Sövdələşmə bitdikdən sonra AYDH sazişində iştirak payları belə olacaq: SOCAR-ın Ortaq Neft Şirkəti – 50%, BP – 25% və “Lukoil” – 25%. Bu sövdələşmənin Azərbaycan hökuməti tərəfindən təsdiq olunduqdan sonra 2021-ci il 1 iyul tarixindən qüvvəyə minməklə, bu ilin dördüncü rübündə başa çatacağı gözlənilir.

“Lukoil”in prezidenti Vahid Ələkbərov bildirib ki, rəhbərlik etdiyi şirkətin BP və SOCAR-ın layihəsinə qoşulması Rusiya və Azərbaycanın enerji sahəsində beynəlxalq əməklaşlığın inkişafı ilə bağlı milli maraqlarına uyğundur: “İnanıram ki, tərəfdaşların topladığı bütün elmi və texniki ehtiyatlar Abşeron yarımadasının dayaz sularındakı bu perspektiv sahənin işlənməsinə təkan verəcək”.

BP-nin Xəzər regionunda kommunikasiya və xarici əlaqələr üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli isə Britaniya şirkətinin Abşeron yarımadasının Dayazsulu Hissəsi layihəsindəki payını yarısını satmaq qərarını belə əsaslandırıb:

“Biz qərarlaşdırmışıq ki, bu layihədə 25% pay saxlayaq. Bu bizə imkan verəcək ki, öz investisiya potensialımızı Azərbaycanda bərabər bölüşdürək və strategiyamıza uyğun olaraq biznesimizin digər sahələrinə də əsaslı xərclər yönəldə bilək. Həm də biz, əvvəlki kimi, layihənin geoloji-kəşfiyyat dövrü üçün operator olaraq qalırıq. Bu da bizə layihədəki mühüm mövqeyimizi saxlamağa imkan verir və “Azəri-Çıraq-Günəşli” layihəsində (30,4%) və “Şahdəniz”dəki (28,8%) iştirak mövqeyimizə də uyğundur”.

“Lukoil” şirkəti AYDH-dən sonra Xəzərin Azərbaycan sektorunda yerləşən “Şahdəniz” qaz-kondensat yatağındakı payını da artırıb. Rusiya təmsilçisi Malayziyanın “Petronas” şirkətinin “Şahdəniz”dəki 15,5% payının alınması haqqında müqavilənin imzalandığını elan edib. Məlumata görə, sövdələşmənin dəyəri 2,25 mlrd. ABŞ dolları təşkil edəcək.

Xatıladaq ki, “Şahdəniz” yatağı üzrə pay bölgüsü haqqında saziş 1996-cı ildə imzalanıb və ratifikasiya edilib. Layihədə BP (operator – 28,8%), AzSD (10%), “SGC Upstream” (6,7%), “Petronas” (15,5%), “Lukoil” (10%), NICO (10%) və TPAO (19%) şirkətləri iştirak edir.

Vahid Ələkbərov bildirib ki, Azərbaycan və Türkmənistanın birgə layihəsi olan “Dostluq” yatağında da pay almaq, hətta layihənin operatoru olmaq istəyir:

“Dostluq”la bağlı məsləhətləşmələr aparılır, hökumətlərarası razılaşma hazırlanır. Biz operator olmaq istəyirik, nə qədər paya sahib olacağımızı isə hələ bilmirik”.

Mütəxəssislərin fikrincə, “Dostluq”da 50 milyon ton neft ehtiyatı var.

Rusiya şirkəti təkcə Xəzərin Azərbaycana aid hissəsində fəaliyyətini genişləndirməklə kifayətlənmir. Bu günlərdə yayılan xəbərə görə, şirkətin prezidenti V.Ələkbərov Qazaxıstan prezidenti Qasımcomərd Tokayevlə “Ak Orda” yatağının müştərək istismar edilməsi ilə bağlı razılığa gəlib.

Maraqlıdır, Rusiya nəhənginin Xəzərdəki yataqlarda payını sürətlə artırması nə ilə bağlıdır? Bu, sırf kommersiya maraqları ilə bağlıdır, yoxsa, siyasi çalarlar da axtarmaq lazımdır?

Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban “pressklub.az” saytının sualına cavabında bildirdi ki, 1994-cü ildən Azərbaycanla əməkdaşlıq edən “Lukoil” şirkətinə payın satılmasında qeyri-adi bir şey axtarmağa ehtiyac yoxdur:

“İstər “Azəri-Çıraq-Günəşli”, istər “Şahdəniz”, istərsə digər layihələr olsun – biz görmüşük ki, 90-cı illərdən bu tərəfə paylar alınıb-satılır, bir şey gedir, onun yerinə başqası gəlir”.

Ekspert əlavə etdi ki, bəzi iri şirkətlər daha miqyaslı layihələrə maraq göstərirlər:

“Kəşfiyyat layihələrində operatorun öz payını digər şirkətə satması professional dildə risklərin bölünməsi adlandırılır. Adətən neft sektorunda belədir ki, altı kəşfiyyat quyusundan biri məhsuldar olarsa, yaxşı hal hesab edilir”. //pressklub.az//
20-09-2021, 19:33
"Equinor" şirkəti Azərbaycan nümayəndəliyinə yeni rəhbər TƏYİN EDİB
19-02-2021, 13:41
"Lukoyl" "Dostluq" yatağının birgə işlənməsində iştirak edəcək
20-09-2020, 10:46
"Əsrin müqaviləsi"
25-01-2020, 13:43
Bu il “Qum-dəniz” yatağında neft hasilatının artacağı proqnozlaşdırılıb
7-01-2019, 14:57
“Şahdəniz” yatağından ümumi qaz hasilatı 100 milyard kubmetrə çatıb
21-11-2018, 13:20
ABƏŞ SOCAR-a verilən səmt qazının həcmini 25% azaldıb
Bugün, 13:59
Fransada Ramazan ayında sevgilisini öpən oğlanı döydülər
Bugün, 13:57
Dünyanın sonu: Günəş nə vaxt öləcək və o zaman nə olacaq?
Dün, 15:06
Xalq artisti burnuna pirsinq taxdırdı
Dün, 15:04
Harri Kasparov həbs olundu
Dün, 15:01
Laçına da şəxsi avtomobillərlə getməyə icazə verildi
Dün, 14:58
Bakıda qadın yaşadığı evdə ölü tapıldı
Dün, 14:53
Tələbə qız tualetdə doğduğu körpəsini doğradı - dəhşətli OLAY
Dün, 14:49
Bir mövsümdə buraxılan qollara görə Premyer Liqa rekordu
Dün, 14:45
Polis idarəsinin rəisi işçilərlə birgə HƏBS OLUNDU
Dün, 14:44
"Barselona"dan Xavi ilə bağlı SON QƏRAR
Dün, 14:37
İlk Ombudsman Elmira Süleymanova vəfat etdi
Dün, 14:35
Bakıda ŞOK İNTİHAR: tənha kişi küçədə özünü asdı
23-04-2024, 15:26
Britaniyadan Ukraynayayarım milyardlıq yardım
23-04-2024, 15:22
58 yaşlı məşhur aktrisa hovuzda foto paylaşdı
23-04-2024, 15:19
21 yaşlı volybolçu qız intihar etdi
23-04-2024, 15:12
Polis ad günündə özünü öldürdü
23-04-2024, 15:04
Azyaşlı binadan yıxılıb sağ qaldı
23-04-2024, 14:58
ABŞ senatoru oğurluğa görə həbs olundu
23-04-2024, 14:50
Azərbaycanda zəlzələ oldu
23-04-2024, 14:45
Aprelin 23-nün ən xoşbəxt BÜRCÜ: Uğur qazanmaq üçün hər şansınız var
23-04-2024, 14:40
Dövlət binasının qabağında qətl törətmişdi, həbsdə öldü - BAKIDA
23-04-2024, 14:37
Narkotik artıq məktəblərə yol tapıb - Siyavuş Novruzov
22-04-2024, 14:18
Ən bahalı boşanma arvadın qələbəsi ilə başa çatdı: 180 milyon dollar və...
22-04-2024, 14:12
Vaqif Sadıqov Bakı həbsxanasında öldü
22-04-2024, 14:09
Zəncirvari qəzada 10 nəfər yaralandı
22-04-2024, 13:51
Yük maşını dirəyə çırpıldı, ölənlər var
22-04-2024, 13:49
Daha tez arıqlamağın yolu - SADƏ ÜSUL
22-04-2024, 13:42
"Səhnədə inildəyənə ürəyim parça- parça olur" - Tarın sınsın...
22-04-2024, 13:37
Bu gün Mələkxanım Eyubovanın qızının toyudur
22-04-2024, 13:31
Aytən Səfərovanı efirdə o əvəz etdi
22-04-2024, 13:24
İlham Əliyev Moskvaya getdi
22-04-2024, 13:18
Bakıya yağış, bu ərazilərə qar yağacaq - Sabahın HAVASI
21-04-2024, 15:28
Bir mesajla arvadını aldadıb öldürdü
21-04-2024, 15:23
XƏBƏRDARLIQ: Sabahın havası bu insanlara pis təsir edəcək
21-04-2024, 15:18
Universitet müəllimi binadan yıxılıb öldü
21-04-2024, 15:15
Ermənistanda evdən hərbçinin meyiti tapıldı
21-04-2024, 15:11
"Neftçi" bu dəfə "Zirə"yə uduzdu
21-04-2024, 15:10
Sevgilisinin körpə qızını qaçırıb vəhşicəsinə öldürdü
21-04-2024, 15:07
"Arsenal" qələbə qazanaraq liderliyə yüksəldi